Sidiyin rəngindən hamiləlik bəlli olarmı?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 22 948
Səs ver:
(səs: 0)
Hamilə olub olmadığı necə başa düşülür? Hamiləlik əlamətləri nələrdir? Adət gecikməsi hamiləliyin işarətimidir? Bir çox qadın hamilə olduğunu adət günü gecikəndə anlayır; Ancaq bunun xaricində bir çox əlamət var. Bunlardan biri sidik rəngində dəyişiklik.
Qadinla.com bu məqalədə hamiləliyin bir neçə göstəricisi barədə sizə məlumat verəcək:

ADƏT GECİKMƏSİ
Yuxarıda da qeyd etdiyimiz kimi, ədəd gecikməsi çoxu qadın üçün hamiləliyin ən mühüm əlamətlərindən biridir. Gözlənilən ədədin gecikməsi hamiləlik şübhəsini artırır. Ancaq bu gecikmə, stress və ya başqa amillər üzündən də ola bilər. Həmçinin hər hamiləlikdə ədəd kəsilməyebilir.

DÖŞLƏRDƏ HƏSSASLIQ VƏ BÖYÜMƏ
Döşlərdə meydana gələn böyümə, ağrı və həssaslıq kimi əlamətlər erkən hamiləlik dövrünün ən mühüm əlamətləri arasındadır. Bədəndə meydana gələn hormon dəyişikliyi, döş uclarının ətrafındakı rəng tündləşməsinə, döşlər böyüyüb hassaslaşmasına yol açır.

YORĞUNLUQ VƏ HALSIZLIQ
Erkən hamiləlik dövrünün digər bir təzahürüdür. Bədəninizdə yaranan kiçik qonaq, metabolizmi artırır və Progesteron adlı hamiləlik hormonunun salgılanmasına səbəb olur ki, Bu da hamilə qadınlara yorğunluq və halsızlıq hissi verir.

TEZ-TEZ SİDİYƏ ÇIXMA
Ətrafınızda olan insanlardan daha çox bayıra gedirsinizsə və sidiyinin rəngi tünd və ya tünd sarı isə erkən hamiləlik əlamətlərindən birini olursunuz deməkdir. Bəzi qadınlarda bu hal ilk aylardan sonra bitərkən, bəzi qadınlarda isə hamiləlik sona qədər davam edə bilər.

ÜRƏKBULANMA
Qadınlar arasında səhər ürək bulanması olaraq adlandırılan bu vəziyyət güman edilənin əksinə, günün hər hansı bir hissəsində də ola bilər. Ürək bulanması mənşəli qusma ən tipik hamiləlik əlamətlərindən biridir.

QƏBİZLİK
Orqanizmdə olan hormon tarazlıqları dəyişdiyi üçün mədə pozğunluğu və qəbizliyə səbəb ola bilər.

MƏDƏ YANMASI
Hamiləliyin erkən əlamətlərindən biri olan bu vəziyyət xüsusilə yatır mövqedə daha çox hiss edilir.

BAŞ GİCƏLLƏNMƏ VƏ BAYILMA
Hamiləlik ilə genişlənən qan damarları, təzyiqin düşməsinə səbəb olub, baş dönməsi və ya bayılmağa səbəbiyyət verə bilər. Bu əlaməti çoxu ana namizədi göstərməyə bilər.

ANOREKSİYA
Hamiləlik, xalq arasında "aşerme" kimi səciyyələndirilən iştaha artmasına səbəb olarkən, bəzi ana namizədlərində isə yeməklərdən iyrənməyə yol aça bilər.

HAMİLƏLİYİ HİSS ETMƏK
Tədqiqatların göstərdiyi kimi, ana namizədləri belə bir söhbət gücünə malikdir. Bəzi qadınlar özlərinin hamilə olduğunu hiss edə.

RUH HALI DƏYİŞİKLİKLƏRİ
Bədəndə meydana gələn hormon dəyişiklikləri üzündən hədsiz qəzəb, duyğusallıq və bunun kimi ani əhval-ruhiyyə dəyişiklikləri müşahidə olunur.

BƏDƏN TEMPERATURU ARTIMI
Hamiləliyin tipik əlamətlərindən biridir. Bədəndə meydana gələn istilik artımı ilə qadınlar, odlu bir xəstəlik keçirir olduqlarını zənn edə bilər.

QANAXMA
Erkən dövrdə ən qəti əlamətlərdən biridir. Xalq arasında "üstünə görmə" kimi səciyyələndirilən bu hal normal ədəd qan sızması kimi deyil, kiçik ləkə götürmələr şəklində olur. Hamiləliyin sonrakı dövrlərində baş verən qanaxmalar üçünsə mütləq həkimə müraciət edilməlidir.

QASIQ AĞRISI
Mayalanan yumurtanın bətn divarına yapışması səbəbiylə reallaşan bu vəziyyət erkən hamiləliyin digər bir təzahürüdür.

"YERİKLƏMƏK"
Böyük miqdarda hamiləliyin ilk 3 ayında görülür.

QƏRİBƏ DAVRANIŞLAR
Hormon dəyişikliyi ilə ani əsəb böhranları, tənbəllik, artıq yemək yemə və ya həddindən artıq romantiklik kimi dəyişikliklər görmək.

AXINTI
Konsistensiyalı və açıq rəngli axıntı hamiləlik əlamətlərindən biridir.

CİNSİ İSTƏK
Hormon dəyişiklikləri üzündən erkən hamiləlik dövründə görülür.

SİDİK RƏNGİ
Tünd sidik rəngi hamiləlik əlamətlərindən biri olsa da, qəti əlamət deyil. Yuxarıda olan əlamətlərdən bir və ya bir neçə birlikdə görülsə hamiləlik şübhəsi kimi dəyərləndirilə bilər.

BEL AĞRISI

Hamiləlik dövründə ağırlaşan qarın üzündən meydana gələn ağrılar hamiləlik əlamətlərindən biridir.

Əgər bu əlamətləri yaşayırsınızsa, hamilə olma ehtimalınız söz mövzusu ola bilər. Xüsusilə bu əlamətlərdən bir neçəsini göstərən qadınların hamilə olma şübhəsi yüksəkdir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 22 948
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri