Bu qaydalara əməl edin və hamilə qalma şansınızı artırın

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 149
Səs ver:
(səs: 0)
Təbii üsullarla hamilə qalmağın yollarını sizlər üçün araşdırdıq. Məhz sürətli və sağlam şəkildə valideyn olmağın üsulları Qadinla.com-un bu məqaləsində.

Həyat yoldaşınızla uşaq sahibi olmağa qərar verir və bunun üçün də müxtəlif yollara müraciət etməyinizə baxmayaraq yenədə valideyn ola bilmirsinizsə, bəzi vacib meyarlara diqqət etməkdə fayda var. Təbii üsullarla hamilə qalma şansını artırmaq üçün həyat yoldaşınızla birlikdə həyat tərzinizə bəzi fərqliliklər edə və ya risk yaradan amillərə qarşı tədbirlər görərək valideyn olma ehtimalını qüvvətləndirə bilərsiz.

Hazırda istehlak edildiyi təqdirdə qətiyyən hamilə qalmağa kömək olacaq bir qida maddəsi olmasa da hamiləlik ehtimalını artırması istiqamətində tövsiyə edilən bəzi qidalar qrupları mövcuddur. Bunlar fol asit, sink, dəmir və kalsium baxımından zəngin olan ərzaqlardır. Yəni qoz, balıq əti, qırmızı ət, yaşıl yarpaqlı tərəvəzlər, süd və süd məhsulları kimi.

Ana olmaq istəyən qadınların bu müddət ərzində stabil və keyfiyyətli qidalanması az deyil qədər əhəmiyyətlidir. Çünki doğulacaq olan körpənin zehni və fiziki inkişafı ana bətnindən etibarən formalaşır.

Süni dadlandırıcı, siqaret, spirt və kofein kimi maddələr istifadə edilirsə, hər iki tərəfdə dərhal bu vərdişlərindən əl çəkməlidirlər.

Qidalanma proqramı nizamsız olan qadınlarda reql nizamsızlığı daha tez-tez rast gəlinir. Nizamsız reql isə yumurtlama pozğunluğu bərabərində gətirir. Bu səbəblə sağlam qidalanma ilə yağ miqdarları yerində olduğu zaman hamiləlik ehtimalı artır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 149
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri