9 Aylıq hamiləlik dövründə yaşanan 8 əhəmiyyətli dəyişiklik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 33 453
Səs ver:
(səs: 5)
Hamiləlik əlamətlərindən başlayaraq, 9 aylıq hamiləlik dövrü boyunca ana namizədinin bədənində bir çox dəyişikliklər yaşanmaqdadır. Yaşanacaq dəyişiklikləri əvvəldən bilmək ana namizədlərini rahatlaşdırar deyə düşünürəm. Hamiləlik boyunca yaşanan 8 çox əhəmiyyətli dəyişiklik bunlardır… 
 
1. Adət gecikməsi
Nizamlı adət görən və nizamlı cinsi əlaqəsi olan bir qadının adət gecikməsi olduğunda bunu hamiləliyin ilk əlaməti olaraq düşünmək lazımdır. Hamiləlik olmasına baxmayaraq, ilk 2-3 ay "üstünə görmə" təbir edilən adət qanaması nadir olaraq yaşana bilər. Lakin bu qanama hər vaxt normal adət qanamasından daha az miqdarda və daha qısa olar.

2. Hormonal dəyişmə
Hamiləliyin ilk aylarındakı hormonal dəyişmələrlə birlikdə bədəndə maye tutumuna bağlı şiş, gərginlik, qarında şişlik, kilo artımı, bulantı, qusma görülə bilər. Yemə vərdişlərinin nəzərdən keçirilməsi, duzun azaldılması, hərəkətliliyin artırılması ilə bu dəyişmələr çətinlik meydana gətirməyəcək ölçüyə gətirilə bilər. Bulantını az-az, tez-tez yağsız, daha çox qatı qidalar yeyərək idarə altına almaq  mümkündür. Çox şirniyyat istəyinə diqqət yetirilməlidir.

3. Qansızlıqla birlikdə yuxu istəyi artır
Hamiləliklə birlikdə qanın sulanmasına bağlı qansızlık cədvəli meydana gələ bilər. Bu dövrdə yorğunluq hissi və yuxuya artar. Ana namizədinin, körpə doğulduqdan sonra ola biləcək yuxusuzluqları düşünərək bu dövrdə çox yatmasında heç bir qorxu olmaz.

4. Sinələrdə həssaslıq yaşanması normaldır
İlk üç ayda görülən dəyişmələrdən biri də sinələrdə gərginlik, həssaslıq və böyümədir. Dəstəkli büsthalter istifadə edərək və də bu dəyişmələri ana olmaq adına qəbul edərək çətinlik hiss edilməz.

5. Psixoloji dəyişmələr hər anada fərqli yaşanır
Hamiləlikdə dəyişən hormonal dəyişiklərlə birlikdə ana olmağa şüurun dünyagörüşü, zehni səviyyədə hamiləlik və analıq, hətta doğum hissləri anaya psixoloji olaraq mənfi və ya müsbət yöndə təsir edə bilər.

6. Sağlam yuxu üçün dinc bir hamiləlik
Şüurunda hamiləlik müddətinə, qadınlığa, analığa aid mənfi düşüncələr qadın olmaqla əlaqədar çətinliklər varsa hamiləlik boyunca bulantı, qusma, müxtəlif ağrılar, əsəbilik, narahatlıq, küsəyənlik, ağlamalar, yaxın ətraf ilə ünsiyyət problemləri, yuxu pozuqluqları çox yaşanmaqdadır. Zehni çətinliklərin bədənə əks olunması olaraq yaşanan bu şikayətlər zehni yaxşılaşma texnikaları ilə idarə altına alına bilər.

7. Bel ağrıları yaşamamaq üçün kiloya diqqət edin
Ümumiyyətlə 5 aydan etibarən iştahdakı artma nəzarət edilməzsə sürətli kilo alma və buna bağlı şəkər xəstəliyi, yüksək təzyiq riski ortaya çıxar. Pəhrizin təşkil edilməsi, hamiləlikdə edilə biləcək məşqlərin dövrəyə salınması kilo idarəsi ilə birgə irəliləyən aylarda ortaya çıxan bel və əzələ ağrılarını ortadan qaldırar.

8. Son ayları rahat keçirmək üçün doğum qorxusuna nəzarət edilməlidir
Son aylarda analarındakı ən böyük çətinlik doğumla əlaqədar qayğı və qorxulardan qaynaqlanar. Buna bağlı olaraq yuxu pozuqluqları, mədə, bağırsaq sistemi şikayətləri ortaya çıxar. Bu dövrü dinc keçirib doğumu keflə yaşaya bilmək üçün ana doğumun nə olub nə olmadığı mövzusunda biliklənməli, yaratdığı doğum qorxularını zehni yaxşılaşma texnikaları ilə əvəz etməlidir. Doğum ağrılarının öyrənilmiş ağrılar olduğu şüuruyla, ana kefli və ağrısız bir doğuma hazırlanmalıdır.

/Mənbə: Qadınlar.biz/

(səs: 5)
Şərhlər: 4
Baxılıb: 33 453
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri