Yaxın gələcəkdə hamilə qalmağı planlaşdırıram nə etməliyəm?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 513
Səs ver:
(səs: 1)
Bu çox mühüm bir sualdır! Hamilə qalmadan əvvəl etdikləriniz hamiləliyinizə təsir göstərə bilər! Düzgün qidalanmaya, məşq və bol-bol dincəlməyə əlavə olaraq, sağlam bir hamiləlik yaşamaq və doğuş qüsurları olan bir körpə sahibi olma riskini azaltmaq üçün beş şey daha var.

1-ci Hər gün 0.4 mq (400 mcg*) fol turşusu almağa başlayın, çünki orqanizminizdə bu mühüm B vitamininin uyğun səviyyəyə çatması müəyyən vaxt alacaq. Bu vitamini hamilə qalmadan əvvəl və hamiləliyin ilk dövrlərində almaq vacibdir, çünki bu qüsurlar, hamiləliyin ilk aylarında, qadınların bir çoxu daha hamilə olduqlarını fərq etmədən yaranırlar.
2-ci Həkiminizlə görüşün və xüsusən rubella (məxmərək) üçün olmaqla birlikdə bütün hamiləlikdə risk yaradan infeksiyalara qarşı immunitetinizin olduğundan əmin olun. Əgər sizə təyin edilən bir dərman istifadə edirsinizsə, həkiminizin hamilə qalmağı planlaşdırdığınızın bilməsini təmin edin.
3-cü Əgər siqaret çəkirsinizsə, alkoqol və ya narkotik maddə istifadə edirsinizsə, ETMƏYİN! Bu maddələr körpənizin sağlamlığını təhdid etdiyi kimi, öz sağlamlığınızı da təhlükə qarşısına qoyar.
4-cü Evdə və iş yerində zəhərli kimyəvi maddələrdən uzaq durun -böcek dərmanları, solventlər (bəzi təmizlik ləvazimatları və həlledicilər), qurğuşun və civə daxil. Kimyəvi maddələrdən istifadə etmədən əvvəl etiketlərini oxuyun və əgər suallarınız varsa, bunları həkiminizə soruşmaqdan çəkinməyin.
5-ci Əgər pişiyiniz varsa, doğum qüsurlarına səbəb olan toksoplazma daşıyıcısı ola bilər. Əgər mümkünsə, hamiləlik boyunca pişik bəsləməyə ara verin! Bundan başqa, pişiklərin gəzəcəyi sahələrdə iş görərkən və çiy ət tutarkən əlcək taxın.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 513
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri