Körpələrdə hıçqırıq nədən əmələ gəlir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 17 563
Səs ver:
(səs: 0)
Uşaqlarda görülən hıçqırığı kəsmək üçün tətbiq etməyiniz lazım olan üsulları Qadinla.com sizlər üçün topladı. Bəs uşaqlarda hıçqırığa nə səbəb olur? Körpələrdə hıçqırıq keçməsi üçün nə edilməli?

Xüsusilə də süd sonrasında uşaqlarda görülən hıçqırıq, hər nə qədər analar üçün qayğı verici bir hal olsa da əslində həzm sisteminin düzgün çalışdığını göstərən bir haldır. Analar bu zaman təlaş keçirmək əvəzinə ağıllı davranaraq, düz strategiyalarla uşaqlarındakı hıçqırığı dayandıra bilər.

HIÇQIRIĞA NƏ SƏBƏB OLUR?

Körpələrdə hıçqırıq tutmasının səbəbi əsasən qidalanma sonrası ortaya çıxır. Bunun isə 2 əsas səbəbi vardır. İlki uşağın qarnının doyduğunu göstərir. İkincisi qarnı tox olan uşağın mədəsi genişlənərək diafraqmaya təzyiq göstərməsidir. Diafraqma sinirləri bunu xəbərdar etməklə bərabər hıçqırmağı əmələ gətirir.

KÖRPƏLƏRDƏ HIÇQIRIQ KEÇMƏSİ ÜÇÜN NƏ EDİLMƏLİ?

Dinmək bilməyən hıçqırığın qarşısını almaq üçün edilməsi lazım olan ən əhəmiyyətli şey, hıçqırığı ana südü ilə dəf etməkdir. Uşağınızı əmizdirərək hıçqırıq dayanmasını təmin edə bilərsiz.

Yeni doğulan körpələr üçün hıçqırıq keçirmək məsələsində ən təsirli üsulun ana südü olduğu bilinsə də bunun xaricində edəcəyiniz şey, bir az dik oturaraq kürəyini sığallamaq olacaqdır.

Qidalanmanın sürətli bir şəkildə həyata keçirilməsi də uşaqlarda hıçqırığı təkan verənlər arasındadır. Ana südünü sürətli bir şəkildə alan körpələrdə hava udması olacağı üçün hıçqırığa səbəb ola bilər.

Nə etsəniz edin yenə də hıçqırıq keçmirsə, məkan dəyişməyiniz faydalı ola bilər. Soyuq məkanlar hıçqırığa rəvac verə bu səbəblə daha isti bir yerə keçməyi təcrübədən keçirin.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 17 563
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri