ABŞ-ın Florida
universitetinin mütəxəssisləri yeni doğulan uşaqlarla bağlı maraqlı bir ixtira
ediblər. Aparılan araşdırmalar zamanı məlum olub ki, yeni doğulmuş uşaqlar
hətta yatdıqları zaman da nəyisə öyrənirlər. İtaliyanın "La Stampa" qəzetində dərc
olunan materialda vurğulanır ki, Florida
universitetinin bu təcrübəsi yeni doğulmuş 26 körpə üzərində aparılıb. 18 saat
yatan bu körpələr bilgiləri hətta yatdıqları zaman bir süngər kimi özlərinə
çəkirlər. 1 - 2 günlük uşaqların yatdıqları zaman göz qapaqlarına səsli formada
müəyyən miqdarda hava üfürülüb. Araşdırma zamanı 20 dəqiqə sonra 26 uşaqdan
24-nün, sadəcə, səsi eşitdikləri zaman gözlərini qıydıqları üzə çıxıb. Bu
müddətdə körpələrin beyin dalğalarında da dəyişikliklərin baş verdiyi ortaya
çıxıb. Alimlər müəyyənləşdiriblər ki, bu qabiliyyətlər yetkin insanlarda
yoxdur. Onların qənaətincə, araşdırma zamanı əldə olunan nəticələr gec danışa
bilən və digər xəstə doğulan uşaqların sağalmasında mühüm rol oynayacaq.