Uşaqlarla davranışa dair 40 əxlaqi nöqtə (21-30)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 207
Səs ver:
(səs: 0)
21. Nəvaziş uşağın ruhi qidalarından biri olduğu üçün ondan kifayət qədər istifadə olunmalıdır. Belə ki, bəzən uşaqların ağlaması məhəbbət və nəvazişə görə olur. Ailəsində kifayət qədər məhəbbət və nəvaziş görmüş uşaq, bunu başqalarından ummur. Bu cür uşaqlar cəmiyyət içərisində özlərini itirmir və şəxsiyyətlərini əldən vermirlər.

22. Valideyn övladına uşaqlıqdan günahın pis iş olduğunu və camaatın günahkara nifrət bəslədiyini başa salmalıdır. Bundan əlavə, valideyn övladı pis bir iş görərkən danlamalı və yaxşı işlərdə təşviq etməlidir. Bu iş uşağın şəxsiyyətinin dirilməsinə, onda ümid və inam hissinin yaranmasına səbəb olar.

23. Uşaqların yataqları 6 yaşından etibarən bir-birindən ayrı olmalıdır (hətta əgər hər ikisi oğlan və ya qız olsa belə).

24. Uşağa deyilən sözlərin o zaman təsiri olar ki, valideyn özü onlara əməl etsin. Övladların tərbiyəsi sahəsində görülən ilk iş valideynin özünü islah etməsidir. Çünki özü yaxşı əxlaqi sifətə malik olmayan şəxs, heç vaxt başqasını paklığa doğru hidayət edə bilməz. Nadir hallarda qeyri-normal ailədə normal uşaq böyüyür. Tünd xasiyyətli, əsəbi ata-ananın sakit və yumşaq xasiyyətli övlad tərbiyə etməsinə də çox az təsadüf olunur.

25. Evdəki və çöldəki nizam-intizam arasında fərq qoyun. Uşağın evdə sərbəst oynamasına icazə verin.

26. Uşaqların qeyri-adi rəftarlarına dözün. Uşağın səhvlərini bağışlanmayan günah təsəvvür edib, onu tez-tez tənbeh etməyin. Bütün bunlara səbr, dözüm və güzəşt lazımdır. Valideyn ağıl ilə və uşağın şəxsiyyətini təhqir etmədən düzgün yolu övladına göstərməli və onun bəyənilməyən əməlini ondan uzaqlaşdırmalıdır. Əgər valideyn dərinə gedərək uşağı çox danlasa, tənə vuraraq onu təhqir etsə, uşağını düzəltməyə müvəffəq olmaz. Bu səhv tərbiyə üsulu uşağın daha inadkar və höcət olmasına səbəb olar. Həzrət Əli (ə) bu barədə belə buyurub: «Danlamaq və məzəmmətdə ifrata yol vermək, inadkarlığı daha da alovlandırar».

27. Uşağınızı tərbiyələndirərkən başqalarının ondan üstün olduğunu ona deməyin və kimisə onunla müqayisə etməyin.

28. Uşağa bəzi əxlaqi incəlikləri nağıl, hekayət şəkilində çatdırın. Belə ki, Qurani-Kərim hekayətləri (başqalarının başına gələnləri) qəflətləri aradan qaldırmaq vasitəsi kimi tanıtdırır. «Yusuf» surəsinin 111-ci ayəsində belə buyurulur: «Peyğəmbərlərin hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır...»

Uşağa danışılan hekayətlərin bəzi xüsusiyyətləri olmalıdır, o cümlədən:
•    Hekayətdə İlahi çalarlar olsun.
•    Hekayəti danışmada tərbiyələndirmə və xatırlatma qəsdi olsun.
•    Hekayəti danışarkən dinləyicinin yaşını və həmçinin, ruhi, əqli şəraitini nəzərə almaq lazımdır.
•    Hekayəti danışarkən ifrat və təfritə, yalan və şayəyə və yaxud həqiqətdən qaçmaya yol verilməsin.
•    Dinləyicinin zehni suallarına cavab versin.
•    Ən yaxşı hekayət seçilsin.
•    Hekayətlərdə haqq qələbə çalsın.
•    Hekayətdəki şəxs hər cür əyrilikdən uzaq olsun.
•    Hekayət qısa olsun.
Unutmayın ki, «Uşaqlığında öyrənməyən, böyüyəndə inkişaf etməz». (Əli (ə))

29. Uşağınızın dəcəlliyinə (və şeytanlığına) narahat olmayın və onu susdurmağa çalışmayın. Çünki uşağın uşaqlıq dövründə dəcəlliyi, onun böyüyəndə çox ağıllı olacağına dəlalət edir.

30. Uşaqlarınızı kiçik yaşlarından ibadət etməyə sövq edin. Belə ki, onları 7 yaşından namaz qılmağa, 9 yaşından isə oruc tutmağa (yarım gündən az və ya çox olsa belə) alışdırın. Həmçinin, onlara ibadəti mehribanlıqla aşılayın. Əks halda, onların ürəyi Allahın ibadətinə qarşı bədbin olar.
İmam Əli (ə) belə buyurub: «Öz uşaqlarınıza namaz qılmağı öyrədin. Yetkinlik yaşına çatdıqda, namaza (tərk etməməsinə) görə onunla tələbkar olun».
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 207
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri