Uşaqlarda yalan problemi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 807
Səs ver:
(səs: 0)
Ey valideyn, sizin uşağınızın yalan danışma kimi problemi varmı? Siz bu problemi aradan qaldırmaq üçün hansı tədbiri görürsünüz? Psixoloqlar uşaqlarınızda belə bir şeyi aşkar etdiyiniz təqdirdə onu mümkün qədər tez aradan qaldırmağa çalışmanızı məsləhət görürlər.
Əgər uşağınız beş yaşına çatıbsa və hələ də həqiqəti söyləmək əvəzinə xəyali, uydurma hekayələrdən istifadə edirsə, nə etməlisiniz?
Müxtəlif vaxtlarda hadisəni təkrar-təkrar soruşmaq həqiqəti öyrənmək üçün ən yaxşı üsuldur. Yalanın nəticəsini izah etmək üçün isə heyvanlara aid hekayələr danışaraq – (məsələn, dovşanın anasına yalan danışmasını) bu yolla yalanın pis iş olduğunu övladınıza başa salın.
Uşağınız 8 və ya 9 yaşına çatdığı zaman şübhəsiz ki, hansı əhvalatın həqiqət olduğunu dərk edir. Yalanın cəmiyyətdə pis qarşılandığını da, məhz bu yaşda olarkən uşağa aşılamaq lazımdır.

Yalanın cəzası necə olmalıdır?

Əgər uşağınızın sizə yalan danışdığını hiss etsəniz və hər hansı bir yolla ondan həqiqəti öyrənə bilməsəniz, cəzanı yüngülləşdirməyə və ya yalanı görməməzliyə vurmağa çalışmayın. Çünki uşaqlar bizim düşündüyümüzdən daha zəkalıdırlar. Onlar cəza yollarını öyrənmək üçün öz üsullarından istifadə edirlər. Söylədiyi yalandan gözlənilən nəticəni ala bilməyən uşaq, təbii olaraq bu əməli tərk edəcək. Lakin o, az da olsa məqsədinə nail olsa, yalanı tərk etməyəcək. Ona görə də yalan kiçik olduqda, cəza bəsit, yalan böyük olduqda isə cəzası ona uyğun olmalıdır.
Digər tərəfdən cəzanın növü və müddəti də aydın olmalıdır. Belə ki, cəza növü olaraq bu kimi vasitələrdən istifadə etmək olar: uşağa bir müddət televizorda hər hansı bir proqramı izləməyi, gəzintiyə çıxmağı qadağan etmək, xərclərindən məhrum etmək və s.

Yalan artıq bir problem olarsa

Uşaqlar bəzən yalan danışarsa, bundan narahat olaraq başqalarına şikayət etməyə tələsməyin, bu təbii bir haldır. Lakin əgər uşaqlar davamlı surətdə yalan danışarsa, artıq bu məsələnin problemə çevrildiyindən xəbər verir.
Uşaqların yalan danışma səbəbləri dörd növdür:
1. Həqiqəti gizlətmək üçün deyilən yalan. Məsələn, uşaq kitabını özü cırdığı halda, bunu sinif yoldaşının boynuna atır. Yaxud xərcliyini itirdiyi halda, başqa bir şəxsi oğurluqda ittiham edir. Əslində, belə bir yalana müraciət edən uşağın problemini anlamaq çətin deyil. O, cəzadan, atasından və s. qorxaraq bu yalanı söyləyir. Əgər uşaqlar cəzadan, ya da atasının qorxusundan yalana müraciət edirsə, bu işin səhvi təkcə uşaqda deyil. Bu davranış ataların uşaqları ilə münasibətdə göstərdikləri sərtlik və şiddətdən irəli gəlir.
2. Öz mənlik və şəxsiyyətini sübut etmək məqsədi ilə deyilən yalan. Bəzi uşaqlar belə bir yalana tez müraciət edirlər. Bu, onların özlərini isbat etmək və valideynin tərif və minnətdarlığını qazanmaq istəyindən irəli gəlir. Məsələn, uşaq yalandan dərsdən əla qiymət aldığını söyləyə bilər. Valideynləri yekun cədvəlini istədikdə isə uşaq həqiqəti gizlətməyə çalışaraq – «Cədvəl hələ verilməyib» – kimi başqa bir yalanı uydurar.
Bəs, bu növ yalanın müalicəsi nədir?
Bunun müalicəsi bəsit və sadədir. Bu növ yalana müraciət edən uşağın mehribanlıq və məhəbbəti hiss etməyə ehtiyacı var. O, daha çox davamlı surətdə mükafatlandırılmalı və ruhlandırılmalıdır.
3. Şər və incidici yalan. Burada uşağın əvvəlcədən planlaşdırdığı yalan nəzərdə tutulur. O, əvvəlcədən bu yalanın digər şəxsə ziyan verəcəyini bilir, lakin bunu edir. Məsələn, özü etdiyi işi başqasının üstünə yıxır, ona böhtan atır.
Bu problemi, uşaqların diqqətini daha faydalı işlərə yönəltməklə, həll etmək olar.
4. Təqlid etməklə deyilən yalan. Uşaqlar digər bir səbəbdən də yalana müraciət edə bilərlər. Məsələn, valideynlərini təqlid eləməyə çalışa bilərlər. Kiçik ailələrdə böyüyən uşaqlar daim diqqət mərkəzində olmağa alışdıqları üçün böyüdükdə və cəmiyyətdə əlaqə dairələri genişləndikdə yalana müraciət edirlər.
Ona görə də uşaqların yanında yalan danışmaq olmaz. Onlar bunu özlərinə qayda edərək digərləri ilə də belə rəftar edəcək və ya da üzləşdikləri hər hansı problemdən xilas olmaq üçün ilk növbədə bu yola əl atacaqlar.

Uşaq səhv edərsə, valideyn onunla necə davranmalıdır?

Əgər sizin uşağınız qonaqların yanında səhv hərəkət edərsə, onun üstünə dərhal qışqırmağa və tənbeh etməyə çalışmayın. Bu, bir neçə baxımdan düzgün hərəkət deyil:
1. Sizin bu hərəkətiniz qonaqlarınıza pis təsir edə bilər və onlar gəlişlərindən narazı olduğunuzu və narazılığı uşağı cəzalandırmaqla göstərdiyinizi düşünərlər.
2. Digər tərəfdən, bu uşağın davranışına da ziyan vurar. Belə hallarda cəzalar və bu məqsədlə edilən işlər nəinki nəticəsiz qalar, hətta əks təsir göstərər. Cəzanı digər bir vaxta saxlayaraq, uşaqla təklikdə qalanda səhvini başa salmaq, tənbeh etmək daha düzgün üsuldur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 807
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri