Uşaq əməyi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 6 596
Səs ver:
(səs: 3)
Uşaq əməyi nədir? Bu o əməkdir ki, bu işi uşaqlar etməməlidir, bu işləri görmək uşaqların yaşına və fizionomiyasına uyğun deyildir. Həm də işləmək üçün uşaqlar hələ çox kiçikdirlər. Bu iş onlar üçün təhlükəlidir və ya uyğun deyil. Amma uşaqlar tərfindən görülən bütün işlər heç də hamısı qadağan olunmamalıdır. Əgər hər hansı bir iş, uşağın sağlamlığına, şəxsi inkişafına, təhsilinə pis təsir etmirsə və bu iş uşaqda əməyə və əmək adamlarına ehtiram hissi formalaşdırmağa xidmət edirsə, əksinə, müsbət qəbul olunmalıdır. Uşaq üçün o əmək qadağandır ki, o əmək uşağın yaşına uyğun deyil, bəzi hallarda kimlərsə bu əməkdən faydalanmaq məqsədi ilə istifadə edirlər. "Uşaq əməyi” haqqında danışarkən uşağın yaşı, işin növü, iş saatı, yeri mütləq nəzərə alınmalıdır.

Dünyada uşaq əməyinin müxtəlif formaları vardır. Uşaqlar kənd təsərrüfatı işlərində, manufakturada, inşaatda, ev təsərrüfatında işlədilir, hətta küçələrdə dilənçiliyə məcbur edilir. Dünyanın bəzi nöqtələrində müharibələr zamanı azyaşlılar əsir götürülür. valideynlərinin borcuna görə zorla işlədilir. Bunlar uşaq əməyinin mənfi formalarıdır, hansı ki, zərərlidir, uşaqların mənəvi aləminə zərbə vurur, uşağın azalıq və hüquqlarını məhdudlaşdırır. Uşaq əməyi iqtisadiyyatın qeyri-rəsmi sahələrində istifadə olunur. Bəzi işlərdə uşaqlara əmək haqqı verilmir, sadəcə, yemək və yatmaq üçün yerə görə işləyirlər. Əgər uşaq xəstədirsə, onlar işləyəndə əmək haqqları ödənilmir, bundan əlavə, işçilər tərəfindən zorakılığa, pis davranışa məruz qalır, müdafiə olunmurlar.

Uşaq əməyinin səbəbi və nəticəsi
Uşaqların sui- istifadə olunduğu əmək aradan qaldırılmalıdır. Bu təkcə insanlığa, insan haqqlarına zərbə vurmur, həm də bütün dünyadakı gələcək sosial və iqtisadi inkişafı təhlükəyə atır. Ticarət, rəqabət və iqtisadi məhsuldarlıq bu sui-istifadəyə bəhanə olmamalıdır.
Uşaq əməyi kompleks problemdir, çoxsaylı faktorlara təsir edir. Kasıblıq uşaqları işləməyə məcbur edən əsas səbəbdir. Kasıb ailələr gəlirlərinin böyük hissəsini yeməyə sərf edir, buna görə də uşaqların işləməsi onlar üçün çıxış yolu rolunu oynayır. Kasıbşılıq uşaq əməyinin yeganə səbəbi deyil, bəzi ölkələrdə digər mənfi təzahürlər də uşaq əməyinin istimarına yol aşır.

Digər faktorlar:
Təhsil baryeri – İlk təhsil bütün ölkələrdə pulsuz deyil, bununla yanaşı, bütün uşaqlar, xüsusilə ucqar rayonlarda yaşayan uşaqlar üçün əlçatan deyil. Məktəbin olduğu yerlərdə isə bəzən təhsilin səviyyəsi ya aşağı, ya da münasib olmur. Təhslin əlçatmaz olduğu, təhsilin aşağı səviyyədə olduğu vəziyyətdə valideynlər övladlarını məktəbdənsə işləməyə göndərirlər.

Mədəniyət və ənənə – təhsil imkanı az olan yerlərdə valideynlər mədəni normativi üstün tuturlar, çünki bu uşağın vaxtını sərf etdiyi ən məhsuldar əmək hesab olunur. Uşaqlar adətən vaideynlərinin yolunu davam etdirməyə və ya kiçik yaşlarda ailə üzvlərinə "köməyə" çağırılır.

Marketdə tələbat – uşaq əməyi təsadüfi deyil. İş sahibləri işdə uşaqları üstün tutur, çünki onların əməyi böyüklərinkindən daha "ucuz"dur, əgər işdə nizamsızlıq olarsa, itaət etməzsə, onu işdən çıxarmaq daha asandır. Bu halda uşağın özünü müdafiə edə bilmir və dəstək axtara bilmir.

Ev təsərrüfatında gəlirə təsir etmək – ev təsərrüfatı gəir vergisi ilə uyğun olmaya bilər. Təbii fəlakət, iqtisadi və kənd təsərrüfatındakı böhran, və SPİD kimi xəstəliklərin təsiri ilə uşaqlar ailə üzvlərinə kömək olmaq üçün məktəbdən imtina edib, işə cəlb olunurlar. Milyonlarla uşaq HİV pandemiyasına məruz qalıb. Çox uşaq HİV ilə yaşayır, hətta çox hissəsi yetim qalıb.

Uşaqları qorumaq üçün qeyri-qənaətbəxş qanunverici və siyasi mühafizə – uşaq əməyi ümummilli qanunlar və siyasətin uşaqları qorumaq üçün uğursuz olduğu zaman davam edir.

Uşaqlıq bəşəriyyətin təhlükəsiz və sağlam inkişafı üçün həssas bir dövrdür. Çünki uşaqlar hələ böyüyür, onların özünəməxsus xarakteri və ehtiyacları var, bu müddətdə bədən quruluşu, idrakları inkişaf edir və bunlar nəzərə alınmalıdır. Acınacaqlıdır ki, bu gün dünyanın müxtəlif ölkələrində uşaqlar müxtəlif zorakı işlərə məruz edilir, onlar kimyəvi, bioloji, fiziki, erqonomik, gigiyenavə psixoloji risklərə məruz qalırlar. Buna uzun iş saatı və kasıb yaşayış şəraiti də əlavə olunarsa, demək olar ki, böyük xəstəlik, zədələnmə, hətta ölüm riski ilə qarşılaşırlar. İşdəki risk və yetkin işçilərə təsir edən risklər uşaqlara daha güclü təsir edə bilər. Məsələn, fiziki xal, xüsusilə təkrar manevrlər ilə birləşdikdə böyüyən sümüklər, oynaqların böyüməsinə maneə törədər, bel zədəsi və digər həyat boyu davam edən deformasiya və əlilliyə səbəb olar. Uşaqlar həmçinin işləməkdən və onlar üçün yorucu olan, şiddət və istismara məruz qaldıqları ətraf mühitdən əziyyət çəkə bilərlər. Əlavə olaraq, uşaq əməyinin onların gələcəyinə ciddi mənfi təsiri olur.

Bizim əsas məqsədimiz uşaqların istismarına "yox" deməkdir. Çünki hələ də minlərlə uşağın əməyindən sui-istifadə olunur. Düzgün prioritet və siyasət ilə uşaq əməyinin olmadığı bir dünya mümkündür. Bunun üçün keyfiyyətli təhsil, cavanlar üçün imkan, valideynlər üçün layiqli iş, bütün insanlar üçün əsas ictimai mühafizə təmin edilməlidir. Gəlin, cəsarət və əqidəmizi toplayıb, həmrəy olaq, hər bir uşağın uşaqlıq hüquqlarının təminatı üçün çalışaq. Bu hər birimizin qazandığı ən dəyəri hədiyədir.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 6 596
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri