Valideynlər sizin üçün...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 430
Səs ver:
(səs: 0)
Uşaqların 3-6 yaş arasında cinsəlliyin fərqinə vardığını ifadə edən Qadınlar.biz ailələri bu mövzuda diqqətli olmaları mövzusunda xəbərdar edir.

Siz sevişmək üçün uyğun bir zaman və vəziyyətdə olduğunuzu hiss etsəniz belə əhəmiyyət vermədiyiniz bəzi detallar irəlidə qarşılacağınız "zədələrə" çevrilə bilər. Uşağınızın eyni otaqda, hətta yataqda olması, səslərinizə və hərəkətlərinizə şahid olması, irəliləyən illərdə cinsi problemlər yaşamasına qədər çatan problemlərin başlanğıcı ola bilər.  

Uşaqlar 3-6 yaş arasında cinsəlliyin fərqinə varmağa başlayırlar. Mütəxəssislər   uşaqların körpəlik dövrü dediyimiz 0-1 yaş arasında valideynlərinin yanında yatmasını məsləhət görürlər. Ancaq 2.5-3 yaş ətrafında artıq otaqların ayrılması lazımdır. Təbii istisnalar ola bilər, qayğı, qorxu, xəstəlik kimi… Yenə də uşaq yatdıqdan sonra öz yatağına yatırdılmalıdır.

Ailələr uşaqlarını qorxuları olduğu üçün yanlarında yatırtdıqlarını söyləyirlər. Ancaq uşağın qorxuları varsa da bunu dəf etməkçin   öz yatağınıza almayın. Uşağı yatağına apararkən "Sən yatana qədər buradayam" və  ya "Yatana qədər bizimlə yata bilərsən, sonra yatağına aparacağıq" demək lazımdır.

3-6 yaş dövrü arasında oğlan uşaqları  anadan (oxşaması, sarılması və s.) cinsi həzz almağa başlayır. Uşağın yanında olmanıza ehtiyacı varsa belə yanına yatmadan (kresloda, kürsüdə yanında durula bilər) yuxuya getməsini təmin etməlisiniz. Sonrakı addımlarda da gecə lampası yandırma, bir davamlığına qapısının bir az açıq saxlanılması ilə davam edilə bilər.

Uşaqlar tez-tez oyanırlar, dərin yuxuya dalmazlar. Tətil kimi  vəziyyətlərdən başqa uşağın yanında cinsi əlaqəyə girməyə  əsla risk edilməməlidir, uşaq şahid olmamalıdır. Çünki irəlidəki  həyatında   uşaq, bir yığın psixoloji və fiziki sualın problemini  yaşayacaq. Uşaq ana və atasının cinsi əlaqəsinə bir məna verə bilməz.

10 yaş (ön yetkinlik) dövründə cinsəllik mövzusu  uşağın ağlına yeni yeni çatmağa başlayır. Amma buna 3-4 yaşlarında şahid olduğunda anasına bir şiddət tətbiq olunduğunu düşünür. Qorxuyla səsini çıxarmır. Atanın anaya zərər verdiyini düşündüyü üçün irəlidəki dövrlərdə ata-uşaq arasındakı əlaqədə deformasiya  müşahidə edilir. Köhnədən az otaqlı evi olan çox uşaqlı ailələr eyni otaqda yatırdılar. Əlimizdə o dövrki uşaqların psixologiyalarına dair bir məlumat olmasa da onlar da şübhəsiz bu psixoloji problemləri yaşamışlar. Bu, müasir çağın yaşadığı bir problem deyil.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 430
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri