12 aylıq körpənin inkişaf xüsusiyyətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 916
Səs ver:
(səs: 2)
Artıq sizi təbrik edə bilərik! Övladınız 12-ci aya qədəm qoydu, bu isə o deməkdir ki, 1 illik əziyyəti qeyd etməyə az qaldı! Bəs 12 aylıq körpədə ad gününə qədər hansı dəyişikliklər, inkişaf olacaq? Onun əqli və fiziki irəliləməsinə siz və ərtafdakılar necə dəstək ola bilər? 12 aylıq balacanızın inkişaf xüsusiyyətlərini bizimlə öyrənin.

1 yaşlı uşaq bunları bacarmalıdır:
- Əlindən tutarkən gəzməli, yeriməli – düzdür, bəzi körpələr artıq 12-ci aydan sərbəst yeriməyə başlayırlar, lakin sizin balaca hələ sərbəst gəzmirsə, tələsməyin. Narahatlığa əsas yoxdur. Çünki hər uşağın inkişaf xüsusiyyətləri fərdidir.

- Kitabdakı şəkillərə maraq göstərər;

- Hər hansı əşyanın adını söylədikdə, onun nə olduğunu anlar;

- Balacanızı geyindirərkən sizə yardım edər;

- Gördüyünüz ev işlərini o da təqlid etməyə başlar - əlinə əski parçası götürüb sanki toz silirmiş kimi...

- Topla oynayır, ayaqüstə olarkən əyilib yerdəki əşyanı götürə bilir;

- Bəyənildiyi hərəkətlərini tez-tez edər, xətrinə dəyəndə küsər, daha kaprizli olar;

- "Ana”, "Ata”nın nə olduğunu anlar, ailədəkiləri tanıyar və gülər. Daha çox sevdiklərini qucaqlayar;

- Yuxuya və qidaya "yox” deyər və s.

Danışıq bacarıqları
1 yaşlı uşaq 2-4 kəlməni sərbəst deməlidir. Təbii ki, çoxlu heca və səslər çıxarar, ona deyilən əmr! cümlələrini başa düşər, ətrafdakıların söz və səslərini təqlid edər.

Əşyaları göstərərək, adlarını söyləyin. Bunu tez-tez təkrarladıqca o artıq fincan, qələm, kitab və s. deyincə həmin əşyaları tanıyar və sizə tərəf uzadar. Belə etdikdə isə mütləq ona gülümsəyin, afərin deyin.

Valideynlər 12 aylıq körpənin inkişafını necə dəstəkləməli?

Evdə onun gəzməsi üçün geniş və təhlükəsiz şərait yaradılmalıdır. Artıq yüyrəkdən (xadunok) istifadə etməyə gərək yoxdur. Ev şəraitində ayaqqabı geydirməyin.

Hər hərəkətinə "xeyir”, "olmaz” deməyin! Düşünün, ən gərəkli məqamlarda bu ifadələrdən istifadə edin. Çalışın ki, təhlükəsiz mühit yaradın və ətrafında gördüyü hər şeyi kəşf edib, anlasın. Tez-tez "çox sağ ol”, "təşəkkür edirəm” kimi ifadələr işlədin. Unutmayın ki, o, sizin nümunənizdir. Necə etsəniz körpə də onu edəcək.

O, artıq nələrsə etməyə çalışır, onun yerinə həmin işi siz görməyin, buraxın özü sərbəst məşğul olsun. Hər çağırdığında yanına da qaçmayın. Bu ona səbirli olmağı və ananın başının qarışıq olduğunu öyrədəcək.

1 yaşlı uşağın oyunları
Artıq onunla daha çox vaxt keçirib, oyun oynamağın zamanı yetişdi: Körpəniz üçün mahnı oxuyun, nağıl danışın, rəngli uşaq kitabları vərəqləyin və s. Rəngli qələmlər alın və ondan istifadəni başa salın. Həmçinin digər uşaqlarla oynamağı öyrədin. Rəngli üçbucaq, kvadrat, düzbucaqlı oyuncaqlar onun bu dövrü üçün ideal vasitədir.

12 aylıq balacanın yuxu rejimi
Artıq yuxusu da rejimə düşüb. Gecələri tam, oyanmadan yatar. Gündüzlər isə 1 dəfə, lakin bir neçə saat yatar. Əgər rejimi belə deyilsə, çalışın zaman-zaman onu bu qaydaya salasınız.

Aygün Quliyeva
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 916
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri