Müasir dövrün uşaqlarını cizgi filmi izləmədən təsəvvür etmək mümkün
deyil. Uşaqlar demək olar ki, əksər saatlarını televiziya qarşısında
cizgi filmlərini izləməklə keçirirlər. Amerikada aparılan bir
araşdırmanın nəticələrinə görə, uşaqlarda televizora maraq 18 aylığından
yaranır. Amma bu, hələ onların tamaşaçı olduğunu göstərmir. Uşaqlarda 2
yaş yarımlığından başlayaraq cizgi filmlərinə maraq oyanır. Bu yaşda
olan uşaqların təqlidetmə qabiliyyəti yavaş-yavaş artır. 3-6 yaş arası
uşaqlarda isə, bu təsirin önəmi daha da artır, çünki araşdırmaçılar bu
yaş qrupuna aid uşaqlarının televiziya izləyərkən "məna" axtardığını
ortaya çıxardıblar. 6-11 yaş qrupuna daxil olan uşaqların izlədiyi
proqramların təsirləri daha çoxdur, çünki bu yaş qrupu uşaqlarda diqqət
və dəqiq izləmə tam inkişaf etmiş olur.
Ümumiyyətlə, uşaqların baxdığı hər şey, tez-tez kadr dəyişikliyi körpə
beynində qarışıqlığa və pozuntuya da səbəb ola bilər. Ona görə də uşaq
daim nəzarətdə saxlanılmalıdır. Bəzən analar uşaq narahat etməsin deyə,
övladlarına diqqətsiz yanaşırlar. Uşaqlar da bəzən özləri də bilmədən
18+ videolarına tıklayırlar. Bu da əlbəttə, öz növbəsində uşağın həm
psixoloqiyasına, həm tərbiyəsinə zamanla təsir edəcək. Ona görə də,
uşağa laqeyid yanaşmaq olmaz. Bəs necə edək, uşaqlar 18+ videolarını
tıklaya bilməsinlər? Bunun bir çıxış yolu varmı? Bu mövzuyla ATV
kanalının İT mütəxəssisi Eyvaz Kərimova müraciət etdik.
O bildirdi ki, bu halı aradan qaldırmaq üçün, mobil telefonlara və
planşetlərə qadağa qoymaq kimi bir proqram yoxdur. Ancaq kompüterlər
üçün müəyyən proqramlar var. Bu proqramlar kompüterə yükləndikdən sonra
18+ videoları izləmək olmur.
Milyonlarla videonu özündə cəmləşdirən "Youtube" sehifəsində uşaqların
izləməsinin uyğun olmadığı videolar da mövcuddur. Uşaqların belə
videoları izləməyinin qarşısının alınması üçün "Restricted Mode"
bölməsindən istifadə edə bilərsiniz. Bu əməliyyatı yerinə yetirmək üçün,
"Youtube" ünvanınızın olması daha məqsədəuyğundur.