Körpənizə ilk dəfə yemək verməyin incəlikləri

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 370
Səs ver:
(səs: 1)
Südünüz körpəniz üçün ilk və faydalı qidadır. Ancaq digər qidalara keçərkən necə bir yol izlənilməli və nələrə diqqət edilməli?

Miqdar necə təyin olunmalı?

Bir qidanı ilk dəfə yedirəcəksinizsə az miqdarda verin və miqdarını yavaş -yavaş artırın. Məsələn: armud püresi yedirəcəksinizsə, əvvəlcə 2 çay qaşığı ilə başlayın, əgər dəridə töküntü ya da qızarıqlıq kimi problemlər inkişaf etməzsə və ya həzm sistemində problem ortaya çıxmazsa, bu miqdarı 4-5 qaşığa qədər çıxara bilərsiniz.

Tək bir qida üsulu

Eyni anda bir neçə əlavə qida versəniz, allergik bir reaksiya meydana gəldiyində buna hansı qidanın gətirib çıxardığını təyin etməniz çətinləşər. Bu səbəblə 1-ci həftə boyunca yalnız tək bir qida yedirin, 2-ci həftə başqa bir qidaya başlayın. Beləliklə, körpənizin yedirdiyiniz qidaya allergiyası olub -olmadığını daha asan anlaya bilərsiniz.

Körpəniz rədd edirsə…

Körpəniz verdiyiniz əlavə qidanı rədd edirsə, israr etməyin. Çünki bu qidanı tamamilə rədd etməsinə yol aça bilərsiniz. Başqa bir əlavə qidaya dolan və 1-2 gün sonra təkrar yedirməyi yoxlayın.

Ev istehsalı qatıq
Çöldə satılan qatıqlar ömürünün uzanması üçün qatqı maddəsi ehtiva edə bilir. Evdə edilmiş qatıqlar isə həm daha sağlam, həm də körpələrin inkişafında əhəmiyyətli bir rol oynayan probiyotikler də ehtiva edir. Bu səbəblə körpəniz heç olmasa 1 yaşına gələnə qədər qatığınızı evdə özünüz hazırlayın.

Təzə tərəvəz və meyvə
Qida tərkibləri zəngin olmadığı üçün 1 yaşından əvvəl dondurulmuş tərəvəz və meyvə ilə konserv qidalar yedirməyin. Əks halda vitamin və mineral əskikliyinə bağlı qansızlıq ilə böyümə geriliyi meydana gələ bilər. Körpənizin kafi vitamin və mineral ala bilməsi üçün təzə tərəvəz və meyvə yedirməyə diqqət edin.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 370
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri