Uşaqların sağlamlığı məktəbdəki gigiyenadan asılıdr

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 238
Səs ver:
(səs: 0)
Uşaqların sağlamlığı məktəbdəki gigiyenaya bağlıdır.
Mikroblarla təmasın ilk olaraq əllərimizlə reallaşdığını düşünsək, əl gigiyena və təmizliyinin əhəmiyyəti açıqca ortaya çıxır. Əl gigiyenasına lazım olan diqqəti göstərməmək, bədəni mikrobik bir çox xəstəliyə qarşı savunmasız buraxır. Qrip, soyuqdəymə, sarılıq, Hepatit A və bağırsaq parazitləri əl vasitəçiliyi ilə bədənimizə girərək bizi xəstə etdiyi kimi, başqa insanlara qarşı da daşıyıcı olmamıza səbəb olur.

Çox sayda şagirdin bir yerdə olduğu məktəblərdə, uşaqların yoluxucu xəstəliklərə tutulma ehtimalları da artır. Alınacaq qoruyucu tədbirlər ilə mikrobları uşaqlardan uzaq tutaraq immunitet sistemlərinin güclənməsinə köməkçi olmaq mümkündür.

Xüsusilə məktəb kimi izdihamlı sahələrdə mikroblara daha açıq halda olduğumuz və mikroblar bədənimizə ümumiyyətlə əlimiz vasitəsilə çata bildiyi üçün uşaqlarımızı əl gigiyenası mövzusunda məlumatlandırmamız lazımdır.

Əllərimizi yumamız lazım olan təməl vəziyyətlər

Yeməklərdən əvvəl və sonra

Yemək hazırlamadan əvvəl

Çiy qidalara təmas etdikdən sonra

Çöldən evə gəlindiyində

Yuxudan əvvəl və sonra

Öskürmə, asqırmadan sonra

Diş, ağız, üz və göz təmizliyi etməzdən əvvəl

Tualetdən əvvəl və sonra

Çirkli, tozlu bir işi tamamladıqdan sonra

Xəstə olan bir yaxını ziyarət etdikdən sonra

Pul, telefon kimi bir çox adamın toxunduğu vasitələrin istifadəsindən sonra

Heyvanlara təmas etdikdən sonra əllər mütləq yuyunmalıdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 238
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri