Hüzurum (22-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 4 284
Səs ver:
(səs: 1)
Fəridə xanım telefonu söndürdükdən sonra yığışdırmış olduğu yatağın üstünə oturdu. Çiyinləri çökmüş, iki əlində tutduğu köhnə model tuşlu telefonuna baxırdı. Gözləri dolmuş, bir neçə asi damla çoxdan azadlığına qovuşmuşdu.

Üzgündü...

Hüzurun iftar dəvətini geri çevirmişdi çünki həm oğlundan həm də Hüzurdan incimişdi. Ramazanın onuncu gününə gəlmişdilər, bugünə qədər də nə çağırmış, nə də zəng vurmuşdular. Çox bir şey istəmirdi ki. Sadəcə onlarla zaman keçirmək istəyirdi. Amma oğlu istəmirdi demək ki.

İç çəkdi və çiyinlərinə toxunan əllə başını qaldırıb ərinə baxdı. Başını həyat yoldaşının çiyninə qoydu. Ərinin bir əli çiynində, bir əli də onun əlinin üstündə idi.

"Belə pis olacaqdınsa niyə dəvəti qəbul eləmədin?" deyə başını aralayıb arvadına baxdı. Onun bir neçə gündür susqun olması gözündən qaçmamışdı.

"Necə qəbul eləyəydim? Gör neçə gündür zəng gözləyirik onlardan. Əli hər il Ramazanın çoxunu bizdə keçirərdi, nə olardı ki indi də arvadını da götürüb gələrdi də." deyə yüngül əsəblə danışdı Fəridə xanım.

"Vecinə alma günəşim." deyən adam gülümsədi. Gənclik illərindən bu yana arvadına günəşim deyərdi həmişə və bu xitab şəkli Fəridə xanımın çox xoşuna gələrdi.

Fəridə xanım ərinin ona uzun bir aradan sonra təkrar günəşim deməsi ilə gənc qızlar kimi güldü və bir neçə saniyəlik də olsa üzüntüsünü unutdu. Yoldaşının varlığı üçün bir daha şükr etdikdən sonra biraz daha söhbət etdilər və yataq otağından çıxdılar.

Asif bəy oturma otağına girib idman kanalı açdı. Tv'da xəbər vaxtı olmayanda ancaq idmana baxardı və heç ürəyi sıxılmazdı. Divanda oturub ayaqlarını uzatdı. Əllərini də qarnında birləşdirib tv izləməyə davam etdi.

Fəridə xanım başını qatmaq üçün təmizliyə girişdi və ilk öncə otaqları süpürməyə başladı. Yaşı irəlilədiyi üçün gənclik illərindəki kimi iş görə bilmir, tez yorulurdu. Bir də oruc olunca gücü qüvvəti ən aza düşürdü. Təmizlik işi bitincə özünü divana atdı. Gözlərini yumdu. Biraz istirahət etməyə ehtiyacı var idi. Biraz sonra gözlərini açıb baxışlarını ərinə çevirdi və onun divanda oturaq vəziyyətdə yatdığını görüncə gülümsədi. Bu divanda yatmaq xasiyyəti əinin tərk edə bilmədiyi bir vərdiş idi. Nə vaxt oyadıb yerində yat desə, eyni cavabı alardı. "Burada yatmağın dadı başqadır."

Fəridə xanım yenə eyni cavabı alacağını bildiyi üçün heç ərini oyatmaq zəhmətinə girişmədi və nazik bir ədyal gətirib üstünü örtdü. Əlində bərk bərk tutduğu pultu əlinə almağa çalışanda ərinin xomurdanaraq bir şeylər deməsi qarşısında "Heç olmasa yatanda əl çək bu pultdan" deyib gülümsədi. Və pultu alıb tv'ni söndürdü. Mətbəxə gedib şorba və makaron hazırlamağa başladı. Bugünlük yeməkləri sadəcə bu ikisi olacaqdı.

Hüzur ərinin bu yaxınlığından ötrü çox həyəcanlanırdı. Onun bu qədər yaxın olması xəyallarından belə ötə idi. Heç bu qədər qısa zamanda ona belə davranmasını gözləmirdi. Özəlliklə son bir neçə gündür altdan alta ima etdikləri ilə utancaqlığını gizləyə bilmirdi.

Yanaqları yenə qızarmağa başlamışkən "Gedək?" deyib geri çəkildi.

Əli arvadının çətinliklə söylədiyinə qarşılıq gülümsəyərək "Gedək." dedi və arvadının ondan uzaqlaşmağına izn verdi.

Hüzur ərindən uzaqlaşıb bişirdiklərini qaba yığmağa başladı. Əli ayağına dolaşmışdı. Arxasındakı ərinin varlığını unuda bilmirdi. Bunun belə davam etməyəcəyini bilərək plov qoyduğu paketi ərinə uzatdı. "Al bunu, apar qoy maşına. Mən də o biri işləri eləyim." dedi və arxasını dönüb işini görməyə davam etdi.

Əli əlinə tutuşdurulan paket ilə gülümsəyib arvadına göz qırpdı. Arvadının belə utanması, yanaqlarının qızarması çox xoşuna gəlirdi, onu öpmək istəyinə əngəl ola bilmirdi.

Arxasında qalan Hüzur isə ərinin bu hərəkətləri qarşısında iki əlini də üzünə yelpinc niyyətinə salladı. Yanaqları yanırdı. Bu adam bu aralar çox utandırırdı onu. Onu bu şəkildə buraxıb arxasını dönür və heç nə olmamış kimi yoluna davam edirdi. Hüzur başını iki yana sallayıb gülümsəyərək əlinə şirni qabını aldı və qapının önündə gözləməyə başladı. Ərinin pilləkənləri iki üç çıxmağını izlədi. Qarşısına gəlincə qabı əlinə verib bir şey deməyini gözləmədən içəri girdi. Mətbəxə geri qayıdıb qalan şeyləri də karton qutunun içinə qoydu, onu da diqqətlə tutaraq qapının önünə qoydu. Babetlərini geyindi. Qutunu da alıb evdən çıxdı, qapını kilidlədi. Arxasını döndüyündə əri ilə qarşılaşdı.

"Vse? Başqa heç nə aparmırıq?" deyə soruşan Əli eyni zamanda yerdəki karton qutunu da əlinə aldı. Arvadının əlindəki şirnini görüncə "Bunun adı nədir?" deyə bir sonrakı sualını soruşdu.

Hüzur ərinin ilk soruşduğu suala qarşılıq "Yox başqa heç nə aparmırıq. Az eləmişəm?" deyib əndişəyə qapıldı.

Əli "Yox Hüzur az deyil. Mən aşağı başqa bir şey aparacağıq ya yox deyə soruşdum. Narahat olma." deyib arvadına yaxınlaşdı və baxışları ilə şirnini göstərib "Bunu eləməmişdin mənim üçün!" Səsi səbəbsizcə sitəmkar çıxmışdı.

Hüzur ərinin sitəmkar səsinə qarşı gülümsəyib "İlk dəfə bugün bişirmişəm bu şirnini. Mamagildə bəyənməsən də bəyəndim de yaxşı?" deyib bütün ciddiyəti ilə müdürlər kimi danışdı.

Əli arvadının bu söylədiyinə qarşılıq qəhqəhə atarkən "Deməli bəyənməsəm də bəyəndim deyəcəm?" deyə soruşdu.

"Hə bəyəndim deyəcəksən Əli!"

"Bəs bunun qarşılığında mən nə alacam?"

"Necə yəni?"

"Yənisi," deyib arvadının üzünə əyildi, "Mənim bu iş birliyindən qazancım nə olacaq?"

"Hmm qoy biraz düşünüm..." deyən Hüzur addımlarını da pilləkənlərə yönəltdi. Yanında gələn ərinə baxaraq "Qazancınız Əli müəllim, zamanı gələndə deyəcəm." dedi və utanaraq təbəssüm edib pilləkənlərdən düşməyə başladı. Bunu necə dediyini bilmirdi amma artıq ərinin imalarına qarşılıq verməli idi.

Əli pilləkənlərdən düşən arvadının arxasından başını iki yana tərpədib gülümsədi. Əlindəkiləri arxaya yerləşdirib özləri də yerlərinə əyləşdilər. Əli sükan arxasına keçdi. Arvadının da minib kəmər taxışını izlədi. Sonra da maşını sürməyə başladı.

Hüzur telefonunda saata baxmaq istədi amma nə telefonunu nə də çantasını almadığını gördü. Oflayaraq yan tərəfinə döndü. "Əli telefonunu verə bilərsən?" dedi. Nə edəcəyini soruşmamasını dilədi içindən.

Əli ruldakı əlini cibinə apararkən oturacaqda hərəkətləndi biraz. Telefonu cibindən çıxardı amma o dəqiqə vermədi.

"Neyləyəcəksən? Sənin telefonun hanı?"

Hüzur diləyinin gerçəkləşməməsi ilə ilk başda düşündüyü fikri dilə gətirdi.

"Yadımdan çıxıb evdə qoymuşam telefonu. Azana nə qədər qalıb deyə baxacaqdım."

Hüzur bunları söylədikdən sonra ərinin reaksiyasını gözlədi. Bu səfər də Əlinin qolundakı saata baxmamasını dilədi.

Əli baxışlarını yoldan ayırıb arvadının üstünü incələdi və çantasını almadığını gördü. Bir əli rulda ikən digər əlində telefonu çevirirdi. Hüzurun ona gözləyiş içində baxmasına daha çox dayana bilmədi və telefonu uzatdı. Arvadının gülümsəyən üzünü görüncə baxışlarını yola çevirdi.

Hüzur əlinə aldığı telefonu açmaq istədi amma aça bilmədi çünki şifrəsi var idi. "Şifrəni deyə bilərsən?" deyərkən əlindəki telefonu göstərdi.

Əli tıxacdan bezmişcəsinə oflayaraq baxışlarını arvadına çevirdi.

"1111"

Hüzur ərinin bezgin səsiylə şifrəsini söyləməsi qarşısında və bu qədər bəsit bir şifrə gözləmədiyi üçün səsli bir şəkildə gülərkən, "bu qədər adi bir şifrə gözləmirdim səndən." dedi.

Əli arvadının bu sözünə gülərək "Adi olsa da ilk başda sənin də ağlına gəlmədi. Elə deyil?" dedi və açılan yoldan irəlilədi.

"Vau. Zəkaya bax a." dedikdən sonra şifrəni açdı və ekranda açılan möhtəşəm dəniz mənzərəsinə heyran qalaraq yuxarıdakı saata baxdı. Azana 8 dəqiqə qalmışdı. Baxışlarını gizlicə ərinə çevirdi. Və ərinin ona baxmadığını görüb cəld rəhbərə girdi. H hərfi gəldi, öz adını axtardı amma tapa bilmədi. Nə olaraq qeyd etdiyini bilmirdi, nə qədər düşünsə də ağlına gəlmirdi. Bəlkə də heç qeyd eləməmişdi, bu da ola bilərdi. Rəhbərdəki adlara baxarkən Könül adı gəlincə girib WhatsApp'ına baxdı. Profil şəklinə baxarkən arada bir ərinə baxır, onun ona baxmaması ilə qarışdırmaq işlərinə davam edirdi. Qızın yanında cavan bir adam və qucağında uşaq var idi.

Bunu görüb biraz rahatlayaraq dərin bir nəfəs buraxdı. Tezdən rəhbərə girib öz nömrəsini yazıb tapmaq istədi. Yazmaq istəyərkən ərinin maşını saxlaması ilə əlindəki telefonla ərinə baxdı. Əlinin ona lağ edərmiş kimi baxmasına qarşılıq utancla qızardı. Nə deyəcəkdi ki?

Əli arvadının telefonu niyə istədiyini telefonu verəndən bir neçə saniyə sonra anlamışdı. Onun telefonu qurdalamağına qarşılıq əsəbləşmək yerinə gülümsədi. Xoşunamı gəlmişdi bu bilmirdi amma gülümsəməsini əngəlləyə bilmədi. Heç səsini çıxartmadı və arvadının ona arada gizli gizli baxışlarına qarşılıq qəhqəhəsini tutaraq yoluna davam etdi.

Ailəsinin yaşadığı binanın önündə boş olan bir yerdə maşınını saxladı. Açarı çıxardıb arvadına baxdı. Onun da təəccüblə ona baxmağına qarşılıq olaraq xaincə gülümsəyib ona doğru əyildi və telefonu əlinə aldı.

"Qurdalamaq işlərinə sonra davam eləyərsən. Yaxşı?"

Telefonu aldı amma geri çəkilmədi.

Hüzur ərinin onun neylədiyini anladığı üçün utancla qızararkən nə deyəcəyini bilməyərək axır zamanlar ən çox baş vurduğu yolu seçdi.

"Nə olar bəyəm qurdalayanda, ərim deyilsən?"

Əli "Eləyəm." deyərkən səsi çox net və özündən əmin çıxmışdı.

"Problem yoxdu ki onda?"

"Deyəsən bu dediyindən sonra olmamalıdır." deyən Əli arvadı ilə açıq açıq lağ edirdi. Gülümsəməsi isə dodaqlarından bir an olsun silinmirdi.

"Olmamalıdır." deyən Hüzur kəmərini açmaq üçün ərinin olduğu tərəfə yüngülcə əyildi, açandan sonra başını qaldıranda əri ilə göz gözə gəldi.

Əli arvadının yaxınlığından fürsət taparaq yanaqlarından öpmək üçün əyildi və tam öpəcəkkən "Allahu-Əkbər" səsi eşidildi. Azan başlamışdı. Hüzur ərinin onu öpəcəyini anlamışdı və heç bir şey demədən -ki bunu əngəlləyə bilmək kimi bir ehtimal da yox idi- azanın səsini eşitdi və tez
"Azan oxunur," dedi.

"Əziz Allah." deyən Əli tez arvadından uzaqlaşdı. Aldıqlarını əlinə aldı və tez qapının önünə gəldilər. Hüzur qapını çaldı və üzünə yerləşdirdiyi gülümsəmə ilə ərinin yanında durdu.

Onlara təəccüblə baxan Fəridə xanım açdı qapını. Darıxmışdı anası üçün.

Əli anasının təəccübünə gülərək "Fəridə sultan içəri almayacaqsan bizi? Bax azan oxunur, özüm də çox acmışam bugün." deyərək anasına baxdı.

Fəridə xanım qapını açarkən onlarla qarşılaşacağını heç təxmin belə etməmişdi. Oğlu və gəlini əlləri dolu dolu iftara gəlmişdilər. Gözləri dolarkən "ay səni məntiqsiz, keçin içəri qapıda qaldınız." deyərək qapıdan biraz geri çəkildi və başını arxaya ataraq "Asif, qonaqlarımız gəlib." deyib sevinclə gülümsədi. Kefi anında yerinə gəlmişdi.

Hüzur və Əli əlindəkiləri mətbəxə qoyarkən Fəridə xanım da dallarıyca gəlirdi. Əli əlindəkiləri qoyub atasının yanına getdi və azanın bitməyini gözlədilər.

Hüzur plovu isti olduğu üçün istiyə qoymadı amma soyuyanları istiyə qoydu. Əlinin mətbəxdən çıxması ilə qaynanası ilə baş başa qalmışdı. Hüzur qaynanasının əlini öpüb bərk bərk qucaqladı. Qaynanasının da onu qucaqlaması ilə bütün narahatçılığı uçub getdi. Sonra qonaq otağına girdi və qaynatası ilə görüşdü.

Asif bəy və Əli bu görüntü qarşısında gülümsədi. Azanın bitmiş olmasının bir tək Əli fərqində idi çünki bugün çox yorulmuşdu.

"Başlayaq da yeməyə."

Fəridə xanım cəld mətbəxə gedib sinidə iki boşqab, stəkan qaşıq çəngəl gətirib süfrəyə düzdü. "Niyə xəbər verməmisiniz ki mənə?"

"Gəlinin sürpriz eləmək istəyib sultanım." deyən Əli baxışlarını anasından arvadına çevirdi və bir birlərinə baxaraq gülümsədilər.

Fəridə xanım oğlunun və gəlninin arasının belə yaxşı olması qarşısında gülümsədi. Sonra hər kəs yerinə oturdu və oruclarını açdılar. Bütün yeməklər deyib gülərək yeyilmişdi və sonrasında süfrə duası edilmişdi. Kişilər tv qarşısına keçib xəbərlərə baxarkən xanımlar süfrəni yığışdırmağa başlamışdılar. Hüzur qaynanasını güclə mətbəxdən çıxardandan sonra qabları yudu. Mətbəx şkaflarının üstünü və stolun üstündəkiləri təmizləyəndən sonra çay üçün stəkanları siniyə düzdü. Çay suyu qaynayınca dəm atdı və dəmin almağını gözlədi.

Əli otaqda anasının və atasının könlünü alarkən bütün günahın özündə olduğunu üstünə basa basa demişdi. Moizə vaxtı gəlincə atası ilə bir yerdə ayağa qalxdılar. Atası dəstəmaz alarkən Əli də mətbəxə girdi su içmək bəhanəsi ilə və arvadının dəm almağını gözlədiyini gördü. Baxışları stuldakı şirnilərə dəyincə gülümsədi.

"Şirninin dadına baxa bilərəm görəsən?" deyib ona baxan arvadına gülümsədi. O da gülümsəyərək yanına gəldi.

"Niyə baxmırsan, bax." deyən Hüzur şirnidən bir dilim kəsib çəngəllə ərinə doğru uzatdı.

Əli uzadılan şirnini alaraq çeynəməyə başladı. Arvadının ona gözləyiş içində baxmağına daha çox dayana bilməyərək çəngəli onun əlindən aldı və kiçik bir parça alıb arvadına uzatdı. Hüzur ilk başda təəccüblənsə də sonradan uzadılanı dodaqlarına aldı.

"Necədir bəyəndin?" deyə soruşdu ağzındakı loxmanı udarkən.

Əli "Belə də." deyib arvadının burnunu sıxdı. Onun əsəblə baxmasına qarşılıq arxasını döndü və qapıdan çıxmamış başını arvadına çevirdi. Onun şirnidən bir loxma daha aldığını görüncə gülümsədi və "Arvad," dedi.

"Nə var?" deyən Hüzurun səsi küskün idi. Ərinin bəyənməmiş olsa da bəyəndim deməyini istərdi.

"Şirnini deyirəm," deyib baxışları ilə şirnini işarət etdi.

Hüzur əsəblə "bilirəm bilirəm, bəyənmədin." dedi.

"Sənin kimi çox gözəldir."

Əli son söylədiyi ilə arvadının təəccüblə gözlərini açmasına göz qırpdı və arxasını dönüb yoluna davam etdi. Hüzur gedən ərinin arxasıyca yenə təəccübü ilə baş başa qalmışdı. Təəccübünün yanında xoşbəxtlik də vardı. Gözlərini yuxarı doğru qaldırarkən səssizcə mırıldandı.

"Könlümdəkini könlünə saldığın üçün Şükrlər olsun Allah'ım."

Bölüm sonu...

Yazar: Məryəm
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 284
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri