Hüzurum (23-cü bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 4 717
Səs ver:
(səs: 0)
Hüzur gedən ərinin arxasıyca yanaqları qızarmış, dodaqlarında qonaq olan gülümsəmə ilə qalmışdı. Sevdiyi adam bunu bu aralar adət halına gətirmişdi. Son sözü deyir və arxasını dönüb gedirdi. Onun gedərkən üzünə yerləşdirdiyi gülümsəmə isə qəlbinə heç yaxşı gəlmirdi. O qədər sürətlə atırdı ki, əlini aparıb ürəyinin üstünə qoydu. Dərin dərin nəfəslər aldı və keçən dəqiqələrin nəticəsində sakitləşdi.

Mətbəxdən çıxıb qonaq otağına, Fəridə anasının yanına oturdu. Əlini tutub təkrardan öpdü. "Ana bağışladın bizi?" deyə soruşdu. Bu məsələdə içi rahat deyildi və bağışlandıqlarını eşitməyə ehtiyacı var idi.

Fəridə xanım gəlininin bu cana yaxın rəftarına gülümsədi və onu özünə çəkib qucaqladı. "Bağışladım balam. Bağışladım. Rahatla artıq." deyib geri çəkildi və ona gülümsəyərək baxan gəlininin yanağını oxşadı.

Daha sonra qalxdılar, namazlarını qıldılar. Son səcdədən sonra Hüzur əllərini açdı və içdən etdiyi dualarına birini də əlavə etdi.

"Allah'ım. Mən qəlbimdə hiss etdiyim duyğuları harama bulaşdırmadan yaşadım. O hər zaman dualarımda idi. Məni onun duası elə Rəbbim. O mənim dua qədər içdən sevdiyim."

Səcadəsini qatlayıb yerinə qoydu. Fəridə anası hələ duasını bitirməmişdi. Hüzur Əligilin birazdan gələcəklərini bildiyi üçün cəld mətbəxə gedib qazı yandırıb çay suyunu isti etdi.

Keçən dəqiqələrdən sonra qapı çaldı və Hüzur cəld mətbəxdən çıxıb qapını açdı. Asif bəy "gəlinim qapıda qarşılayır ki bizi." deyə gülümsəyib ayaqqabılarını çıxartdı və içəri girdi.

Hüzur qapıdan geri çəkilmiş ərinin içəri girməyini gözləyirdi. Ərinin asta bir şəkildə ayaqqabılarını çıxartması qarşısında oflayaraq "Biraz da yavaş ola bilərsən." dedi.

Əli arvadının oflayaraq dediyi qarşısında baxışlarını qaldırdı və arvadına baxdı. Alnında çizgilər yaranmışdı. Duruşunu dikləşdirdi və ayaqqabılarını çıxartdı. Ayağını içəri atacaqdı ki Hüzurun "sağ ayaq" deməsiylə anlamadığını bildirərək baxdı arvadına. Hüzur sevdiyi adamın ona baxmasına yüngül bir təbəssüm etdi və ərinin sol ayağı ilə içəri girəcəyini görüb bunu əngəlləmək üçün cəld "sağ ayaq" dedi amma ərinin bunu niyə dediyini anlamadığını görüb "evə girəndə sağ ayaqla girməliyik." dedi.

Əli arvadının dediyinə gülümsəməsi genişləyərkən sol ayağını çəkib sağ ayağıyla girdi içəri. Qonaq otağına girməmişdən qabaq da arvadının qulağına əyilib "sən də mənim müəllimim oldun deyəsən," dedi.

Hüzur ərinin bu səfər son sözü deyib arxasını dönməsinə icazə vermək istəmədi. "Şikayətçisən bundan?" deyə soruşdu.

Əli arvadının bu sualıyla geri çəkildi və gözlərinin içinə baxdı. Təbəssümü əsrarəngiz bir hal alınca gözləri qısıldı. Dodaqlarını araladı.
"Şikayətçi olsaydım indi mənimlə olmazdın!" Əlinin səsi çox kəskin çıxmışdı. Heç bir etiraza məhəl verməyəcək şəkildə demişdi və qarşısındakı qızın ona qəribə qəribə baxması ilə tək qaşını qaldırdı. Nə demişdi ki indi?

Hüzur ərinin bu söylədiyi ilə nə deyəcəyini bilmədi. Onun yanımda olmazdın cümləsi nə olursa olsun ağır bir cümlə idi. Əli əgər onu istəməsə heç bir şəkildə yanında ola bilməyəcəyini açıq bir şəkildə söyləmişdi. Gözlərinin yandığını hiss etdiyi anda baxışlarını ərindən qaçırtdı. Uzaqlaşmalı idi. Yoxsa ağlayacaqdı.

Əli arvadının onu yalnış anladığını sonradan, gözlərinin yaşardığını görüncə anladı. Onun getməyinə izn vermədi və əlini belinə dolayıb özünə çəkdi. Qulağına əyildi. "Yaxşı ki, mənimləsən. Yaxşı ki, mənim xanımımsan." Əli bunları içdənliklə dilə gətirdi. Geri çəkildi və arvadının yanağından süzülən bir damla yaşı baş barmağı ilə sildi. İki əlini də arvadının yanaqlarının üstünə qoydu. Üzlərini yaxınlaşdırdı və təbəssüm edərək "Hüzur Əkbərova, sizə ağlamağı qadağan eləyirəm." dedi və alnından öpdü. Hüzur daha nə qədər hüzura çata bilərdi bilmirdi. Sevdiyi adam hər dəfəsində onu üzəndən sonra sonda xoşbəxt edirdi onu. Necə gözəl 'yaxşı ki' deyirdi. Əvvəlki kimi 'kaşki' demirdi. Zatən yoldaşlar arasında ən önəmli olan da bu idi. Kaş ki yerinə yaxşı ki demək və bir birlərinə duyduqları məmnuniyyət.

Əli arvadından geri çəkilərkən "Day otağa gedək, sən də ailənə çay süz." dedi təbəssümü gülümsəməyə dönüşərkən.

Hüzur sevinclə ərinin dediyini elədi və gülər üzü ilə çay servisini elədi. Söhbətlər edildi və Hüzurun elədiyi şirni çox bəyənildi. Əlbəttə ki, Əli ilk başda arvadını əsəbləşdirmək üçün "Ana necə olub şirni? Yaxşı eləməyib hə?" deyə soruşmuşdu ciddi üzü ilə. Buna qarşılıq Asif bəy arvadına söz haqqı tanımadan "bəyənməmisənsə ver mən yeyim. Çox dadlıdır." deyib gəlininə gülümsədi.

Fəridə xanım da ilk öncə ərini uyararaq "sənin şəkərin yoxdu, Asif," demiş, ardıyca da "çox gözəl olub qızım. Əllərinə sağlıq." deyib şirnidən bir çəngəl daha alıb məmnuniyyətlə yemişdi. Asif bəy də "görmürsən, Əli müəllim bəyənməyib" demişdi.

Hüzur bu kiçik davanın harasında idi bilmirdi. Gülümsəyərək olanları izləyirdi. Baxışlarını ərinə çevirəndə də ərinin ona göz qırpması ilə qarşılaşmış və utanaraq başını çevirmişdi başqa tərəfə.

Çaylar gülüşmələr yoldaşlığında içilmiş, Asif bəy bir dilim də yemək istəsə də arvadı tərəfindən əngəllənmişdi. Buna qarşılıq olaraq Əli "Ata narahat olma, mən sənin yerinə yeyərəm."
Asif bəy də" bəs sən bəyənməmişdin?" deyincə cavab gecikməmişdi. "Ata, sənin üçün yeyəcəm də." dedikdən sonra atasının yerinə də - öz dediyinə görə - yemişdi. Sonra da divana söykənib əlini şişən qarnına qoyaraq "Ay daa. Deyəsən çox yedim." dediyində ətrafdakıların gülüşləri ilə qarşılaşmışdı.

Fəridə xanım oğlunun bu xoşbəxt halını görüncə təşəkkür edərcəsinə Hüzura baxmış və oğlunun bütün şirnini yeyib qurtarması qarşısında zarafatla "Asif görürsən bu məntiqsizi? Guya bəyənməmişdi. Bəyənsəydi nə olardı bilmirəm." demiş və gülmüşdü. Hüzur bu danışıqlardan utanınca ayağa qalxıb qab qaşığı mətbəxə aparıb yudu. Təzgahın üstünü siləndən sonra otağa geri qayıtdı və ərinin artıq ayağa durduğunu gördü.

"Biz day gedək." deyən Əli ilk öncə atasını, sonra da anasını öpmüşdü. Anası hər nə qədər qalmaqları üçün israr etsə də qəbul etmədi.

Evdən çıxdılar. Əli qabları arxaya yerləşdirib sükan arxasına keçdi.

Əli baxışlarını yoldan ayırıb səssizcə oturan arvadına baxdı. Dodaqları yuxarı doğru qıvrılarkən cibindən telefonu çıxartdı. Əlində bir tur çevirib arvadına uzatdı. Onun təəccüblü baxışlarına səsli gülərkən, "Qurdalamaq işlərinə davam eləmək istəmirsən?" deyə soruşdu. Bunu deyincə arvadının qaşları çatıldı.

Hüzur nə reaksiya verəcəyini, nə deyəcəyini bilmədiyi üçün qaşlarını çatdı. Dodaqlarını aralasa da bir şey deyə bilmədi. Baxışları sevdiyi adamda idi. Onun baxışları yolda idi amma hələ də təbəssüm edirdi. Bir əliylə rulu tutarkən digər əli ilə hələ də telefonu uzatmışdı. Daha çox gözləyə bilməyəcəkdi. "Sən verdiyin üçün alıram aa. Yoxsa bilirsən ki mən-" demişdi ki, sözünü Əli tamamladı. "Əlbəttə ki Hüzur. Bilirəm. Mən verməsəydim sən heç vaxt qurdalamazdın telefonu. Sən heç elə şey elərsən?" deyə gülümsəyən Əli maşını yol qırağında saxladı. Baxışlarını arvadına çevirdi. Onun küskün baxışları qarşısında gülümsəməsi yavaşca təbəssümə dönüşdü. Onun əlində tutduğu telefonu alıb şifrəsini girəndən sonra WhatsApp'a girdi. Cəld Könülün profilinə girdi. Baxışlarını arvadına çevirdi. Hüzur isə ərinin nə etməyə çalışdığını anlamır və ərinin bu yaxınlığına alışmağa çalışırdı.

"Arvad bax," deyib şəkildəki gənc qadını göstərdi. "Bu Könüldü." deyib yanındakı cavan adamı göstərdi. "Bu da onun əri Tahirdi" dedi və barmağını qadının qucağındakı balacaya gəlincə təbəssümü genişləndi və gözləri parıldadı. "Bu da evliliklərinin meyvəsi Aynur." deyib balacanın adına açıqlıq gətirdi.
"Çox şirindi e." dedi səsinə yansıyan şəfqətlə. "MaşAllah çox şirindi. Allah saxlasın. "deyib baxışlarını ərinə çevirdi və anında kəsişdi baxışları.

Əli arvadının ona baxması ilə biraz daha yaxınlaşdı ona. Hüzurun həyəcandan nəfəsini tutduğu anda əslində özü də həyəcanlandığını anladı. Dodaqlarını arvadının dodaqlarına dəydirdi. Və o dəqiqə çəkmədi. Eləcə gözlədi. Bir şeyləri dəqiqləşdirə bilmək istərmiş kimi geri çəkilmədi. Gözləri bağlı idi və düşüncələri bir biri ardıyca ürəyinə basqın edirdi.

Hüzur nə edəcəyini bilməyən bir şəkildə Nəfəsini tutmuşdu. Özünü yavaşca geri çəkib "Əli..." deyə bildi çətinliklə.

"Hmm." deyən Əli dodaqlarını çəkdi amma bədənini geri çəkmədi.

Hüzur sevdiyi adamın o ilk gördüyü anda aşiq olduğu isti şokoladı anımsadan qəhvəliklərini görüncə birdən birə "İsti Şokolad." sözləri töküldü dodaqlarından.

Əli arvadının bu yaxınlaşma sonrası dediyi bu sözlərə gözləri ilk öncə iri iri açıldı, və sonra da qəhqəhəsini əngəlləyə bilmədən arvadının yanaqlarını dartıb geri çəkildi. Qəhqəhəsini saxlaya bilmirdi.

"Bir də biz kişilərə deyirsiz ki romantik deyilsiz." qəhqəhələrinin arasından demişdi.

"Ee niyə bu qədər gülürsən?" əlini yumruq tutub ərinin sarsılan çiyninə vurdu.

Əli qəhqəhəsini güclüklə sonlandıra bilib arvadına baxdı. Onun qaşlarını çatmış bir şəkildə baxmasına qarşılıq tək qaşını qaldırdı. "Nədi, ürəyin isti şokolad istəyir?" Aralarındakı məsafə çox yaxın idi. Hüzur sevdiyi adamın bu yaxınlığına qarşılıq nəfəsini tutmuşdu. Ürəyi də dəli kimi ayırdı. Yox, artıq əmin idi. Bu adam doğurdan da sağlamlığa zərərli idi. Özəlliklə də nəfəs darlığı, ya da ürək xəstəliyindən əziyyət çəkənlər bu adamla baş başa qalmamalı idi. Hüzur öz içində hesablaşarkən ərinin soruşduğu suala cavab verməli olduğunu özünə xatırlatdı və duruşunu dikləşdirdi. Bu adamın qarşısında fanatı kimi durmayacaqdı.

"Hə, neçə gündür ürəyim istəyir."

"Onda bu istəyini sonlandırmaq mənim vəzifəm." deyən Əli arvadına göz qırpıb geri çəkilərkən qızarmış yanağını dartmağı da unutmamışdı. Maşını təkrardan işə saldı və açıq kafe tapmağa çalışdı.

Hüzur sevdiyi adamın son söylədiyi ilə düşüncələrə dalmışdı artıq. Ərinin bu istəyini vəzifə olaraq görməsinə gülümsəsə də, sevgisinə qarşılıq tapmaq istədiyini bu aralar geri plana ata bilmirdi. Artıq ərindən bir işıq gözləyirdi. Başını pəncərəyə söykədi, evlilikləri boyunca yaşadıqları bir bir gəldi keçdi gözünün önündən. Sevdiyi adamın dəyişməsi, son zamanlarda altdan altdan söz atmağı və bu şirin halları...

Baxışlarını yoldan ayırıb Əliyə çevirdi. Yan profildən seyrə dalarkən ərinin nə deməyə çalışdığını düşündü və anında yanaqları alov aldı. 'Yoo elə düşünmüş ola bilməz...' demişdi ki öz iç səsini özü susdurdu və cavabladı. 'Niyə düşünməsin e? O sənin ərindi və bu vaxta qədər... " demişdi ki ona dönən baxışlarla nə edəcəyini bilməyərək Əli ayağına dolaşdı. Niyə bu qədər həyəcanlanırdı ki?

Əli arvadının onun baxışları qarşısında həyəcanlanması qarşısında gülümsədi. Arvadının bu məsum və İçdən hərəkətləri onu etkiləyirdi.

" Gəldik." dedi Əli. "Hara?" deyə soruşanda Hüzur yola baxıb gəldikləri yeri görüncə gülümsədi. "Düşək onda." dedi və cəld maşından düşdü. Əli də düşdü və maşını kilidləyib arvadının yanında durdu. Gülümsəyərkən nə qədər gözəl olduğunun bir daha fərqinə vardı. Bunu başqalarının da fərq edəcəyini düşününcə əsəbləşdi. Qaşları çatılmışkən ətrafına baxdı və bir iki oğlan qrupunun olduğunu gördü. Açıqca arvadına baxmasalar da onların elə varlığı bəs idi. Baxışlarını təkrardan arvadına çevirdi və onun hələ də içdənliklə gülümsədiyini gördü.

"Gülmə!!!"

Hüzur ərindən aldığı sərt əmrlə hüznə bulanarkən gülümsəməsini sonlandırdı.

"Bir də görməyim gülürsən," deyə cümləsinin davamını gətirən Əli arvadının ona üzgüncə baxmasına dözə bilməyərək qolunun altına aldı. Başını əyib gözlərinin içinə baxdı. "Sənə gülməyi qadağan eləyirəm." deyincə arvadının gözlərinin dolduğunu gördü. Qulağına əyildi və qısıq səslə danışdı. "Məndən başqası görməsin gülüşünü. Yoxsa gülüşünə aşiq olarlar. Bax onda mən çox sərt olaram."

Hüzur ərinin söylədiklərinə ilk başda qırılsa da sonradan dediklərinə həfif səsli güldü. Gülərkən ərinin "Gülmə də! Dəli eləmək istəyirsən məni?!" deməsi qarşısında iki əlini də qaldırıb ərinin t-shirt'ündən tutdu. "Həə, yəni deyirsən ki gülsən ağzını burnunu qıraram." deyib yenidən güldü.

Əli bunun qarşısında başını geriyə atıb güldü. Bu yaşına qədər heç bu qədər çox gülməzdi amma arvadı həyatına girəndən bu yana ancaq güldürürdü onu. Başını təkrardan arvadının qulağına doğru əydi və son sözlərini dedi.

"Sənin deyil, sənə baxanların ağzını burnunu qıraram. Mən səni sadəcə sevərəm." Əli bu etirafından sonra geri çəkildi və arvadının gözlərinin içinə baxaraq əlini əlinin içinə həps etdi. Birlikdə kafeyə girdilər. Boş bir masa axtararkən ən küncdə oturan gəncin yanına irəlilədilər. Masanın yanına gəlincə Əli oğlanın çiynindən tutub qulağına əyildi və bir neçə saniyə sonra gənc gülərək masadan qalxdı. Arvadını hər kəsə arxası dönük bir şəkildə otuzdurub tam qarşısında oturdu və gələn ofisiantdan isti şokolad və kofe gətirməyini istədi. Ofisiant gedəndən sonra baxışlarını arvadına çevirdi və onun parıldayan yaşıllıqlarla ona baxdığını gördü.

Yazar: Məryəm
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 717
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri