Hüzurum (28-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 4 641
Səs ver:
(səs: 0)
Hüzur sübh namazına qalxdı və dəstəmazını alandan sonra ərini də oyatdı- qalxması biraz çətin olsa da hər zaman ki kimi namazlarını qıldılar. Ramazan bayramı idi bugün. Bir aylıq oruclarını tutmuşdular və hər bir günündən ayrı bir həzz almışdılar.

Sonra tezdən yatmışdılar bayram namazı vaxtına qədər. Namazdan bir saat əvvəl oyanmış, ərini də oyatmışdı. Bayram namazını məsciddə qılacaqdılar və namazdan yarım saat qabaq məscidə getmişdilər. Namazdan sonra evə qayıtdılar.

Hüzurun üstünə geyindiyi donun rəngi pudra, özü isə düz və topuqlarına qədər uzun idi, çəhrayı rəngli şarfını örtərkən uşaqlığı gəldi ağlına. Hər bayramda atası onun üçün yeni geyimlər alardı. Məsciddə bayram namazını qılandan sonra anasının məzarına gedərdilər... Aynanın qarşısında keçib sürmə çəkdi. Gözəl görünmək istədi. Hazır olduğuna qənaət gətirincə mətbəxə keçib dünən axşam hazırladığı şirnini qaba yığdı. Əli də mətbəxə girdi.

"Hazırsansa çıxaq. Anagil bizi gözləyirlər " dedi. Hər bayramda bir araya gələrdilər.

" Yaxşı, gedim çantamı alım gəlirəm." dedi və cəld yataq otağına girib çantasını götürüb mətbəxə girdi və şirni qabını əlinə alıb mətbəxdən çıxdı.

"Əli sinini tuta bilərsən?" dedi sinini ərinə uzadaraq.
Əli "Deyəsən tuta bilərəm." deyə lağla qarşılıq verərkən arvadının uzatdığı sinini aldı.

Hüzur krem rəngi hündür ayaqqabılarını geyinib qapını kilidlədi və ərinin dalıyca pilləkənlərdən düşdü. Maşınlarına mindilər və yola düşdülər.

Hüzur sevincli olsa da durğun idi. İlk dəfə atası olmadan bayram keçirəcəkdi və bu üzülməsinə səbəb olurdu.

Əli arvadının gülümsəyən üzünü görsə də baxışlarındakı durğunluğun fərqində idi. Heç nə demədi. Səssizlik içində maşınını sürdü. Ailəsinin evini çoxdan keçmişdi və arvadı buna fikir verməmişdi hələ.

Hüzur dalğın baxışlarla ətrafı seyr edərkən bu yerlərin ona çox tanış gəldiyini gördü. Özəlliklə son girdikləri küçədə gözləri sonuna qədər açılarkən təəccüblə ərinə baxdı.

"Əli"

"Hə"

"Niyə... Burdayıq ?" deyə soruşdu çətinliklə. Cümlə qurmaq qabiliyyətini itirmişdi sanki.

"İlk gəlməli olduğumuz yer olduğu üçün."

Əlinin səsi heç olmadığı qədər qərarlı çıxmışdı.

Hüzur gözləri dolarkən "Amma... Sən?" Bir neçə damla çoxdan azadlığa qovuşmuşdu.

"Mən nə?" deyərkən maşını evin önünə boş bir yerdə saxladı Əli. Baxışlarını arvadına çevirdi ve cavabını gözlədi.

"Onun cavabını zamanı gəldiyində gözlərinin içinə baxaraq deyəcəm." dedi Hüzur və baxışlarını sevdiyi adamdan çəkdi.

"O zaman nə zamandı bəs?" deyərək bədəninin üst qismini arvadına doğru əydi.

Hüzur üstünə doğru əyilən adamla yavaşca geriyə çəkilərkən "Zamanı gəldiyi zamandı" dedi lağla. Sevdiyi adamla belə olmaq çox gözəl idi.

"Nə zaman da?" deyə israr edincə Əli, arvadının qəhqəhə atışını dinlədi. Bir dəqiqə əvvəl duyğusallıq eləyib ağlayan arvadının yerinə əlinə şokolad verilmiş kimi xoşbəxt olan bir qız uşağı gəlmişdi. Onun gülüşünə baxarkən dodaqları yavaşca yuxarı doğru qıvrıldı.

"Əli?"

"Hmm"

"Hər şeydən nigaransan ee"

"Nə olar yəni nigaran olanda?" deyib bütün bədənini arvadının üstünə əyməyi hədəfləmiş kimi arvadının üstünə əyildi. Aralarındakı məsafə get gedə ən aza düşürdü.

Hüzur ərinin ona get gedə biraz da yaxınlaşması ilə geriyə çəkilməyi buraxdı və eləcə ərinin qəhvəliklərinə baxaraq "Çox nigarançılıq da yaxşı deyil haa, məndən deməsi." dedi. Tək qaşını qaldırmağı bacarsaydı indi heç şübhəsiz tək qaşını qaldırardı.

"Söhbət səndən gedəndə də?" deyib tək qaşını qaldırdı Əli.

Hüzur sevdiyi adamın tək qaşını qaldırması ilə bir dəfə daha tək qaşını qaldıra bilmədiyi üçün qısqanclıq hiss etsə də, bu qısqanclığını geri plana atdı. İndi problemləri tək qaş qaldırmaq deyildi nəticədə. "Hmm..." deyə sanki düşünürmüş kimi elədi. Bir əlini qaldırıb çənəsinə qoyarkən dodaqlarını büzüşdürüb hərəkət etdirməyə başladı.

Əli arvadının bu hərəkəti ilə udqundu və səzsizcə,
"Hüzur?" dedi.
Hüzur "Həə ?" deyərkən sevdiyi adamın baxışlarının dəyişdiyini gördü. Maraqla nə deyəcəyini gözlədi.

Əli arvadında kilidlənmiş baxışlarını heç çəkmədən "Ramazan qurtardı." dedi və bir şeylərin fərqinə varmasını istədi.

"Bilirəm də," dedi Hüzur və adamın anbaan dəyişən qəhvəliklərindəki duyğuları izlədi. Gülmək istəsə də yatağının iç qismini dişlərinin arasına alıb buna əngəl qoydu. Ərinin reaksiyasını görmək istəyirdi.

Əli arvadının verdiyi bu cavabdan heç razı qalmamış kimi dərin bir nəfəs alarkən "Mən yenə də xatırlatmaq istədim." dedi. Arvadının artıq bir şeyləri anlamasını, romantik olmasını istəyirdi.

"Niyə ki?"

"Yəni... Imm... " deyən Əli ən sonunda əsəblə "Düş də, bu nədi iki saatdır söhbətə tutmusan məni!" dedi və bədənini geri çəkib maşından düşdü. Qapını bəlkə də gərəyindən artıq sərt bağlamış ola bilərdi.

Hüzur sevdiyi adamın verdiyi bu reaksiyaya dodağının bir kənarını dişlərinin arasına sıxışdırıb gülüşünü basdırmağa çalışdı. Ərinin belə qıvranması, atmacalar atması çox gülmədi. Üstəlik əri təqsirlilərin qorxulu yuxusu polis ikən... Təqsirlilərin... Sadəcə təqsirlilərin yuxusu deyildi amma! Gənc qızların da yuxularını bəzəyirdi, buna əmin idi! Qısqanclıq bütün bədənini ələ keçirərkən gülümsəməsi soldu, qaşlarını çatdı. Eyni əri kimi maşından düşüb qapını sərt çırpdı. Ona mənasızca baxan sevdiyi adamın baxışlarını görüncə lap huysuzlandı. Yox! Əri heç bir qızın yuxusuna girə bilməzdi! Bu düşüncə ilə ərinin yanına çatdı.

Əli "Nə olub, qaşlarını çatmısan ?" deyə soruşdu maraq içində. Arvadının ona sərtçə baxması, baxışlarındakı əsəb diqqətini çəkmişdi.

"Heç bir qızın yuxusuna girməyəcəksən!"

Əli arvadının söylədiyi ilə ilk öncə təəccübləndi, daha sonra bütün gərginliyi keçərək içdənliklə gülümsədi.

"Qızların yuxusuna girirmişəm mən? Nç Nç heç xəbərim yoxdu." deyərkən səsi artıqlamasıyla lağ dolu idi.

"Hayıflanır e bir də!"

"Yəni həyatım səncə də ayıb deyil?"

"Nə ayıb deyil?"
"Yuxularına girirəm amma mənim heç xəbərim yoxdu. İnsan gələr bir xəbər verər ki, yuxularımıza girirsən." dedikdən sonra başını arvadına doğru əydi. Diliylə damağını isladıb "Olmaz ki belə." dedi.
Hüzur ərinin bu laqeyd rəftarı ilə əlini yumruq tutub ona tərəf əyilmiş olan adamın çiyninə vurdu və "Mən sənə evdə göstərəcəm!" deyib əlini aşağı saldı. Ərindən uzaqlaşarkən "Buna bax aa! Həm evlidir, həm də gör nədən hayıflanır. Oldu paşam! Bir də qızlar gəlsin səninlə danışsın, söhbət eləyin. Adamı-" deyinmələrinə davam edərkən çiynindən tutub döndürülməsi ilə danışığı yarımçıq qaldı. Sevdiyi adam biraz daha çəkişdirdi bədənini və tam dib dibə durdular. Gözlərinin içinə baxırdılar.

"Hüzur," dedi sakit səs tonu ilə. Adamın hər Hüzur deyişindəki fərqli tını eyni idi.

"Nə var ." dedi Hüzur huysuz bir şəkildə. Yaxınlıqlarından ötrü həyəcanlansa da bunu ört-basdır etməyə çalışırdı. İndi evlənməmişdən qabaq yaşadığı evin həyətində idi.

"Hüzur," dedi bir daha Əli və Hüzurun qaşları çatıldı.
"Of Əli, adımı əzbərləyirsən? Nə deyəcəksən? Yenə hayıflanacaqsan o qızlar-" davamını gətirə bilmədi. Əri tərəfindən bir daha susdurulmuşdu. Üstəlik bu susdurmaq şəkli çox fərqli idi.

Əli arvadının huysuzluğunun davam etməsi ilə təbəssüm etdi. Başını tez əydi, dodaqlarını arvadının alnına dəydirdi və gözlədi. Geri çəkilmədi. Qoxusunu içinə çəkdi. Harada olduqlarını xatırlayınca da geri çəkilməli oldu. Arvadının gözlərinin içinə baxdı.

"Adını deməyi sevirəm," dedi və udqunduqdan sonra davam etdi. "Adının dodaqlarımın arasından çıxarkən fərqli bir melodiyada çıxmağını əngəlləyə bilmirəm. Hüzur sən yavaş yavaş ürəyimi ələ keçirirsən və mən buna əngəl ola bilmirəm!"
Əli arvadının gözlərinin içinə baxmağa davam etdi. Ondan gələcək cavabı gözləyirdi. Bu həyatı boyunca elədiyi ən böyük etiraf idi və özü özünə olan təəccübünü gizlətməyə çalışırdı. Bu yaşına qədər heç bir qıza belə sözlər deməmişdi, ya da heç bir qızla belə özəl anlar yaşamamışdı. Hüzur ilə hər şey fərqli, hər şey gözəl idi.

Hüzur sevdiyi adamdan hər şeyi eşitməyi gözləmişdi amma belə gözəl sözlər eşitməyi gözləmirdi. Gözləri doldu. Həyəcandan ürəyi dəli kimi atarkən əlini qaldırıb sevdiyinin ürəyinin üstünə qoydu. Ovucunun arasında hiss etdiyi sürətli ritmlə ərinin də onunla eyni hisləri yaşadığını anladı. Dodaqlarına titrək bir təbəssüm yerləşdirərkən yaşıllıqlarını sevdiyi adamdan heç çəkmədi.

"Şikayətçisən bundan?" deyə soruşdu fərqli bir melodiyada. Əslində cavabını bilirdi amma yenə də ərindən eşitmək istəyirdi bunu.

Əli başını əyib iki yana tərpətdikdən sonra alt dodağını dişlərinin arasından keçirib arvadına baxaraq gülümsədi. "Ürəyimə girməyinə icazə vermişkən şikayətçi ola bilmərəm. Əgər şikayətçi olsam da, ilk və ən gözəl şikayətim olarsan Hüzur."
Hüzur indi ürəkdən gedə bilərdi. Xəyallarında heç belə gözəl səhnələr, belə hüzur qoxan etiraflar canlandırmamışdı. Xəyallarındakı ən bəsidi 'Səni Sevirəm' cümləsi idi. Oysa indi sevdiyi adam ona ən gözəl hədiyyəni verirdi. Eşitməyi gözlədiyi səni sevirəm cümləsi, bu dediklərinin yanında çox dəyərsiz qalırdı. Bu dedikləri bambaşqa idi.

"Sənə bir şey etiraf eləyim ?"

Əli arvadının nə deyəcəyini maraqla gözləməyə başladı. Bəlkə də 'Səni Sevirəm' deyəcəkdi amma bu cümlə o qədər də dəyərli deyildi onun üçün. Çünki aralarındakı bu ad qoya bilmədiyi hislərin adı bambaşqa idi. Hər kəsə deyilən 'səni sevirəm' ola bilməzdi. Arvadının gözlərinin içinə baxaraq başını aşağı yuxarı tərpətdi. Bütün diqqəti arvadında idi.
"Dedin e, ürəyimi ələ keçirirsən... " dedi və durdu. Başını sinəsinə əydi. Səsi biraz daha qısıldı. Başını qaldırdı və sevdiyi adam isti şokolad gözlərinə baxdı." Naxış naxış işlədin könlümə sevdanın izlərini... " dedi heç kəkələmədən.

Hə, aralarındakı qoyulmamış duyğunun adı idi sevda. Bir ustadın dediyi kimi idi əslində. 'Eşq Həvəsin Bitənə Qədər, Sevda Nəfəsin Yetənə Qədər" deyə. Bax, Əli ilə Hüzurun hiss etdikləri də bu idi. İkisi də tutulmuşdu bu sevdaya... Bir birlərinin gözlərinin içinə baxaraq nəfəs aldılar.

İlk özünə gələn Hüzur oldu. Olduqları yeri xatırladı. Bugünə xatırladı. Ərinin etkisindən çıxmaq üçün baxışlarını qaçırtdı. Zaman qavramını unutmuşdu.

"Hüzur, " dedi bir daha Əli. Səsində xoşbəxtlik hakim idi. Ağlını bulandıran, yalnış yola getməsinə səbəb olan duyğunun adını öyrənmişdi arvadından. Üstəlik arvadı ilə evləndiyindən bəri dəyişmişdi. Arvadının pişnamazı olmuşdu, dini məsələlərdə daha çox bilik sahibi olmuşdu.

"Hə ?" deyə bildi Hüzur.

"Çox sağ ol."

"Neyçün?"

"Doğru yolu göstərdiyin üçün."

"Nə imiş o doğru yol?"

"Sənin yolunmuş."

Hüzur sevdiyi adama baxıb gülümsədi. "Sən də çox sağ ol." dedi.

Əli gülümsədi. Başqa da heç nə demədi. Yetəri qədər danışmışdılar. Arvadının əlindən tutdu və olduqları həyətdə bir neçə addım daha ataraq evin qapısının önündə durdular. Boşda qalan əli ilə qapını döydü. Biraz gözləyəndən sonra qapı açıldı. Əhməd bəy qızına və kürəkəninə gülümsəyərək baxdı. Hüzur tez ərinin əlini buraxaraq atasını bərk bərk qucaqladı. Çox darıxmışdı atası üçün, çox. Qucaqlaşmalarının və hal xətir soruşmaqlarının ardıyca geri çəkildi.

"Hazırsızsa çıxaq ?"

Hüzur ərinin səsi ilə ona baxdı. Hara gedəcəkdilər ki?

Əhməd bəy xoşbəxtliklə "Hazıram," deyəndən sonra ayaqqabılarını geyinib evdən çıxdı.

Hüzur "Hara gedirik?" deyə soruşunca əri cavab verdi. "Ailəcə Lalə ananı ziyarətə gedirik."
Hüzur ərindən eşitdiyi ilə gözləri təkrardan dolarkən xoşbəxtliklə gülümsədi. 'Yaxşı ki' dedi bir daha. Yaxşı ki Əli idi ürəyinin sahibi və yaxşı ki, əri idi...

Yazar: Məryəm
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 641
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri