Alın Yazım (8-ci bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 2
Baxılıb: 3 637
Səs ver:
(səs: 0)
1 həftə ötmüşdü nişandan.Sıra da toy vardı,yavaş yavaş toy hazırlıqları başlayırdı.
Bu həftə ərzində mən olanları unutmağa və düzgün qərar verdiyimə inanmağa çalışırdım.Azərlə bir neçə dəfə telefonla danışmışdıq,onun işlərinin çox olduğundan görüşməyimiz alınmamışdı,bugün görüşməyə qərar vermişdik.
Havaların getdikcə soyuması ilə,sərt payız özünü göstərməyə başlamışdı.Geydiyim şalvar və jaketlə soyuğun qarşısını almağa çalışırdım çünki tez üşüyürdüm buna görə də soyuğu sevmirdim.Azərin qısa zəngi ilə gəldiyini bilib çantamı götürərək aşağı endim.Uzaqdan baxdığımda Azərin hər zamankı kimi maşına söykənib gözlədiyini görməyim gülümsəməmə səbəb olmuşdu.Yaxınlaşdıqca həyəcan bürüyürdü məni.
-Salam,
-Salam necəsən?
-Yaxşıyam sən?
-Şükür.
Bizim dialoqumuz bundan irəli getmirdi.Maşına əyləşdiyimizdə Azər mənə dönüb dilləndi.
-Dostumun kafesi var,təzə açılıb ora gedek.
Sual tonunda səslənsə də bu sadəcə xəbərdarlıq idi.Alışmışdım buna,artıq bu hal məni qıcıqlandırmaq əvəzinə xoş gəlir,gülümsədirdi.Maşında yenə səssizlik höküm sürürdü,radioda çalınan lirik mahnı bizi susdururdu sanki.Başımı qaldırıb Azərə baxdım,qaşlarını düyünləmiş,gözlərini yoldan çəkmədən sükanı idarə edirdi.O an bir şeyin fərqinə vardım,onun bu sərt görünüşü üçün darıxmışdım. Özümdə bilmədən getdikcə ona bağlanırdım.
Kafeyə çatıb maşından enərək içəri daxil olduq.Məkanın qəribə abu havası vardı,sakit ortam,səliqə ilə düzülmüş masalar rahatlıq verirdi insana.Divar kağızlarında Tac Mahal eks olunmuşdu və bu da məkana fərqli hava qatırdı.Divardan gözlərimi ayıra bilmirdim.Dünyanın 7-inci möcüzəsi hesab olunan Tac Mahala hər kəs kimi məndə heyran idim,oranı gəzmək ən böyük arzularımdan biri idi.
-Bəyəndin buranı?
-Çox bəyəndim,hələ divar kağızları çox gözəldi.
-Necə yəni?
Azər qəribə nəzərlərlə məni süzürdü,yəqin ilk dəfə divar kağızına ağzı açıq baxan qız görürdü.
-Tac Mahal mənim ən çox görmək istədiyim yerdi.Yəqin ki bilirsən Tac Mahal,Hindistanda saf sevginin rəmzi hesab olunur.
-Maraqlıdı...Niyə?
Azərin baxışlarından Tac Mahal haqqında hər şeyi bildiyini açıqca görmək olurdu.Bunu deyəsən mövzu olsun deyə,ya da mənim doğru bilib bilmədiyimi öyrənmək istədiyi üçün soruşurdu.Uşaqlığımdan bəri bu türbəyə və onun hekayəsinə heyran idim ona görə Azərin bilib bilməməsini görməzdən gəlib danışmağa başladım.
-Tac Mahal 1632-1653 ildə inşa olunub.Şah Cahanın arvadı Ərcümənd Banu sultanın xatirəsinə həsr olunub.
-Tarix dərsini məktəbdə öyrənmişəm...Niyə saf sevginin rəmzi hesab olunur onu de?
Azərin sözünə çox utanmışdım,müəlliməlik damarım tutmuşdu yenə.
-Çünki şah Cahan arvadını çox sevirmiş hətta arvadı öldükdə,yeyib içmədən 8 gün otağından çıxmayıb,çıxdığında isə saçları tamam ağarıb və yaşalanıbmış daha sonra bir türbə tikdirməyə qərar verib və İstanbuldan memarlar dəvət edib.Tac Mahalın inşası 20 ildən çox çəkib.Deyilənə görə şah Cahan və arvadının tabutlarının qoyulduğu qübbədə deyilən hər söz yeddi dəfə təkrar olunur.
Çıxışımı bitirdikdən sonra başımı qaldırıb Azərə baxdım.Üzündə xəfif təbəssümlə,heyran baxışlarını mənə zilləmişdi.Bu baxışlar məni utandırdığı qədər də sevindirmişdi.İlk dəfə idi Azər mənə bucür mehriban baxışlarla baxırdı.Üzündə ki, ifadə sevdiyi bir müğənnidən,sevdiyi ifanı eşidən izləyicinin ifadəsinə bənzəyirdi.Bu an özümü göyün yeddinci qatında hiss edirdim.
Beləcə söhbət edərək yeməklər yedikdən sonra kafedən ayrılmışdıq.Piyada biraz gəzdikdən sonra Azər məni evə ötürmüşdü.
Bir şeydən əmin idim,nə olur olsun bu günü ömrüm boyunca unutmayacaqdım.Azərin o baxışını xatırladıqca ayaqlarım yerə basmırdı,uçurdum sanki.Üzümdə ki,axmaq gülümsəmə evdə ki,hər kəsin diqqətini çəkmişdi.
-Sənəm nəsə olub-atam sual dolu nəzərlərini üzümə zillədiyində çox utanmışdım.
-Heçnə olmayıb ata yaxşıyam.
Əlimdə ki,boşqabı mətbəxə qoyub otağıma qaçmışdım...
Günlər bir birini əvəz edir,toy təlaşı hərkəsi bürüyüdü.Oğlan tərəfi cehiz tələb etməsədə,atam və qohumlarım bununla razılaşmayıb bir neçə parça əşya və yataq dəsti alaraq göndərmişdi.Toydan sonra Azərin şəxsi evində yaşayacaqdıq,ona görə evə əşyalarımı yerləşdirməyə özüm getmişdim çünki yaşayaçağım evi görmək istəmişdim.Təmiri təzə bitən 4 otaqlı ev,olduqca rahat idi.Geniş pəncərələrində içəri bol işıq girirdi,nə deyiblər "günəş girməyən evə həkim girər" Evdə sanki huzur vardı,bəlkə də burda Azər ilə bərabər yaşayacağım fikri mənə huzur verirdi.
Təmizliyi bitirdikdən sonra Səadət xala və məni evə Azər aparacaqdı.Çox yorulmuşduq amma dəymişdi,hər şey tam istədiyim kimi olmuşdu...
Evə çatdığımızda uzaqdan binanın həyətində tanış sima görüb həyəcanlanmışdım.Maşın dayanar dayanmaz,aşağı enib qaçaraq qollarımı boynuna doladım.
-Dayı,
-Aycan Peri balam.
-Çox şükür sizi ayaqda gördüm.
-Demişdim axı toyunda yanında olacam.
Azərə tərəf döndüyümdə,sərt baxışlarını görüb etdiyimin səhv olduğunu anladım.Başımı əyərək dilləndim.
-Dayı tanış olun,nişanlım Azər-Üzümü dayıma tutub gülümsəyərək davam etdim-Dayım Şamil.
Dayım Azərin uzatdığı əli sıxıb mehriban nəzərlərlə süzdü.
-Pəri mənim gözümün nurudu.Əgər onu incitsən qarşında Afiqdən əvvəl məni tapacaqsan.
Şirin dillə edilə xəbərdarlıq Azərin üzündə gülümsəmə yaratmışdı.
Dayım evə doğru addımlarkən Azər mənə yaxınlaşdı.
-Sənin adın Sənəm deyil?
-Sənəmdi...Anam Pəri qoymaq istəyib amma olmayıb.Ona görə ana qohumlarım məni Pəri çağırır.
Evə daxil olub,üstümü dəyişdirdikdən sonra mətbəxə keçdim.Bu gün sevincli günlərimdən biri idi,dayımı sağlam ayaqda görmək məni çox sevindirmişdi.Süfrəni açıb bərabər masaya əyləşdik.Azər ilk dəfə mənim hazırladığım yeməyi yeyəcəkdi,ev tapşırığına müəlliməsindən nə qiymət alacağını gözləyən uşaq kimi həyəcanlı idim.Azər bir az yedikdən sonra Səadət xalaya baxıb dilləndi.
-Dolma çox dadlıdı,əlinizə sağlıq.
-Nuş olsun oğlum amma Sənəm hazırlayıb.
Azər baxışlarını mənə çevirdi.Yenə eyni heyran baxışları üzərimdə hiss etdikcə əlim ayağım dolaşırdı.Əlimdə ki,çəngəli yerə salmışdım...Yüngül xəsarətlə bu anı ötüşdürdüyümə şükür edirdim.
Yeməkdən sonra Azər evə getmək üçün sağollaşıb ayağa qalxdı.Onu ötürmək üçün qapıya yaxınlaşdıq.
-Dayın çox şən biridi,sənidə çox sevir.
-Elədi,dayım məni canı qədər sevən,atamdan sonra ikinci kişidi.
Bu sözü niyə demişdim bilmirəm,bildiyim tək şey onu incitmək üçün deməmişdim ancaq bu sözə Azər tutulmuşdu,donmuş halda üzümə baxırdı.Olan olmuşdu,özümü müdafiə etmək adına söhbəti ora bura çəkəsi deyildim.
-Şey...Sa...Sabah görüşərik.
İnana bilmirdim,Azər dili topuq vuraraq sağollaşıb getmişdi.Üzümdəki gülümsəmə getdikcə genişlənirdi,içəri keçib dayıma sarılaraq söhbətə qoşuldum.
-Dayı Azər barəsində nə düşünürsüz?
-Çox mədəni oğlandı,xoşum gəldi.
Onunla bağlı yaxşı söz eşitdikcə xəyallar aləminə dalırdım.Beləcə söhbət edərək axşamı keçirmişdik...
Səhər oyanıb,ənənəmə sadiq olaraq dizlərimi qarnıma doğru çəkdim,son zamanlar nə çox şey yaşamışdım.Əlimi qaldırıb gözümün önünə gətirərək nişan üzüyümə baxdım.Düzgün qərar olub olmadığından hələ də tam əmin ola bilmirdim.Bunu zaman göstərəcəkdi...
Bu gün Azərlə gəlinlik seçməyə gedəcəkdik.Nəzakət xanım modaçısına tikdirmək istəsə də,bununla razılaşmayıb hazır gəlinlik istədiyimi bildirmişdim.Əslində istəyim bu özəl günümüzdə geyəcəyim libası Azərin seçməsi idi,onun mənə yaraşacağını düşündüyü gəlinliyi seçməsi idi.Qalxıb hazırlaşmağa başladım və Azər qısa zəngi ilə aşağıda olduğnu bildirdi.Çantamı götürüb tələsik pillələi enməyə başladım.Binanın girişində Aytəni görüb dayandım,bu aralar onu nə vaxt görsəm sifəti sirkə satırdı,bu gün isə onun tam əksi,üzündə güllər açırdı.Bu qızdan baş açmaq üçün filosof olmalı idim.
-Salam Aytən,necəsən?
Aytən sanki bunu gözləyirdi,bir anda qollarını boynuma doladı.Gündüz vaxtı yuxu görmürdümsə Aytən mənə sarılmışdı.Qızın başına nə düşmüşdü görəsən.
-Nə vaxtdı Məna ilə danışmırdıq bu gün barışdıq.
-Gözün aydın.
Aytən səsimi eşidib irkilərək məndən aralandı,etdiyinin fərqinə indi varmışdı deyəsən,gülümsəyərək evlərinə doğru addımladı...
Binadan biraz aralıda maşının yanında gözləyən Azərə tərəf getdikcə düşüncələrə dalırdım.Aytənin adına çox sevinsəmdə ikimizi düşünürdüm.Görəsən bizdə nə vaxtsa belə,sevgi ilə gözləri parlayan cütlük ola biləcəyikmi yoxsa bir ömür sevgisizmi yaşayacaqdıq.
-Sən yaxşısan?
Fikirli halım Azərin gözündən qaçmamışdı.Gülümsəyib dilləndim.
-Yaxşıyam.sən necəsən?
-Məndə yaxşıyam.keç otur- deyib qapımı açmışdı.
Maşına əyləşib şəhərin bahalı butiklərindən birinin yolunu tutmuşduq.
-Niyə hazır gəlinlik istədin? Bəlkə istədiyin modeli tapa bilməyəcəksən? Tikilsə istədiyin kimi olardı.
Azər gözlərini yoldan ayırmadan sualını ünvanlamışdı.
-Gəlinlikdə nişan qiyafəsi kimi sənin seçimin ilə olsun istədim.
Nə qədər utansamda düşüncəmi dilə gətirib başımı əymişdim.Azərin güzgüdən mənə baxdığını hiss etsəmdə başımı qaldırmırdım...
Butiklərdən birinə çatıb maşından endik.Bir birindən gözəl gəlinliklər göz oxşayırdı.Mağaza işçiləri köməklik üçün əllərindən gələni etsədə,fikrim sadəcə Azərin seçimində idi.O isə boylanaraq libasların arasında gəzirdi və yenə zövqünü göstərmiş,çox gözəl bir gəlinlik seçmişdi.Sinəsi qaşlarla və incilərlə bəzəkli,gəlinlik olduqca gözəl idi və mənimdə çox ürəyimə yatmışdı.Geyinib güzgüyə yaxınlaşdım.Gəlinlik kimə yaraşmaz ki,mənədə yaraşmışdı.Özümü izlərkən dalıb getmişdim,arxaya baxdığım zaman Azərin divara söykənib gülümsəyərək məni izlədiyini gördüyümdə çox utanmışdım həmdə çox sevinmişdim...

Yazar: Afaq.Q
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 637
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri