Alın Yazım (14-cü bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 4
Baxılıb: 4 653
Səs ver:
(səs: 0)
Səsizlik çökmüşdü...Azərin susqunluğunu sevmirdim,mütləq nəsə olurdu o susduğu zaman.
-Sən ağıllı qızsan,əminəm ki nə olduğunu çoxdan anlamısan.
-Bilirsən mənə nə maraqlıdı?
Azər təccüb dolu gözlərini üzümə zillədi.
-Nə?
-Onu niyə evimizə dəvət etdin.Kimə nəyi göstərməyə çalışırdın?
-Onu mən dəvət etmədim.Raminlə danışarkən eşitdi və söhbəti elə gətirdi dəvət etmiş oldum.
Dəli gülmək tutmuşdu məni,əsəbi olsamda qəh qəhə atırdım.Niyə güldüyümü bilmirdim,əsəblərim tamam pozulmuşdu.
-Sənəm səninlə tanış olduğum gündən bizim münasibətimiz bitib,əslində aramızda olanlara münasibət də demək olmaz.
-Bitmədiyinə dair şüphəm yoxdu.Mənim anlamadığım sənin o,qadını evimizə,burnumun dibinə gətirməyindi.Nə hiss edəcəyimi düşünmədin?
Yüksək tonda və əsəblə sözümü deyib gözlərimi üzünə zillədim.Deyəsən Azər bu halımdan zövq alırdı çünki üzündə ki, qəribə gülümsəmə getdikcə genişlənirdi.
-Nəyə gülürsən?-Onun gülüşü olan qalan əsəbimidə tarıma çəkirdi.
-Sən məni qısqanırsan?
Bu an utancımdan ölə bilərdim,sözün əsl mənasında özümü ələ vermişdim.Niyə ətrafda gizlənməyə yer yoxdu başa düşə bilmirəm.
-Ətrafa baxma gizlənməyə yer yoxdu,sualıma cavab ver.
Onun səsində özündən razı gülüşü hiss etdikcə məni titrəmə tuturdu.
-Nə...Nə dəxli...Nə dəxli var.
Sözümü dedikdən sonra qalxıb hamama keçərək qapını bağladım.Divara söykənib əlimi ürəyimin üstünə qoydum,çox sürətlə döyünürdü az qalırdı yerindən çıxsın.Üzümə soyuq su vurub sakitləşməyə çalışırdım.Özümü ələ aldıqdan sonra qapını açdım.Azər qollarını qoynunda birləşdirib,bir qaşını havalandıraraq divara söykənmişdi.Özündən razı gülüşü ilə məni süzürdü.Qapını təkrar örtüb bağlamağı düşünürdüm.
-Ağlına belə gətirmə.
Azərin sözünə olduqca təccüblənmişdim.
-Fikir oxuma qabilyyətinin olduğunu bilmirdim.
-Məndə sənin bu qədər qısqanc olduğunu bilmirdim.
Azər mənə tərəf gəlib,əllərini divara dayayaraq ətrafımda çəpər hördü.
-De...Deyiləm.
Həyəcanlandığım zaman dilimin topuq vurmasından zəhləm gedir.
Azər mənə yaxınlaşdıqca az qalırdı nəfəsim kəsilsin,ətrini duyduğumda qalan ağlımıda itirirdim.Nəfəsini üzümdə,boynumda hiss edir,ürəyimin yerində çıxacağını zənn edirdim.Dodaqları dodaqlarıma toxunduğu zaman qeyri ixtyari gözlərim yumulurdu.Azər belimdən tutub məni özünə sıxdıqca yaşadığım anın sehrinə qapılır,hərşeyi unudurdum.Onun incə toxunuşları məni məndən alırdı.Biraz daha bu öpüşlərə izin versəydim yaxşı şeylər olmayacaqdı.Heç bitməsini istəmədiyim anı özüm bitirməli idim.Əllərimi Azərin sinəsinə dayayıb yavaşca geri itələdim və qaçaraq otağıma keçib qapını bağladım.Azərin məyus olduğunu bilsəmdə,onun qəlbini qazanmadan aramızda heçnə olmasına izin verə bilməzdim.Yatağa oturub əlimi dodağıma apararaq biraz əvvəl yaşadıqlarımı gözlərimdə canlandırmağa başladım.Bu həqiqət idi? Biz öpüşdük? Düşündükcə mədəmdə bir sızıltıya bənzər ağrı baş qaldırır və ağzım qulaqlarıma çatırdı.Biraz daha düşünməyə davam etsəydim yəqin ki,heç yatmayacaqdım.Yatağa uzanıb yorğanı başıma qədər çəkmişdim...
Səhər oyandığımda hələdə gecə yaşananların təsirində idim.Qalxıb yatağımı topladıqdan sonra mətbəxə keçdim.Azərin sevdiyi omleti hazırlarkən,belimə dolanan qollarla yerimdə donub qalmışdım.
-Sabahın xeyir.
Azər boynuma öpüş qondurub masaya əyləşmişdi.Mən üzünə necə baxacam deyə qıvranırdım o,isə heç nə yaşanmamış,normal ər arvadmışıq kimi davranırdı.
-Sa...Sabah...Sabahın xeyir.
Dilim topuq vurmasa olmurdu sanki.Əlimdəkiləri masaya düzüb oturdum.
-Qaldır başını -Azərin kobud səsinə diksinərək başımı qaldırıb üzünə baxdım.-Bax belə ağıllı...Mən sənin ərinəm,aramızda nə yaşansa bu bizim aramızdadı,məndən heç vaxt utanma.
Azər haqlı idi,ondan utanmalı deyildim,amma bu insanın əlində olan birşey deyildi ki...Onu işə yola saldıqdan sonra ev işlərinə yönəldim.Axşama kimi evin içində mahnı züm zümə edir,iş görürdüm.Buna baxmayaraq heç yorulmur,tam tərsi daha da həvəslənirdim.İçimdə bitməz tükənməz bir enerji var idi və mən bu enerji ilə evi başdan aşağı təmizləmişdim.Az qalırdım qonşularada keçib oralarıda təmizləyəm.Mənə nə olmuşdu bilmirdim amma dayanmaq bilmirdim.Mətbəxə keçib Azərin sevdiyi yeməkləri hazırlamağa başlamışdım.
Qapının yüngülcə döyülməsi ilə yaxınlaşıb açdım.Azər əlində güllərlə mənə baxıb gülümsəyirdi.
-Dayısının Pəri balasına çiçəklər.
Gülləri verdikdən sonra əyilib yanağıma öpüş qondurmuşdu.O,mənə sadəcə gül yox,dünyalarıda vermişdi...
Günlər keçdikcə Azərlə aramız daha da isinirdi,hər günümüz digərindən gözəl və maraqlı keçirdi.Əvvəlki Azərdən əsər əlamət qalmamışdı,artıq gülər üz və həyat dolu biri idi.Ondakı bu dəyişimə hər kəs,elə mən özümdə təccüblənirdim.Əslində Azərlə bərabər məndə dəyişirdim,artıq ətraf aləmin nə dediyni önəmsəməyən güclü birinə dönüşmüşdüm.Hər ikimizdəki bu dəyişim olduqca ürəyə yatan idi.Azərlə hər anımızı hər dəiqəmizi bərabər keçirir,axşamlar kinoya teatrlara gedirdik,sanki təzə tanış olmuşduq və bir birimizi tanımağa çalışırdıq.Bəzən bu yaşadıqlarıma,olanlara inana bilmirdim.Onun yanında özümü çox xoşbəxt hiss edirdim,mən sevdiyim adamın yanında daha özgüvənli biri idim.Beləcə bir ayımızı daha arxada qoymuşduq...
Azərin dostlarından biri ad gününü qeyd edirdi.Hazırlaşdıqdan sonra ayna qarşısında dayanıb,özümə baxdığım zaman Gülçinin sözlərini xatırlamışdım "Dəyişirsən...Gözəlləşirsən".Aynadakı əksimə nəzər yetirdikcə Gülçinin sözlərində doğruluq payı olduğunun şahidi olurdum.Geydiyim don,saç və makyajdan çox üzümdəki,gözlərimdəki parıltı nəzərə çarpırdı.Bu yaşadığım xoşbəxtlikdən idi yoxsa vizajist xanımın işinin öhdəsindən peşəkarcasına gəldiyindənmi? Bunu bilmirdim...Azərin qısa zəngindən sonra aynadan gözlərimi çəkib aşağı endim.
Azərdə ki,bir xüsusiyyət heç dəyişmirdi,maşına söykənib məni gözləməsi.Gülümsəyib yaxınlaşdım...Hər zamankı kimi çox yaraşıqlı idi,kastuyum ona xüsusi yaraşırdı.Qapımı açıb mən əyləşdikdən sonra sükana keçib əlimi tutdu.Hər zaman olduğu kimi Azər gözlərini yoldan mən isə onda çəkə bilmirdik.
-Çox incələyəcəksən?
Səsindəki istehzanı duyduqca utancımdan nə edəcəyimi bilmirdim.Azər əlimi dodaqlarına yaxınlaşdırıb zərif öpüş qondurmuşdu.
Məkana çatıb maşından endik.Azərin qoluna girib içəriyə doğru adımlamağa başladıq.Şüşə qapıya yansıyan əksimi görüncə bir anlıq irkildim çünki orda güclü və özündən əmin bir qadın vardı...
İçəri daxil olub masalardan birinə yaxınlaşdıq.Azərin tanıdığım dostları,onların xanımları və Zara vardı.Hara getsəm bu qadın orda bitməli idi,elə bil məni izləyirdi.
Deyə gülə gecəmiz davam edirdi,Zaranın kinli baxışlarını çıxmaq şərti ilə.
-Baxın kim gəlib?
Arxaya döndüyüm zaman gənc adamın gülümsəyərək bizə yaxınlaşdığnı gördüm.Hər kəslə görüşüb mənə tərəf gəlib əlini uzatdı.
-Taleh.
Anladığım qədəri ilə xəstəxananın həkimlərindən biri idi və xaricdən təzə gəlmişdi.
-Sənəm.
-Qəşəng adınız var.
Üzümə zoraki təbəssum yerləşdirərək uzatdığı əli yavaşca sıxıb Azərə tərəf döndüm,baxışlarında qəribə bir narahatçılıq vardı sanki.
Həzin musiqinin səslənməsi ilə hər kəs rəqs etməyə başladı.Azər əlimdən tutub məni rəqs meydançasına gətirdi və mehriban baxışlarını gözlərimə zilləyib gülümsədi.Onun mənə gülümsəyərək baxması tərifi olmaz sevinc idi,itirdim o baxışlarda.Qollarını belimə dolayıb məni özünə çəkdi,məndə öz növbəmdə əllərimi çiyninə qoydum.Özümüzü musiqinin axışına buraxmışdıq,ətrafda heç kim yoxmuş kimi rəqs edirdik.Azərin gözlərində öz əksimi gördükcə ayaqlarım yerə basmırdı,uçurdum sanki.
-Azər icazənlə xanımınla rəqs etmək istəyirəm.
Yanımzda dayanan,biraz əvvəl gələn Taleh bəy və Zaradan başqası deyildi.Yox...Yox mən buna,bu romantik rəqsimi bitirməyə hazır deyiləm...Azər qaşlarını düyünləyib Zaranın yanına keçdi və onunla rəqsə başladı.Taleh bəyin belimdən tutması,gözlərini üzümə zilləmiş olması mənə çatmırdı elə bil.Gözlərimi onlardan çəkə bilmirdim sanki qurda quzu əmanət etmişdim.Biz hansı ara bu qədər Avropalılaşdıq? Bu nə idi belə? Mən burda başqası ilə,o orda başqası ilə...
-Çox cəsursunuz.
-Necə?
-Yəni Zara ilə Azərin rəqsinə izin verməniz cəsarətli davranışdı.
-Buna guvənmək deyirlər Taleh bəy.Mənim Azərə güvənim tam olduqdan sora Zara yada bir başqası fərq etmir.
-Ooo...Cəmi bir ildi Azərbaycandan kənardayam.Bu bir ildə qadınlar çox dəyişib.
-Qadınlar dəyişməyib...Bunlar,yəni bu sözlər həyat yoldaşını sevən və güvənən hər bir qadının sozləridi...Həm unutmayın ki,Azərbaycan qadınları daima cəsarətli olub...Rəqs üçün təşəkkürlər.
Sözümü deyib əlimi adamın əlindən çəkərək arxaya döndüm. Azərin mənə tuşlanan qəzəbli baxışlarını gördükcə məni titrəmə tuturdu.Zaranın yanından aralanıb iti addımlarla mənə yaxınlaşıb əlimdən tutdu.
-Sizə nə olub belə?...Musiqi bitmədi heç.
Allahım bu qadın əlimdə qalacaq əvvəl axır.
-Biz getməliyik.
Azərin sərt cavabından sonra getdirdik ki,Taleh bəy dilləndi.
-Azər yoldaşın ağıllı olduğu qədər çoxda cəsarətlidi.
-Bilirəm.
Azərin əlimi sıxmasından nə qədər gərgin olduğunu hiss edə bilirdim.
-Belə bir qadınla evlənəcək qədər şanslı olacağını düşünməzdim.
Azər qan çanağına dönmüş gözlərini Taleh bəyə zillədi
-Məndə bilmirdim amma gördüyün kimi şanslıyam.
-Mükəmməl qadındır...
Bu adam niyə susmurdu anlamıram,öz aləmində mənə kampliment dediyni düşünürdü amma çox iyrənc səslənirdi.Azərə baxdığımda isə rəngi tamam dəyişmiş,alnında və boynunda damarlar üzə çıxmışdı.Heç bir söz demədən məni çəkişdirməyə başladı.
-Niyə tez gedirsiz? Bəlkə Sənəm xanım qalmaq istəyir...Heç fikrini soruşmadın?
Azərin əlimi buraxması ilə Taleh bəyin yerə sərilməsi bir oldu.Adamın burnundan damcılayan qanı gördükcə həm qorxudan əsir,həmdə boşboğazlığın nəticəsi belə olur deyə düşünürdüm...

Yazar: Afaq.Q
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 653
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri