Alın Yazım (18-ci bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 5
Baxılıb: 4 839
Səs ver:
(səs: 0)
-Axşamın xeyir.
-Axşamın xeyir.
-Gəlmək olar?
-Əlbətdə...Xoş gəlmisən.
Bizi görən olsaydı dəqiq elə bilərdi ki,iki yad insanıq.Azər elə bil tanımadığı bir evdə idi,donmuş kimi bir birimizə baxırdıq.Aramızdakı bu mənasız rəsmiyyətdən sonra Azər içəri keçib qapını bağladı və məni qucaqladı.O qədər sıxırdı ki,az qalırdı nəfəsim kəsilsin,məndə onu bərk qucaqlamışdım və bununla bir günlük həsrəti sona çatdırmağa çalışırdq.
-Səni sevirəm.
Onun sakit tonda qulağıma pıçıldadığı söz,məni şoka salmışdı.Donmuş halda aralanıb gözlərimi üzünə zillədim.
-Nə?
Azər üzümü əlləri arasına alıb dilləndi.
-Səni sevirəm...Təmiz qəlbini sevirəm...Güclü olmağını sevirəm...Cəsarətini sevirəm...Hər şeyin öhdəsindən gələcək qədər bacarıqlı olmağını sevirəm...Ağlını sevirəm...Hərkəsdən fərqlənməyini sevirəm...SƏNİ SEVİRƏM,SƏNİ SEVİRƏM,SƏNİ ÇOX SEVİRƏM.
Azər məni qucağına alıb fırlatmağa başladı.Mən sanki yuxuda idim və ürəyim qulaq batıracaq qədər səsli döyünürdü.Azər məni yerə qoyub yenə üzümü əlləri arasına aldı.
-Neçə gündü demək üçün cəsarətimi toplamağa çalışırdım...Mənim üçün etdiklərini eşitdikdən sonra anladım ki,sənin kimi qadına ancaq cəsarətli biri yaraşar.
Yaşadığım anın təsirindən dilim tutulmuşdu və göz yaşlarım sözümə baxmırdı.
-Səni sevirəm amma göz yaşlarını sevmirəm.
Azər məni güldürməyə çalışırdı ancaq bu an heç adım ağlıma gəlmirdi ona görədə gülə bilmirdim.Dodaqları ilə yanağımdakı yaşları qurulayıb məni bağrına basdı.
-Atam danışdı hərşeyi,çox sağol...Mən həqiqətən şanslıyam sənin kimi qorxmaz,cəsarətli və dünyalar gözəli həyat yoldaşım var.
Azərdən aralanıb üzünə baxdım.
-Mən gözəl deyiləm.
-Yanılırsan sən çox gözəlsən...Məsum və ürkək baxışların çox gözəldi...Sadəcə mənə aid olan dodaqların çox gözəldi...Əsəbləşdiyin zaman dik tutmağa çalışdığın burnun çox gözəldi.Sən çox gözəlsən.
Mən tam olaraq harda idim? Yerdə yoxsa göydə?
-Acsan?
Romantik abu havanı pozub real həyata dönmüşdüm.
-Hə.
Azərin əlindən tutub çəkişdirərək mətbəxə gətirdim və tələsik yemək hazırlamağa başladım.
-Yəqin sizdə heçnə yemədiniz Sənəm xanım.
Azərin səsində ki,əsəb notlarını duyub üzümü gizlədərək dilləndim.
-Yox mən yedim.
-Elə? Dəqiq?
-Hə.
-Mənsiz necə keçdi boğazından?
Elə dediyim üçün çox pis olmuşdum.Arxaya dönüb Azəri qucaqladım.
-Yalan dedim yemədim
-Bilirəm...Atam demişdi,zarafat etdim.
Başımı qaldırıb sərt baxış atdım.
-Heey yağ yandı.
Azərin qəh qəhələri evin hər yanında əks səda verir,divarlar gülürdü elə bil.
Hazırladıqlarımı masaya düzüb yeməyə başladıq.Azərin gülümsəyərək iştahla yeməsi və ara bir mənimlə zarafat etməsi sanki yeməyə dahada dad qatırdı.Yediyimiz ən gözəl axşam yeməyi idi.
-Həyatımda bucür dadlı qayğanaq yediymi xatırlamıram.Əlavə nəsə qatmısan?
-Yox heçnə.
-Sevgini qatmısan yəqin.
Azər sözünü deyib göz vurmuşdu.Bu axşam mən dünyanın ən xoşbəxt insanlarından biri idim.Sevdiyim adam tam qarşımda idi və o adam tərəfində sevildiymi bilmək mənə tərifi olmaz bir sevinc bəxş edirdi.
Azər haqlı idi,dünyanın ən bahalı restoranında hazırlanan,ən dadlı yemək belə bu qayğanağın yanında heç idi. Sevməyin eləcədə sevilməyin bu qədər önəmli olduğunu sanki indi anlayır,indi hiss edirdim.Bu 24-saatlıq ayrılıq bizim bəzi şeyləri anlamağımıza səbəb olmuşdu.Sahib olduqlarımızın dəyərini göstərmişdi desəm daha doğru olardı.
Yemək bitdikdən sonra süfrəni toplarkən Azər yorğun olmasına baxmayaraq kömək etmişdi.
-Yorğun görünürsən get yat,özüm həll edərəm.
-Yaxşıyam mən,həm danışmaq istədiklərim var.
-Yaxşı mən çay süzüm.
Çay süzüb Azərlə üz üzə oturdum.
-Mən haradan başlıyım bilmirəm...Zara bizim xəstəxanada işə başladığı zaman təzə ailə qurmuşdu.Mən eləcə də xəstəxanadakı hər kəs hörmətlə yanaşırdı.O,da hərkəsə yaxın davranan biri idi.Daha sonra əri ilə prablemləri olduğunu öyrəndim və o zaman bacardığım qədər dəstək olmağa çalışdım həm maddi həm mənəvi...Bir gecə evimə gəldi yaralı idi əri bərk döymüşdü.Bir neçə gün evimdə qaldı,o zamanlar başqa evdə yaşayırdım.O gündən münasibətmiz başladı...Taaki,sənlə tanış olana qədər...Düzüdü o zamanlar sənə qarşı heçnə hiss etmirdim amma xəyanət görmüş biri olaraq,sənə qarşı dürüst olacağıma söz vermişdim...Ad günündən sonra Zara yenidən başlamaq istədi,məni təbii ki heçvaxt dedim...Çox uzatmıyım sonrasını bilirsən onsuz.
-Bilirəm...Zaranın yaşadıqlarınıda bilirəm,bəxt üzünə gülməyib.Mən qısqanırdım yalan deyil amma onun ölməsini istəməzdim
-Bilirəm hətta əminəm ki,mənim günahsızlığımın sübutundan çox,Zaraya bunu edənin cəzasız qalmayacağına sevindin.
Heçnə deməyib gülümsəmişdim.
-Bağışla məni.
Azərin səsindəki məyusluq məni çox incidirdi.
-Niyə?
-Mənimlə evləndiyin gündən bəri gün üzü görmədin,mənim dərtlərimlə əlləşdin.Keçmiş münasibətim,anamın gəlişi...Öz həyatını unudub mənim prablemlərimi yaşadın.
-Azər mən sənin həyat yoldaşınam.Hər zaman yanında olmalıyam,dəstək olmalıyam olacamda.Sənin yerində mən olsaydım sən yanımda olmazdın?
-Olardım.
-Ay sağol.
Azər ayağa qalxıb qarşıma keçdi və önümdə əyilib dizlərini yerə qoydu.
-Görəsən hansı yaxşılığmın mükafatısan.
Boynunu qucaqlayıb gülümsədim.
-Bəs sən?
Azər ayağa qalxdı,bu an mən boynun asılı qalmışdım,o isə belimi qucaqlayaraq yerə enməyimə mane oldu.
-Nə edirsən? İkimizdə yıxılacayıq,qoy məni yerə.
-Çox yorğunam...Bu gecə səninlə yatacam.
-Azər bəy uzun zamandır əmr vermirindiz?
-Hə dedim darıxmış olarsan.
-Sən dəlisən.
Deyib qəh qəhə atdım,bu gecə içimdən saatlarca gülmək dayanmadan qəh qəhə atmaq keçirdi.Otağa keçdiyimiz zaman Azər məni yerə qoymadan yatağa uzandı.
-Azər heç olmasa paltarını dəyişərdin.
-İnan çox yorğunam heç taqətim yoxdu.
Məni bağrına basıb eləcədə yuxuya getdi,mən isə başımı sinəsinə sıxaraq gözlərimi yumdum.Yaşadıqlarıma inana bilmirdim,yuxu kimi gəlirdi hamısı.Daha bərk qucaqlayırdım sanki kimsə əlimdən alacaqdı...
Oyandığımda Azər yanımda deyildi və evdə səslər var idi.Tələsik qalxıb üst başımı düzəldərək zala keçdim.Azərin yaxın dostu Ramin gəlmişdi.
-Xoş gəlmisiz.
-Çox sağolun gəlinbacı,gözünüz aydın.
-Sağolun.
Çay hazırlamaq üçün mətbəxə keçib qazı yandırdım.Dodaqucu mahnı züm zümə edərək çayları hazırlayı siniyə düzdüm və zala keçdim.Qapı ağzında Azərin sözlərini eşitməyim yerimdə donmağıma səbəb oldu.
-Mən sənə nə demişdim "o çirkin qızı heç vaxt sevməyəcəm,o qız əsla ürəyimin bir parçası olmayacaq".
Əllərim boşaldı və sini yerə düşərkən,şüşə səsləri ətrafa yayıldı.Azər təlaşla yaxınlaşıb qolumdan tutmağa çalışdı.
-Sənəm dinlə məni...Səhv başa düşürsən,dinlə.
Qolumu çəkib əsəbi gözlərimi üzünə zillədim.
-Çək əlini,toxunma mənə.
Otağa keçib ağlamağa başladım,öz axmaqlığma yanırdım.Necədə inanmışdım ona,düşündükcə göz yaşlarım dayanmır əksinə şiddətini dahada artırırdı.Azər otağa daxil olub məni səsləməyə başladı,eşitmək istəmirdim heçnə.Ayağa qalxıb qarşısına keçərək qəzəbli gözlərimi gözlərinə zillədim.
-Mənimlə bu qədər lağ edib,gülünc vəziyyətinə salacağın nə etdim mən sənə? Sadəcə deyə bilməsəmdə sevdim səni.
-Sənəm dinlə məni.
-Azər sus xaiş edirəm...Sən haqlısan mən sadəcə xəyal görmüşəm,insanların xarici görünüşə önəm vermədən,hər şeyə rəğmən bir birilərini sevə biləcəklərinə inandırmışam özümü...Amma sən mənə çox gözəl dərs verdin.Hərkəs üçün əsl önəmli olan xarici görünüş olduğunu göstərdin.
Sözümü bitirib arxamı dönərək çıxmaq istəyirdim ki,Azər belimi qucaqladı.
-Məni dinləmədən heç yerə gedə bilməzsən.
Hərəkətsiz və səssiz duruşumdan cəsarətlənərək saçlarımdan öpüb danışmağa başladı.
-Eşitdiyin sözləri biz ilk görüşdüyümüz gün demişdim Raminə.Sadəcə o zamankı axmaq düşüncəli Azərlə,indiki aşiq Azər arasındakı fərqini göstərməyə çalışırdım...Mən səni sevirəm Sənəm.Elə bilirdim sevməyəcəm,bunu bacarmayacam amma yanıldım sən yanıltdın.Özümdə bilmədim necə oldu...Səni tanıdıqca aşiq oldum.Yadındadır məzarlıqda mənə verdiyin söz? Sən sözünü tutdun,mənə vacib olanın insanın ürəyi olduğunu göstərdin,hər gün heyran etdin özünə.Ağlına heyran oldum,bacarığna heyran oldum,fədakarlığına heyran oldum,mən sənə heyran oldum.Mən səni çox sevirəm-alnını alnıma dayayıb davam etdi-Mən artıq sənsiz həyatımı təsəvvür belə etmirəm.
Onun sözləri qarşısında göz yaşlarımı tuta bilmirdim.
-Məndə təsvvür etmirəm sənsizliyi.
Azər məni bağrına basıb dayanmadan saçlarıma öpüş qondurur,tez tez məni sevdiyini pıçıldayırdı.Hər səni sevirəm dediyində sanki dünyalar mənim olurdu.Azər məni özündən aralayıb dodaqlarımı öpdü,artıq ona qarşı çıxmadan qarşılıq verirdim.O,isə dayanmadan məni öpüşlərə qərq edirdi sanki dodaqları ilə vücudumu kəşf edirdi.Bir həmlə ilə məni geyimlərimdən azad etmişdi və öz köynəyini çıxarıb qarşımda yarıçılpaq qalmışdı.İlk dəfə idi onu belə görürdüm ona görə utancımdan gözlərimi otaqda gəzdirməyə başladım.
-Mənə bax.
Azərin sərt səsindən sonra baxışlarımı ona çevirdim.O,həqiqətən çox yaraşıqlı idi,əzələli bədənindən gözlərimi çəkə bilmirdim.Azər öpüşlərinə ara vermədən məni qucağına alıb yatağa uzatdı...Ruhum,qəlbim onsuzda ona aid idi,indi isə bütün bədənimlə ona aid olmuşdum.Biz bu an sadəcə sevgimizi yaşayırdıq.Heç nəyi düşünmədən sevginin və ehtirasın pik nöqtəsində idik.Mən sevdiyim adamın qollarında dünyanın ən xoşbəxt qadını idim.Bir birimizə sarılaraq yuxuya getmişdik.
Axşama doğru aclıq hissinin məni yendiyini görüb qalxmaq istədim ancaq Azərin qolunu üzərimdən qaldırmağa güçüm çatmırdı,yerimdə çabalayırdım sadəcə.
-Hara?
Azər tərpənmədən hətta gözlərini belə açmadan sualını ünvanlamışdı.
-Duşa girəcəm sonrada yemək hazırlayacam.Acıq axı.
Azər gözlərini açıb gülümsədi.
-Öp sonra get.
Əyilib dodaqlarına öpüş qondurduqdan sonra birbaşa hamama qaçdım.Duş aldıqdan sonra mətbəxə keçib yemək hazırlamağa başladım.Boynuma dolanan qollar arxaya dönməyimə səbəb oldu.
-Sənsiz qala bilmədim.
Uşaq kimi dodaqlarını büzən adamın 30 yaşı olduğna heçkim inanmazdı.
-Sən duşa gir çıxana kimi yemək hazır olar balaca.
Yemək hazır olduqdan sonra siniyə düzüb yataq otağına aparmışdım.Azər duşdan çıxdıqdan sonra yataq otağında yeməyimizi yeyib film izləmişdik.Həyatımda olmadığı qədər gözəl bir axşam keçirmişdik.
Səhər gözlərimdə hiss etdiyim şiddətli ağrı ilə oyanmışdım.Gözlərim o qədər ağrıyırdı ki,az qalırdı yerindən çıxsın.Dayana bilməyib qışqırmışdım.
-Azər gözüm....

Yazar: Afaq.Q
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 839
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri