Anonim yaşıl (1-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 9
Baxılıb: 6 466
Səs ver:
(səs: 0)
Gecə vaxtı WhatsAppıma bir mesaj geldi. Telefonu əlimə alıb baxdım.

Anonim: Səni çox sevirəm Yaşıl ..
Sunay: Sən kimsən?!
Həmdə məni narahat etməy cəsarətini hardan tapmısan?!
Anonim: Mən ..?
Sənin yaşıllarına aşiq olan biri ...

Son gələn mesajı oxuyub telefonu yatacağımın üstünə atdım. Aytən idi yəqin. Təzə nömrə alıb mənimlə zarafatlaşır. Bu arada Aytən mənim ən yaxın rəfiqəmdi. Univerisitetidə bir oxuyuruq. Mən sevgidə bəxti getirməyənlərdənəm. Ona görədə sevgiyə inanmıram daha.. Niyə deyə sual versəniz. Kllasik bir cavab verərəm nişanlım tərəfindən “Xəyanətə uğradım”. O gündən sonrada sevgi sözün lüğətimdən sildim. Düzdü hər kəs elə deyil. Amma qorxuram.. O hissləri birdə yaşamaqdan, kiməsə yenidən inanmaqdan, güvənməkdən .. çox qorxuram. Hazır hiss etmirəm özümü yəni bir münasibətə. Aytən nə qədər desədə ətrafındakılara bir şans ver, amma mən verə bilmirəm. Özümə çətin gəlmişdim çünki. Və indi belə daha xoşbəxtəm yada özümü aldadıram. Bilmirəm .. Nə deyirsizə deyin bu hissin adına. Bunu sizə buraxıram.
Səhər açılmışdı. Universitetə getməy üçün hazırlaşırdım. Güzgünün qarşısnda saclarımı acırdım. WhatsAppdan yenə bir mesaj gəldi.

Anonim: Sabahın xeir Yaşıl
(Artıq çox olmuşdu bu Aytən.)
Sunay: Ayka dərsdə səni öldürəcəm
Ay qız , az zarafatlaş mənimlə
Anonim: Ayka?
Ayka olmaq yerinə Maral Tahirqızı olmağı seçərdim)
Sunay: heç gülməli deyildi Aytən
Anonim: Aytən deyiləm Yaşıl
Sunay: inanmıram!
Anonim: İnan Yaşıl

Oxuyub cavab yazmadım. Nədə olmasa yarım saat sonra dərsdə görüşəcəkdik. Görüm mənlə niyə belə bir zarafat edir bu Aytən.
Dərs başlamışdı artıq. Aytənə “mənimlə niyə zarafatlaşırsan axı” dedim. Üzümə heç nə anlamamış kimi baxdı. “Sunay qızdırman yoxduki canım” dedi. Elə bu an WhatsAppıma bir mesaj gəldi.
Anonim: sənə demişdim axı Yaşıl, mən Aytən deyiləm
Başıma sanki qaynar su tökdülər. Kim idi axı bu! Və məndən nə isdeyirdi. İndi cavab yazmadım. Axşam kim olduğun deyəcəkdi yada bloka gedəcəkdi. Bu iş çox uzanmışdı artıq.
Axşam.

Anonim: Yaşıl hardasan?
Sunay: Kimsən?!
Anonim: Allah bəndəsi
Sunay: deyirəm kimsən?
Deyəssən ya bloka getməy isteyirsən?
Anonim: no no blok olmaz
Sunay: deməsən olacaq.
Anonim: sən ciddisən Yaşıl?
Sunay: mənə yaşıl demə!
Anonim: Niyə Yaşıl demeyimki Yaşıl?
Sunay: sən xəstəsən!
Anonim: sənin xəstən
Sunay: blok!
Anonim: dayan bir dəqiqə
Sunay: deyirsən kim olduğunu?
Anonim: yox hələ bilmək zamanı deyil Yaşıl ..
Amma atma bloka
Sunay: hər kimsənsə oynama mənimlə Blok!

Və blok elədim. Kim idisə mənimlə oynayırdı. Birdən telefonuma adi bir mesaj gəldi.
“Gözlərinin yaşılından öpürəm. Gecən xeirə”

Müəllif: İ.Qönçə

Ps. Bu dəfə fərqli bir sey yazmaq istədim.Ümüdvaramki bəyənəcəksiz.
Bölümlərin çoxu bu tərzdə irəlləyəcək. Amma bəlli bir bölümü, keceden sonra artıq realda da tanışlıq olacaq.

(səs: 0)
Şərhlər: 9
Baxılıb: 6 466
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri