Kəpənəklər azaddır (2-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 3 818
Səs ver:
(səs: 0)
Ceyhun Nilayın zarafat etdiyini düşünüb, zorla gülümsəyərək dedi:
- Bu o qədər də gülməli zarafat deyildi Nilay xanım.
Nilay zərif hərəkətlə fincanı əlinə alıb, çaydan bir qurtum içərək Ceyhuna gülümsəyərək baxıb dedi:
- Düzdü, o qədər də gülməli zarafat olmazdı. Buna görə də zarafat deyil.
Ceyhun kalyustukunu boşaldıb, ciddi bir şəkildə dedi:
- Nilay xanım siz mənimlə məzələnirsiz?
- Heç də belə.
- Bəs niyə məndən böyük bir şirkətin sahibəsinin əvvəllər... yəni sizin şey olduğunuza inanmağımı gözləyirsiniz?
Nilay qolu ilə masaya dirsəklənib, Ceyhuna məsum bir ifadə ilə baxaraq:
- Niyə inana bilmirsiz ki? Yəni əvvəllər bir fahişə olmuşam deyə, indi bir şirkət sahibi ola bilmərəm?
Ceyhun əli ilə alnını ovuşdurub:
- Xahiş edirəm bunu belə açıq deməyin. Nəysə, mən sabah gəlsəm daha yaxşı olar- deyib, səsyazanını çantasına qoyub, ayağa qalxaraq Nilayı gözləmədən evdən çıxdı.

Yol boyunca bunun gərçək olub-olmadığını düşünürdü. “ o qədər məsum görünürdü ki. Yəni o... Axı elə qadınlar başqa cür olur. bəlkə də mənimlə əylənirdi, ya da içkili idi. Narkotikdən istifadə etmiş belə ola bilər. Başqa cür ola bilməz axı”
Fikirlərindən ayıldıqda az qala düşəcəyi dayanacağı keçəcəkdi. Yenə bir-birinə az qala yapışan insanların arasından keçib, avtobusdan endi. Köhnə 9 mərtəbəli binaya girib, öz evinə qalxdı. Hər zaman ki adəti ilə qapını döymək istəsə də, acı-acı gülümsəyib öz açarı ilə açdı.
- Gəldin?
Ceyhun eşitdiyi səsdən diksinib, təəccüblə çiynini çəkərək qonaq otağına keçdi. Gözlədiyinin əksinə masa da heç kağız yox idi. Sonunda səsin mətbəxdən gəldiyini anlayıb, ora getdi.
Elnarə qaz sobasının üstündəki yeməyi qarışdırırdı.
- Sən işdən qovdular?
- Yox. Bu hardan ağlına gəldi
Ceyhun qapının kirişinə söykənib, qallarını sinəsinə çarpazlayaraq:
- Yəni 3 il ərzində ilk dəfədi səni mətbəxdə görürəm. Bunun səbəbinin ya yadplanetlilərin işğalı ya da işdən qovulman ola biləcəyini düşünürdüm.
Elnarə yüngülcə gülümsəyib, sakit səslə dedi:
- Bu sadəcə şorbadı.
- Isti, sulu və yağla bişən bir yeməkdirsə bu gün ziyafət var deməli...

Yemək vaxtı Ceyhun qaşığı o qədər də dadlı olmayan şorbanın içində gəzdirib, bu gün olanları düşünürdü. Bunları kiməsə danışmalı olduğunu düşünüb, Elnarəyə tərəf baxdıqda onun bir əlindəki kağızları oxuyarkən digər əli ilə yeməyini yeməyə çalışdığını görüb gülümsədi. əgər Elnarə kağızları əlinə almışsa, onunla danışmağa çalışmağa belə dəyməzdi. Bunu 3 ildə öyrənmişdi. Yeməyini bitirib, qabları mətbəxə apararaq yatmağa getdi...

SƏHƏR:
Nilay aynanın qarşısına keçib, son dəfə özünə baxdı.(müəllif: Cəmilə Məmmədli) Qara kostyumda olduqca zərif görsənirdi. Topladığı saçlarını əli ilə sığallayıb, çantasına əlinə alaraq qapıya tərəf getdi. Dəstək tutub qapını açdığı anda, qarşısında gördü Ceyhunu. Onun yarı-təlaşlı halından bəlliydi burda dayandığı. Böyük ehtimalla qapını döyməyə cəsarət toplayırdı. Nilay zərifliklə gülümsəyib dedi:
- Yenə vaxtından tez gəlmisiz. Amma istəsəniz içəri keçə bilərsiz.
Ceyhun tək kəlimə etmədən, içəri keçən Nilayın arxasıyca getdi. Dünənki yerinə oturub, gözlərini Nilaya dikdi. Cəsarətini toplayıb asta bir sələ dedi:
- Bağışlayın Nilay xanım, əgər işiniz varsa sonra da gələ bilərəm.
Nilay onun qarşısında oturub, çiynini çəkərək:
- Müdir mənəm, istədiyim vaxt gedə bilərəm.
- Elə isə mənə başdan danışın. Yəni necə elə olduğunuzu...
- Fahişə.
Ceyhun güclə udqunub:
- Bəli, ondan.
- əslində bütün bunların səbəbkarı məni zorlayan insandı deyə bilərik.
Ceyhun sevinmiş kimi ayağa qalxıb, qışqırdı:
- Bilirdim! Egər kimsə sizə belə bir şey edibsə, onu şikayət edə bilərsiz.
Nilay da təlaşla ayağa qalxıb:
- Doğurdan, yəni mənə bunu edən insan cəzasını ala bilər?
- əlbətdə! Düzdü artıq izlər bədəndən silindiyi üçün, ekspertiza rəy verməyə bilər. Amma bu o demək deyil ki, həmin insan cəzasız qalacaq.
Nilay ümid dolu gözlərlə Ceyhuna baxıb, bütün məsumiyyəti ilə dedi:
- Onda elə indi gedək polisə. O adamın cəzasını verək...
Ceyhun:
- Hə, əlbətdə- deyib, cəld qapıya tərəf getdi. əlini dəstəyə atdıqda gülüş eşidib arxaya çevrildi.
Nilay ona baxaraq, gülməyini saxlamağa çalışırdı. Ceyhun qəzəblə qaşlarını çatıb dedi:
- Mənimlə məzələnirsiz?
- Yox.
- Bəs bu etdiyiniz?
Nilay ciddi üz ifadəsi alıb, Ceyhuna yaxınlaşaraq dedi:
- Sizin qəzetdə cinayət işlərinə də yer verirlər?
- Əlbət də. Bu standartdır.
- Bəs indiyə kimi neçə zorlanma hadisəsindən yazmısız?
- Mən 2 ildir bu qəzetdə işləyirəm və təxminən 5-6 hadisə.
Nilay kinayə ilə gülümsəyib, arxasını dönərək qonaq otağına tərəf addımladı:
- Nə mükəmməl ölkə də yaşayırıq hə? 2 ildə cəmi 5 və ya 6 hadisə! əminəm indi hamı o 5-6 qıza dəstək olur. heç kəs onları alçaltmağı və ya istifadə etməyi düşünmür. Mükəmməl ölkə! - deyib, ani bir hərəkətlə geriyə dönüb Ceyhuna baxaraq, qəhərli səslə pıçıldadı:
- Bəs mənimlə niyə belə olmadı?

15 İL ƏVVƏL:
Gənc qız səhərdən iş axtarmaqdan yorulmuşdu. Atası öldüyündən bəri anası evləri təmizləyərək onlara baxırdı, lakin artıq bu bahalı şəhərdə o qazandığı pullarla yaşamaq çətin idi. Gənc qız son bir ümidlə bahalı bir restorandan içəri girdi. Ağlayıb, yalvaraq iş istəsə də, onu dinləmədən restorandan qovdular. Qapıdan bayıra atılan qız pillələrə oturub dizini qucaqladı. Buna öyrəşdiyindən kədərli yox, qəzəbli idi. Donunun ətəyini çəkişdirib, öz-özünə deyindi:
- yekə qarınlar! Verəcəkləri işə də..özlərinə də!
Elə bu an restorandan çıxan yaxşı geyinmiş, orta yaşlı bir kişi onun çiyninə yüngülcə toxunub, pıçıldadı:
- Qızım, nə problemin var sənin?...

Yazar: Cəmilə Məmmədli
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 818
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri