Kəpənəklər azaddır (10-cu bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 2 943
Səs ver:
(səs: 0)
Ceyhun Nilayın baxışlarını o kişiyə kilidləyib, yanından onu görmədən keçib getməsinə təəccüblənsə də, çevrilib o qədərdə uzaqlaşmayan Nilayı səslədi:
- Nilay... Nilay xanım.
Onun dayanmadığını görüb, arxasıyca gedərək qolundan tutub asta səslə dedi:
- Nilay...
Nilay sanki hələ indi ayılıb, Ceyhuna baxdı. Onun sual dolu baxışlarını görüb, nə baş verdiyini anlamış kimi üzünü çevirdi. Bir anlıq soyuq bir ifadə ilə ondan cəmi 10 addım uzaqlıqda olan kişiyə baxıb, sanki heç nə olmamış kimi Ceyhuna dönərək hər zaman ki ifadə ilə gülümsədi:
- Ooo, Ceyhun bəy sizi burda görməyimə şadam.
Ceyhun artıq Nilayın ani dəyişkənliyinə öyrəşdiyindən, zorla gülümsəyərək dedi:
- Mən də sonunda məni görə bilməyinizə şadam. Sizi saxlamaq istəməzdim. O cənabla söhbət etməyi belə çox istəyirsiz?
Nilay Ceyhunun kinayəli sözləri qarşısında sakitcə gülümsəyib, pıçıldadı:
- Məni apar burdan...
Ceyhun bir anlıq donub qaldı. əvvəlcə etiraz etmək, səbəbini soruşmaq istəsə də, Nilayın yalvarış dolu baxışlarını görüb əlini uzatdı. Nilayın ovcuna qoyduğu kiçik əlini sıxıb, ətrafındakı insanlara fikir vermədən onu arxasıyca çəkdi. İri addımlarla çıxışa tərəf gedərkən, əlindən tutduğu Nilayın uzun donunun ətəyini tutub, xırda addımlarla ona çatmağa çalışmasının belə fərqində deyildi sanki. O kişinin yanından keçərkən, çevrilib bir neçə saniyəlik qəzəbli bir baxış atdı. Bunu niyə etdiyini anlamağa çalışarkən, Nilayın qolundan tutub ona sığınmasına daha da təəccübləndi. Restorandan çıxdıqları anda Nilay dərindən nəfəs alıb, əlini onun əlindən çəkdi.
- Niyə? Öz şirkətinin təşkil etdiyi banketdən niyə çıxma istədin?
Nilay uzun donun ətəyinin çirkli asfalta dəyməsinə fikir vermədən addımlarkən, Ceyhunun verdiyi sualı eşidib arxasını döndü. Gülümsəyərək baxıb, dedi:
- Bəs sən niyə tez çıxdın? Axı bu haqda məqalə yazmalı idin hə?
- Çünki sən istədin.
Nilay irəliləyib, Ceyhuna baxmadan:
- İkimizin də səbəbi eynidi-çünki mən istədim- deyib, çiyni üstündən Ceyhuna baxaraq dedi:
- Gəlmirsən?
Ceyhun çiynini çəkib, qabağında heç nəyə fikir vermədən gedən Nilayın arxasıyca getdi.
Elnarə əlindəki kağızlara gözünü diksə də, heç oxumadığı hiss olunurdu.(müəllif: Cəmilə Məmmədli) Nə qədər unutmağa çalışsa da, Ceyhunun bu səhərki halı gözünün önündən getmirdi. 3 gündür hər şey yaxşılığa doğru gedərkən, Ceyhun bu səhər yenə baxışlarını ondan qaçırmışdı. Nə baş verdiyini tam anlamasa da, hiss edirdi. O qadına aid nə isə olanda, Ceyhun hər dəfəsində belə olurdu.
- Eliş?
Elnarə səsə diksinib başını qaldırdı. Nazilənin ona baxdığını görüb, gülümsədi:
- Nə olub Nazilə?
- əsil sənə nolub? Elə bil bu dünyada deyilsən.
- Heç. Sadəcə işlərim çoxdu.
Nazilə yenə kağızlara gömülən Elnarəyə baxıb, təəssüflə başını yellədi. Öz masasına getmək istəsə də, sözü varmış kimi Elnarəyə baxmağa başladı. Bunu hiss edən Elnarə başını qaldırıb, maraqla soruşdu:
- Nə?
Nazilə bayaqdan bunu gözləyirmiş kimi cəld Elnarəyə yaxınlaşıb, təlaşla dedi:
- Eliş sənə bir şey deyəcəm, amma səhv başa düşmə.
- De.
Nazilə əllərini ovuşdurub, gözlərini ondan qaçıraraq asta səslə dedi:
- Bizim müxbir uşaqlar dedi. Bu günkü o şirkətin banketindən Ceyhun və o şirkətin müdirəsi əl-ələ çıxıblar. Şəkillərində çəkiblər, amma narahat olma, mən tapşırdımki silsinlər. Amma bu heç nə demək deyil, bəlkəm işləri olub.
Elnarə donuq nəzərlərini Nazilədən ayırıb, yenə kağızlara baxaraq pıçıldadı:
- Əlbətdə. Yəqin işləri varmış.
- Eliş məndən məsləhət, bu işi belə qoyma. Elə varlı arvadları bilirsən, cavan oğlan axtarırlar özlərinə. get danış lap onunla, boş bilməsin ərini.
Elnarə Naziləyə baxmadan əlini yelləyib:
- Bəsdi. Boş şeylərdi, Ceyhun elə şey etməz. Sən də işinlə məşğul ol.- deyib, Nazilənin başını yelləyərək öz yerinə keçdiyi anda gözlərini boşluğa dikdi.
Ceyhun divanda oturub, əlləri ilə başını tutaraq düşünürdü ”mən neylədim axı? Orda, hamının içində. Of!”
- Çay istəyirsən?
Ceyhun başını qaldırıb, əlində sini, uzun donuna görə çətinliklə yeriyən Nilaya baxdı. Onun uzatdığı çayı alıb, gülümsəyərək dedi:
- Bu paltarda yerimək çətin deyil?
Nilay gülümsəyərək:
- Çətindi. Amma mən başqalarının yanında soyunmağa öyrəşsəm də, sən buna öyrəşməmisən.
Ceyhun çayı güclə udub, cəld üzünü çevirdi. Nilayın ona güldüyünü hiss etsə də, söhbəti dəyişmək üçün, ona baxmadan dedi:
- Niyə ordan getmək istədin?
- Çünki köhnə “müştəri”lərimi gördüm.
Ceyhun cəld çevrilib, Nilaya təəccüblə baxaraq dedi:
- Nə? Axı oradakıların hamısı məşhur insanlar idi. Elə yerlərdə nə işləri ola bilər?
Nilay məsum nəzərlərini Ceyhuna dikib, gülümsəyərək dedi:
- Sadəcə bir işi.- Ceyhunun hələ də ona inanmırmış kimi baxdığını görüb davam etdi:
- Kasıbı-varlısı, qocası-cavanı heç fərq etmir. Sənin bilmədiyin çox şey var. Adını da jurnalist qoymusan.
Ceyhun Nilayın iynəli sözlərindən sıxılıb, getmək üçün ayağa qalxdı. Nilayın onu dayandıracağını gözləsə də, sakitcə çayını içdiyini görüb, pərt şəkildə qapıya tərəf getdi. Əlini dəstəyə atdığı anda, qapının döyüldüyünü görüb duruxdu. O hələ də qapının ağzında durarkən, Nilay yerindən qalxıb onun yanına gələrək dedi:
- Kimdir?
- Bağışlayın Nilay xanım, Elnarə Şərifova. Jurnalistəm.
Nilay əlini atıb, qapını açmaq istədikdə Ceyhun cəld biləyindən tutub onu saxladı. Baxışlarını qapıdan ayırmadan pıçıldadı:
- Elnarə... Elnarə mənim həyat yoldaşımdı...

Yazar: Cəmilə Məmmədli
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 943
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri