Kəpənəklər azaddır (5-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 10
Baxılıb: 3 449
Səs ver:
(səs: 0)
Doğan hər Günəş özü ilə yeni xoşbəxtliklər və bədbəxtliklər gətirir deyirlər... Elnarə aynanın qarşısında üzündəki yuxusuzluq izlərini makiajla gizlətməyə çalışırdı, Nilay isə çarpayıya arxası üstə uzanıb tavandakı aynadan axan göz yaşlarını seyr edirdi və Ceyhun... tələsik yazı yazarkən, beynindəki minlərlə sualdan bir anlıq da olsa azad olmaq istəyirdi... Bəli, doğan hər Günəş özü ilə xoşbəxtlik gətirmir...

Elnarı iş yerinə girib, hər kəslə salamlaşaraq öz masasına əyləşdi. Tez qovluqları qarşısına çəkib, içindəkilərə tələsik göz gəzdirdi. O yazılara gömülmüşkən, 30 yaşlarında, baxımlı bir qadın əlində 2 çay fincanı ilə ona yaxınlaşdı:
- Eliş bir başını çıxartda o qovluqlardan.
Elnarə yüngülcə diksinib, başını qaldırdı. Qadının ona uzatdığı fincanı təbəssümlə ondan alib, dedi:
- Nazilə mənim işim budu.
- Sənin işin efirə gedəcək materialları yoxlamaqdı, da bu kağızlarla simbioz həyat yaşamaq yox.
Elnarə çayından bir qurtum içərək, gülümsədi:
- Heç dəyişməyəsən sən. Yenə eyni tənbəlsən.
Nazilə şıltaq bir hərəkətlə əlini yelləyib:
- Deyişmirəm deyə evdə qaldım da. Sənə nə var, tapdın boylu-buxunlu, ali savadlı əri.
Elnarə zorla gülümsəyib, dedi:
- Hər qarşına çıxanı rədd etməsən sən də taparsan.
- Hmm, nə bilim ee. Sənin ərinə də yaxşı iş veriblər, təzə şirkətin prezdenti ilə müsahibə. Gözəl qadındı, elə təkcə şəkilin qəzətdə çap etsələr bəsdi.
Elnarə təəccüblə Naziləyə baxıb:
- Nə?
Nazilə:
- Bilmirdin? Sən necə jurnalistsən ki, heç ərinin işlərindən xəbərin yoxdu? Biraz maraqlan da belə şeylərlə. Qadın çox gözəldi. Indilərdə ərini boş buraxma. Ağlını başından al. Özün yollarını məndən yaxşı bilirsən yəqin- deyib, mənalı-mənalı göz vuraraq öz masasına keçdi.
Elnarə Nazilənin dediklərini vecinə almayıb işinə davam etmək istəsə də, bacarmayıb qovluqları yerinə qoydu. Artıq soyumuş çaydan bir qurtum içərək nəzərlərini boşluğa dikdi.

Ceyhun yazını çoxdan bitirmişdi. Qarşısındakı kompüterin ekranına boş-boş baxıb, nəyi isə düşünürdü. Qərarını vermiş kimi qətiyyətlə ayağa qalxmaq istəyirdi ki, masasının önündən tələsik keçən Rasim bir anlıq dayanaraq dedi:
- Baş redaktor səni çağırır.
Ceyhun artıq gedən Rasimin arxasıyca:
- Mən də elə onun yanına gedirdim- deyib ayağa qalxaraq baş redaktorun otağına tərəf getdi. Qapını döyüb içəri keçdik də, orta yaşlı, kostyumlu bir kişi ona narazılıqla baxırdı. Kişi əli ilə Ceyhuna oturacağı işarə edib, zəhmlə sözə başladı:
- Ceyhun tapşırdığım məqaləni nə vaxt təhvil vermək fikrin var?
- Ebülfəz müəllim hələ üstündə işləyirəm. Mənə 10 gün vaxt verin.
- 10 gün? Dəli olmusan? Mən oçerk yaz demədim. Adi müsahibə. 5 gün içində stolumun üstündə olsun.
Ceyhun başı ilə təsdiqləyib, otaqdan çıxdı. Qapını örtüb, azca söykənərək pıçıldadı:
- 5 gün... onunla keçirə biləcəyim 5 gün.

Saatlar keçmək bilmirdi sanki. Ceyhun səbirsizliklə iş vaxtının bitməsini gözləyirdi. Diqqəti o qədər dağınıq idi ki, bayaqdan ”səssiz” rejimə qoyduğu telefonunun ekranın yanıb-sönməsindən bələ xəbəri yox idi. Ekran da isə “Elnarə” yazılmışdı...

Nilay yenə zərif makiajını edib aynanın qarşısına keçdi. Üzündə bütün gecə ağladığı isbat edən heç nə yox idi. Aynadakı özünə məsumca gülümsəyib qonaq otağına keçdi. Bir az keçmədi ki, qapı döyüldü. Nilay qapını açıb, kim olduğuna belə baxmadan otağa qayıtdı. O həmişəki yerində oturarkən, Ceyhunda asta addımlarla gəlib qarşısında əyləşdi.
Nilay Ceyhunun üzünə gülümsəyərək baxıb, şıltaqlıqla dedi:
- Jurnalist bəy, bəlkə məndən bir az da şirkətim haqqında soruşasız? Sizin necə müdürünüz var ki, bu müsahibə ilə heç maraqlanmır?
- Körpənə nə oldu?
- Deyəsən şirkətim iflas edəndən sonra bu müsahibə çıxacaq.
- Həkim nə dedi?
- Doğrusu gördüyüm ən tənbəl müxbirsən..
- O öldü?
Nilay:
- Yox!!!- deyə qışqırıb əli ilə başını tutdu. Ceyhuna nifrət edirmiş kimi baxıb dedi:
- Nə bilmək istəyirsən?! O lənətə gəlmiş həkimin uşağımın əqli qüsurlu olduğunu deməsini?! Ya o ifritə qaynanamın uşağımı məndən qoparıb uşaq evinə atmasını?! Bəlkə mənim heç bir şey edə bilmədiyimi bilmək istəyirsən?!
Nilay qışqırmaqdan yorulmuş kimi başını masanın üstünə qoyub davam etdi:
- heç bir şey edə bilmədim. Qaça bilərdim, uşağımı götürüb qaça bilərdim. Amma etmədim. Balamın ağlaması qulağımda cingildəyirdi, amma mən onu qucağıma ala bilmirdim... qaynanamın “ bir normal uşaqda doğa bilmirsən” deyib məni döyməsi, təhqir etməsi vecimə belə deyildi. Amma hamı ona baxa bilməyəcəyimi, bacarmayacağımı deyirdi- deyib, başını qaldırıb Ceyhuna ümdlə baxaraq dedi:
- bacara bilərdim səncə?
Ceyhun baxışlarını ondan qaçırdıb, yerə baxaraq:
- Yəni yaşın az idi sonra o şərait... çətin idi.
Nilay kədərlə:
- Səndə istəsəydim bacara biləcəyimi düşünürsən hə?- deyib, Ceyhunun cavab vermədiyini görüb yerə baxaraq davam etdi:
- Məndə elə düşünürəm. Istəsəydim bacara bilərdim...
Ceyhun Nilayın baxışlarının dəyişdiyini görüb, səhv etdiyini anlayaraq ona yaxınlaşdı:
- Belə düşünmə. Sən bunu çətin ki bacaraydın. Həm bu sənin günahın olmayıb k, məcbur ediblər. Nilay? Nilay?!
Ceyhunun onun qolundan tutub silkələsə də, Nilay heç bir reaksiya vermədən dayanmışdı. Ceyhun artıq qorxmağa başlayırdı. Nilayı bir də silkələdik də, Nilay birdən ayağa qalxaraq qışqırdı:
- bacara bilməzdim?! Demək qaçıb fahişə olmağı bacardım, amma öz balama baxa bilməzdim? Nəyə məcbur ediblər?! Bütün dünyanı qarşıma ala bilməzdim balam üçün?! Cavab ver!!!
Ceyhun qişqiraraq, onu vuran Nilayi qucaqladı. O nə qədər çırpınsa da, Ceyhun onu daha bərk özünə sıxırdı. Artıq sakitləşən Nilayın saçlarını sığallayıb, qulağına pıçıldadı:
- Sənin günahın yox idi...

Yazar: Cəmilə Məmmədli
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 3 449
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri