Kəpənəklər azaddır (9-cu bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 2 954
Səs ver:
(səs: 0)
Bu dünya da haqsızlar nadirən susur, haqlılar isə heç danışmır... Bu həmişə mi belədir bəs?

Nilay gözlərini dikib Ceyhundan bir cavab gözləsə də, o inadına susurdu. Qarşındakı haqlı ikən nə deyə bilərsənki? Inkar? Özünü aldatmaqdan başqa bir işə yaramaz və Ceyhun bunun fərqində idi. Hər zaman gülümsəyərək baxdığını düşündüyü gözlərdəki buz soyuqluğunu indi anlamışdı. Sakitcə ayağa qalxıb, qapıya tərəf getdi. Nilayın arxasıyca qalib kimi baxdığına əmin idi. O qapını açıb, çölə çıxarkən Nilay baxışlarını yerə dikdi.
Qapı örtüldüyü anda göz yaşlarını saxlaya bilməyib, pıçıldadı:
- Öz canında varmış... sənin də ruhunda fahişəlik var. Sənin belə...
Güclə ayağa qalxıb yataq otağına keçdi. Aynanın qarşısına keçib, durmadan axan göz yaşlarına baxdı. Kinayə ilə gülümsəyib, daxılçadan kirşan qabını götürdü. Dayanmadan axan yaşların izini kirşanla gizlətməyə çalışdıqca göz yaşları daha da artırdı. Artıq kiçik otağında hıçqırıqları əks-səda verərkən, heç unuda bilmədiyi xatirələr yenə də canlanırdı...

Köhnə, kənardan diqqəti cəlb etməyən binanın içi yenə zəif bir işıqla aydınlanırdı. siqaret, içki qoxuyan dəhlizlərdə, çalınan zövqsüz musiqi əks-səda verirdi. Burda hər əşya ucuz, keyfiyyətsiz, bir o qədər də bayağı dərəcədə ehtişamlı idi. Dəhliz boyunca otaqların qapısı ağzında dayanan qadınlar belə bayağı makiajı və “çılpaq” dedirdəcək geyimləri ilə bu məkana uyğun görünürdülər.
Dəhlizdə, öz otaqlarının ağzında 4 qız gözləyirdi. Digərlərindən daha gənc olduqlarından onlara girişə yaxın otaq verilmişdi. Vitrinə qoyulub, müştəri cəlb edən gözəl, lakin bahalı geyimlər kimi...
Otaqdan gələn əcayib səslərə fikir vermədən söhbət etməyə çalışırdılar. Az qala yanlarında duran masanın arxasındakı “mama” isə kimə isə onları göstərib tərifləyirdi:
- Dördü də bir-birindən gəşəngdi. Hamsı təzə düşüblər bura. Bütün müştərilər razıdı valla. Elə şeylər bacarırlarki...
Qızlar “mama”nın belə söhbətlərinə öyrəşdiyindən heç fikir də vermirdilər.
- Cavid nə işimiz var belə yerdə? Üfunət iyi verir bura...
Qızlardan biri cəld çevrilib, danışan adama baxdı. Yaxşı geyinmiş, orta yaşlı bir kişi dostunun qolundan tutaraq, burdan aparmaq istəyirdi.
Qızın donub qaldığının fərqinə varan digərləri, dayanmadan ondan nə olduğunu soruşurdular. Qız isə geniş açılmış gözlərini o adamdan ayırmadan pıçıldadı:
- Bu o adamdı...

Nilay əlindəki qabı yerinə qoyub, yenə özünə baxdı. Göz yaşlarının və kirşanın təsiri ilə üzü boz, palçıqlı kimi görünürdü. Lakin bu belə üzündəki qorxunc ifadəni gizlədə bilmirdi. Çünki beynində durmadan o adamın həmin gecə dediyi cümlə səslənirdi:
- Məni niyə gətirdin bura? Bilirsən axı, mənim bakirələrdən xoşum gəlir...

Ceyhun evin qapısına söykənib, düşünürdü.(müəllif: Cəmilə Məmmədli) Neçə gündür eyni şeyləri təkrarlayırdı. Evindən Nilayın yanına gedir və Nilay bir növ onu qovduğuna görə geriyə, evinə qayıdır. Ceyhun çevrilib, əlini dəstəyə atdıqda ağlına gələn bir fikirlə gülümsədi. “tülkünün dönüb-dolaşıb gələcəyi yer... Bəzən evli olduğumu unuduram. Nilay haqlıdı. O niyə həmişə haqlı olmalıdı axı? Onun yanında özümü uşaq hesab edirəm. Hər dəfəsində, hər dəfəsində yeni bir şey öyrənirəm. Bilmədiyim, görmədiyim, ya da sadəcə görmək istəmədiyim yeni bir şey.”- Ceyhun bu düşüncələrlə içəri keçib, qapını bağladı. Dərindən nəfəs alıb, asta addımlarla yataq otağına keçdi. Qarşısında ağır bir iç vardı-incitdiyi Elnarədən üzr istəmək...

3 GÜN SONRA:
Elnarə təlaşla hazırlanan Ceyhuna baxıb gülümsədi. O qədər tələsirdi ki, kalyustukunu belə bağlaya bilmirdi. Elnarə onun həqiqətən çətinlik çəkdiyini görüb, Ceyhuna yaxınlaşdı. Çiynindən tutub, özünə tərəf çəkərək əllərini aşağı çəkib, kalyustukunu özü bağlamağa başladı. Içindən onun bacarıqsızlığına gülüb, zəif səslə soruşdu:
- Hara tələsirsən belə? Elə bil ilk dəfədi bağlayırsan...
Ceyhundan cavab gəlmədiyini görüb, başını qaldıraraq gözlərini ona dikdi:
Gözlərini ondan qaçıran Ceyhun, sakitcə dedi:
- Bir şirkətin təşkil etdiyi banketə. Bu haqda məqalə yazmalıyam...
- Hanı şirkət?
Ceyhun:
- BUTA- deyib, Elnarənin əlinin boşalmasından istifadə edərək geri çəkilib əlavə etdi:
- Redaksiyadan məcbur elədilər.
Ceyhun Elnarənin donub qalmasına fikir vermədən cəld evdən çıxdı. Çöl qapısını örtüb, bayaq sona kimi sıxdığı kalyustukunu boşaltdı. Yalan demişdi. O işi başqasına vermişdilər, amma o Nilay haqqında yazacağı məqaləni bəhanə edərək özü getmək istəmişdi. Çünki...

Ceyhun banketin keçiriləcəyi restoranın qapısı ağzında dayanıb, son dəfə saçlarını hamarladı. Qapının ağzındakı mühafizəçiyə jurnalist vəsiqəsini göstərərək içəri keçdi. O qədər də böyük olmayan zalda, bahalı geyimli o qədər adam vardı ki... Ceyhun gözlərini zalda gəzdirib, bir çox adamın bir küncdə toplaşdığını gördü. O da asta addımlarla onlara yaxınlaşdıqca təxminində yanılmadığını gördü. Insanların arasından Nilay yasəmən rəngi paltarı və üzündəki məsum təbəssümü ilə seçilirdi. Ceyhun ona tərəf getmək istəyirdi ki, Nilayın ona tərəf baxdığını gördü. Üzündə yaranan gülümsəmə, Nilayın ona tərəf gəldiyini görüncə daha da böyüdü. Lakin birdən Nilayın ona baxmadığının fərqinə vardı. Nilayın qorxu qarışıq təəccüblə nəyə baxdığını öyrənmək üçün arxasını çevirdik də, orta yaşlı bir kişini gördü sadəcə. O nə baş verdiyini anlamağa çalışarkən, Nilayın onun yanından keçərkən dediyi cümlə daha da təəccübləndirdi:
- Bu o adamdı...

Yazar: Cəmilə Məmmədli
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 954
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri