Kəpənəklər azaddır (12-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 651
Səs ver:
(səs: 0)
“ - Sənin kimi saf birisinin burda nə işi var?
Məleykə başını qaldırıb, bunu deyən eynəkli qadının üzünə baxdı. Öncə susmağı düşünsə də, digər iki qızın da maraqla ona baxdığını görüb pıçıldadı:
- Sevdim çünki.
Yarı-qaranlıq otağa dərin səssizlik çökdü. Güclə eşidilən qımışmaların yerini şən qəhqəhələr aldı. Məleykə bu qəhqəhələrdəki kinayəni hiss edib, başını aşağı saldı.(müəllif Cəmilə Məmmədli) Qəhvəyi, iri gözləri yenə dolurdu ki, çiyninə bir əl toxundu. Başını qaldırdıqda ona toxunanın digər qızlar kimi gülməyən, əksinə kədərli görünən eynəkli olduğunu gördü.
- Danış.
Məleykə bu əmrvari xahişdən və digər qızların susub, diqqətlə ona baxmasından cəsarətə gəlib, zəif səsi ilə danışmağa başladı:
- Mən qapalı bir ailədı böyümüşəm...böyümüşdüm... Atam çox sərt insan idi, anam isə çox aciz. Bacılarım, qardaşlarım vardı. Amma hamısı evlənmişdilər. Mən tək idim, həmişə. Bir padruqamda yox idi. Guya evdən çıxmağa qoyurdular ki, hələ kimləsə danışa bilim? O bizim məhəllədən idi. Elə də yaraşıqlı sayılmazdı, amma mənə elə gəlirdi ki, dünyanın ən yaraşıqlı kişisidi. ən əsası məni sevirdi, həmişə mənimlə maraqlanırdı, mənə qulaq asırdı. Neçə dəfə onunla görüşə bilmək üçün döyülmüşəm unutmuşam. Hər şey çox gözəl idi. Amma o həmişə mənim onu sevmədiyimi deyirdi. Nə qədər “sevirəm” desəm də inanmırdı. Bir gün sevgimi isbat etməyimi istədi. Sonra yenə...yenə...yenə... və bir gün sadəcə yox oldu. Elə bil heç var olmamışdı.
Məleykə sözünü kəsib, kədərli gözlərlə qızların üzünə baxdı. Qəhərini güclə udub, pıçıldadı:
- Sevdiyin adamın olmaq günahdı? Mən sadəcə onu sevdiyimi isbat etmək istəmişdim. Təkcə onun olaraq isbat etmək istəmişdim...
Qızlar Məleykəni təsəlli etməyə çalışmaq üçün ona tərəf gəlmək istədikdə, arxalarından gələn qəhqəhəni eşidib donub qaldılar. Eynəkli hələ də gülərək addımlayıb, ona təəccüblə baxan qızları itələyərək Məleykəyə yaxınlaşdı. Gülməyini güclə saxlayıb, onun çənəsindən tutub qaldıraraq gözlərinə baxdı:
- Səfeh! Hər qadının sevdiyinin olmaq istəməyə haqqı var amma sevdiyi kişinin və hər şeyi olan kişi olmur. Elə olsaydı, bizdən çox “kişi” görən olmazdı hə?- dedi.
Aramsız qəhqəhələri kiçik otaqda əks-səda verməyə davam edirdi...”
Nilay onu saran xatirələrdən ayılıb, gözünü açdı. Çarpayıda uzandığının fərqinə varıb, gülümsədi. Əlini alnına qoyub:
- Məndən çox “kişi” görən olmazdı yəqin. 10 ildə heç görməsəm də- deyə pıçıldayıb, acı-acı gülümsədi...
***

Ceyhun son cəsarətini toplayıb, qapını açdı. Qonaq otağına keçib, hər zaman ki, kimi masa da sənədlərlə əlləşən Elnarəyə baxdı. O sakit görünsə də, Ceyhunu soyuq tərlər basmışdı. Köynəyinin bir düyməsini açıb, dərindən udqunaraq ona tərəf bir addım atdı. əlindən gəldiyi qədər sakit səslə dedi:
- Elnarə...
Elnarə başını qaldırıb Ceyhuna baxdı. Gözlərini cəld əlindəki sənədə dikib olduqca sakit, hətda şən səslə dedi:
- Bu gün tez gəlmisən. İşlərin tez bitib yəqin. sevindim...
Ceyhun onun belə sakit davranmasına təəccüblənsə də, “ nə gözləyirdin ki? Elnarə heç o qadının yanına getdiyini deyər? Axmaq olma”- deyə düşünüb, rahatlamış bir təbəssümlə dedi:
- Hə, bu gün tez bitdi. Mən yemək yedim, gedim uzanım.
Ceyhun Elnarənin sadəcə başını yelləyərək cavab verməsi ilə daha da rahatlaşıb, yataq otağına keçdi. Səliqə ilə yığılmış yatağa uzanıb, əllərini başının arxasında çarpazlayaraq, pıçıldadı:
- Hər zaman ki, Elnarə. Sıfır reaksiya, emosiya. Görəsən o robot-filan deyilki?
Az öncəki qarşılaşmalarını təkrar gözündə canlandırıb gülümsədi. Hamısı hər gün yaşadıqları dialoqları idi. Tək fərq Elnarənin “sevindim” deyərkən səsinin azacıq titrəməsi idi...
Elnarə kompüterdəki yazıya gözünü diksə də, ağlı tamamı ilə başqa yerdə idi. Odur ki, otaqda get-gedə yayılan pıçıltının fərqinə belə varmamışdı. Birdən topuqlu ayaqqabıdan gələn səslərin ona yaxınlaşdığını eşidib, başını qaldırdı...
Ceyhun yazını bitirməyə çalışsa da, yan masadan gələn səslər fikrini yayındırırdı. Onların eşitməsi üçün qələmi masaya döyəcləməyə başladı. Səslər azalmaq əvəzinə artırdı. Hətda bayaqdan yüksək səslə danışan Rasim, qəhqəhələrlə gülməyə başlamışdı. Geriyə çevrilib, Ceyhunun qəzəbli baxışları ilə rastlaşdıqda, gülməyini kəsmək əvəzinə, ona yaxınlaşdı. Lağ edərmiş kimi:
- Əfəlsən, əfəl. Yaraşıq, boy-buxun olmaqla deyil ee, adamın canında olsun gərək- deyib, əlində tutduğu şəkli onun masasına atdı. Ceyhun Rasimin bu yersiz danışıqlarına öyrəşdiyindən, əlini yelləyib yalandan gülümsədi. Masadakı şəkilə gözü sataşdıqda, donub qaldı...
***
- Sizin nə işiniz var burda?!
Nilay məsum bir şəkildə gülümsəyib, qırmızı boyalı dodaqlarını büzərək dedi:
- Mən sadəcə sizinlə söhbət etmək istəyirdim.
Elnarə qaşlarını düyünləyib, özünü sakit göstərməyə çalışaraq dedi:
- mənim sizlə danışacaq heç nəyim yoxdu.
Nilay çiyinlərini çəkib, Elnarəyə tərəf əyilərək, gözlərinə baxıb pıçıladı:
- Əminsənki ərinin sevgilisi ilə danışacaq heç nəyin yoxdu? Bir də düşün, bərkdən də soruşa bilərəm.
Elnarə otağa göz gəzdirib, hər kəsin onlara baxdığını gördü. Sakitcə ayağa qalxıb, Nilaya gülümsəyərək baxaraq dedi:
_ Gəlin başqa yerdə danışaq Nilay “xanım”...

Yazar: Cəmilə Məmmədli
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 651
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri