Kəpənəklər azaddır (16-cı bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 587
Səs ver:
(səs: 0)
Ceyhun qaranlıq və boş küçədə addımlayırdı. Nə edəcəyini, nə etdiyini dərk etməyə çalışırdı. Yolun kənarındakı kiçik dükana girib siqaret və alışqan aldı. Dükandan çıxıb, səkiyə oturaraq əlinə bir siqaret aldı. Yandırdığı siqaretdən dərin bir qullab aldığı anda, gözlərini acışdıran tüstü ilə bərabər öskürməyə başladı. Siqaret paketini ovcunun içində büzüşdürüb, kənara atdıqdan sonra köynəyinin bir düyməsini açdı. Göy üzünə baxıb, acı-acı gülümsəyərək pıçıldadı:
- Bunu belə bacarmıram...
Bəli, Ceyhun bacarmırdı. Həyatı boyunca əlinə içki, siqaret almayan, yalnız karyerası ilə məşğul olan-yəni hər zaman “doğru”nu edən bu adam bacarmırdı. Bir tərəfdə onun heç yanından keçmədiyi çirkabdan gələn qadın və digər tərəfdə onunla demək olar ki, eyni olan bir qadın. “doğru” olan... Hər zaman “doğru” olanı etmək lazımdır. Bəs bu “doğru”ları kim təyin edir?
Ceyhun beynini məhv edən suallardan bezib ayağa qalxdı. Evinə tərəf addımlamağa başladı. Binanın qabağına çatdıqda ayaq saxladı.
Elnarə açılan çöl qapısının səsini eşitsə də, Ceyhunun gəldiyini bilib yerindən tərpənmədi. Başgicəllənmələri az əvvəl dayanmışdı. İstər-istəməz qorxmuşdu. Ceyhuna bunu demək üçün yataq otağına keçməsini gözlədi. Lakin dəqiqələr keçsə də otağın qapısı açılmırdı. Elnarə dolmuş gözlərini yumub, yuxuya getməyə çalışdı...
Səhər olduqda çarpayının sağ tərəfinin pozulmamış olduğunu görüb, ağlından bəlkə də Ceyhunun axşam evə gəlmədiyini keçirdi. Hazırlanıb qonaq otağına keçdik də, Ceyhunun divanda yatdığını gördü. Bir anlıq təəccüblə ona baxdı. Yanına yaxınlaşıb, çiyninə yüngülcə toxunaraq oyatmağa çalışdı. Ceyhun gözlərini açıb, yarı-yuxulu ona baxdığını gördükdə dedi:
- Burda niyə yatmısan?
- Eee, gec gəlmişdim, səni narahat etmək istəmədim.
Elnarə Ceyhunun gözlərini qaçırmasından yalan dediyini anlayaraq, kinayə ilə gülümsəyib dedi:
- Oyaq idim.
Ceyhun Elnarənin kinayəsini anlayaraq, divandan qalxdı. Axşam divanın küncünə atdığı gödəkcəsini əyninə geyinib, masanın üstündəki kağızları əlinə aldı. Qapıya tərəf addımlayarkən, üzünü çevirmədən dedi:
- Məqaləni redaksiyaya verməliyəm.
Elnarə o qapıdan çıxmadan nə isə demək istəsə də, cəsarət edə bilməyib qapının örtülməsini izlədi. Dərindən nəfəs alıb, masaya dağılmış vərəqlərə baxdı. Çoxuna sadəcə bir cümlə yazılıb əzişdirilmişdi. Elnarə birini əlinə alıb, səsi titrəyərək oxudu:
- Nilay Mirzəzadə... Nilay...
***
Nilay geniş və işıqlı ofisində, dəri kreslosuna əyləşib əlindəki vərəqlərə baxırdı. Yazıların çoxundan heç bir şey anlamadığı hiss olunurdu. Kağızları masaya atıb, əlləri ilə başını tutaraq ofuldadı. Birdən qapının döyülməsi ilə ciddi görkəm alıb, incə səslə dedi:
- Girin
Qapını açan zərif geyimli, incə bir qız içəri keçmədən dedi:
- Nilay xanım, Kamil bəy gəlib.
Nilay üzündə yaranan qorxunc ifadəni cəld ustalıqla gizlədib, gülümsəyərək:
- Sağ ol Arzu. Mən gəlirəm – deyib, qızın getməsini gözləmədən ayağa qalxdı.
əlləri titrəyərək saçlarını düzəldib, otaqdan çölə çıxdı. Otağın qapısının ağzında onu gözləyən orta yaşlı kişi gördüyü anda, üzündə həmişəki məsum ifadə yarandı.(müəllif: Cəmilə Məmmədli) Yavaşca ona yaxınlaşıb, qollarını boynuna dolayaraq pıçıldadı:
- Darıxmışdım sənin üçün sevgilim.
Üzünü Kamil bəyin çiyini ilə gizlətsə də, gözlərindəki sonsuz nifrət hiss olunurdu.
***
Elnarə masasına əyləşib, əli ilə başını tutdu. Baş gicəllənmələri başlamışdı yenə.
- Eliş sənə nə olub?
Elnarə Naziləni səsindən tanıyıb, başını qaldırıb ona baxdı. Üzündəki təlaşlı ifadəni görüb, zorla gülümsəyərək dedi:
- Heç nə. Sadəcə biraz başım gicəllənir.
Nazilə qayğı ilə Elnarəyə baxıb, birdən ağlına gələn fikirlə sevinclə qışqıraraq dedi:
- Elişşş, yoxsa hamiləsən?!
- Nə? Yox.
- əminsən?
Elnarə “əminəm” demək istəsə də, xüsusi halını yadına salıb duruxdu. əslində hamilə ola bilərdi. əlini qeyri-ixtiyari qarnına aparıb, pıçıldadı:
- Əslində. Bilmirəm- deyib, söhbətdən qaçmaq üçün masadakı kağızları əlinə alıb ayağa qalxdı.
Elə həmin an müavizətini saxlaya bilməyib stula çökdü. əlini başına apardıqda, bayaqdan onu təlaşla süzən Nazilə qolundan tutub, dedi:
- Bu belə olmaz Eliş, elə bu dəqiqə həkimə gedirik...
Elnarə həkimin kabinetində testlərin nəticələrini gözləyirdi. Nazilənin durmadan uşaq haqqında danışmasından sıxılsa da, özü də hiss etmədən bu xəyalı sevməyə başlamışdı. Bir uşaq hər şeyi dəyişdirə bilərdi. Ceyhunu evə bağlaya bilərdi...
- Elnarə xanım testlərinizin cavabları çıxdı.
Elnarə nə vaxt içəri keçdiyini hiss etmədiyi həkimin səsindən diksinərək xəyallar aləmindən ayrıldı. Gözlərini həkimə dikib nə isə demək istəyirdi ki, Nazilə onu qabaqladı:
- Hamiləyəm...yəni hamilədi həkim?
Həkim yüngülcə gülümsəyib, tez ciddi ifadə alaraq dedi:
- Xeyr hamilə deyil. Sadəcə əsəb gərginliyi. 1-2 dərman yazacam.
Elnarə kədərlənsə də, gülümsəyərək həkimin uzatdığı resepti alıb, qapıya tərəf yaxınlaşdı.
- Elnarə xanım.
Elnarə çevrilib, nə olduğunu anlamış kimi əlini çantasına atmaq istəyirdi ki, həkim onu qabaqladı:
- Xeyr, xeyr. Sadəcə testlərinizdə bəzi şeylər diqqətimi çəkdi. 1-2 test daha etməliyik...
***
Ceyhun məqaləni verib, redaksiyadan çıxdı. Sabah çap olunacaqdı. Yazdıqlarının tamamı ilə yalan olduğunu cəmi 2 nəfər bilsə də, bu ona vicdan əzabı verirdi. Ayaqları onu Nilayın evinə aparsa da, birdən hələ gündüz olduğunu yadına saldı. Artıq məqalə bitdiyindən onun evinə gedə də bilməzdi onsuzda. Birdən əlindəki məqalənin kopyasına fikir verib, gülümsədi.
- Bu məqaləni Nilay xanıma da göstərmək lazımdı- deyib, “BUTA” şirkətinə tərəf addımladı.
Katibədən Nilayı soruşduqda isə, aldığı cavabla donub qaldı. Kamil bəy, o şəkildəki kişi idi. Dişlərini qıcıyıb, zorla gülümsəyərək təşəkkür etdi. Şirkətdən çıxdığı anda, daha öncə hiss etmədiyi bir hisin təsiri ilə bütün bədəni titrəyirdi. Əlindəki kağızı nəfəs ala bilmədiyi üçün yellərkən, fərqinə varmadan digər yumruğunu bərk sıxmışdı...

Yazar: Cəmilə Məmmədli
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 587
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri