Fərəhin şansı (1-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 4 776
Səs ver:
(səs: 0)
Səhər açılmışdı artıq. Otağıma günəş işığı düşürdü. Yatacağımda oturdum. Üzümə bir təbəssüm gəldi. Deyəsən bu günəş gözəl günlərimin xəbərçisi idi. Çünki Bakıda Univerisitet qazanmışdım. Amma ailəmin hələ xəbəri yox idi. Kəçən ildə daxil olmuşdum, amma atam Gəncədə yaşadığmız üçün bəhanə etmişdi oxumağımı və icazə verməmişdi. Bu dəfə fərqli olmalı idi. İçimə doğmuşdu nəsə. Əynimi dəyişib aşağı süfrəyə düşdüm. Atam, anam, qardaşım süfrədə əyləşmişdi artıq. Atama baxdımda çox sevincli görünürdü. Anam isə onun tam əksi...
Mikayıl: gəl gözəl qızım mənim
Mehri: nəsə olub ana?
Rəhim: həə Mehri səni ərə veririk
Mehri: nəəə? Anaa Rəhim nə deyir
Xalidə: qızımmm..
Mikayıl: imkanlı elcin cıxıb yox demek olmaz
Mehri: tanımadığm biri ilə hec vaxt evlənə bilmərəm mən
Rəhim: kim deyirki tanımırsan?
Qəzənfər əminin oğlu Rüstəmdi sənə elçi çıxan canımız qutarır səndəndə)
Mehri: hec vaxt bu ola bilməz ata o məndən 13 yaş böyükdü
Mikayıl: böyük bacın necə sende ele qerarları mən verirəm sənə söz demek düşməz!
Mehri: ölərəm amma evlənmərəm!
Mikayıl bu sözdən sonra öz qızına əl qaldırıb ona şillə vurdu. Mehri isə ağlayaraq öz otağına qalxdı. Nəsə düşünməyə başladı. Çoxdandır etməy isdədiyi bir şeyi. Çünki bezmişdi artıq.. İntihar gəlməsin ağlınıza.. Mehri o qədər ağılsız bir qız deyildi.. Qaçacaqdı bu evdən.. Xəyallarının ardınca gedəcəkdi. Uzun müddətdi pul yığırdı bu gün üçün. Onlar ilə bir müddətliyinə idarə edecekdi. 1 ay sonra onsuzda Unisi başlayacaqdı. Gözünün yaşın sildi. “Sən güclüsən Mehri” dedi öz özünə... Artıq günorta idi. Atası və qardaşı işləri olduğu üçün evdən çıxmışdı. Anası isə qonşuya getmişdi. Qaçmağın tam zamanı idi. Hazırladığı balaca sport çantasını götürdü əlinə, son dəfə evlərinə baxıb yola düşdü. Artıq Bakı avtobusuna minmişdi. Adamlar tam yığılmadığından yola düşməmişdi hələki. Amma içində bir qorxu vardı. Tək başına nə edəcəkdi Bakıda? Amma nəticədə özündən 13 yaş böyük biri ilə evlənməkdən yaxşı idi. Ürəyində maşın tez dolsun deyə dua edirdi.Gözü qabaq oturacaqlarda olan bir ailəyə sataşdı. 4 yaşlarında olan bir qız uşağı vardı qucaqlarında. Qız mənə baxıb içdən gülümsənirdi. Kaş hər kəs sənin kimi olsa balaca .. güclədə olsa məndə ona gülümsədim. Anası “Fərəh al ic suyu” dedi. Demək adı Fərəhmiş bu balaca gözəl qızın. Sonra avtobusa bir oğlan daxil oldu. Mənim yanıma əyləşdi. Buralı deyildi deyəsən. Əynindəki brend geyimlərdən bilinirdi. Amma onun avtobusda nə işi vardı? Bu qədər problemimin arasından bunu düşündüm.Telefonun çıxardıb kimisə yığmağa başladı. “Alo Xəyyam başıma iş gəlib” adam bir “Salam necesən” deyərdi. Bu necə öküzlükdü? Telefondakı cavab verdikdən sonra “Maşınım xarab oldu, məcbur avtobusa minməli oldum. Axşama atamın şirkətinin açlışı varmış mütləq orda olmalı imişəm.Sən burdakı tanışlarına de mənim maşınımla məşğul olsunlar yaxşı” Demek imkanlı imiş. Ona görə imiş bu havası. “Xəyyam hec yeridi taksi ilə niyə getmədiyimin?” Həqiqdə bu qədər imkanlıdısa bir taksi ilə niyə getməyibki? Maraqlıdır.. “Off olan qalan pulum avtobusa çatır. Yoxdu pulum dünən barda tanış olduğum qız səhər məni soyub gedib.” Oğlana diqqətlə baxdım bir anda ağzımdan “Oha.. ailə var burda ailəə” sözü çıxdı. Telefonu söndürüb mənə tərs-tərs baxdı. Mənsə başımı pəncərəyə söykədim. “Yer yarılsaydıda içinə girsəydim” baxışları atdım. Yavaş- yavaş artıq dolurdu avtobus. Görəsən mənim yoxluğumdan xəbər tutublar? Narahat idi icim. Amma bu yola artıq baş qoymuşdum. Nəhayət avtobus yola düşdü. Biraz yatmağa ehtiyyacım vardı. Yuxu tutubmuş məni. Artıq demək olar Bakıya az qalmışdı. Bacım Bakıya gəlin köcdüyündən Bakını tanıyırdım. Amma yazıq bacım gün görmürdü burda. Fərəhin yanımdaki oğlana baxıb güldüyün gördüm. Necədə şirin idi. Amma oğlan gülmürdü. Üzündən zəhər yağırdı sanki. “Çətin iş deyil gülmək.. hələ üstəlik-üstəlik bir uşağa..” dedim. Gülməsəməyə başladı. Fərəh məncə bu gülüşə sevinmişdi. “Mənlə daha cox danışmayasan deyə gülüməsdim. Çox danışma başım ağırıyır xanım qız!” Üzü kimi dilidə, zəhər imiş özünü bəyənmişin biri! “Deyəsən başınızın içi boşdu ondan ağırıyır” Mən neynirdim belə? Özümdə bu cəsarəti hardan tapmışdım? “Nə dedin, nə dedin səənn?!” Ağzımı açmaq istəyərkən insanların haylı küylü səsləri gəldi. Və qəza baş verdi.
Bölümün Sonu ..


Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 776
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri