Fərəhin şansı (11-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 246
Səs ver:
(səs: 0)
Nihat: Evlənsək Fərəhi öz himayəmizə ala biləcik. Və Fərəh artıq hər zaman bizimlə qalacaq
Mehri: Amma evlenmək üçün bizə çox vaxt lazımdı. O vaxt ərzində Fərəh uşaq evində necə qalacaq..
Nihat: o qədər uzun çəkməyəcək sadecə 1 həftə. Bilirəm sənədə çətindi. Amma başqa yolumuz yoxdu. Bilirsənki mən səni çox sevirəm onsuzda. Amma sənin mənə qarşı nə hiss etdiyini bilmirəm...
Deyib sual dolu gözlər ilə Mehriyə baxdı. Mehrini düşüncələri bürüdü. Hec nə demədən yuxarı öz otağına çıxıb yatağında uzandı tavana baxaraq. Gözlərindən yavaşca yaşlar süzülməyə başladı. Oda ilk tanışdıqları vaxtları xatırlmağa başladı. Həm gülür həm də indi ağlayırdı. Amma bir yerə gələndə nifrət bürüdü onu. Atası ... Bacısından aldığı məlumata görə Atası Bakıya qədər gəlmişdi artıq. Bu qədər problemin içində bunu hələdə Nihata deməmişdi. Çarəsiz hiss edirdi indi özünü, bir qədərdə yorğun. Düşüncələrini bir kənara atıb yatmaq istəyirdi, amma Fərəhsiz gözünə yuxu getmirdi. Aradan 1 saatdan çox vaxt keçmişdi artıq. Yataqda sağa sola fırlanırdı yatmayacağını görüb otağından çıxdı. Nihatın otağına yaxınlaşıb qapısını döydü. Nihatın "gəl" sözünü eşitdikdən sonra içəri daxil oldu. Nihatda yatmamışdı, başın yatacağına söykəyib oturmuşdu. Mehri Nihatın yanına gəlib onun yanında əyləşdi "Yata bilmirəm.. Səninlə yatsam olar?"dedi tədirgin bir səslə. Nihatın üzündə balaca bir təbəssüm yarandı "olar"deyib gözün 1 dəfə qırpdı. Mehri başın Nihatın sinəsinə qoydu. Nihat isə Mehrinin sacılarından öpürdü. Mehri Nihatı möhkəmcə qucaqlamışdı.Aralarındakı sakitliyi Mehri pozdu. "Nə hiss etdiyimi bilmək isteyirsən?"deyib başın qaldırıb Nihata baxdı sonra sözünə davam edib "Sevgi ...". Nihatın bu dəqiqə gözünün içi gülürdü. Uzanmış bir haldan oturaq bir hala keçərək "Yənii səndəə?" Mehri gülərək "Həəə sevirəmm"dedi. İkisidə bir birin qucaqladı.
Artıq 1 həftə keçmişdi. Bu bir həftədə Nihat ilə Mehri hər gün Fərəhi görməyə gedirdilər. Nə qədər çətin olsada, artıq Fərəhlərinə qovuşacaqdılar bu gün. İmzaları atıldıqdan sonra ikisinində üzündə xoş bir gülümsəmə yaranmışdı. Nihaglarında babasıda vardı amma bu evliliyi ailəsi dəstəkləmirdi. Nihat ücünsə bu önəmli deyildi. Evlərinə gəlmişdilər Nihat ilə Mehri. Nihat Fərəhi gətirməyə gedəcəkdi. Mehri isə evdə qalıb Fərəhin gəlişinə evi bəzəyib süpriz edəcəkdilər. "Bəzən sən birinə süpriz hazırlayıb onu sevindirərsən, amma bəzəndə həyat sənə süpriz hazırlayıb səni uzaqlaraa qərq edər". Az sonra başına nə gələcəklərindən hər 3 də bir xəbərsiz idi... Tam da artıq xoşbəxtəm dedikləri, an hər şey mehv olacaqdı. Eyni ilə həyat kimi... Acını dadmasan xoşbəxtliyə çata bilmərsən, amma bu xoşbəxtlik bir az uzun çəkəcəkdi. Araya həsrət çökəcəkdi.. Bəlkədə əvvəlcədən edilmiş günahların əvəzi idi... Bilinmirdi hec nə.. Amma ya şans..? Şans olacaqdımı bu 3 insanın həyatında? Hec kimə adil davaranmayan həyat sonunda onların üzün güldürə bildirəcəkdimi..?
Nihat Fərəhi böyük bir sevinclə alıb evlərinin zəngin basdı. Amma açan yox idi hələdə... Təkrar basdı yenə açan yox idi. Öz açarı ilə açmağa qərara gəldi. İçəri keçdiklərində evin bəzənmədiyini, aldıqları bəzək əşyalarının yerlərə səpələndiyini və güldanın qırıldığınl gördü. İçinə bir qorxu düşərək "Mehri... Mehri" deye səsləndi amma cavab yox idi. Yuxarı otaqlara çıxıb baxdı. Mehri hec yerdə yox idi. Mehriyə zəng etdi amma 'nömrə təyin edilməmişdi'. Aşağı Fərəhin yanına düşüb onu möhkəmcə qucaqladı. Deyəsən bu gün itirənlərdən idi Nihat... qazanan isə Həyat ...

Bölümün Sonu..


Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 246
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri