Bir gecəlik günah: Əmanət (4-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 4 490
Səs ver:
(səs: 0)
Adam "Ağzını açıb kiməsə nəsə desə özünü ölmüş bilsin! Qızıda al get!". Rüzgar, Baharın tutduğu əlindən onu sürükləyərək kafedən çıxartmağa başladı. Kafedə olan hər kəs Rüzgarın Baharın əlindən tutub çıxmasını izləyirdi. Rüzgarın səbr kasası daşmış vəziyyətdə idi. Bahar isə hələdə tam olaraq hec nə anlamış deyildi. Rüzgar maşının qabaq qapısını açıb "Sorğu sualsız maşına min!"dedi. Bahar işin ciddi olduğunu anlayıb maşına mindi. Rüzgar isə maşını sürə - sürə rola əlin dəfələrlə çırpıb "Mən gəlməsəydim nəcə olacağdı hə?! Nə işin vardı, sənin lənətə gəlmiş o kafedə!" Bahar sakitciliyini pozub "Mən hələdə hec nə anlamış deyiləm mal deyendə nəyi nəzərdə tuturdu? Məni niyə öldürmək istədilər?!" Rüzgar maşını bir qıraqda saxlayıb Bahara dönüb "Roldasan sən?! Ya çox safsan? Hec kino falan izləməmisən?"dedi bir nəfəsdə. Bahar olanları yenidən xatırlamağa başladı. Deyəsən hər şey Bahara indi aydın olurdu "Yəni narkotik? Və səndə həmin adamların içindəsən?!" Bahar necə bir işin içinə düşüdüyündən sanki indi xəbər tutmuşdu.Əli ilə alınına vurub "Ona görə sənə 'Qarışıq maddə' deyirlər?! İnsanları necə zəhərləyə bilərsiz hə?! Cavab ver!"deyib yaxasından yapışdı. Rüzgar Baharın əllərini aşağı salıb "Hec nə göründüyü kimi deyil! Mən istifadə etmirəm! Sadecə o adamlarla əlaqəm var! Səndə bu gün eşitdikərini unudursan hec kimə hec nə demirsən?!" Bahar Rüzgara iyrənmişcəsinə baxıb "Çox adisiz! Həmin adamlarda səndə!"deyib maşının qapısını açıb aşağı endi. Daha çox Rüzgar ilə eyni maşında qala bilməzdi. Rüzgar isə maşını tam sürət ilə sürməyə başladı. Bahar özün olduqca güvənsiz hiss edirdi indi. Nə etməli olduğun bilmirdi? Hec də hər şey göründüyü kimi deyilmiş! Bəzən biz insanlarda bu sehvləri çox edirik. Xaricin xoşladığımız hər hansı bir şeyə meyil edirik. Tanıdıqca isə içinin gözəl deyildə çirkin olduğunu kəşf edirik. Buna qapağı və yaxudda adı gözəl kitablarda daxildir. Xoşumuz gəlir alırıq amma, için sevmədiyimizdən yarıda saxlayırıq. Eyni ilə Baharın Rüzgarın görnüşünü bəyənməsi kimi. Amma Bahar tam olaraq başına nə gələcəklərindən bir xəbərsiz idi. Rüzgar isə adının tam olaraq haqqın verirdi. Olduqca fərqli bir xarakterə sahib idi. Hec kimə kömək etməyən biri bu gün Bahara kömək etmişdi. Niyə kömək etdiyinidə tam olaraq anlamış deyildi. Əgərki O adamlar Rüzgarın yalan demiş olduğunu öyrənsəydilər Bahar və Rüzgarın başı bəlada olacaqdı. Bəlkədə bu bəla onları bir birinə daha çox bağlayacaqdı.

Bahar Səlimə olduğu yerin ünvanını atıb onu gəlməsini gözləyirdi. Uzaqdan Səlimin maşının gəldiyini görüb o baş bu başa gedirdi. Səlim maşını saxladıqda Bahar maşına mindi. Baharın rəngi solmuşdu sanki "Yaxşısan Bahar? Burda nə işin var?" Baharın sözlər boğazında düyüm qaldı. Səlimə hər şeyi açıb demək istəyirdi, amma Rüzgarın dediklərini xatırlayıb susdu. "Sadecə evə sür.." Səlim Baharın üstünə getməyib, daha sual soruşmadan evə sürdü. Tez - tez dönüb Bahara baxırdı. Bahar onun üçün olduqca dəyərli birisi idi. Baharın kefinin olmadığı, Səlim üçün bəlli idi. Amma susmaqdan başqa çarəsi yox idi. Bahar evə gəldikdə Sənan evdə yox idi. Bu Baharın işinə çox yaramışdı. Otağına keçib pencəyin və çantasın yatacağın üstünə atıb, o baş bu başa getməyə başladı. "Off Allahım mənim həyatım film falan deyil! Mafiya hardan çıxdı? Mən nə edəcəm indi. Atamdan hec nə gizlədə bilmərəm. Amma desəm hər şey dahada böyüyücək. Bir yol göstər mənə.."deyib pəncərənin qarşısına keçdi. Aşağı baxdıqda bir maşın dayandığını gördü. Maşından enən nənəsi Nərgiz xanım idi. O birisi isə hec sevmədiyi Ramiz əmisiydi. Bahar onu hec sevməsədə hörmət əlaməti olaraq əmi deyirdi ona. Uzun müddət idiki Ramiz ortalıqda yox idi. Niyə qayıtmışdı? Və bura niyə gəlmişdi? "Off bir sən çatışmırdın Ramiz əmi!" deyib oflayaraq aşağı düşdü.

Bölümün Sonu..


Müəllif:İ.Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 490
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri