Bir gecəlik günah: Əmanət (16-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 961
Səs ver:
(səs: 0)
Rüzgar ilə Bahar uniyə əl ələ girdikdə bütün gözlər onlara dönmüşdü. Hər ikisidə olduqca xoşbəxt idi indi. Rəsul uzaqdan Rüzgarı görüb onlara tərəf gəldi. Rüzgarın üzünə gülüş qonub "Bilirsəndə sənə indi möhkəm bir yumruq atmalıydım"deyib qardaşcasına Rəsulla qucaqlaşdılar. Rəsul "Sən xoşbəxtliyə layiqsən dostum". Dah sonra hər 3 dərslərinə getmək üçün yollarını ayırdılar.Bahar sinifinin qapısının ağzında Səlim və Nazlını gördü. Nazlı "Mənə nə vaxt deməyi planlaşdırırdın? Ya Səlim? Biz dostun deyilik sənin?"deyə sərtcə Bahara söyləndi. Bahar gözlərini qaçırdıb "Nazlı bildiyin kimi deyil hər sey çox ani oldu.. Səlimə gəlincəsə Səlim çox irəli getdi.."deyib Səlimə baxdı. Səlimin isə üz ifadəsi əsəbi idi "Mən atanın bu işə razlıq verdiyini hələdə anlamış deyiləm" Səlim belə danışması Bahara xoş gəlmirdi. "Səlim sən mənim dostumsan niyə bu qədər bu işə qarşı çıxırsan? Xaiş edirəm fikrimə hörmətlə yanaş.. Səni itirmək istəmirəm mən.." Səlim Baharın bu dediyi sözlərindən sonra divara bir yumruq atdı. Bahar və Nazlının dilindən "aa" nidası çıxdı. Səlim hec nə demədən Bahar və Nazlının yanından uzaqlaşdı. Səlim artıq çox olmuşdu. Dərs boyu Bahar, Səlimin niyə belə olduğunu fikirləşirdi. Zənglərdə isə Rüzgar ilə bufetə düşüb birlikdə vaxt keçirirdilər. Dərs çıxış gəldikdə Rüzgar Baharın əlindən tutub "Gözəlim sən evə get, məni Ağa çağırıb mən baş çəkim görüm nə deyir daha sonra mən axşam üstü səni götürərəm birilkdə gəzərik həə?" Bahar Ağanın adın eşidən kimi üzünə narahatcılıq çökdü "Ağa..? Özünə diqqət elə Rüzgar.." Rüzgar Baharın narahatcılığın anlayıb əli ilə üzündən tutub "Baharım sən narahat olma.. Yaxın zamanda həyatımızda Ağa deyilən bir adamda qalmayacaq.." deyib alından öpdü. Baharsa bu sözlərdən sonra bir balaca təbəssüm etdi. Bahar evin yolunda irəlləyərkən, Rüzgar kafeyə gəldi.
Rüzgar: məni niyə çağırmırsan?
Ağa: nə vaxtdı ortalıqda yoxsan nə məsələdi?
Rüzgar: nə məsələ ola bilər başım şəxsi işlərimə qarışıb sənə hesabat verməliyəm o haqqdada?!
Ağa: əsəbləşmə 'Qarışıq madde' yeni həb gəlib istəyirsən sına səndə, çox gözəl təsir edir insana
Rüzgar: Yaxşı axşam göndərərsən evə
Ağa: bu arada sevgilin sirr saxlamağı bacarır? Yəni sən həbi atırsan O sənə hec mane olmur?
Rüzgar: Ağa çox suallar verirsən, əsəblərimə toxunur artıq bilmiş ol!
Ağa: əsəbləşmə sadecə maraqlı gəldi. Sən kimi birinin yanında sevgilisi olduğuna. Qızda uşağa bənzəyir
Rüzgar: birdə mənim şəxsi həyatımı müzakirə etmə!
Rüzgar ayağa qalxıb getmək istəyərkən qapı açıldı. İçəri Baharla 2 adam daxil oldu. Baharın nə işi var idi burda? Adamlardan biri Baharı Rüzgarın qucağına itələdi. Rüzgar Bahara sarıldı. Baharın isə gözləri qorxu dolu idi."Ağa sənə irəli getmə dedikcə sən çox irəli gedirsən!" Ağa qəh-qəhə çəkməyə başlayıb "Qulağıma bir iki xəbər çatıbki, sən bu yanindaki balaca qızcığaza görə həb falan atmırsan uzun müddətdi.Bu qədər dözməyin boşa getdi. Ya indi gözmüzün önündə həb atarsan ya da balaca qızcığazının canı bir az yanmış ola bilər" deyib əlindəki həbi göstərdi. Rüzgarın isə əsəbdən boynundaki damarlar şişməyə başlamışdı. Əgərki o həb'i indi atmış olsaydı, bu vaxta qədər çəkdiyi əzablar boşuna olacaqdı. Amma bir tərəfdə də Bahar vardı.. Onlar çox idi Rüzgarsa tək.. Baharı təhlikəyə ata bilməzdi. Bahar dolan gözlərini Rüzgara tikib "Yox Rüzgar atma! Mənə nə etsələrdə atma! Sənin bu cehənnəmə yenidən düşməyini istəmirəm" Rüzgarın başqa yolu yox idi "Bağışla məni..." deyib Baharı özündən ayırıb Ağaya tərəf getdi. Ağa həb'i Rüzgarın ovcuna qoydu. Rüzgar isə bir həb'ə birdə Bahara baxdı.. Bir tərəfdə öz həyatı digər tərəfdə isə sevdiyi qadın... Çarəsizlik bu olsa gərək.. Ağa "Vaxtın gedir Rüzgar.. Secim et"deyib gülməyə başladı. Bahar isə "Atma Rüzgar atma!"deyib ağlamağa başladı. Rüzgarın nə qədər əzablar çəkdiyini öz gözləri ilə görmüşdü.. İndi hər şey o həb ilə yenidən bitəcəkdi? Yenə eyni başa qayıdacaqdılar...? Rüzgar son dəfə Bahara baxıb həb'i dodaqlarının arasına alıb gözündən bir damla yaş axraq o həb'i atdı.. Ağa "Oo gözlərim yaşardı.. Rüzgar bəy balaca qızcığazı secdi" Rüzgar dayana bilməyib masaya bir yumruq atdı.. Həyat hec bir insana adil davranmaz ele deyilmi?

Bölümün sonu

Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 961
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri