Susqunluğum (8-ci bölüm)

Müəllif: Love Angel
Şərhlər: 4
Baxılıb: 3 212
Səs ver:
(səs: 0)
Günlər bir birini əvəzləyirdi sanki tətilimin başa çatacağı günün yetişməsi üçün can atırdı. Mahirlə mənim aramızdakı adı qoyulmamış münasibət getdikcə daha da mehriban hal alırdı. Hər günümüzü bərabər keçirir və olduqca əylənirdik. Tez tez gəzmək üçün rayon mərkəzinə gedir, hər günümüzün digərindən maraqlı keçməsi üçün çalışırdıq. Səhərlər vazkeçilməzimiz olan qaçışlar "Baba ağacın" yanında sona çatırdı. Əslində o yer, o ağacın altı bizim ən sevimli məsgənimizə çevirilmişdi çünki ora böyük hərflərlə ƏSMAHİR yazılmışdı. Buna görədə hər fürsətdə özümüzü orda tapır saatlarca söhbət edirdik.
Bir aylıq tətilim başa çatmışdı. Səhər evə dönmək üçün yola çıxacaqdım. Qəhvə fincanını əlimə alıb son dəfə eyvana çıxaraq gecəyə qarşı qəhvəmi yudumlamağa başladım. Mən burdan getməyi heç istəmirdim. Bu təmiz havanı, bu gözəl kəndi qoyub yenidən beton yığınlarının arasına dönəcəkdim. Bu mənə çox ağır gəlirdi çünki mən burda çox şey qazanmış və çox dəyişmişdim. İnsanların qarşılıqsız, heç bir çıxar gözləmədən bir birilərinə dəyər verdiyini mən bu kəntdə görmüşdüm. Mən burda bambaşqa bir Əsma olmuşdum. Bütün bunların olduğu bir kəntdən getmək canımı yandırırdı. Ən əsası isə mən burda sevgimi qazanmışdım həm də bir Qurbanzadə olaraq yox Əsma olaraq. Bəli mən Mahiri sevirdim... Mən onu sevirdim... Sevirdim... Həm də dəli kimi sevirdim. Qarşılığı varmı yoxmu bilmirəm amma mən Mahiri çox sevirdim. İndi onu qoyub gedirdim üstəgəl başımda birdə Tural bəlası vardı. Bu da azmış kimi atamla necə qarşılaşacağımı da bilmirdim. Bir neçə dəfə zəng vurmuşdu amma mən geri yığmamışdım. İndi üz üzə gəldiyimiz zaman necə davranacaqdım? Gerçəkləri bildiyim halda mənim ailəm qarşısındakı reaksiam nə olacaqdı? Hər şey bir müəmma olaraq qalırdı. Düşündükcə beynim az qalırdı partlasın. Bu an zəif xarakterli olduğum üçün Allaha üsyan edirdim. Əgər güclü olsaydım Tural ilə evlənmə fikrinə ən başından etiraz edərdim. Tək diləyim getdikdən sonra atamın qərarı qarşısında dik dura bilmək idi.
-Axşamın xeyir qıvırcıq.
Üzündə şirin təbəssümü ilə pilləkanın aşağısında dayanan Mahirin səsi məni fikirlərimdən ayırmışdı.
-Axşamın xeyir.
-Necəsən? Hazırsan?
Danışaraq eyvana qalxıb masaya əyləşdi. Mən burda gedəcəyimi düşündükcə acı çəkirdim ancaq bütün bunlara rəğmən Mahir bəyin keyfi olduqca yerində idi.
-Yaxşıyam.
Əsəblə sözümü deyib sərt bir baxış atdım.
-Nə oldu yenə? Niyə elə baxırsan?
-Fərqindəsən yəqin mən sabah gedirəm.
-Hə bilirəm. Nə etməliyəm?
-Heç... Qəhvə içirsən?
-Zəhmət olmasa.
Qəhvə hazırlamaq üçün içəri keçdim. Göz yaşlarım axmağa hazır dayanmışdı. Mahirin bu soyuqluğu məni incidirdi. Mən onu sevirdim deyə onunda mənim üçün dəli divanə olacağını gözləmirdim amma bu qədər kobud davranış da gözləmirdim. Dərin dərin nəfəs alıb verib hazırladığım qəhvəni götürüb təkrar eyvana çıxdım. Fincanı masaya qoyduğumda Mahirin gülümsəyən siması olan qalan əsəbimidə tarıma çəkirdə.
-Səhər saat nəçədə yola düşəcəksən?
-Dəqiq bilmirəm. 9:00 da çıxaram yəqin.
-Daha tez çıxa bilməzsən?
-Niyə?
-Hava sərin olsun. Qızmar günəşdə getməyin çətin olar.
-Çoxda vecinəydi axı.
-Nə deyirsən? Bərkdən de eşitmədim.
-Deyirəm ki, baxaram.
Mahir tez tez məni süzüb dodaqucu gülümsəyirdi, bu da məni daha da cin atına mindirirdi.
-Yaxşı Əsma mən indi gedim. Səhər sən çıxanda gələrəm görüşərik... Gecən xeyrə.
-Gecən xeyrə.
Gözlərimi boşluğa zilləyib axmaq üçün səbirsizlənən damlalarım süzülməsinə izin verdim. Mahirin vecsizliyi, mənə qarşı vurdum duymazlığı məni çox yaralamışdı.
-Kəndin dəlisindən başqa nə gözləməli idim. Axmaq... Gedirəm deyə bir toy bayram etmədiyi qaldı.
Deyinərək özümü sakitləşdirməyə çalışsamda işə yaramırdı. Evə keçib birbaşa özümü yatağa atdım. Gözlərimi bərk sıxsamda yata bilmir yataqda donub dururdum. Mahirlə ilk qarşılaşmamız, bütün yaşadıqlarımız, davalarımız, toydakı qarşılaşmamız, ağacı altındakı gülüşlərimiz hər şey bir film lenti kimi gözlərimin önündən axıb gedirdi. Onun mənə ağacın altında "evlənmə" deməsini xatırladıqca daha bərk ağlayırdım. Əslində orda mənə qarşı bir şeylər hiss etdiyini düşünmüşdüm. Necədə axmaqmışam... Düşüncələr içərisində nə vaxt yuxuya daldığımdan xəbərsiz sabahın ilk işıqlarına yuxudan oyandım. Bu evdə son səhərim idi. Əşyalarımın axşamdan hazırlamışdım onsuz. Hər şeyi maşına yüklədikdən sonra son dəfə meşəyə yollandım. "Baba ağacı" eləcə də "ƏSMAHİR" yazısını görmədən gedə bilməzdim. Yaxınlaşarkən ağacın altında gördüyüm tanış sima yerimdə donmağıma səbəb oldu.
-Sən burda nə edirsən?
Mahir səsimi eşidib ayağa qalxaraq mənimlə üzbəüz dayandı.
-Səni gözləyirdim.
-Məni?... Niyə?
-Getmədən sənə demək istədiklərim var.
Qollarımı qoynumda birləşdirib təəccüb dolu gözlərimi üzünə zillədim.
-Bura gələcəyimdən necə əmin idin?
Əlini ağacdakı yazıya uzadıb dilləndi.
-Onu görmədən getməyəcəyini bilirdim.
-Mən... Mən sevirəm buranı.
Mahir xəfifcə gülüməyərək başını sağa sola hərlədi.
-Buranı sevdiyini bildiyim üçün demək istədiklərimi burda deməyi seçdim.
-Mahir özünü yorma nə deyəcəyini bilirəm onsuz.
-Doğurdan? Nə deyəcəm?
-Burdan getdiyim üçün nə qədər şad olduğnu deyəcəksən onsuz axşam bunu çox açıq şəkildə bəlli etdin.
-Axşam çox əsəbləşdin?
Mahirin gülərək bu sualı verməsi məni lap cin atına mindirirdi.
-Sən həqiqətən dəlisən bilirsən yəqin. Sənə boşuna kəndin dəlisi demirəm.
-Axşam dediklərim və laqeyid davranışım üçün bağışla.
-Bağışlayım? Nəyə görə?
-Sadəcə səni əsəbləşdirmək istəmişdim amma deyəsən irəli getdim. Üzr istəyirəm Əsma.
-Sən məndən üzr istəmələrə çox alışdın.
-Deyəsən elə oldu.
Yenidən o şirin təbəssümü üzünə yayıldı.
-Mən artıq gedim. Salamat qal.
Sözümü deyib arxamı döndüm.
-Əsma.
Mahir qolumdan tutub məni geri çəkdi.
-Sözüm bitmədi qıvırcıq.
Dilimi udmuşdum istəsəmdə danışa bilməzdim çünki nəfəs nəfəsə dayanmışdıq.
-Səni sevirəm.
İki sözdən ibarət cümlə meşədə eləcədə qulaqlarımda əks səda verirdi. Heç birimiz hərəkət etmir sadəcə baxırdıq. Deyəsən zaman durmuşdu amma yox dursaydı Mahir gözünü qırpmazdı.
-Səni sevirəm Əsma, səni sevirəm.
Sözləri təkrar pıçıldayıb məni bağrına basdı. O an anladım ki, hər şey hərəkət edir bir tək mən donmuşam. Mahir özünü geri çəkib üzümü əlləri arasına alıb gözlərini gözllərimə zillədi.
-Özümə əngəl ola bilmədim. Çox istədim, burdan gedəcəyini bildiyim üçün özümə mane olmağı çox istədim amma mümkün olmadı mən sənə aşiq oldum.
Cümləsini tamamlayıb məni təkrar bağrına basdı. Onun dediklərini beynimdə analiz etməyə çalışırdım. Getmək? Doğru mən gedirdim axı. Bədənimi bir qorxu sarsada bu an heç nə düşünmək istəmirdim. Bu yaşadığım şirin bir yuxuya bənzəyirdi və mən bu yuxudan oyanmağı heç istəmirdim. Başımı qaldırıb baxışlarımı onun qara gözlərinə sabitlədim.
-Bu həqiqətdi?
Mahir heç bir söz demədən əlimdən tutaraq ağacın gövdəsinə yaxıınlaşdırdı. Barmaqlarını yazının üzərində gəzdirdi.
-Onu yazdığım gün avazım yetdiyi qədər "Səni sevirəm" deyə bağırmaq istəyirdim amma gücüm buna yetdi.-üzünü mənə tutaraq davam etdi -Əslində səni ilk gördüyüm gün saçlarına vurulmuşdum daha sonra gözəlliyini gördüm. Yadındadı mənə oğru dediyin gün?
Gözlərimi yerə dikib başımı yellədim. Mahir çənəmdən tutub başımı xəfifcə qaldırdı.
-O gün qorxudan titrəyən əllərin, ürkək baxışların ağlımı başımdan alırdı. Zamanla səni tanıdım. Susqunluğunu, qorduğunu gizləmək üçün özünü qorxmaz, asi biri kimi göstərməyə çalışmağınla qəlbimin sahibinə çevirildin. Günbəgün gözümdə doğmalaşdın hətta bu bir ayda səndən bir saniyə belə ayrılmaz oldum. Əvvəllər dostlarla görüşmək yeyib içmək olmadan günü keçməyən mən, onların yanında durmaq bir yana heç getmək belə istəmirəm. Əsma sən mənim bütün həyatım oldun və mən bundan çox məmnunam.
Nə deməli idim? Necə reaksiya verməli idim? Heç bir fikrim yox idi. Susqun halda keçib ağacın altında oturdum. Mahirin yanımda oturması ilə qorxu dolu gözlərimi üzünə zillədim.
-İndi nə olacaq?
-Xoşbəxt olacayıq.
Onun şirin təbəssümü gülümsəmə yaradırdı üzümdə.
-Onu demirəm... Yəni mən getməliyəm. Sən burda mən orda...
-Bir iki günə məndə gəlirəm.
Təəccübdən az qalırdı gözlərim yuvalarından çıxsın.
-Hara?
-Bakıya.
-Sən böyük şəhərləri sevmirsən ki?
-Nə edim sevgilimə görə bəzi qanunlarımı dəyişə bilərəm.
-Sevgilinə görə?
-Bəli.
-Mən sənə sevdiyimi demədim ki?
-Məndə səni demədim ki.
-Mahirrr.
-Aycan qıvırcığım... Deməyinə ehtyac yoxdu, gözlərin deyir onsuz.
Mən özümü göyün yeddinci qatında hiss edirdim. Bu an daha öncə heç dadmadığım duyğuları dadır, həyatımın ən gözəl anlarını yaşayırdım. Onun qıvırcığım sözü, məni mənimsəyib özününküləşdirdiyinə dair sözlər deməsi məni olduqca sevindirirdi. Mahir əlimi əlinə alıb gözlərimə baxaraq dilləndi.
-Neçə gündü müqaviləmin olduğu şirkətlərlə əlaqədəydim qısacası işim hazırdır.
-Bəs ev?
-Atamın evi var. Ora ailəmlə olan xatirələrlə doludu ona görə evi satıb başqa evə köçəcəm.
-Mahir bacın... o qəza...
Demək istədiklərimi tam olaraq necə deyəcəyimi bilmirdim. Əslində nə yaşadığını, o qəzayı, bacısı haqda hər şeyi bilmək istəyirdim. Mahir bir qədər susduqdan sonra sözə başladı.
-Axşam saatları idi. Tələbə yoldaşımın ad günündən gəlirdim. Qapıdan girdiyim an evdəki səs küy diqqətimi çəkdi. Əslində bu bir ilk deyildi atamla anam tez tez dava edirdilər amma bu biraz fərqli idi. Səssizcə otağıma qalxdım amma səslərin dayanmaması məni lap dəli edirdi. Aşağı enib nəyi bölüşə bilmədiklərini soruşdum. Anam kinayə ilə "gəl səndə öyrən, atanın bir qızı varmış həmdə 20 yaşında. Təsəvvür edirsən səndən sadəcə 3 yaş kiçik və mən ərim tərəfindən evləndiyimiz gündən bu yana xəyanətə uğradığımı indi öyrənirəm". Təsadüfən atama gələn zəngi açması ilə öyrənib. Yıxılmışdım... Mənim atam güvəndiyim insan... Bu xəyanət anamı da məni də qəlbimizdən vurmuşdu. Anamın ürək tutması ilə atam tələsik onu qucağına alıb evdən çıxdı. Mən sanki donmuşdum, güclə özümü toplayıb öz maşınımla onları təqib etdim... Qarşıdan gələn tırı görüb atam idarə etməni itirdi və qəza oldu. Hər şey gözlərimin önündə baş verdi. Heç nəyə əngəl ola bilmədim nəticədə ailəmi itirdim. Bütün bunlara görə atamı günahlandırsam da zamanla anladım ki, bütün günah elə məndədi.
Mahirin gözlərindən süzülən damlanı əlimlə qurudub dilləndim.
-Sənin heç bir günahın yoxdur.
-Var... Əgər arxadan getmək əvəzinə onlarla getsəydim qəza olmazdı.
-Bunlar hamısı alın yazısıdı. Olanlarda ən məsum sənsən və bacındı.
-Bəlkədə... O gündən sonra hər şeyi satıb bu kəndə yerləşdim və özümə bir söz verdim, heçkimə bağlanmayacaqdım amma sən bütün qanunlarımı yıxdın qıvırcıq.
Mahir susurdu amma gözləri danışırdı. Başımı çiyninə yaslayıb qısıq səslə sözümü dedim.
-Bəlkə qalım məndə bərabər gedərik.
-Olmaz hazırlanmısan. Get məndə bir neçə işim var onları həll edib gələcəm.
Mahirin üzücü həyat hekayəsi məni sarsıtsada qarşısındakı sərhədləri mənimlə aşmaq istəməsi sevindirmişdi...

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 212
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri