Günahkar (8-ci bölüm)

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 2 977
Səs ver:
(səs: 0)
Sən mənə zülm eldin,mənə zülüm yaraşır.
Bir salama dəyməyən,eşqə ölüm yaraşır.
-Sizin qızınız artıq mənə lazım deyil Səlim bəy!
-Bu nə danışıqdı?
Səlim bəy önə doğru bir neçə addım atıb Həsənlə üz-üzə dayandı.
-Deyrəm ki,mən sizin qızınızla sadəcə oyun oynadım. Oynadım,istədiyim kimi istifadə etdim bəsti. Sizin məni alçaltdığınız kimi məndə onu alçatdım.
-Bu......Bunlar nə deməkdi? Sən nə danışırsan? Niyə etdin?
Səlim bəy çətinlikli də olsa suallarını ünvanlamağı bacarmışdı.
-Nədir? Yoxsa elə bilirdiz Eldənizə etdikləriniz,mə
ni alçaltmaqlarınız yanınıza qalacaqdı?
-Eldəniz?
-Bəli Eldəniz......Döydürüb komaya saldığınız gənc........Öz övladınız uğruna qurban etdiyiniz gənc. Başa düşün artıq dünya sizin ətrafınızda dönmür Səlim bəy.........Baxın indi sizin qızınızda birinin oyuncağıdı üstəgəl o,biri sizin "yoldan ötən" dediyiniz adamdır və o,adamı sevir.
Həsənin sözləri Səlim bəyin üzünə şillə kimi çırpıldıqca eyni zamanda onun qəzəbinin artmasına da səbəb olurdu.
-ALÇAQ!!!
Səlim bəy çığırıb Həsəni vurmaq üçün əlini havaya qaldırdı ancaq əli havada qalmışdı çünki Həsən cəld davranıb biləyini tutmuşdu.
-Bu dəfə olmaz.......Məni yenə alçaltmanıza izin vermərəm.
-Səni məhv edəcəm şərəfsiz! Səni etdiklərinə peşman edəcəm!
Səlim bəyin təhdidləri havada uçuşarkən Həsən tutduğu biləyi sərtçə geri itib ətrafa boylandı. Qapıda duran adamlar maraq dolu baxışlarla izləyirdi onları. Hüsnaya tərəf baxdı.....Baxmaz olaydı.......Gənc qız ağlını itirmiş adamlar kimi irəli geri yellənirdi. Sanki o an fərqinə varmışdı dediklərinin elə həmin an peşmançılıq sarmışdı bədənini Həsənin. Hüsna baxışlarını yavaşca çevirdiyində göz-gözə gəldilər. Gözlərində ki,xəyal qırıqlığı sözlə ifadə edilməyəcək dərəcədə idi. Bu kədərli baxışlar bir ox kimi batırdı Həsənin qəlbinə. Bir damla süzüldü eyni anda hər ikisini yanağından.
-Rədd ol burdan əclaf!!!
Səlim bəyin qışqırması ilə Həsən,gözlərini Hüsna üzərindən çəkmədən geri-geri addımlamağa başladı. Hüsnanın cılız bədəni yaşadıqlarına daha tab gətirə bilməyib yerə yıxıldı. Hərkəs Hüsnanın yanına qaçışarkən Həsən olduğu yerdə dayandı.
-Həsən sən nə etdin?
Həsən eşitdiyi Malikin təəssüf dolu sözlərindən sonra çətin də olsa özünü ələ alıb oranı tərk etdi. Yol boyu etdiklərinə haqq qazandırmaq üçün eyni sözü təkrar edirdi.
-Onlar buna laiq idi.......Onlar buna laiq idi.
Nə qədər desədə öz cümləsi özünü sakitləşdirməyə yetmirdi. Canı çox yanırdı. Hüsnanın baxışları,özündən getməsi dərində yaralamışdı onu. Bir an belə gözləərinin önündən getmirdi. Bir qədər getmişdi ki,olduğu yerdə ayaq saxlayıb ətrafına baxdı. Sanki yolda gördüyü insanlar ona təəssüflə baxır etdiklərinə görə onu qınayırdılar. Özü-özündən iyrənirdi. Onlara dərs verəcəm deyib necə də alçalmışdı. Evə gəlib birbaşa otağına keçdi.....
Günlər birbirini əvəz edirdi. O gündən bu yana 10 gün ötmüşdü. 10 gün ərzində Həsən hər an özünə lənət oxuyurdu. Yaşadığı peşmanlıq,günah
karlıq belini bükmüşdü. Artıq bir işidə yox idi və dolana bilmələri üçün işləməli idi. Bunun üçün bir neçə yerə müraciət etmişdi. Nə olur olsun ayağa qalxmalı idi. Axşam yemək zamanı Həsən yenə fikirli oturmuşdu. Elmirin ona baxıb tezdə başını aşağı əyməsindən nəsə demək istədiyini başa düşmüşdü.
-Eşidirəm.
-Necə?
-Elmir,eşidirəm dedim.
Həsənin sərt cavabından sonra Elmir dodaqlarını yaşlayıb dilləndi.
-Məni sona qədər dinlə.......Həsən qurup yoldaşımın atasının avto yuma salonu var və işci axtarır. Məndə düşündüm ki,onsuz bu il universitet bitir ona görə də orda işləmək.....
-Olmaz. Bu mövzunu bir daha açmırsan.
-Amma....
-Dedim ki,mövzu bağlandı.
-Niyə axı? Çiyinlərindən yükü azaltmaq istəyirəm. Mənim üçün nələr edirsən. İzin ver məndə nəsə edim.
-Özün dedin nələr edirəm deyə indi etdiklərimi,əməyimi yerə vurursan? Mən anana söz vermişəm,sənin ədalətli vəkil olmağın üçün əlimdən gələni edəcəm.
-Heç olmasa atamda qalan evi kirayə verək.
-Təmiri yoxdur. Təmir etmək üçündə pul yoxdur.
-Ona görə deyrəm işləyim sənə dəstək olum.
Həsən bezgin bir ifadə ilə dilləndi.
-Elmir,məncə çox danışdın elə deyil? Keç otağına imtahanların yaxınlaşır.
Elmir danışmağın mənasız olduğunu görüb sakitcə otağına keçdi. Həsən başını əlləri arasına alıb düşünməyə başladı. Tez bir zamanda iş tapıb pul qazanmalı idi. Ayağa qalxıb masayı toplarkən telefonun səsinə əlindəkiləri yerinə qoydu. Telefona gələn ismarıcı görməsi bir növ şok keçirməsinə səbəb olmuşdu. Hüsna........Tələsik açdığında Hüsnanın onu dəniz kənarında gözlədiyini oxuduğu an əl-ayağı bir-birinə dolaşdı. O gündən sonra Hüsnayı görə biləcəyini xəyal belə etmirdi. İndi bu gözlənilməz ismarıc Həsəni çox həyəcanlındırmışdı. Özünü ələ alıb hazırlaşdıqdan sonra lazımi ünvana doğru yol aldı. Ürəyi öz qulağını batıracaq dərəcədə sürətlə döyünür,qeyri-ixtiyari gülümsəyirdi. Dəniz kənarına çatdığında bir az aralıdan ilk gün gördüyü kimi oturacaqda büzüşmüş qızı süzdü bir müddət. Qara saçlarını hər zaman açıq saxlayan qız indi səliqəsiz bir şəkildə toplamışdı. Bənizi o qədər solğun idi ki.......Onu bu halda görmək Həsənin cəsarətini itirməsinə səbəb olurdu. Güclə özünü toplayıb yaxınlaşdı.
-Salam Həs.....Hüsna.
Hüsna dənizə dikdiyi baxışlarını baxdığı istiqamətdən ayırmadı.
-....
-Necəsən?
Axmaq sual idi. Hüsna ayağa qalxıb Həsənlə üzbəüz dayanaraq acı-acı gülümsədi.
-Necə görünürəm?
Bir zamanlar sevgi ilə parlayan gözlərdə indi nifrət,inciklik,xəyal qırıqlığı açıqca görülürdü və bu nifrət dolu baxışlar ox kimi saplanırdı Həsənin ürəyinə.
-Səncə mən çoxmu çirkinəm?
Hüsnanın növbəti sualı Həsəni çaşdırmışdı.
-Bu hardan çıxdı?
-Cavab ver? Çirkinəm? Hər kəsi alçaldan pis biriyəm?
-Yox yox.......Sən çox yaxşısan həm də çox. Çoxda gözəlsən,insanı sərsəmlədəcək qədər gözəlsən.
-Bəs niyə? Niyə həqiqi sevgiyə laiq görmədin?
-Hüsna mən.......Mən belə olsun istəməzdim.....
..Mən səni incitmək.....
-Sus!!! Danışdıqca batırsan sus.
Həsən çox utanırdı. Hüsnanın baxışları utancını qat-qat artırır özünü dünyanın ən alçaq adamı kimi hiss etdirirdi.
-Hüsna.....
-Mən bura hal əhval tutmağa yaxud da sənin nəyi istəyib istəmədiyini dinləməyə gəlməmişəm. Mən hər şeyi üzbəüz danışmaq üçün burdayam.......
(getdikcə səs tonu yüksəlir artıq bağırırdı)-Mənim həyatımın nə üçün oyuncaq olduğunu öyrənmək üçün burdayam..........Mən nəyin qurbanı oldum bilmək üçün burdayam.........Mənim nə günahım vardı bunu bilmək üçün burdayam.........Niyə? Həsən niyə? Niyə mən? Niyə oynadın mənimlə..........Məni bu hala salmaqla məni məhv etməklə nə qazandın? Vicdanın heçmi sızlamadı? Nəyin hirsi idi bu? Mənim həyatımda,xəyal
larımdan mənim gələcəyimdən dəyərli olan nə idi?
Hüsna göz yaşları içində bağıraraq içindəki nifrəti qusur,məhv olmuş həyatının hesabını soruşurdu. Həsən isə nə deyəcəyini bilmədən onun pərişan halını izləyirdi. Haqlı idi.......Nə desə,nə etsə haqlı idi. Nə idi axı ondan dəyərli olan?
-Hüsna mən.......Mən sənin Eldənizə şər atdığını öyrəndiyimdə.......Hər şey alt-üst oldu.
-Eldəniz?
-Hə Eldəniz........Sən şər atdıqdan sonra atan döydürüb komadadı. Hər gün ailəsinin necə pərişan olduğunu izləmək və bunların sənə görə olduğunu bilmək məni məhv etdi.
Hüsna əlinin tərsi ilə göz yaşlarını silib baxışlarını dənizə yönəltdi.
Həsən yavaşca əlini qaldırıb Hüsnanın saçlarına doğru uzatdı. Necədə darıxmışdı.......Toxunmaq istərkən qızın anidən geri dönməsi ilə əlini aşağı saldı.
-Sən də gəlib məndən həqiqəti öyrənmək əvəzinə plan qurub qisas aldın?
Həsənin səssiz dayanmasında cəsarətlənən Hüsna əllərini yumruq halında sıxaraq onun sinəsinə döyəcləməyə başladı.
-Sən əsl axmaqsan. Heç nə bildiyin kimi deyil. Niyə məndən soruşmadın? Niyə doğrusunu öyrənməyə çalışmadın? Niyə axı niyə? Bəs nə oldu qisas alınca Eldəniz oyandı?
Sualın heç birini Həsən eşitmirdi çünki ağlı bir kəlimədə ilişib qalmışdı. "Heç nə bildiyin kimi deyil" Necə yəni? Həqiqət başqa idi? O, səhv bilirdi?
Həsən duruşun sərtləşdirib sual dolu baxışlarını Hüsnanın simasında cəmlədi.
-Nə dedin sən? Heç nə bildiyin kimi deyil deməklə nə demək istədin? Həqiqət nədir?
Hüsna acı-acı gülümsəyib oturacağa çökdü. Əllərini dizlərinin üstündə birləşdirib gözlərini yumdu.
-Yadındadır? İlk tanış olduğumuz gün danışdıqlarımız- Bir anda gözlərini iri açıb Həsənə baxaraq davam etdi -Hərçənd o gün də qisasının bir parçası deyilsə.
- Tanış olduğumuzda sənin kim olduğunu bilmirdim.
Həsən sözünü deyib Hüsnanın yanına oturdu. Gənc qadın yenidən baxışlarını dənizə yönəldib dərin bir ah çəkdi.
-O gün sənə ölümdən qorxduğumu demişdim.......
Mən elə bilirdim insan ruhu bədəni tərk etdiyində insan ölür. Bunun belə olmadığnı,ölümün insanın sevdiyi tərəfindən ağır zərbə aldığı zaman gerçəkləşdiyini öyrəndim daha doğrusu sən öyrətdin. Özünə inandırıb göylərə qaldırdın sonra isə zərbə ilə yerə çırpdın. Bir heç uğruna həyatımı darma-dağın edib sağalmaz yara açdın. Bunları yaşatdıqdan sonra həqiqətləri soruşursan. Nə mənası var? Nə dəyişəcək? (məyus baxışlarını Həsənə zillədi) Səncə gec deyilmi?
Dərin bir süküt çökmüşdü. Hüsnanın səssiz axan göz yaşları dayanmaq bilmirdi. Həsən isə sadəcə baxırdı........Həsrətlə baxırdı.......Qəlbi qanayırdı. Onu bu dərəcə sevərkən itirdiyinəmi yoxsa məhv etdiyinə görəmi bilmirdi. Tək bildiyi canı çox yanırdı.
Hüsna ayağa qalxıb üzünü Həsənə tutdu.
-Bəlkə bura gəlməyim axmaq fikir idi bilmirəm........Amma sən bir şeyi bil Həsən. Heç bir günahım olmaya-olmaya ən böyük bədəli mənə ödətdin. Sənə nifrət edirəm. Bu etdiklərinə görə səni heç vaxt bağışlamayacam. Atam sənə ən ağır cəzanı kəsmək istəyirdi ona mən əngəl oldum. Düşünmə ki,sənə dəyər verdiyim üçün.....Elə deyil,sadəcə cəzanı həyat versin deyə. Mən birindən necə nifrət edilir bilmirdim amma sənin sayəndə öyrəndim və sənə bütün qəlbimlə nifrət edirəm.
Hüsna cümləsini tamamlayıb arxasını dönərək ordan uzaqlaşdı. Həsən dizlərinə dirsəklənib əllərini burnu bərabərində birləşdirdi. Hüsnanın hər kəliməsi Həsənin qəlbindəki günahkarlıq hissini qat-qat artırırdı. Başını xəfifcə yana çevirərək gözdən itənə kimi qızın arxasıyca baxıb iç çəkdi. Dəli kimi sevirdi ancaq sevdiyini sahiblənməyi bacarmamışdı və Hüsnasını əbədi itirmişdi. Yanağında hiss etdiyi islaqlıqla üzünə toxundu. Ağlayırdı......İtirdiyi sevgisinə ağlayırdı. Kişilər ağlamaz deyiblər çünki ağlamağı acizlik bilirlər ancaq sevgini qarşısında dünyanın ən qəddar adamı belə aciz qalır və unudulan bir şey vardı ki,o da göz yaşının ən saf hiss olduğu. Həsən Hüsnası üçün ağlayırdı çünki sevgisi qəlbinin ən saf hissi idi....

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 977
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri