Pəri qalası (3-cü bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 3 278
Səs ver:
(səs: 1)
Əfsanə

Deyilənə görə əsrlər əvvəl əzazil bir padşah var imiş . Və onun ən sevdiyi arvadından var-yox bir qızı doğulur . Doğuş zamanı anasını itirən qızcığaz sevimli arvadının yadigarı olur . Balaca ilk gündən ağappaq yumşaq dərisi və qırmızı yanaqları ilə hamını heyran edir . Padşah qızına Pəri adını qoyur . O qızına çox düşgün idi , hətta oğullarından belə çox sevirdi . Qızının bir dediyi iki olmazdı . Beləliklə günləri aylar ,ayları illər əvəz edirdi . Qız böyüyür iri badamı gözləri ,uzun qara saçları ilə anasına daha da bənzəyirdi . İncə belli ,uzun boylu bu gözəl yalnız camalı ilə seçilmirdi . O uşaqlıqdan qorxmaz ,cəsur idi . Qardaşları qılıncla döyüşməyi öyrənəndə onlara qoşulardı . At çapmağı ,ox atmağı da öyrənmişdi . Atası onu oğullarından ayırmırdı . Qardaşları bu sevgini görür və böyüdükcə qısqanmağa başlayırdılar . Ən çoxda böyük qardaşın qorxusu mərhəmətinə güc gələrək bacısını saraydan uzaqlaşdırmağın yollarını axtardırdı . Padşahın hüzüruna gedən böyük qardaş bacısının günü-gündən gözəlləşdiyini və aşiqlərinin artdığını dedi . Hətta atasına düşmənlərin belə Pərinin hökmdarın zəif nöqtəsi olduğundan xəbər tutduqlarını danışdı . Və beləliklə atasını bacısını saraydan uzaqlaşdıraraq onu pis gözlərdən , düşmən təhlükəsindən qoruya biləcəklərini izah etdi . padşah oğlunun dediklərini çox düşündü . Tez zamanda hər yerə əmr yayıldı . Ən yaxşı ustalar axtarılırdı . Hökmdar əmr verdi elə bir yerdə qala tikilsinki ancaq ora bir yol getsin ,başı buludlara dəysin . Beləliklə bu günümüzə qədər gəlib çıxan qayalıqlardan çapılmış Pəri qalası tikildi . Cəmi 3 böyük otağı olan qalaya qızını göndərən padşah , qalada qızından başqa onun xanım qulluqçularının olmağını əmr etdi. Qalaya çıxan yolu qorumağı isə ən güclü sərkələrindən biri olan Cilingirə tapşırdı. Beləliklə qardaşının qısqanclığına görə qızcığazın həbs həyatı başladı . Pəri qayalardan çapılaraq tikilmiş daş divarlar arasında böyüyürdü . O cənnətin içində gizlənmiş soyuq cəhənnəmdə yaşaya bilmirdi . Dəfələrlə atasını razı salmağa çalışsada saraya geri qayıda bilmirdi . Gecələri dağın döşündə ulduzlara baxan tək dinləyənləri onlarmış kimi söhbət edən Pəri dəfələrnən qaçmağı düşünmüşdü. Amma bir çıxışı olan bu soyuq cəhənnəmin qapısında gecələri belə oyaq olan Cilingir durmuşdu . Onun haqqında çox eşitmişdi qulluqçulardan . Geniş çiyinli sərt baxışlı igidin qorxusundan nəinki qalanın yolu hətta meşəyə belə kimsə gələ bilmirdi . Böyüdükcə otaqları kiçilən qala Pəriyə dar gəlirdi . Atası hər onun görüşünə gələndə yalvarırdı . Bu diz çöküşlər padşahın Pərinin ancaq arada bir qalanın ətrafında qulluqçularıyla birgə gəzməsinə icazə verdirtmişdi . O buna da razıydı . Heç olmasa ətrafında yalnız daş divarlar görməyəcəkdi . Pəri həmişə belində qılınc ilə gəzərdi . Başlarda qulluqçuların yanından ayrılmazdı . Lakin zamanla onları aldadaraq gizlənər ,at belinə atlayaraq meşənin dərinliklərinə qaçardı . Qulluqçular kəllələrinin üzülməməsi üçün hökmdara heçnə demirdilər . Pərinin nə qədər dəlisov cəsarəti olsa da qəlbindəki mərhəmət daha güclü idi . Əgər qaçarsa geridə qalan heç kəsin sağ qalmayacağına bilirdi . Ona görə hər qaçışdan sonra geri dönərdi .

Yenə o günlərdən idi , at belində meşəlikdə gəzinən Pəri birdən kolluqdan səs eşitdi . Əvvəlcə ceyran və ya maral olduğunu düşünsə də dəmir şıqqıltısı yanıldığını göstərdi . Astaca at belindən endi . Atı ağaca bağlayan Pəri üzünü ağ örpəklə örtdü . Və yavaş addımlarla sıx ağaclar tərəfə gedib ,onların arxasında gizləndi . Haqlı idi , kolluqlar tərəfdən enli kürək dəbilqəli əli qılınclı biri gəlirdi . Pəri gizlicə onu izləməyə davam etdi . Öz-özünə atasının onu qoruduğu düşmənlərdən biri olduğunu fikirləşdi . Dəmir geyimli adam ağaca bağlanmış atın ətrafında fırlandı , sonra isə ətrafa boylanmağa başladı . Pəri axır-əvvəl tapılacağını anladı ona görə də gizlənib gözləməkdənsə ani hücum etməyin daha məntiqli olduğunu düşündü . Və bir an belə tərəddüt etmədən onun üzərinə şığıdı . Qılıncı ilə atın yəhərindən tutan adamın əlini çapdı . İgid tez sol əlini atdı belinə . Döyüş başladı . Qılınclar bir-birilə sürtünərək qığılcım verirdi . Pəri nə qədər yaxşı döyüşməyi bilsədə zərif ,cılız bədəni getdikcə gücsüzləşirdi . Düşmənin bunu anlamaması üçün qışqıraraq daha da üstünə şığıdı ,onu atdan uzaqlaşdırmaq istəyirdi. Və buna da nail oldu . Ayağı ağaca ilişən adam arxaya yıxıldı , bunu görən Pəri taqətsiz bədəni ilə atın belinə atladı . Atı var gücü ilə çapırdı . Ağacların arasından başqa at kişnəməsini eşitdi ,çox keçməmişdi ki çiynində yandırıcı ağrı hiss etdi . Arxaya çevriləndə kürəyində yırğalanan oxu gördü . Bir əli keyiməyə başladı . Gözləri dumanlanan Pəri atın üstünə sərildi .

Uzun kirpiklərini bir-birindən ayıran Pəri yerdə uzanmış halda idi . Dirsəklənib ayağa qalxmaq istədi , amma çiynindəki ağrı onu qışqırtdı . Səsə gələn dəmir geyimli adam ona yaxınlaşdı . Əlini belinə atan Pəri qılıncının olmadığını gördü.

- Axtarma . Mən götürmüşəm .

- Kimsən sən əclaf ? Kişi kimi döyüşmək yerinə arxadan vurmağı üstün tutdun !

- Səndə kişi kimi döyüşmək yerinə məni yıxıb qaçmağı . De görüm indi kim mərd kim namərddi ?

- Mən qaçmadım ver qılıncı yenidən döyüşək !

- Üzündəki örpək düşməmiş olsaydı bəlkədə razı olardım .

Tez əli ilə üzünü yoxlayan Pəri örtünün olmadığını görüb daha da təlaşlandı .

- Nə olsun ! Bu nəyi dəyişirki ?

- Çox şeyi . Birincisi mən xatunlarla döyüşmürəm ,ikincisi kəlləmin getməyini də istəmirəm.

- Ele desənə . Kəlləni qoparacağımdan qorxdun hə ?

- Sənin yox atanın əmrindən qorxdum . Padşah qızını qorumaq yerinə az qala özüm öldürürdüm .

- Nə ? Hardan bilirsən padşah qızı olduğumu .

- Gözəlliyiniz haqqında çox əfsanələr dolaşırdı . Qara gözləriniz , lalə dodaqlarınız . ağ camalınız .

Deyildiyi qədər var imiş həqiqətən .

Ona baxan sərt amma bir o qədər dərin baxışlardan utanan Pərinin yanaqları alışıb yandı . Onun gözəlliyindən çox danışılmışdı . Amma heç kəsin sözləri bu qədər onu qızartmamışdı .

- Deməli məni qoruyan igid sənsən ?

- Bəli mənəm .

- Məndə sənin haqqında çox eşitmişdim , amma deyildiyin qədər yox imişsən . Bir qızla belə döyüşməyi bacarmırsan .

Bığının altında Pərinin sözlərinə gülümsəyən Cilingir gözlərini ondan çəkdi . Yavaşca yaxınlaşaraq əlindəki əskini uzatdı .

- Gör yaran necədi ? Lazımdısa bunu da qoy üstünə . Və hazırlaş səni aparmalıyam qalaya . Təbib qadın gətirəcəm yaranı o sağaldar.

Parçanı götürən Pəri biraz qabağa əyilərək çiynini açdı , bunu görən Cilingir ehtirasını hiss etdi . Ona güc gəlmək üçün yavaşca arxasını Pəriyə çevirdi . Yara çox dərin deyildi . Qanaması da dayanmışdı .

Pəri ayağa qalxdı . Əlindəki əskini Cilingirə tərəf uzatdı .

- Al bunu sənin biləyindəki yara mənimkindən ağırdı . Qanaması dayanmayıb , sənə daha çox lazımdı.

Cilingir biləyindən süzülən qana baxdı . Parçanı götürdü . Bir əli ilə bağlamaq istədi . Amma bacara bilmirdi . Bunu görən Pəri

- Ver mənə . Özüm bağlayaram .

Su qabını istəyən Pəri , əvvəlcə su ilə yaranı yudu . Sonra isə yavaşca bağlamağa başladı . Cilingirin isə yara çoxdan yadından çıxmışdı . Gözlərini Pərinin camalından ayıra bilmirdi . Çox döyüşdə olmuş , çox qələbələr görmüşdü . Amma heç birində ürəyi belə döyünməmişdi . Ona baxan badamı gözlər bu dəfə Cilingiri məğlub etmişdi ...

At belində qalaya dönən bu ikili artıq eşq atəşində yanmağa başlamışdılar . Döyüşdə qılınclarının qığılcımı qəlblərini də alovlandırmışdı . İndi yalnız bədənləri deyil ruhları da savaşırdı .

Onlar tez-tez görüşür bəzən at yarışına çıxır , bəzən isə qılınc oynadırdılar . Sonra isə kölgədə oturub xəyallarını , arzularını bölüşürdülər . Günü-gündən eşqləri böyüyürdü . Cilingir bunu gizlədə bilməyib hər şeyi - ona olan məğlubiyyətini etiraf edir . Pəri isə o soyuq daş divarlı cəhənnəmdə ilk dəfə bu qədər alışıb yandığını , qəlbindəki tək istiliyin Cilingir olduğunu deyir . Beləliklə böyük məhəbbət başlayır . Artıq gecə-gündüz ayrılmaq istəməyən cütlük bir-birlərinə elçilərdən xəbər göndərir . Görüşür . sevişirlərdi . Gecələr qayalıqlar arasında tək qalan Pərinin yalnız olmadığını bilməsi üçün yolun girişində böyük ocaq qalayardı . Divardan boylanan Pəri alışıb -yanan alovu görüb əlini qəlbinə doğru uzadaraq Cilingirin istiliyini hiss edərdi . Amma bu məhəbbət hekayəsi çox keçmir ki , Pərinin qardaşına çatır . Qısqanc və qorxaq qardaş Pərinin Cilingirlə evlənərək yerinə gələcəyini düşünür . İlk fürsətdə atasının hüzuruna gedir . Yaşlı atasını Pəridən uzaqlaşdırmağı bacaran qardaş bu dəfə onu Cilingirin düşmən olduğunu və yerinə keçmək istədiyinə də inandırır . Pəri ilə birgə plan qurduqlarını və taxtını əlindən almaq istədiklərini deyir .

Qaranlıq gecələrdən biri gəlir . Pəri həmişəki kimi daş divarın arxasından boylanır . Alovun yanmağını gözləyir . Amma kiçicik bir işartı belə görmür . Sübhəcən gözləyən Pərinin ürəyinə tıppıltı düşür . Özünü sakitləşdirməyə çalışsada , cilovlaya bilmir . Və qulluqçusunu hüzuruna çağıraraq Cilingirdən xəbər gətirməsini istəyir . Elə bu an qala qapıları açılır , dəbilqəli dəmir geyimli adamlar içəri girir . Əllərində qanlı torba ilə Pəriyə doğru addımlayırlar. Pəri onların nə gətirdiyini anlayır . Qarşısına atılmış torbanı görüb diz çökür. Onu qoynunan alıb , bərk-bərk qucaqlayır . Torbaya sığal çəkərək

- Sevgilim ... Heçnə və heç kim bizim alovumuzu söndürə bilməz . O həmişə yanacaq . Bizim üçün yanacaq . Bəlkə bu həyatda yaşamadıq , yaşaya bilmədik . Amma bilirəm başqa həyatlarda yenə qarşılaşacağıq . Və yenə bir -birimizi tapacağıq .

Ağ libası qana bürünən Pəri gözlərindən süzülən yaşları qanlı əli ilə silir. Ayağa qalxıb həmişə boylandığı daş divara yaxınlaşır . Divara çıxaraq torbanı qucaqlayan Pəri son sözlərini pıçıldayır .

- Bu son deyil , hər şey yeni başlayır sevgilim ...

Pəri qolları arasındakı qanlı torba ilə mələk kimi divardan aşağı qayalıqlar arasına süzür..

Yazar: Narmin İsmayılqızı
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 278
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri