Səndən başqa (10-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 5 124
Səs ver:
(səs: 0)
Bölüm 10

Sizə indi nə etdiyimi, kimlərlə oturduğumu deyim? Qonaq otağında oturub, Fəqanın atmacalarını, Səyidənin isə Renata qarşı olan yersiz hərəkətlərini izləyirdim. Renat isə olduqca gərgin görünürdü. Xalama görə, burda oturmağa məcbur idim! Bu arada sizin xəbəriniz yoxdu, amma sizə ilk mən xəbərdar edimki, axşam evdə kicik bir party olacaqdı. Fəqan bəylə, Səyidə xanım Salman əmiylə danışıb onlardan icazə almışdı. Bildiyiniz axşam bu evdə, işgəncə çəkəcəkdim. Ki, çəkməyə başlamışdım artıq. Səyidə əlindəki çiyələyi Renata doğru uzadıb, yedizdirmək istədikdə, Renat çiyələyi Səyidənin əlindən alaraq "Özüm istəsəm, yeyə bilərəm"dedi. Bu qızın gözü vardı Renatda! Səyidə dodaqlarını büzüb, uşaq səsi ilə "Renat, bu gün sol ayağınla qalxmısan? Bu nə aqrissiyadı qəmzəlim"dedi. Necədə, rahat bir şəkildə, ona qəmzəlim demişdi. Halbuki, mən mesaj yazanda belə, ona utanırdım... Görəsən necə il idi dost idilər? Mən Renata bu qədər yaxın ola biləcəkdim?

"Səyidə bilirsənki belə seyləri sevmirəm. Məndən xəbərsiz mənim evimdə necə party verə bilirsiz axı?! Mənə deməli idiniz"

Renatın sərt çıxışından sonra Səyidə sanki bir küncə sıxışmış kimi oldu. Fəqan mənə xain - xain baxıb "Renat nəyə bu qədər əsəbləşdin? İlk dəfə deyilki... Hər zaman belə olub. Həmdə İlknurda bizim partilərimizi görüb və öyrəşsin" dedi. Kimsə tutmasın məni,mən qarşımda oturmuş bu oğlana həddin bildirəcəkdim. Amma məndən cəld Renat davrandı...

"İlknur bura dərs oxumağa gəlib, partilərdə əylənməyə deyil. Bu dəfəlik belə olsun. Amma gələn dəfə mütləq mənə xəbər edin."

Ah nə gözəl danışdı... Amma dostlarını bu qədər yaxına buraxmaqda, günahkar bir tək özü idi... Mənlə eyni fikirdə olduğunuzu bilirəm. Fəqan ilə Renatın söhbətinə Səyidə daxil olaraq "Baxıramda İlknurun qoruyucu mələyinə çevrilmisən. Nə işdi bilmək olar?"dedi imalı şəkildə. Buna nə cavab verəcəkdi? Deyəsən, tək dərdləri mən idim...! Fəqanın üzsüzlüyündən isə danışmaq belə istəmirdim! Onunla üz - üzə olduğumada inana bilmirdim. Həyatın mənə qarşı hazırladığı bir oyun idi ya nə? Eyni şəhərdə, eyni havanı onunla udmaq mənə hec yaxşı gəlmirdi. Necə yaxşı gəlsin...?! Xəyanət etdi... Xəyanəti öz dostumla etdi... Dost bildiyim insan ilə... Bunun üstünə nə danışıla bilər axı. İndi qarşımda necə oturmuşdu görəsən? Hecmi vicdanı sızlamırdı? Hecmi vicdan hissi yox idi? Peşmanlığını dilə gətirmədən, arsızca gülürdü. Bu iyrəncliyə dözə bilməzdim daha. Renat qaşlarını çatıb, Səyidiyə dönərək "İrəli getmə... Nə sən nə də Fəqan..."dedi. Renatın narahatcılığı mənədə təsir etmişdi... Ayağa qalxıb "Mən dərs etməyə gedirəm. Sizə xoş söhbətlər"deyərək yanlarından ayrılıb öz otağıma gəldim. Sanki, üstümdən bir yük qalxdı. İnsanlıqdan xəbəri yox idi onların. Renat mənə görə hər dəqiqə dostları ilə qarşı - qaşıya gəlmiş vəziyyətdə idi. Axşamki parti necə olacaqdı? Xalam ilə Salman əmi gedəcəkdi... Bəlkə, məndə gedim onlarla... Amma yox 2 böyük insanın yanında mənim nə işim vardı... Mənim ümumiyyətcə bu partidə də bir işim ola bilməzdi... Ağıllı Renat bəy bu yola necə çarə tapacaqdı? Maraqlı idi... Qəbul etməyədə bilərdi, olmazda deyə bilərdi amma onların ondan xəbərsiz hərəkətlərinə dəstək çıxdı. Ağıllı deyil, ağıllsız idi... Hər dəqiqə onun haqqında olan fikirlərim dəyişirdi. Bu dəyişkənliyin səbəbi nə idi? Niyə beynim neytral bir vəziyyətdə qalmırdı? Yox, nəsə düz getmirdi... Ya məndə, ya da onda... Çox fərqlidi... Onu başa düşə bilmirəm... Sizdən nə gizlədim axı... Dərs masama keçib, dərs kitabcasını göz gəzdirməyə başladım. Dərsə bax, İlknur! Ağlın qonaq otağında qalmasın! Özümü danlamağım ilə, otağın qapısı döyüldü. Qapıya baxdıqda, Renat içəri daxil oldu. Renat bura gəldiyinə görə, getmişdilər... Bir sey demədən gözlərinin içinə baxdıqda, yanıma yaxınlaşıb, dərs masama söykənərək "Evə qonaqlar gələndə, otağından çıxamayacaqsan. Yeməkdi, sudu indidən yanına al. Yenə təkrar edirəm nə badə çölə çıxasan. Oturub dərslərini edirsən"dedi əmr edirmiş kimi. Mənə nə sizin partinizdən?!demək istəsəmdə demədim. Onun yerinə "Mən dəvətli deyiləmmi partinizə?" dedim. Mənimlə əmr verirmiş kimi danışdığı üçün belədə cavab alacaqdı.

"Sən dərs etməyə dəvətlisən. Məni əsəbləşdirmək istədiyini başa düşə bilirəm mən. Mən səni başa düşürəm ... Amma sən məni başa düşmürsən... "

Kim nəyi başa düşürdü? Mən yenə başa düşmədim...

"Sənin O 2 dostun mənim canımı sıxır... Onları görməyə məcburam?"

İçimdə qalacağına, ona deməyim daha məsləhətlidi. Həmdə nə cavab verəcəyidə mənə maraqlıdı. Renat üzünü pəncərəyə cevirib "Birinin niyə sıxdığını bilirəm... Bəs o birisi... Səyidə sənə nə edib?"deyərək mənə döndü yenidən. Daha nə edəcəkdi, uşaq - uşaq danışmağı qulağımı kar etdi!

"Hər halda səni qısqanacaq halım yoxdu. Belə olmadığı halda O qızın səsi mənə əsəb etdi" dedim.

Deməz olaydım... Dediyimə məni peşman edərək "Mən qısqanmısan demədim. Mən demədiyimə görə, səni niyə elə fikirləşdin? Düzün de məni Səyidəyə qısqandın hə?"deyib göz vurdu mənə. Onu niyə qısqanmalı idim?! Özü qısqanmağı ima etdiyi üçün elə demişdim mən!

"Çıx otağımdan, dərs edirəm"dedim.

Onunla danışsaydım bu söhbət uzanacaqdı. Renatın üzünə gülüş gəldikdə, ona tərs - tərs baxdım. O an, üzündə yaranmış o gülüşə məndə gülümsəməyəm istədim. Amma məcburən özümü tutdum. Renatda gülə - gülə otaqdan çıxdı. Ondan sonra əlimdəki qələmi masaya qoyub məndə gülməyə başladım. Nəyə gülürdüm? Dəliyəmmi nəyəm?

Off! Başım qazan kimi oldu! Səbəbi çox sadədi! Evdə bir parti var və bu partinin nəticəsində evdə yaranan yüksək səsdə musiqi! Bəli, artıq partiləri başlamışdı! Məndə otağımda dərs edirdim. Daha doğrusu dərs etməyə çalışırdım! Axı, bu musiqi səsi ilə necə dərs edilə bilərdi?! Bilsəydim, xalamgil ilə gedərdim! Tam 2 saat idi. 2 saat! Renata zəng edirdim amma zəngimi açmırdı. Çox güman eşitmirdi... Dərs masamdan ayağa qalxıb, dərin bir nəfəs alaraq otağımın qapısını açdım. Aşağı düşəcəkdim... Daha bəs idi! Piləkanları tam enməmiş ətrafa bir göz gəzdirdim. Salon demək olar dolu idi. Ətrafda xarici mahnıya oynayan qızlar və oğlanlar vardı. Kimin əlində cipsi, kimin əlində cola, kimin əlində isə adını bilmədiyim ickilər var idi. Parti anlayışı bu idi yalnız bu insanların! "Ayırdı Bizi Yanvar" adında oxuduğum bir hekayənin baş qəhrəmanı Əslidə mənim kimi bir vəziyyətə düşmüşdü. Düzdü, onunla mənim düşdüyüm vəziyyət arasında dağlar qədər fərq vardı. Amma hər iksidə iyrənc parti idi? Gənclik əldən gedirdi... Musiqinin səsindən iki əlim ilə qulaqlarımdan tutub, bir az daha aşağı endim. Gözüm bu dəfə Renatı axtarırdı. Mətbəx qapısından çıxan Renatı gördükdə, onun yanıma gəlməsi üçün əlim ilə işarət etdim. Tam bu sırada bir oğlanla toqquşdum. Yüksək səsdə "Qarşına bax!"deyə qışqırıb qarşımdakı oğlana baxdım. Oha! Qarşımda Röyal vardı... Mənim kurs yoldaşım olan Röyal...

Röyal "İlknur, sənin burda nə işin var"deyə qulağıma pıçıldadı. Ona cavab vermək istəyərkən, Renat Röyalın yaxasından tutub, ona kəllə atdı. Dəliydi bu oğlan! Röyal yerə yıxıldıqda, musiqi səsidə kəsildi... Yanlış anlamışdı... Renat bir daha üstünə getməyə çalışanda, qolundan tutub "Renat! Nə etdiyini sanırsan!"dedim əsəbimlə. Qolunu əlimdən çəkməyə çalışıb "Sənə yaxınlaşmağına göz yumacam! Mən o qədər adi bir insan deyiləm! Sənə otaqdan çıxma demişdim!"deyə mənim üstümə qışqırdı.

"Üstümə qışqrıma!" deyib qolunu buraxaraq "Röyal mənim kurs yoldaşımdı! Hər seyi bərbad etmək səndə adət halına alıb artıq!" deyərək üzünə belə baxmadan piləkanları çıxmağa başladım. Ətrafda olan hec kim kömək etmədi... Sadecə durub bizi izlədi... Hər kəsin dərdi bir göstəriş idi... Renatda buna daxil olmaqla! Sabahdan qarşısında əsl İlknuru görəcəkdi!

Bölüm sonu

Müəlif: Goncha
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 124
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri