Səndən başqa (6-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 285
Səs ver:
(səs: 0)
Bölüm 6

Bir az daha sağa sola baxdıqda anidən, göyüzünə qara bulud çökdü. Hec, gözləmirdim... Göyüzünə gələn qara bulud sanki, mənim içimədə çökmüşdü... Çantamda olan telefonu çıxardıb, Renata "Qəmzəli, sənə ehtiyyacım var"deyə, adi bir mesaj yazaraq göndərdim. Hər ehtimala qarşı whatsappdan yazmamışdım. Renat mənə demişdi axı, əgər itsən məni axtarma... Telefonu çantama qoyub, qarşı tərəfə irəlləməyə başladım. İş, öz üstümə düşmüşdü... Yolu özüm axtarıb, tapmalıydım. Qarşıma çıxan 2 insana gedəcəyim yeri desəmdə, tanımadıqlarını söyləyərək yanımdan getmişdilər. İnsan hecmi kömək etmək istəməz? Zəmanə... İrəli niyə gedirdim axı? Məncə ən yaxşısı geri dönüb, kursuma getmək idi. Ondan sonra bir yol tapıb, fikirləşərdim. Kursun önünə gəldikdə, dayanıb yenə ətrafa baxdım. "Burda çətin bir şey yoxdur İlknur! Ağlında qalan yerlərə doğru sadecə addım ataraq irəllə..." Eynən, iç səsimə qulaq asıb, addım ataraq irəlləməyə başladım. Ağlımda bir çox market adları, salon adları qalmışdı. Onları bir -bir keçərkən gülümsədim... Afərim sizə ayaqlarım! Bu gün məni düzgün yola apardınız! Bahalı villalardan ibarət olan küçəyə giriş etdikdə, dərin bir oh çəkdim. Düz gəlmişdim! Evin önünə gəldikdə isə, qolumda olan saata baxdım. Saat 16:46 nı göstərirdi... Xalam narahat olmuşdu, çox güman... Başımı qaldırıb, yenə qaralmış olan göy üzünə baxdım. Ara bir göy guruldasada, yağış yağmamışdı. Deyəsən, hava belə bu gün məndən yana idi... Qapının açıq olduğunu ümüd edərək, qapını açıb içəri keçdim. İçəri keçməyim ilə xalamın "Qızım sən hardasan axı çox narahat oldum"deməsi bir oldu. Narahat olacağını az - çox təxmin etmişdim. Amma bu qədər olacağını, bilmirdim... "Mən yaxşıyam xala..." deyə bildim sadecə. Çünki, özümü böyük bir günah işləmiş və onu gizlətməyə çalışan biri kimi hiss etdim...

"Renatda hər yerdə səni axtarır... O telefon niyə açılmır hə?! Başına bir iş gəldiyini sandıq. Nəyə ehtiyyacın var idi?"

Xalamın bu sözləri ilə mənə hər şey indi aydın olmuşdu. Amma telefonun səsini eşitməmişdim mən. Çantamı açaraq, içindən telefonu çıxardıb, ekrana baxdım. Renatdan "51 cavapsız zəng" var idi... Bunun üçün idi, bu qədər narahat olması... Ağılsız başım, telefon səssizdən çıxartmamışdım... Üzümü xalama döndərib, dodaqlarımı araladıqda, qonaq otağının qapısı açıldı.

"Zəriş, İlknuru hec yerdə tapa bil - mi..."deyən Renatın, məni görməyi ilə, sözünü yarıda kəsməsi bir oldu. Allahım son dualarımı etsəydim, yaxşı olardı... Əlimi yuxarı qaldırıb, barmaqlarımı oynadaraq "Mən burdayam"dedim. Deməsəm, belə məni onsuzda görürdü... Renat üzündə yaranmış əsəbi ifadə ilə "Bilmirəm indi səni gördüyümə sevinimmi, yoxsa səni necə saatlardı çöldə axtardığıma üzülümmü?"dedi. Bir şey deməyimi gözləmədəndə, yuxarı çıxmağa başladı. Günahkar baxışlarımı ilə xalama döndükdə, xalam "Mənə hər şeyi başdan danış. Sonra isə məncə Renatada bir baş çək"dedi. Başımı 'Hə' mənasında aşağı - yuxarı edərək, qonaq oyağında olan divana keçdik. Və olan bitəni xalama danışdım. Yazdığım mesaj hər şeyi böyütmüşdü. Otağıma çıxamadan ilk öncə, xalam məcburi bir şəkildə məni mətbəxə apararaq yemək yedizdirib, üstündəndə çay içizdirmişdi. Ondan sonra öz otağıma çıxıb, üstümdəkilərdən xilas olaraq, rahat bir şey geyinib pencərə qarşısına keçdim. Hava yağdı, yağacaqdı... Amma hələdə, göydən enən bir yağış damalasını görməmişdim. Artıq, axşam üstü olduğundan, hava azcıqda qaralmağa doğru gedirdi. Burda nəyi gözləyirdim? Renata gedib hər şeyi danışmalı idim. Nəticədə, məni saatlarla çöldə axtarmışdı... Bəlli, etməsə belə qarşısında məni gördükdə, sevinmişdi... Qorxutmuşdum onları... Ya da xalama görə qorxumuşdu. Ona Zəriş deməyi, hec nəyi dəyişdirmirdi. O xalama çox dəyər verirdi. Bu göz qarşısında idi... Otağımdan çıxıb, qapını yavaş şəkildə bağlayaraq, onun otağına tərəf addımladım. İkinci mərtəbədə sadecə Renat və mənim otağım vardı. Qapısını önünə gəldikdə, yavaşcadan qapısını döydüm. Bir cavab gəlmədi... İkinci dəfə döydükdə qapı anidən üzümə açıldı. Qarşımda hələdə qaşları, düyümlənmiş şəkildə duran Renatı gördüm. Renatın otağında başqa kimi görə bilərdimki?! Otağını işarət edib "Keçə bilərəm?" dedim. Bir şey demədən qapının kənarından çəkilib, arxasını dönüb, çarpayasına doğru getdikdə, məndə içəri bir addım ataraq, qapını bağlayıb, daha sonra qapıya yaslandım. Gözüm ilk öncə, birincə dəfə idi girdiyim otağın divarlarına sataşdı. Divarları tünd mavi rəngdən ibarət idi. Çarpayısının baş ucunda ləpələnən dəniz mənzərəsi, onun sağ yanında qara rəngli dəri divan vardı. Otağının bu qədər sadə olduğunu təxmin etməzdim. Amma sadə olduğu qədərdə, çox göstərişli idi. Renatın "Otağımla sonra baxışarsan. Eşidirəm, indi səni" deməyi ilə baxışlarımı otaqdan çəkib, Renata dikdim. Hələdə qapıya yaslanıb qalmışdım... İnsan, ən azı bir oturmağı təklif edərdi... "Seyy..."dedim ilk əvvəl. Çox super! Sözümün başlangıc şəkilinə bax! Dodaqlarımı aralayıb sözümün ardın davam etdirmək istədikdə, ani göy gurultusu ilə yağış yağmağa başladı. Yaz yağışı... Acıq pəncərədən içəri daxil olan külək, üşüməyimə səbəb oldu. Əllərim ilə qollarımı qızındırmağa çalışdıqda, Renat ayağa qalxıb pencərəni bağlayaraq "Pəncərənidə bağladığımıza görə, artıq bura niyə gəldiyini deyəcəksən? Birdə, qapının kənarında elə dayanmaq əvəzinə, divanda əyləşə bilərsən. Nəticədə, divanlar əyləşmək üçün yaradılıb..." dedi. Yenə çoxbilmiş bir şəkildə danışırdı...! Qapının kənarından çəkilib, divanın sol küncünə əyləşdim. Çünki, sağ kücünə, O yaslanaraq oturmuşdu.. Normalda, yağış səsini dinləməyi sevirdim amma, indi məcbur bir şəkildə Renata hər şeyi danışmalı idim. Tək nəfəsdə "Mən bu gün yolumu itirdim. Ona görədə sənə elə mesaj yazdım. Sonra yadıma düşdüki, sən mənə kömək etməzsən. Onun üçün özüm yolu tapmaq qərarına gəldim. Telefonumda səssizdə idi deyə eşitməmişəm"dedim. Oh dünya var imiş! Nə rahatladım indi! Sanki məndə bir göy üzü idim, içimdəkiləri deyərək yağış yağdırmışdım.

"Sənə kömək etmək istəməyən, insan səni saatlarca çöldə axtardı... Çünki, çox qorxdu... Başına nəsə gəldiyini sandım... İndi qarşıma çıxıb rahat bir şəkildə, sanki başqasının başına gələn bir hadisəni danışmağın hec də xoş deyil! Sən hələdə böyüməmisən! Bunu dünən o mavi tavanı görəndə bilməli idim!"dedi səsini mənə qarşı bir az yüksəldərək.

Qəbul... Bir az boyumu aşacaq bir iş görmüşdüm... Dilimin ucunda, kicik bir səs tonum ilə "Bağışla..."dedim.

"Sən ilk əvvəl özünü bağışla... Ya başına başqa bir sey gəlmiş olsaydı? Dediyim hec nəyi diqqətə almırsan... Uşaqsan sanki..."

Renatın dediyi bu sözlərdən sonra, dodaqlarımı büzdüm. Daha mənə nə qədər 'uşaqsan sən' deyəcəkdi? Uşaq idimsə uşaq idim... Onsuzda başıma gələn hər şey bu uşaqlığıma görə olmuşdu... İlk başda, Fəqanda buna daxil olmaqla...

"Həə mən uşağam... Mən hələdə özümü 5 yaşında bir uşaq kimi aparıram. Mənim ruhum budu.. Mən buyam... Daha nə eşitmək istəyirsən? Uşaq olmaq günahdı ya nə?!"dedim.

Başa düşmürdüm onu... Renat ayağa qalxaraq, əlini mənə uzatdı. Anlamaz gözlər ilə ona baxdıqda "Tut bu əldən... Gedək, yağışın altında bərabər islanaq..."dedi. Niyyəti, onunda uşaqlıq etmək imiş... İndi başa düşdüm onu... Gülümsəyərək, əlimi əlinin üstünə qoydum. Və əllərim deyildə, ürəyim titrədi sanki... Divandan qalxdıqda, əlini əlimdən çəkərək qapını açdı. Bərabər otaqdan çıxdıqdan sonra aşağı endik. Xalam gözə görsənmirdi. Ona gözə görsənmədəndə evdən çıxaraq, evin arxasına gəldik. Üstümüzə yağam narin yağışın altında dəli kimi bir birimizə baxıb gülürdük. Renat, fərqli idi... O, başqa idi... Renat əllərini göy üzünə tutub, yağış damlalarını tutmağa çalışarkən "Bilirsən ən çox mən uşaq olmaq istəmişəm... Hal hazırda da özümü uşaqlığımı yaşayırmış kimi hiss etdim... Torpaq qoxusu gözəldi hə...? Eynən, Ölüm kimi..."dedikdə, gülüş üzümdə dayandı... Xalamla dünən söhbətləşdikdə, xalamın Renatın anasının sabah il dönümü olduğunu bildirmişdi. Nə qəribədi... Renat nə qədər ayaqda dik durmağa çalışsa belə, bir yanı həmişə əksik idi... Anasını, xatırlmazkən belə, ona hələdə bu qədər bağlı olması, inanılmaz bir şey idi. O uşaqlığını hec yaşamamışdı... Onun üçün, mənə bu qədər əsəbi idi... Ya da qırğın... Bilmirəm... "Renat, evə gedək? Mən artıq üşüdüm"dedim ona bir şeyi bildiyimi bəlli etməmək üçün. Çünki, burda bir az daha qalsaydım, ağlayacağıma əmin idim... "Yaxşı... Sən necə istəsən"deyərək birlikdə evə daxil olduqda. Üstümüz su içində idi... Otağımın qapısına çatdıqda, Renat "Üstünü dəyişdirib, mənim otağıma gələrsən"deyərək öz otağına keçdi. Niyə onun otağına getməliydim, deyə bir sual vermədim özümə... Bəlkədə, bir dəfədə olsun, sualsız və cavabız hərəkət etməli idim... Otağıma girib, üstümü dəyişdirib, saçımıda azcıq fenləyərək otağımdan çıxıb, yenidən Renatın otağına daxil oldum. Oda üstünü dəyişdirmiş, çarpayısında bardaş quraraq oturmuşdu.

"Səndə yanıma gəl. Saclarını hörəcəm"dedi.

Saclarımı hörəcəkdi...? Mənimlə yola getməyən insan... Bu saclara bu vaxta qədər yad bir insanın əli toxunmamışdı... Amma bu saclar, indi Renatın onlara toxunmağını istəyirdi. Yavaş addımlar ilə Renatın qarşısına keçərək məndə bardaş qurub oturdum.

"Sən saç hörməyi hardan bilirsən?"dedim.

Hörüyü özümə çox yaraşdırırdım. Mənə nə qədər sən uşaqsan belə desə, indi Renat gözümdə çox yüksəlmişdi. Çünki, hörükdə bir uşaqlıq idi... Əllərini saçlarıma keçirib, daramağa başladı. Qəlbim, niyə sürətli döyündü mənim...? Mənə daha çox yaxınlaşdığını hiss etdikdə, saçlarım üstündə başqa bir ağırlıq hiss etdim. Saclarımı qoxlamağa başlamışdı... Renat, nə edirdi belə? Ən əsası mən niyə durmurdum burdan?

"Yağış qoxurlar hələdə... Nəysə..." deyərək məndən ayrılıb, saclarımı əlləri arasına aldı. Sualım hələdə cavabsız qalmışdı... "Zərişdən öyrənmişəm..."

Dediyi sözə xəfif bir təbəssüm etdim. Onlarda ikisi bir arada, çox fərqli idilər... Saclarımı hörməyə başladığını hiss etdikdə "Fəqana, qarşı nəsə hiss edirsən?" dedi. Axı bu anın gözəlliyini, necə Fəqan ilə poza bilmişdi... Fəqan hardan ağlına gəlmişdi...? Səsimi dikib tutub "Hiss etmirəm... Hissizləşmişəm..." dedim.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 285
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri