Otaq yoldaşım Pinti (1-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 4 470
Səs ver:
(səs: 0)
Kənd mühitində böyümüş Kənan Bakı şəhərindəki universitetlərin birinə qəbul olur. Elə birinci kursda ikən Arzu adlı qrup yoldaşından xoşlanmağa başlayır. Arzuya sevgisini açmaq istəyən Kənan qrup yoldaşları ilə birgə film izləmək üçün sinemaya gedir. Orda gördüyü mənzərə ilə qıza olan hisslərini gizli saxlamağa məcbur qalır. Bu mənzərə ilə onun qəlbində Arzuya qarşı olan sevgisinin yerini nifrət hissi alır.

Kənan qarşılaşdığı hadisəni unutmaq üçün düşünül­ məmiş addımlar atır... dəyişik yollara girir. İkinci semestr zamanı danışıq klubunda Günay adlı bir qızla tanış olur. Onunla sevgi münasibətləri yaşayaraq Arzunu unutmağa çalışan Kənan qısa müddət də olsa xoşbəxt olmağı bacarır.

Və nəhayət, yaşadıqlarından sarsılmış qəhrəman məhv olmuş sandığı arzularına yetə bilir...

Yuxu
Salam, dostum, necəsən? Yaxşı olmağını arzula­ yıram. Artıq bir neçə saniyədir ki, əlində tutdu­
ğun bu kitabın əsas mövzusuna keçməzdən öncə sənə bəzi şeylər demək istəyirəm, bu dediklərim yalnız sənin və mənim aramda qalacaq. Başqa kimsə bilməyəcək. Elə sanma ki, zarafat eləyirəm. Zarafat elədiyimi unut. Çünki zarafat eləmirəm. Bilirsənmi, niyə belə yazıram? Deyim niyə, sən də bil. Mən kitab yazıram, bunu bir çox­ ları oxuyur, bu doğrudur. Amma indi əsas olan sənin oxumağındır, sənin oxumağının fərqi olacaq. Bəs fərqi nə olacaq? Bax, dostum, fərqi o olacaq ki, bu kitabı SƏN oxuyursan. Burada əsas məsələ budur. Sənin oxumağın­ dır. Bunları çoxları oxuya bilər, amma hər kəs sənin kimi anlaya bilməz, yəni sənin anladığını anlaya bilməz. Hər kəs eyni deyil həyatda, anlayışlar da eyni ola bilməz. Belə ki, sən hər kəsin anladığından fərqli anlayacaqsan. Bunu da deməliyəm ki, sən fərqlisən. Dünyada heç kəs eyni olmur, hətta əkizlər belə. Bu əsasdan da, həqiqətən, sən fərqlisən. Bunu qəbul etməyini istəyirəm. Hə, dostum, sən fərqlisən. Gördüyün obyektlər var ha, ətrafında olan hər şey, bax, nə görürsən? Nə var yanında? Əlində tut­ duğun kitab, olduğun yer, gördüyün bu dünya, bu kai­ nat sənin üçün var, sənin üçün yaranıb. Dinlə, dostum, bu dünyada baş verən hər şey sənə görədir. Hər şeyin səbəbkarı sənsən. Bu şəhər, bu ölkə, bu dünya, bütün kainat, aləm sənin düşüncələrinin əksidir, həyatda, dün­ yada nə baş verirsə, onlar sənin düşüncənin bir parçası­ dır. Yaxşı, ya da pis – onların hamısı sənlikdir. Onlarda və bütün olanlarda sənin payın var. Səncə, dünya necə bir yerdir? Yaxşı, yoxsa pis? Əgər dünya və yaxud da dünyan yaxşı bir yerdirsə, sən yaxşı birisən. Əgər bura­ da, hətta bu kitabda da xoşuna gəlməyən nələrsə varsa, bax onların da günahkarı sənsən. Bir deyim var, ehtimal ki, artıq bu deyimi eşitmisən, amma mən yenə də sənin üçün onu xatırladım: “Dünyanı düzəltmək istəyirsənsə, özündən başla!” Həqiqətən də gözəl və doğru deyim­ dir. Ətrafında xoşa gəlməyən bir şeylər baş verirsə, bu səndən asılı deyil fikrini daha düşüncəndən çıxar, o fikri elə bir yerə at ki, bir daha nə sən, nə də bir kimsə tapa bilsin. Bunları sənə ona görə deyirəm ki, daha bir şeylərin fərqinə var və dünyanı, kainatı düzəltməyə başla, dünya sənin düşüncələrindədir. Ümid edirəm ki, istiqamət verməyə çalışdığım yolda hərəkət edəcək və bu yolboyu gördüklərindən, qarşılaşdıqlarından nəticə çıxaracaqsan. Bir də bunu deyim ki, “nə eşitdiklərinə, nə də gördüklərinə”, aşkar həqiqətə söykənmədən, vicdan məhkəməsinin doğrulamadığı qərarlarla nəticə çıxarıb hərəkət etmə, inanma.

***
Məncə, bu qədər bəsdir marketinqçilər sayağı yaz­ dıqlarım, ya da bəzi psixoloji kitablar kimimi yazmalı idim? Hər nə isə... Başqa kitab yazmağa fürsətim olar­ sa, bəlkə o zaman belə fikirlərdən yazmağı düşünərəm. Daha keçək əsərimizə. Haradan başlayaq, dostum? Heç özüm də haradan başlayacağımı dəqiqləşdirməmişəm. Gəl belə edək: səni səmaya çıxaracağam. Hə, indi bir düşün, səmada olduğunu düşün. Heç bir şeyə tutunma­ dan səmada qaldığını düşün. Yüksəklərə get, zülmətə sarı. Qaranlıq boşluqda heç bir şeydən asılı olmadan eləcə orada durmusan. O sonsuzluqdan Yer kürəsinə baxırsan, doğrusu, sonsuzluqda deyil, amma boş ver və düşünməyə davam elə. Tam səssizlik və görmədiyin qədər yalnızsan. Bu qədər bəsdir, məncə, orada çox qal­ mağını istəmirəm, havasız yerdir, ölməyini istəmərəm, çünki yazdığım kitabı oxuyub bitirməlisən. Aşağıya gəl, dünyaya tərəf. Asiya qitəsinin harda olduğunu bilirsənmi? Bu qitədə dünyanın ən böyük gölü olan Xəzər dənizi var. Ona çox böyük olduğundan dəniz deyirlər. İndi sən Xəzər dənizinin qərb sahillərinə tərəf bax. Hə, dostum, səmadan Xəzər dənizində dimdik kimi görünən o torpaq sahəsi Abşeron yarımadasıdır. Səmadan asta­asta ora yaxınlaş, Bakıya gəl. Ah, uça bilsəydik, nə gözəl olardı, hər yerə uçaraq gedərdik, sən də xəyalən uç. Hardasan indi? De, sənə istiqamət verim, məni tapa biləsən. Daha burada dayanaq, çünki özüm də bezdim. Səni Bakıya ona görə gətirdim ki, oxudu­ ğun bu əsəri yazdığım zaman necə bir yerdə yaşadığı­ mı biləsən. Mən doğma­böyümə bu şəhərdən deyiləm, mənim üçün bura qərib diyardır. Burada ailəmdən, yaxınlarımdan, bir çox dost­tanışlarımdan uzaqdayam.

Respublikamızda olan əksər ali təhsil müəssisələri Bakı şəhərində yerləşir və mən həmin müəssisələrin birində tələbə olduğum üçün burada yaşayıram. “Otaq Yol­ daşım Pinti” adlandırdığımız bu kitabda da sənə Bakı şəhərində yaşadığım tələbə həyatından bəhs edəcəyəm. Sənə bu adla bir sıra əhvalatları danışacağam. Sən də bəlkə tələbəsən, bəlkə də olmusan, bəlkə də olacaqsan, bəlkə də... bəlkə də... bəlkə də... sıranı artırmaqla da­ vam edə bilərəm. Amma onu da bilirik ki, hər il dünya əhalisinin 3­4 faizi universitet həyatına qədəm qoyur. Geridə qalan 96­97 faiz insansa bakalavr təhsilindən müxtəlif səbəblərdən məhrum olur. Tələbə həyatı yaşa­ yanlara “Otaq yoldaşım Pinti” bir xatirə olacaq, tələbə həyatı yaşamayanlar üçünsə tələbəlik necə bir hissdir, tələbəlik necə keçir, ən azından mənim gördüyüm bu­ caqdan görsənən mənzərəni təsvir etməyə çalışacağam. Mövzuya keçməmişdən öncə onu da deyim ki, mənim üçün tələbəlik qarın ağrısından sonra unitazda gördü­ yünüz şeydir. Lakin etiraf edim ki, çox gözəl tərəfləri də var.

Yazar: Elmar Şahbazov
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 470
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri