Ay parası (8-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 5 301
Səs ver:
(səs: 1)
Evdən çıxıb günümü boş - boş çöllərdə keçirtdim. Fikirim olduqca qarışıq idi. Bundan sonra bizimlə bir qız yaşayacaqdı. Həmdə, çox balaca bir qız...
Tapşırdığı rəngi almamış evə gedə bilməzdim. Almayada bilərdim, amma içimdən almaq keçmişdi. Havalarda getdikcə daha soyuyurdu. Nə də olmasa qış yaxınlaşıb, öz sözünü deyirdi. Havalardan danışmaqda sanki mənə qalmışdı.
Maşını küçənin başına çəkib saxlayaraq, evə getmək üçün saatın bir az daha keçməsini gözləyirdim. Saat 8 olmamış evə necə gedim axı? Deməzlərimi "Ati bu nə vaxtın gəlməyidi?"
Evə 1 - dən tez, 4 - dən gec gəlmişliyim olmayıb bu vaxta qədər. Ya biri məni burda görsə? Hələ, manyak Nicatın dilinə hec düşmək istəməzdim... Evimə gedirdim, nə deyə bilərdilər? Maşını işə saldım...
Evə gəlib çataraq, qapını açar ilə açıb evə gəldim. Evə biri gəldiyini hiss etmədilər belə...
Hamısı divanda oturan, Aylanın yanına oturub gülüb danışırdılar. Sanki, bir pəri qızının ətrafında idilər...
Gəldiyimi bəlli etmək üçün boğazımı təmizləyib, yüksəkdən səs çıxartdım. Hamsı bir anda səsin kəsib mənə dönüb baxdılar.

Nicat Aylanın yanından qalxıb "Ati nə tez gəlmisən evə?"dedi.

Gözlədiyim bir sual...
Onlara tərəf irəlləyib "Başım ağrıyırdı bir az məndə dincəlməyə gəldim evə"dedim.

Elvin mənə inanmamış kimi bir baxış atdıqda, Aylaya baxmamaq üçün özümü güclə tutmuşdum. Alınmamışdı ...

Ayla onların yanından durub mənim yanıma gələrək "Əlindəki boyadı? Boyanı almısan" dedi böyük sevinc ilə. Əlimdəki boyaya baxıb, birdə dostlarıma baxdım... Ya Aylanı üzəcəkdim, ya da özümü... Onu incitməyə dilim varmadı...
Boyanı ona uzadıb "Bu da istədiyin rəng" dedim. Rəngi əlimdən alıb sevinərək Elvinə dönüb "Naringi, sacıma rəng qoyayacaq sizin yanınızdan 5 dəqiqəliyinə ayrılıram mən"dedi.

Elvin "Ayla, mən qoyaram rəngi. Atilla onsuz yorulub. O, yatmağa gedəcək" deyərək mənə göz vurdu. Niyə Aylanı məndən uzaq tutmaq istəyirdi? Mənim qədər, oda günahkar idi...
Ayla üzünü asıb, dodaqlarını sallayaraq yox mənasında başını yellədi.

"Boyanı sacıma naringi qoyacaq. Onun qoymağını istəyirəm"

Təkrar - təkrar yenə danışmağa başladıqda dayana bilməyib "Yaxşı, gəl yuxarı"dedim. Oda gülərək yanımızdan ayrılıb yuxarı çıxmağa başladı. Məndə getmək istədikdə Elvin qolumdan tutub məni saxlayaraq "Beynindən nə keçir bilmirəm, amma onun sənə görə pis olduğunu görsəm, qarşında məni görəcəksən!" dedi. Qolumu əlindən çəkib hec bir sey demədən yuxarı qalxdım. Yəqin, Elvinin otağında olardı. Qapını döyüb içəri keçdim.
Ayla divanda oturub boyaya baxaraq öz özünə gülürdü.

"Lali, məni sevirlər artıq"dedi.

Lali kim idi?
Öz xəyal dünyasında idi?

"Sən məni aldadırsan! Məcburiyyətdən etmirlər! Atillada mənə boya alıb gətirdi! Sus Lali! Daha sənin fikirlərinə qulaq asmayacam! Ölmək üçün dəqiqələrimi saymayacam!"

Danışdığı sözlər haqqda hec bir fikrim yox idi. Nə dəqiqələri sayırdı? Yenə ölmək eşqinə düşmüşdü? Onu qorxutmamağa çalışıb dilimin ucunda "Ayla..."dedim. Adını eşidən kimi, baxışlarını boyadan çəkdi.

"Lali, susmur yenə danışır... Boyanı sabah qoyarsan... İndi mahnı dinləməliyəm mən"

Qəbul etməkdən başqa bir çarəm yox idi. Amma onu tək qoymaq fikrimdə yox idi. Ayla qulaqcığın əlinə alıb, qulaqcığın düyümün açmağa çalışarkən "Mənə əzab vermə! Az qalıb bitəcəksən indi! Çıxacaqsan yoxa!"dedi.
Ona yaxınlaşıb aşağı çökərək əlindəki qulaqcığı alıb düyümlərin özüm açmağa çalışdım. Çünki, qulaqcığın düyümün açmayıb, özünə əziyyət edirdi. Düyümü açmağa çalışarkən, gözüm biləyinə sataşdı. 1- 2 damcı qan ləkəsi üzə çıxmışdı, sarğıdan. Sarğısı dəyişilməli idi.
Düyümü tam açıb qulaqcığı onun əlinə verdim.

"Sən mahnı dinləyirsən, məndə biləyindəki sarğını dəyişirəm"dedim.

Bu sözümdən sonra biləyinə baxdı.

"Yeri çox pisdi... Görmək istəmərsən"dedi üzüntülü şəkildə.

Öz içi yaralı idi, biləyindəki yara onun yanında hec nə idi...

"Sən mahnı dinlə"deyib ayağa qalxıb sağa - sola baxdım. Dərmanları harda idi? Aşağı düşüb Elvindən soruşaydım, məni otaqdan çıxardacağını bilirdim. Onun üçün gözüm otağı gəzməyə başladı. Otağın hər yerinı baxdıqda son olaraq çarpayının yanındakı çəkməcəni açdım. Bir necə dərman, biləyini sarmaq üçün lazımlı olan hər sey var idi. Lazım olan hər seyi əlimə alıb divanın bir küncünə oturdum. Aylada mahnı dinləyərək biləyini dizimin üstünə qoydu.
Sarğını açıb bir kənara qoydum Necə kəsmişdi...
Bunu ona elətdirən qüvvə nə idi...?

"Pis olacaqsan demişdim..."dedi.

Bir cavab vermədən, işimi görməyə başladım...

"Mən evin kənarına bir yelləncək istəmişdim... Elvin hələdə almayıb"dedi bu dəfə.

Yelləncək?

"Mavi rəngdə olsun. Mavi yelləncəkdə yellənmək istəyirəm"dedi təkrar.

Yavaş davranaraq binti biləyinə sarmağa başladım.

"Sən boyanı aldın gətirdin... Amma Elvin mənə yelləncək almadı..."deyib digər əli ilə qulaqcığı qulağından çıxartdı. Deyəsən, özünü yaxşı hiss edirdi...
Bunu deməsi ilə qapı döyülməyə başladı. İçəri Rəhim ilə Elvin daxil oldu...
Elvin, Aylanın biləyini əlimdə gördükdə "Burda nə baş verir?!"dedi.
Mən ayağa qalxdıqda Ayla "Biləyim qanamışdı, oda dəyişdi..."dedi.

"Yaxşı yemək vaxtıdı indi. Gəlin, aşağı düşəyin" deyə Rəhim araya girdi.

"Ortalığı siz yığşdırarsız" deyib otaqdan çıxdım. Ayaq yoluna daxil olub əlimi üzümü yuyub güzgüyə baxdım. Yelləncək istəyirdi...
Məndə təşkil edərdim...
Telefonu cibimdən çıxardıb tanış birinə zəng edib, yelləncək tapmasını xahis elədim. Daha doğrusu mavi yelləncək... Daha sonra otaqdan çıxıb aşağı düşdüm. Hər kəs masanın ətrafında idi. Məndə gəlib masa ətrafına əyləşdim.
Nicat bütün qızardılmış toyuq budların öz boşqabına yığmışdı.

"Səndən başqa adam yoxdu bu masa ətrafında?"deyib gözüm ilə boşqabındakıları işarət etdim. Yediyi budu yarım saxlayıb "Ayıb olsun sənə. Sən mənim yediyimi sayırsan?" dedi gülərək. Ona 'mən gülürəmmi?' ifadəsi ilə baxdım. Gülüşünü yavaş - yavaş kəsməyə başladı.

"Yaxşı Atii. Mən ürəyi açıq oğlanam, budumun birin səninlə bölüşərəm"dedi üzsüzlüyünə salıb. Bu deyişinə Aylada gülməyə başlayıb
"Sən budunu versən, yeriyə bilmərsən axı sonra"dedi.

Masa ətrafında dönən söhbətə bax...

Nicat "Toyuğun budun deyirdim şirinə. Mənim öz budumu Ati bəyənməz"deyə içdiyi vişnəli meyvə suyunu şərəfə qaldırdı. Aylada meyvə şirəsini Nicatın meyvə şirəsi ilə toqquşdurub içdikdən sonra əlində tutduğu meyvə şirəsini mənə uzadıb "Al səndə iç"dedi.

İndi necə olacaqdı bəs?
Mən olduqca titiz bir insanam. O bardağdanda qətiyyən su içə bilməzdim.
Elvin Aylanın əlindəki bardagı yerə salıb "Julietim, sənin bu naringin çox titiz adamdı. Onun üçün içə bilməz bu suyu. Amma mən içərəm"dedi. Ayla məyus bir halda göz altı mənə baxıb "Romeo, al sənin olsun"dedi bardağı ona uzadıb. Onu incitdim...
Amma bu özümdən aslı olan bir sey deyildi...
Elvin meyvə şirəsini alıb içdi...
Bu gecə Rəhimin növbəsi idi. Ayla ilə O, qalacaqdı... Məndə öz otağıma çəkilib düşünürdüm. Meyvə şirəsini içsəydim nə olacaqdı? İçməyə cəhd belə göstərmədim...
Telefonumun zəng səs eşitdikdə, fikirlərimdən ayılıb telefona baxdım. Şəms idi zəng edən... Bir bu əskiy idi. Şəms ətrafimda gəzən sıradan qızlar idi. Zəngi açmadım...
Bir daha zəng etdi. Əl çəkməyəcəkdi.

Eşidirəm
- Niyə clubda yoxsan?
Yoxamsa, yoxam deməkdi. Niyə zəng edirsən?
- Atii mən sənin üçün darıxmışam
Şəms, indi o halda deyiləm. Sağ ol

Dahada bir sey deməsini gözləmədən telefonu söndürdüm.
Necə keçdiyini, bitdiyini bilmədiyim bir gecənin sabahı açılmışdı. Gözlərimi dostumun zəngi ilə açmışdım. Yelləncəyi tapıb gətirmişdi. Məndə indi evin kənarına qoyduğum mavi rəngli yelləncəyə baxırdım. Uşaq parkında olan yelləncəklərdən idi. Aylanın bunu görüb sevinməyini böyük səbirsizliklə gözləyirdim...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 5 301
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri