Gülümsə Qadın (12-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4 240
Səs ver:
(səs: 0)
Gözəlin dilindən davam
Bəzən insan çox söz danışa bilməz. Bir qucaqlama bəs edər...
Bir qucaqlamanın bəs etdiyi saatlarda idik biz. Yad bir insanı qucaqlamışdım. Bunu inkar edə bilməzdim. Mənə yaraşan hərəkətdə deyildi. Ancaq ilk dəfəydi ürəyimdən gəldiyi kimi hərəkət etmişdim. Dünənə qədər ağılımın səsinə qulaq asıb olmaz deyərək, həm özümü həm Mələyi, həmdə Ceyhunu incidirdim. Mələyin qızdırması isə mənə dərs olmuşdu. Kicik yaşında, onu bu problemlərlə üz üzə qoya bilməzdim mən. Özümü sıxaraq, öz xoşbəxtliyəmə kölgə salırdım. Buna özüm dayana bilərdim. Qızım, isə dayana bilməzdi.
İndi isə sıra ondan ayrılmaqda idi. Ondan ayrılıb burnumu çəkdim. O, isə eləcə mənə baxmağa davam edirdi.

"Çirkin görünürəm hə?"deyib üzümü gözümü əlim ilə yenidən silməyə başladım

"Mən, ağlayaraq bu qədər gözəl olan qadın görməmişdim hələ"dedi

Yox, mən ağlayanda çirkin olduğumu bilirdim. Üzüm, gözüm hamısı qızarırdı. Burnumda o dəqiqə şişərdi

"Çirkinəm mən" deyərək yerdən dəstək alıb ayağa qalxmağa çalışdım. Lakin, sağ qolumdan tutub məni özünə tərəf çəkdi. Çəkməsi ilə üstünə düşüməyim bir oldu. Bir əlini yerə qoyub tarazlığını saxladığı üçün tam yıxılmamışdıq

"Kipriklərini, nəmli görmək istəmirəm daha. Onlara nəmli olmaq yaraşmır"dedi

"Ağlamadığımı düşün" deyərək yanından ayağa qalxmağı bacardım. Bu günü yaddaşımdan çıxardıb atmaq istədiyim, dəqiq idi. Mətbəxin qapısını açaraq, mətbəxdən çıxdım. Ceyhunda arxamca gəldi. Divanın künc hissəsinə söykənib Mələyə baxdım. Günün sonunda Ceyhuna qovuşaraq, rahat yata bilmişdi. Ona bağlanma səbəbi nə idi bilmirdim. Mənim görmədiyimi görürdü... Balaca qızın qəlbini ala bilmək daha asand idi. Ceyhunda yanımdan keçib Mələyin yanına gəlib alınından öpərək geri çəkildi.
"Mən çox gec olmadan gedim. Səndə dincəlmənə bax"deyərək qapının yanına gəldi. Məndə ardıyca getdim. Ayaqqabıların geyinərkən, divara söykənib ona baxırdım. Yaxşı biri idimi? Yaxşı görünməyəmi çalışırdı? Mən belə seyləri seçə bilmirdim.
Ayaqqabıların geyindikdə, üzünə düşən saclarında geri verdi. Gedirdi...
Əlini qaldırıb, üzümə yapışan sac telimi qulaq ardıma verərək, qısa olan sac uclarıma toxundu. Toxunuşu buz kəsən qəlibimi isidərkən, bir yandanda aramızda bir dağların olduğunu mənə xatırlatdı. Görünməz, olan bir dağ. Nağıllara sığınacaq bir yaşda deyildim. Görünməz olasada, görə bilmədiyimiz reallıqlar çox idi. Əllərini aşağı saldıqdan sonra "Mən ən yaxşısı gedim. Qaldıqca, sənin canını sıxmağa başlayacam. Gecən xeirə"dedi. Sonrasa qapını açaraq evdən çıxdı.

Yadımdan çıxmayan dünən axşam ilə səhərimizi açmışdıq. Havanın soyuqluğu yene davam etdiyindən, Mələyin əynini qalın geyindirmişdim. Qızdırmasıda, düşmüşdü. Mələyi bağçaya aparıb, özüm iş başına keçid etdim. Ağlımdan, Ceyhunun qolunda gördüyüm sac bantı çıxmırdı. Qızımın idi, o sac bantı...
Bizə çox yaxın idi. Düşündüyümdən belə yaxın idi. Ona əsəbləşsəmdə, yanımızda var olmasıda bizə hüzur verirdi. Məni tək hüzursuz edən sey isə, ətrafım idi.
Beynimi həm şəxsi həyatıma, həmdə işimə çox yorduğumdan günün yarsında başım ağrımağa başlamışdı. Bu gündə hec Ceyhuna rastlamamışdım. Əlimi alınıma qoyub masaj etməyə başladıqda, otağımın qapısı döyüldü. Qapıya baxdıqda, içəri girən Xəqanini gördüm. Ah, Xəqani bəlasıda vardı canımda. Mən olmaz dedikcə, canıma yapışıb qalan biri daha vardı.
"Səni bu gün ortalıqda görmədim deyə, otağına gəldim" deyərək yanıma gəlib madamın küncünə söykəndi

"Səni hec çəkə bilmərəm. Başım ağrıyır mənim"

"Baş ağrı dərmanın yoxdu?"

"Yoxdu"

"Mən tapıb gətirərəm indi. Sənin başının ağrımasına dayana bilmərəm"

"Xəqani, başlama yene"

"Yaxşı, nə dedimki mən? Mən dərman tapıb gəlirəm, gözəllik"

Son günlərdə, Xəqanidə mənə yaxın dururdu. Ceyhuna inad olsun deyəmi edirdi bilmirdim. Onun getdiyi 10 dəqiqə olmamış, qapım yenidən döyüldü. Onun gəldiyini bildiyim üçün qapıya tərəf hec baxmadan, başımı aşağı saldım. Qapı açılıb bağlandıqdan sonra adım səsləri qulağıma gəldi. Sonra isə onun "Günəşim, öz otağında gizlənib deyə, hava bu gün çox soyuqdu"deyişini eşitdim. Xəqanin gəlməyini gözləyərkən, Ceyhun gəlmişdi. Həm də gözəl bir cümlə ilə...

"Bulduların arxasına saxlanmışam, bəlkədə" deyərək ayağa qalxdım.

"Məndə o bulud topaların dağıdaram. Sən təkrar üzə çıxarsan. Sənə gizlənmək yaraşmır. Bu gün sənsizlikdə, çox üşüdüm mən"dedi

"Məndə çox darıxdım" deyərək həqiqəti inkar etmədim

"Mən daha çox darıxdım. Elə darıxmışamki, beynimdən çıxardıb ata bilmirəm, sənin mavi gözlərini..." deməsi ilə qapı açıldı. Xəqani qaşların indidən çataraq içəri daxil olduqda, Ceyhun qollarını iki yanda birləşdirib ona baxdı.
Xəqani "Gözəllik, baş ağrı dərmanı tapdım sənin üçün" deyərək əlindəki dərmanı mənə uzatdı. Ceyhuna baxmadan, əlindəki dərmanı alıb "Çox sağ ol, əziyyət oldu sənədə"dedim.

"Əziyyət nədi. Mənim üçün xoşdu. Başının ağırmasını istəmərəm. Nə də bəziləri kimi başının ağrısına səbəb olmaram"

Xəqanin bu sözündən sonra, Ceyhun gülməyə başladı. Əsəbindən güldüyünü görə bilirdim.
Ceyhun gülüşün yarıda kəsərək "Sən bir az daha danışmağa davam eləsən, başın çox pis ağırayacaq! Ağrımayan başını ağırıtma!"dedi.
Yenə bir dava dalaş çıxmasın deyə tez araya girib "Xəqani dərman üçün bir daha təşəkkür edirəm. Qapını örtükdə, yavaş bağla"dedim.
Nə dediyimi başa düşdüyü üçün tərs - tərs Ceyhuna baxıb, otaqdan çıxdı.

"Başının ağrısını niyə mənə demirsən? Ondan gedib, dərman istəyirsən?!"

"Ondan dərman istəmədim mən. Gördü başım ağrıyır, getdi dərman tapın gətirdi. Burda böyüdüləcək bir sey yoxdu"

"Gözəllik, deməsidə problem deyil?! Dərmanı verib çıxıb gedə bilmir, gərək artislik edə!"

"Sənə nə? Bu nə əsəbdi?"

"Nə gözəl, mən bu xanım üçün ailəmi qarşıma alıb qızla görüşməyim, amma O, sənə nə?desin mənə. Ağılsızam... Bunu səndən xoşlandığımda, başa düşməli idim... Bir imkansıza meyilli olduğumda..."

Xoşlandığını dilinə gətirmişdi...
Əlimdə tutduğum dərman, əlim əsdiyindən yerə düşdü

"Xoşlanırsan?"dedim

"Xoşlanmıram"dedi

Məni necə incitdiyindən bir xəbərsiz oldu. Bir adım geri çəkildim. O, isə geri çəkildiyimi görüb mənə yaxınlaşdı

"Xoşlanmıram artıq"deyə təkrar etdikdə "Sus daha!"dedim. Susmalıydı... Susmayasıdı, daha çox qıracaqdı məni. Lakin, susmağada niyyətli deyildi. Dodaqlarını aralayıb "Çünki, dəli oluram mən sənə"dedi.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 240
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri