Çəhrayı Yalan (21-ci Bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 420
Səs ver:
(səs: 0)
Yeni il, yeni ay və yeni ayın ilk günü...
Dünən axşam yeməyi mənim və masa ətrafında olan iki nəfər üçün çox səssiz keçmişdi. Bacardığımız qədər bir - birimizin üzünə belə baxmamağa çalışmışdıq. Sanki, nədənsə qaçırdıq... İnsan hisslərindən qaçar, etdiyi səhvlərindən qaçar... Bəs biz nəydən qaçırdıq? Fəqanı dünyasından ayırmaq istəyərkən, onun öz dünyasına mən giriş etmişdim. Onun kimi soyuq və səmimiyyətsiz biri olmaq istəyirdim. Etdiyim yaxşılıqlara qarşı hər zaman kor oldu. Növbə məndə idi... Gözlərimi bağlayacaqdım...
Otağımdan çıxıb aşağı düşdüm. İlk gün necədə soyuq keçirdi... Ətrafda olan bəzəklərə baxıb başımı yellətdim. İnsanda bir həvəs olsun, belə buraxmamışdılar... Oysa, mən adi bəzəyə belə gülümsəyən qız idim. Mətbəxə daxil olmaq istədiyimdə, qapı döyüldü. Bu evin qapısı döyülməzdi... Qapıya yaxınlaşıb qapını açdım. Qarşımda hec kimi görə bilmədim. Qapını bağlamaq istədiyimdə gözüm yerdə olan ağ rəngli məktub kağızına sataşdı. Aşağı əyilib məktubu əlimə aldım. Kimə gəlmişdi? Arxasını çevirib baxdığımda "Jasmin'ə" yazısını gördüm. Bu evdə başqa Jasmin yaşamadığına görə, yəqinki mənə idi. Qapını bağlayıb içəri keçdim. Məktubu açmağa başladığımda, Cahad mərdivəndən aşağı düşməyə başladı. Onu görər görməz məktubu arxama saxladım. İçində nə yazıldığını, kimdən olduğunu bilmədiyimdən onun yanında açmaq istəmirdim. "Məndən nə gizlədirsən?"deyib yanımda dayandığında məktubu çıxardıb ona göstərdim. Gözündəndə hec nə qaçmırdı!

"Məktubdu... Mənə gəlib. Kimdən gəldiyini bilmirəm" dedim

"Aç baxaq görək içində nə yazılıb"

"Sonra açaram elədə vacib deyil mənim üçün"
"İndi açırsan"

"Çox inadkarsan!"

Məktubu açıb, içindən vərəyi çıxartdım. Vərəqdə yazılan sözləri öz içimdə oxumağa başladım

"Həyatımı gözəlləşdirdiyin üçün, sənə təşəkkür edirəm
İmza: A "

Bu nə idi? Açdığım kimi vərəyi bağlayıb, süni gülüş ilə "Boş bir sey imiş" dedim. Allah eşqinə məktubda yazılan söz nə idi? Cahad inanmamış olacaqki, məktubu əlimdən alıb oxumağa başladı. Oxuduğu kimi məktubu əlində sıxıb "A kimdi?" dedi. Mən hardan bilim kimdi...

"Sənin kimi məndə tanımıram kimliyini"

"Kimliyini tanımırsan, ancaq cəsarət edib evinə məktub göndərir?!"

"Cahad boşuna qısqanırsan, mən A nın kim olduğunu bilmirəm. Tanısam belə bir mənası olmaz mənim üçün"

"Başıma yeni - yeni icadlar çıxarma!"

"Elə deyirsənki elə bil mən, kimdənsə istəmişəm mənə məktub yazmasını!"

"Bu məktubu hər kim yazıbsa onu tapıb günün göstərcəm ona mən! Və indi dua eləki işim var gedirəm. Gələndə danışacam səninlə"

"Qısqanclığınıda götür çıx get! Sən qısqanmağa boşuna yer axtarırsan!"

Bir məktubuda qısqanar insan? Cahad əlində sıxdığı məktubu mənim əllərimin arasına qoydu. Üzümə düşən dağınıq saclarımı sağ qulağımın ardına verməyə başlayıb "Səndə olan gözəlliyi biri görəcək deyə, çox qorxuram..." dedi. Ona olan əsəbim bu sözü ilə keçib getdi yenə... Yanağıma dodaqlarını basdırıb kicik bir öpüş qonduraraq geri çəkildi. Yanımdan keçib ayaqqablarını geyinməyə başladı. Ona qarşı olan hissim məni nə vaxtsa ələ verəcəkdi...
Qapını açıb çıxmaq istədiyində "Evə gec gəlmə... Sənsiz darxıram" dedim.

"Anama başa çəkəcəm. İş yerində bir necə əşya var onun yerin dəyişdirəcək. İşim bitən kimi evə gələcəm. Harda olmağımdan aslı olmayaraq, hər zaman ağılımdasan" dedi

Getdiyindən sonra əlimdəki məktubu qatlayıb cibimə yerləşdirdim. Dediyim kimi mənim üçün bu məktubun bir mənası yox idi. Mən kiminsə həyatını gözəlləşdirib etməmişdim. Mətbəxə daxil olub özüm üçün meyvə doğramağa başladım. Film izləyib, yemək üçün. Qulağıma ayaq səsləri gəldiyində hansınınsa aşağı düşdüyünü düşündüm. Hardasa günorta olacaqdı, ancaq hec birini ortalıqda görməmişdim.Mətbəxə daxil olanın İlkin olduğunu gördümdə üzümü çevirib alma doğramaqla məşğul oldum.
Səbəbsizcə məni burda öpdüyü gün yadıma düşdü. O, iyrənc bir insan idi... Çaydanlığın altını yandırıb yanımda dayandı. Düz üzümə baxırdı, mən isə işimlə məşğul olurdum
"Mənə nəsə deməyəcəksən?" dedi.
Bu nə üzsüzlük idi?! Bu nə rahatlıq idi?!
Çevrilib ona tərəf baxdım. Çəkinən biri vardısa, bu O olamalı idi, mən deyil!

"Sənin kimi üzsüzə nə deməyimi gözləyirsən məndən?!" dedim

"Mən etdiyim hərəkətdən çox peşmanam... Necə oldu hec bilmirəm... Bir anlıq əsəblə oldu... Şilləni atmasaydın, bunlar olmayacaqdı"

"Məni günahkar çıxardırsan?!"

"Jasmin üzr istəyirəm səndən... Mən onsuzda çox peşmanam... Nə edəcəyimidə bilmirəm"

"Sən bilmirsən amma mən nə edəcəyimi çox gözəl bilirəm. Rəvanəyə hər seyi deyəcəm! Sevgilisinin nə etdiyini bilsin!"

"Səən... Sən Rəvanəni hardan bilirsən?" dedi bir anlıq şok keçirdərək.

"Sevgilin bunu bilsə nə olacaq? Varinat sayıram... Bir, səndən ayrılacaq... İki, sənin üzünə belə baxmayacaq... Üç, bir şillədə O vuracaq sənin üzünə! Cəzanı alacaqsan!"

"Belə sey edə bilmərsən! Məni ondan ayıra bilmərsən!"

"Bunu sən istədin! Sevgilinə xəyanət sən etdin!"

"Ona nəsə demis olsan, Cahadda hər seyi öyrənəcək!"

"Mənim itirəcəyim hec bir seyim yoxdu İlkin! Amma sənin var... Sənin bir sevgilin var..." deyib işarət barmağımı ürəyinin üstünə basdıra - basdıra "O, sevgilin bunu öyrəndiyində sənə nifrət edəcək... Şərəfsizliyini oda öyrənəcək!" dedim. Özümü ona əsla əzdirməyəcəkdim daha. Qarşısında dik dayana bildiyim üçüm özümlə qürur duymuşdum hətda. Üzünə daha çox baxmadan, doğradığım meyvələri bir qaba yığıb mətbəxdən çıxdım

(Saatlar Sonra)
Qərarlı idim... Rəvanəyə hər seyi deməyi düşünürdüm. Ara yerdə Fəqan getmiş olsada. Bir növ aranı qatmış kimi olacaqdım. Ancaq mən ağlarkən əsla İlkini güldürməyəcəkdim! İçimdə Cahada qarşı yaranan vicdan əzabımı basdırmağa çalışırdım. Necədə hər seydən xəbərsiz idi... Ona bunu deməyə cəsarət edə bilmirdim. Belədə yalan danışmış olurdum. Çəhrayı yalanımın arxasına sığınırdım... Qarışıq idi bu mövzu mənim üçün. Hələlik ortada olan həqiqətləri bir kənara atıb marketə getmək üçün evdən çıxdım. Atışdırmalıq bir şeylər almağı düşünürdüm. Cahadda hələdə yox idi. Ara - sıra mesajlaşmışdıq. Demək olar bu gün ondan ayrı qalmışdım. Evə yaxın bir market olmadığından öz məhləmizdən çıxmışdım. İrəllədikcə qarşıdan tanış birinin gəldiyini gördüm. Evdə belə rastlamadığım Fəqana, indi yolda rast gəlmişdim... Məni gördüyündə atdığı addımlarını yavaşladıb yolun ortasında dayandı. Danışmaq üçün belə etmişdisə, səhv yolda dayanmışdı... Yolun daha kənar hissəsinə keçib yeridiyimdə "Məndən qaçmağa çalışma. Balaca olsanda, görünürsən" dedi. Çox tutarsız insan idi... Bir dediyi, digər dediyini tutmurdu... Onun yanan canını mən daha çox yandırmaq istəyirdim. Bu isə danışmaqdan, qaçmaqla alınası bir işə oxşamırdı.

"Mən səndən qaçmıram. Sən məndən qaçırsansa bu başqa məsələ" dedim

"Demək, özünü bağışlamısan"

"Mən bağışlanılası hec nə etməmişəm! Hər sey sənin qardaşının başın altından çıxdı... Mən özümü niyə yormalıyam? Nəyə görə sənə bir seyləri sübut etdirməliyəm? Mən hər seyi Rəvanəyə danışacam!"

Rəvanənin adını eşidər eşitməz aramızda olan məsafəni tamam itirdi. Ani hərəkəti ilə məni divar ilə öz arasına qoyub. Əlini möhkəmcə divara çırpdı... Səsinə gözlərimi yumduğumda "Etdiyinzi zibil işin ucun nə Cahada toxundur, nə də Rəvanəyə!" dedi. İlk dəfə idi səsində bu qədər qəzəb gördüyüm... Gözlərimi açıb gözlərinə dikdiyimdə orda hec bir insaf görmədim. Fəqanı tanıya bilmirdim...

"Buna sən qərar verə bilməzsən! Səni istəməyən qızı düşünməyində axmaqlıqdı!" dedim

Yansın canı... Mənə etdiyi hər seyi bir - bir onun üzünə vuracaqdım!

"Çünki, sən mənim vecimə deyilsən!" deyə yenidən danışdığımda, əlini bir daha yumruq divara vurdu. Dönüb əlinə baxdığımda, əlinin qızardığını gördüm. Niyə bunu özünə edirdi?! Dəyərdimi?!

"Jasmin ağılınca mənlə oynamağa çalışırsan? Oynaya bilməzsən! Oynatmaram!" deyib aramızda olan məsafəni tam bitirdi. Gedəcək bir yerim yox idi... Burnunu üzümə toxundurduğunda, burnuma qəhvə qoxusu dolmağa başladı. Oda sadecə kicik bir oyun oynayırdı...

"Geri çəkil..." dedim asta bir səslə

"İçinə qorxu düşdü hə?" deyə boğunuq çıxan səsi ilə danışdı. Mən qorxmaq istəmirdim

"Biri görər! Uzaq dayan məndən!" dedim

"O balaca beynin ilə mənə psixoloji təsir etməyə çalışma! Hec nə olmamış kimi həyatına bax!"

"Baxmayacam! Mən Rəvanəyə hər seyi deyəcəm!" deyib onu möhkəmcə itələdim. Uzaq durmasını biləcəkdi!

"Əlinə nə keçmiş olacaq hə?!"

"İlkinin necə şərəfsiz olduğunu biləcək. Sevgilisi ola - ola bir qızı öpmək nə deməkdir hə?! Bunun hansı əxlaqi dəyəri var?!"

"Rəvanə bunu qaldıra bilməz!"

"Bəs mən? Mən qaldıra bilirəm səncə?! Mənim 5 gündə nə çəkdiklərimdən xəbərin oldu sənin? Fəqan... Mən Cahadı sevirəm... Onu sevirəm... Və onu sevdiyimi bu öpüş sayəsində başa düşdüm. Buu... Bu çox bərabad bir seydir..."

Susdu... Üzləşmək çox acı verici bir sey idi. Ortada olan həqiqətlər isə daha can yaxıcı... Onu sevməyən qızı, qorumağa çalışırdı. Bu isə düzgün deyildi

"Kaş anam evlənməsə idi... Onda səni tanımazdıq..." dedi

Bir mən ağırlıq edirdim? Mən idim gözə batan?

"Kaş atam evlənməsə idi... Onda sizi tanımazdım..." dedim

Kaşkilərə sığınmışdıq indi... İnsan hər çətinə düşəndə kaşkilərə sığınmazmı?
Fəqanın gözünün uzaqlada daldığını gördüyümdə, nəyə baxdığını görmək üçün arxaya çevrildim. Uzaqdan gələn Cahadı gördüm. Bizə çatmasını gözləmədən qarşıma çevrilib Fəqana baxdım. Fəqan isə gözlərini qısıb mənə baxdı.

"Həyatın... Həyatın dodaqlarımın arasındadı..." dedi

Ona nəsə deməyə fürsət tapmadan Cahad yanımıza gəldi

"Nə yaxşı sizlə yolda qarşılaşdım. Jasmin hara belə?"

"Marketə gedirdim"

"Bərabər gedək onda"

"Olar" dediyimdə Fəqan dodaqlarını aralayıb "Cahad dayan... Sənə söz deyəcəm"dedi. Dediyini etməzdi hər halda... Gözü bu qədərdə dönmüş ola bilməzdi!

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 420
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri