Ağ Kəpənək (2-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3741
Səs ver:
(səs: 0)
Bu günün sabahına çəkimlərim olduğundan tez tələsik süfrəni hazırlayaraq evdən çıxmışdım. Onun üçün evdən xəbərim yox idi. Evə getmək üçün işimin bitməsini gözləyirdim. Eyni yaşda olsaqda, ağılım hər zaman onların yanında qalırdı. Misal süfrəni kim yığışdırıb? Qabları kim yuyub? Günorta yeməyinə nə bişirib yeyiblər? Çox güman günortanı keçişdiriblər. Mən indi gedib axşama yemək hazırlamalı idim. Üstəlik Sabirin mənim ilə danışacağı bir söhbət vardı. Bütün gün beynimdə bunu fikirləşmişdim. İşim bitdiyində, yolda marketə dəyib evə bazarlıq etdim. Evə gəlib çatdığımda yorğun düşmüşdüm. Ortalıqda sadecə qızlar vardı. Əsma çay qoyarkən, Jalə aldıqlarıma baxırdı. Sevimli bisküvutlərin görüb "Ürəyim elə bunlardan istəyirdi. Birdənəsən e sən" dedi. Arxadan boynuma sarılaraq hər iki yanağıma öpücük qondurdu. Əsma bu halımızı görüb "Paxıllığım tutacaq haa" dedi. Jalə məndən ayrılıb sol tərəfimdə olan stola əyləşərkən,
"Sən çayı boş verdə yanıma gəl görüm bu gün nə etdiniz" dedim. Əsma qarşıma keçib oturdu.

"Lena, məndə sənə elə bunu demək istəyirdim. Hamımız gün boyu yaxşı idik. Amma Aydın ortalıqda hec görsənmədi. Bütün gün otağında oldu" dedi

"Xəstə falandı?"

"Yox qızdırması yox idi. Ancaq halı yox imiş kimi görünürdü"

"İndi hardadı?"

"İndidə otağındadı. Günorta azca yemək yeyib getdi. Yeməyi zəifləyib"

Əsmanın son sözü məni bir az düşündürdü. Və hər üçümüz bir birimizin üzünə eyni ifadə ilə baxdıq. Qorxu dolu...

Jalə bir qaşını qalıdırıb oynadaraq "Yox ağılımıza gələn sey olmaz. Aydın bizə söz vermişdi" dedi. Söz vermək asand ididə, verilən sözü tutmaq daha çətin idi. Jalədən fərqli Əsma daha kin tutucu bir qız idi. Bu səbəbdən "Aydın elə sey etmiş olsa, bu dəfə etdiyi səhvin bir əhvi olmayacaq biləsiz. Mən keçən il yaşadığımız həyata təkrar qayıtmaq istəmirəm" dedi. Bizim keçən ilimiz bir sözlə bərbad idi... Aydın ağ ölümə qurşanmışdı... Dəli - dolu olsada, ondan belə bir şey hec gözləmədik. Pis insanların əhatəsinə düşmüşdü. Narkotik almaqdan, satmağa qədər hər işi görmüşdü. Onu bu yoldan çəkindirmək bizim üçün hec asand olmadı. Bir dəlilik etməsin, deyə günlərlə başında növbədə durub gözləmişdik. Yox, məndə o günlərə qayıtmaq istəməzdim daha. Üstümüzə ilk dəfə o gün qara kölgə düşmüşdü. Qara kölgənin budularını görmək istəməzdim. Bunu bizə təkrar yaşatmazdı, Aydın...

"Qızlar dəli olmayın. Bəlkə Aydın eşqə falan düşüb edib?" dedim onları fikirlərindən yayındırmağa çalışaraq. Öz dediyimə özüm belə inanmamışdımda, amma hər nəysə! Əsma məni altdan yuxarı süzüb "Bizim Aydın? Və eşq? Aydın hara aşiq olmaq hara. Həm Aydının gözü səndən başqasını görmürüki" deməsi ilə qolundan bir çimdik götürdüm. Çimdiyin yerin tutub, ovuşdurmağa başlayarkən "Sənin birdə belə danışdığını eşitsəm, o biri qolundanda çimdik götürəcəm!" dedim söz tapmayaraq. Aydının gözünün məni görüb etməsini istəmirdim. Biz bir ailə idik...
Onların söhbətinə baş qoşmayıb mətbəxdən çıxaraq Aydının otağının yanına gəldim. Biz üç qız bir otaqda qalırdıq. Akiflə Sabir eyni otaqda qalarkən, Aydın özünə məxsus olan bir otaqda tək qalırdı. Nəzakətdən, qapını döydüm. Bir az gözlədikdən sonra içəri keçdim. İlk gözümə çarpan sey Aydının çarpayısında uzanması oldu. Ya da uzanmışdan çox yatmışa bənzəyirdi. Ətrafa nəzər yetirdim. Geyimləri otağa səpələnmişdi. Səlqəli olsa gözüm yaşarardı. Yerdə olan geyimlərin əlimə yığıb tək kreslosunun üstünə atdım. Yanına gedib ona baxdım. Gözləri yumulu idi. Amma kiprikləri oynayırdı. Yatmamışdı... Yatmış nömrəsi edirdi mənə. "Biriləri qış yuxusuna gedib" dedim onun gözlərini açması üçün. Amma onda hec bir tərpəniş olmadı. Aşağı əyilib üzünə tərəf "Aydınlığım..." deyə pıçıldadım. Saçlarım üzünə dəymiş olacaqki, burnu ilə nəfəs almağa başladı. Saçlarımın qoxusunu içinə çəkərkən "Qoxuna doyum olmur" dedi. Yatmış bəyimizin, yatmışlıq nömrəsi bura qədər imiş. Gözlərini anidən açdığında, üzünə gülüb ayağa qalxdım.
"Sən yatmışdın, mən gedirəm" dedim arxamı ona çevirib. Məni saxlayacağını bilirdim...
Düşündüyüm kimidə olmuşdu. Biləyimdən tutaraq məni özünə tərəf çəkdi. Onun üstünə düşərkən, ani hərəkət ilə belimdən tutub məni öz yanına atdı. Üstümə əyilib üzümə heyran dolusu baxışları ilə baxmağa davam edərkən "Gözəlliyin bir gün, məni öldürəcək"dedi. Dediyi qədər böyüdəcək bir gözəlliyim yox idi. Amma onun gözündə ən yaxşısı mən idim. Dediyi sözü görməzdən gəlib "Biri bizi belə görsə çox səhv başa düşəcək. Bir az məsafə saxla" dedim. Deməz olaydım, üzümə daha çox əyilib "Səndən uzaq qalmaq mənə haramdı. Sən aydınlığın, gün işığısan axı..." dedi. Sözü üzümü gülümsətdi... Alınına tökülən şabalıd rəngli saçlarına toxunmağa başlayıb "Gün işığını nə qədər sevirsən?" dedim. Saçına toxundurduğum əlimi tutaraq, bir bir barmaq uclarımı öpməyə başladı. Kiçik toxunuşları, içimdə nəyinsə qıpırdısına səbəb olurdu. Lakin, hər zamanki kimi təmkinliyi qoruyub, bunu ona bildirmirdim. Çilə barmağımın ucunada bir öpüş qondurduqdan sonra "Yer üzünün günəşə ehtiyyacı olduğu qədər, sevirəm səni... Gerisini sən düşün indi" dedi. Yer üzü günəşsiz qalsaydı, dağılardı...

Dodaqlarını alınıma basdırıb, geri çəkilərək yanımdan ayağa qalxdı. Məndə özümü tez ələ alıb çarpayısından qalxdım. Bura niyə gəldiyimi unutmamalı idim. Başımı qarışdırmasına icazə verə bilməzdim. Geyimlərini yerə ataraq mavi rəngli tək kreslosuna oturdu. O paltarları indi yığımışdım yerdən! Danış Lena, sən susduqca daha başqa şeylərə əsəbləşəcəksən!

"Aydın bu şirinliyin ilə məni yoldan çıxarda bilmərsən. De görüm mənə, sən saatlardı otaqdan niyə çıxmırsan?" dedim

"İstirahət edirəm" dedi, kinayəli səs tonunda.

"Nə bitməyən istirahət oldu?"

"Yorulmuşam, Lenam"

"Yemək yeməmisən deyə eşitdim"

"Sən mənə nə deməyə çalışırsan?!"

"Yemək yeməyini istəyirəm. Ac qalmaq olmaz. Bir dərdin varsa mənlə bölüşə bilərsən"

"Dərdim falan yoxdu mənim. Sən mənə analıq etməkdən əl çək"

"Belə oldu Aydın?!"

"Xətrinə dəymək istəmirəm Lenam. Amma sən bəzən hamımızın üstünə çox gəlirsən. Bizi özümüzlə tək başına qalmağa qoymursan"

"Təklik istəyirsən demək... Qal tək... Axşam yeməyinədə bu otaqdan çıxma!" deyə ona sərt çıxdım. Sürətli adımlar ilə otağından çıxıb, qapını möhkəmcə örtdüm. Sən məndən nəsə gizləyirsən Aydın... Yoxsa belə sözlər deyib məni özündən uzaq tutmazdın. Saxladığın sey hər nə idisə tapacaqdım...

***

Axşam yeməyimizi yemişdik. Yemək o qədər səssiz keçmişdiki, sanki ölənimiz vardı. Bizdə onun yasın tuturduq. Bunun səbəbidə Aydın idi. Axşam yeməyinədə ortalığa gəlməmişdi. Və bu Akifi narahat etmişdi. Ortalığı yığışdırandan sonra Sabir ilə bərabər balkona çıxdıq. Onun mənə deyəcəyi sözü səbirsizliklə gözləyirdim. Havanın soyuğun azca ciyərlərimə çəkib yanımda dayanan Sabirə çevrildim. Qıvırcıq bir az fikirli görsənirdi. Həmdə gözü uzaqlara baxırdı...

"Mənim qıvırcığımı belə düşündürən sey nədi?" dedim. Uzaqda olan gözlərini çəkib, mənə baxdı.

"Sey Lena... Mənim bir qızla danışdığımı bilirdində hə?" dedi

"Həə Sabir bilirdim. Sevdanı deyirsən?"

"Həə Sevda... Əvvəl onunla elə belə danışırdım. Sonra onu sevdim. Neçə müddətdidə sevgiliyik"

"Bu gözəl bir xəbərdi. Sən niyə pis olursan?"

"Sizlə tanış olmaq istəyir..." dediyində başını aşağı saldı. "Hey başını dik tut!" dedim.

"Bizim hamı kimi bir ailəmiz olmadı. Onu sizlə tanış edəcəm. O, məni belə qəbul edir. Ya onun valideyinləri buna razı olmasa?"

"Belə olmağımız bizim günahımız deyil Sabir. Sən bunları düşünməməlisən. Həm biz bir birimizə həm anayıq, həmdə atayıq. Sən sevin... Başına ən gözəl sey gəlib. Sevgi hissini dadmısan"

"Sən insanı rahatladırsan"

"Sabah axşama Sevdanı evimizə dəvət et. Ona gözəl axşam yeməyi hazırlayarıq. Əminəm O, bizi sevəcək. Sevilməyəcək bir yanımız yoxduki" dedim, özümüzü tərif etmədən qala bilməyib.
"Sən... Sən yaxşıki varsan..." deyib məni qucaqladı. Siz olmasaydınız, məndə olmazdım...
Sabirdən ayrıldığımda, Akif yanımıza gəldi. Ciddi bəyimizin üzündə bir təbəssüm yaranmışdı. Akif ailəmizin ən ciddisi idi. Ciddi görünütüsü vardı deyək. Ancaq ürəyinin içi çox yumşaq idi. "Evin otaqların əlinizdən alıblar?" deyə yanımıza yaxınlaşdı. Sabir mənə göz vurduğunda "Xeyir bir iş varda onu danışırdıq" dedim.

"Nə xeyiri?"

"Bizim Sabir qız sevir"

"Onu çoxdan bilirəm mən"

"Off! Qızla sevgilidi. Sabahda qız bizə gələcək. Bəs bunu bilirdin?"

"Bax bunu bilmirdim. Ay səni Sabir, altdan - altdan nə işlər görürsənmişdə xəbərimiz yox imiş" deyərək Sabirin qıvırcıq saçlarını qarışdırdı. Nədənsə evdə hər kəs bu hərəkəti təkrar edərdi. Sabir Akifin əlini aşağı salıb "Bəsdirində qaqa. Mənim saçım sizin üçün nədi? Gələndə qarışdırır, gedəndə" dedi. Akif bu dəfə başının arxasına yavaş bir şillə vurub "Qız saçını qarışdırsa, hec belə demərsən e! Gücün mənə çatır elə. Get gir evə" dedi. Onların bu hərəkətinə güldüm. Məncə bu söhbətdə Akif haqqlı idi. Sabir yanımızdan getdiyində Akiflə tək qalıb bərabər göyüzünü seyr etdik. Ulduzların sayının az olması diqqətimi çəkmişdi.

"Bu gün göyüzündən ulduzlar itib elə bil" dedim
Çevirilib mənə baxaraq "Mənim ən böyük ulduzum indi yanımdadı" dedi. Ona gülümsünüb başımı çiyninə yasladım. Qolunu açıb məni öz qollarının arasına aldı. Biz Akiflə sanki, bu dünyanın dərdini çəkməyə gəlmişdik. Nə dərdimiz bitərdi, nə də bu dünya sönərdi...

Bölüm sonu

Müəllif: Goncha (Lusi)
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3741
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri