- Çox gözləyəcəyəm...
- Mam..
- Eşdirəm
- Aynur xanım.
- Bəli.
- Mam.
- Hə
- Aynur xanım
- Biriniz danışın artıq! Aaaaaa!!
Aynurun sözünə hər ikisi diksindi. Və iki eyni anda danışmağa başladı.
Bu dəfə də ikisi birdən danışdığı üçün Aynur heç nə başa düşmürdü.
- Susun!!!! Sakit dedim!!
Hər ikisi təzədən susdu.
- Boy..səsiniz batmasın. Nərgiz danış görüm nə məsələdi.
Nərgiz çiynini çəkərək başını aşağı saldı. Heç nə danışmadan susmağa davam etdi.
- Yaxşı, Kənan sən danış.
- Aynur xala..Xala deyə bilərəm də hə..
- Adə danış...Səbrimi tükətmə
- Mən sizin qızınızı almaq istəyirəm
- Yox daha nələr.. Bazardan mal almırsane. Özü də bu nə cürət Kənan
bəy. Deyəsən sevgiliniz tez yaddan çıxdı. Nərgizin bu sözünə Kənan
Aynurdan üzünü çəkməyərək.
- Imkan ver ananla danışıram, hörmətin
olsun anana. Aynur Kənanın bu sözünə dəsətk verərək – ayıb olsun sənə.
Oğlan xariclərdə böyüsə də səndən yaxşı bilir ədəb ərkanı.
- Mam.
- Sus görüm. Eşidirəm oğlum.
- Hə demək belə. Sizin qızınızı almaq istəyirəm. Mənə verərsiniz onu
- Hə verirəm götür apar.
- Doğrudan?
- Mama sən nə danışırsan?
- Oğlum sən dəlisən? Bu qız oyuncaqdır onu kiməsə verəm. Insandıre
qarşındakı. Adət var, ənənə var. Hər istəyənə qız verməzlər. Biz də
araşdıraq görək kimsiniz kimlərdənsiniz. Ailən kimdir, atan anan.
-
Atam Kamrandır. Nərgizin neçə illik müdiri. Anam isə.. Xalidə. Onu mən
uşaq ikən itirmişik, Bir də Sürəyyam var deyə Nərgizə baxıb gülümsündü.
Nərgiz gözləri bərəlmiş halda ona baxraq, - doğrudanee Sürəyya.. o
xəstəxanaya gələn qadın. Hiii sən anan yaşında hətta nənə yaşında
qadınlarla sevgili olursan.
- Fantaziyan çox güclüdür, amma yox. Mənim dayəmdir. Nrgiz bu sözə gülümsəyərək
- Sənə hələ dayələr baxır deyə daha da güldü
- Yox Nərgiz xanım. Dayə baxmır, sadəcə o mənə ana əvəzi olub. Indi də
yanımda yəni evimdə qalır mənə ev işlərinə, yeməyə kömək edir, anam kimi
sevgisini paylaşır. Nərgiz bu sözə utanaraq qızardı. Anası bunu görüb –
nc nc nc, mən necə qız böyütmüşəm. Ayıb olsun sənə Nərgiz. Dur get çay
gətir. Dur. Mən Kənanla danışmallıyam
- Bəs mən? Mən də söhbətdə iştirak etməliyəm.
- Get çay gətir dedim. Nərgiz suyu süzülə süzülə ayağa qalxıb mətbəxə
keçdi. Çayı unudub qulağını qapıya şəklədi ki, nə danışdıqlarını
eşitsin. Artıq 1 saat keçmişdi, amma Nərgiz anasının və Kənanın
gülüşlərindən başqa heç nə eşitmirdi. Hirsindən lap parlayırdı. Anası
qarşısına çıxınca qulağını qapıya çəkləyən Nərgiz özünü toparlayaraq nə
oldu deyə soruşunca.
- Çay hanı?
- Çay? Nə çay?
- Lənkəran çayı.
- Nə?
- Az sənin başın haradadır? Demədim get çay qoy. Kənan bu sözə
içəridən gələrək müdaxilə etdi. Aynur xalacım, boş ver, bunun qoyduğu
çayan nə çıxar. Zəhərləyib eləyər toy qabağı dir du gəl..
- Hə düz deyirsən oğlum.
- Xalacım? Oğlum? Allah mehriban eləsin. Mənim Kənanla evlənəcəyimi düşünürsün...
- Nə?! Bir bu qalmışdı. Yazıq deyil oğlan. Oğlum Kənan narahat olma.
Mənim sənə alacağım qız çox gözəldir, üstəgəl bacarıqlıdır. Bu Allahın
çayın dəmləyə bilmir, amma Fidan.. bəh bəh bəh. Bir yeməklər bişirir
ki...
- Nə Fidan? Ana... Kənan və Aynur xala Nərgizə baxmadan
söhbətlərini davam edərkən Nərgiz şok vəziyyətində onlara baxırdı. Arada
bir verdiyi reaksiyaya heç kim əhəmiyyət vermirdi. Kənanla sağollaşan
Aynur xala qapının yanında dayanan Nərgizi görmürmüş kimi otağa keçib
divanın üzərində olan yastıqları düzəldirdi, evə əl gəzdirirdi.
- Mam...mama.... mama deyirəm!
- Ayyy nə var, nə istəyirsən
- Necə yəni nə istəyirsən?
- Onunla nə danışırdınız? Nə toyundan bəs edirdiniz?
- Sənə nə. Demirdin istəmirəm. Vəssalam da mən də gül kimi oğlan boşa getməsin deyə Fidanı alacağam ona.
- O...o...əyri ayaqllı Fidanı?
- əmin qızı haqqında düzgün danış.
- Mən düzgün danışsam onun ayaqları düzələcək bəyəm
- Nərgiz!
- Ana özünü yorma, Kənan onu bəyənən deyil.
- Yooo şəklin göstərdim, razılaşdı. Sabah onlara görüş təyin edəcəyəm.
- Nə?! Ana!? ....mam...mam...maaaammm
- Nədi ta mam mam salmısan?
- Bunu eləməyəcəksən elə?
- Sən onu sevirsən?
- ...mmm...ənn...mən. şşeyyyy
- Sevirsən sevmirsən?
- Yox o dəlinin nəyini sevim. Həm sən bilirsən o mənim həyatıma qəsd edirdi iki dəfə .
- Nərgiz şişirtmə. Özüd ə sevmirsənsə çəkil dur kənarda da lap yaxşı. Istəmirsən mən də səni bəladan xilas elədim.
- Sonra gəlib demə ki, qaynım qızını bədbəxt elədim. Sən onu tanımırsan?
- O sənə elə gəlir. Kənanla Fidan xoşbəxt olacaqlar. Özü də söz verdi
ki, qızlarının birinə sənin adını verəcək. Təşəkkür naminə. Nə də olsa
sayəndə Fidanı tanıyacaq.
Nərgiz hirsindən dişlərini qıcayıb
otağına keçdi. Çalan telefon səsini eşitsədə üzü yatağa düşüb yastığı
ağzına basıb qışqırmağa başladı. Ülviyyə isə nə qədər zəng vursa da
Nərgizin açmadığını görüb anasının yanına qayıtdı. Anasının təkidi ilə
evinə qayıtmağı qərara gəldi. Taksidə pulu çıxarmaq üçün əlini çantasına
atanda Şəhriyarın saatının onda qaldığını gördü. Əslində önəmli
deyildi, amma Ülviyyə bu bəhanəylə onu da görmək istədi. Onsuz bir
dəqiqə belə qalanda darıxırdı. Qapıdan ona saatı verər günün sonunda onu
görüb evinə dönəcəkdi. Amma əvvəlcə Şəhriyara yığıb danışanda onun
təlaşlı olduğunu görsə də Ülviyyəyə onalara gələn qonağın Zülfiyyə və
onun ailəsi olduğunu deməmək üçün min yalan dedi. Və sonunda evdə tək
olduğu yalanı ilə bitirdi. Ülviyyə sağollaşan kimi Şəhriyar alnını
silib, ax ana ax.. məni nə günə qoydun. Qızın yanında yalançı olmamışdım
o da oldum. Şəhriyar gəlib yenidən qonaq otağında əyləşənlərlə yanaşı
oturdu. Əslində evə ilk girəndə gedəcəkdi, amma atası onların iş ortağı
olduğundan dolayı sadəcə yeməyə gəldiyini Şəhriyarın evi bir ğlu olduğu
üçün yeməyə qalmasını istəmişdi. O da etiraz etmədən məcbur qalmışdı.
Arada bir Zülfiyyənin baxışlarını üzərində hiss edincə narahat halda
otururdu. Qapının zənginə ayağa qalxıb mən baxaram deyib otaqdan çıxmaq
üçün bəhanənin tam vaxtında gəldiyini düşündü. Qapını açınca irilənmiş
gözləri ilə Ülviyyəyə baxdı.
- Sürprizzz... Saatın mən də qalmışdı. Dedim şəxsən özüm gətirim. Həm bu bəhanəylə səni də görmüş olardım.
- Ülviyyə!
- Hə, amma gedirəm..Sadəcə səni görəm istədim dediyim kimi. Sənsiz çooo....xx
- Şəhriyar.
Zülfiyyə qapya yaxınlaşıb Şəhriyarın arxasında dayanınca Ülviyyə bu dəfə təəcübləndi.
- Şey.. mmm...Ülviyyə gəl aşağıda danışaq.
- Bizi tanış etməyəcəksən Şəhriyar? Zülfiyyənin bu sözünə hələ də susan
Şəhriyar Ülviyyədən baxışlarını çəkmirdi. Ülviyyə isə Şəhriyara
baxaraq ona niyə yalan danışdığını anlamağı çalışırdı.
- Oğlum kimdir? Deyərək qapıya yaxınlaşan Şahnaz da qarşısında Ülviyyəni görəndə təəcübləndi.
- Onun burda nə işi var?
- Ana! Xahiş edirəm. Siz keçin içəri mən Ülviyyəni evinə yola salım gəlirəm.
- Yox .. yox.. gəlmə. Ehtiyac yoxdur. Sən burda qal, mən özüm gedərəm.
Ülviyyə pilləkənləri sürətlə düşməyə başladı. Şəhriyar onun arxasınca
gedəcəkdi ki, qolundan yapışan ələ dayanmış oldu. Geriyə dönəndə
Zülfiyyənin baxışlarını düz gözlərində hiss etdi.
- Burax getsin, bizi burda qoyub getməyəcəksən ki, həm atam səninlə danışmaq istəyir.
- Başa düşmədim. Nə barədə?
- Bizim barəmizdə
Şəhriyar onu qolundan tutub əlini sərt çəkildə çəkincə Zülfiyyə geri addımladı.
- Mənə bax, xanım qız. Biz deyə bir şey yoxdur. O gedən qız var idi
ha.. Bax biz deyə mən onunla varam. Azacıq qüururn olsun. Ok?! Deyib göz
vuraraq sürətlə aşağı düşdü. Ülviyyəni yolda taksi gözlədiyini görüncə
ona yaxınlşaıb arxadan bərk qucaqladı. Ülviyyə əvvəlcə qorxaraq
qışqırmışdı.
- Şşşş. Mənəm.
- Burax məni.
- Ey yaxşı da.
- Nə yaxşı? Mənə yalan dedin. Axmaq kimi durub qapıya gəlmişəm və qarşılaşdığım mənzərə o qız sizdədir.
- Ülviyyə bəsdir burada şişirdiləsi birşey yoxdur.
- Elə? Demək şişirdiləsi bir şey yoxdur. Yaxşı Şəhryar bəy.. oldu onda
mən sənə desəydim ki, evdə təkəm və sən gəlib görsəydin ki, Rəşd
bizdədir onda da belə reaksiya verərdin.
- Ey bir dəqiqə eyni şey deyil.
- Necə eyni şey deyil. Eyni şeydir. Sadəcə rollar dəyişir
- Ülviyyə mənim səbrimi sınama. Onun adını ağızna alma.
- Rəşad Rəşad..
- Ülviyyə!
- Rəşaddddddddddd
- Mənə başqa çarə qoymadın Şəhriyar Ülviyyəni öpüncə Ülviyyəni susdurmuş oldu.
- Şəhriyar!
Ülviyyə Şəhriyarı kimin çağırdığını bilmədi, amma başını utandığı
üçün yana çevirib Şəhriyarın sinəsində gizlətməyə çalışdı.
- Sənin burada nə işin var.
- Atam dedi ki, çağırım. Dedim axı səninlə işi var. Zülfiyyə bu sözləri
elə xüsusi vurğu ilə dedi ki, Ülviyyə başını döndərib ona baxdı.
Zülfiyyə özündən razı halda gülümsədi.
- Mən də sənə dedim ki, atanla heç bir ortaq işim yoxdur.
- Indi yoxdur, amma gələcəklə bağlı heç kim heç nə bilməz.
- Bu qız nə danışır Şəhriyar.
- Boş ver həyatım. Danışırda.
- Mənə bax xanım qız.deyərək Ülviyyə ona yaxınlaşdı. – elə bilirsən ki,
onu sənə verəcəm. Yanılırsan. Istəyir atan yox lap dayın gəlsin lap elə
əmin də gəlsin o mənimdir.
Şəhriyar gözləri dörd olmuş halda
Ülviyyəyə baxraq bunu ondan gözləmədiyini bəlli edirdi. Zülfiyyə isə
yenə də özündən razı halda gülümsəyib.
- Ailələr razılaşsın. Qalan hər şey boşdur. Sənin kimi
Ülviyyə Şəhriyara tərəf dönüb – mən bunu yolacam deyincə Şəhriyar önə
gəlib hələ də şok vəziyyətində Ülviyyəni geri çəkdi. Zülfiyyə isə yenə
də sözündən dönmədən - Şəhriyar sənin deyəsən xəbərin yoxdur, amma
atalarımız ortaq işə giriblər. Və bu ortaq işdə başqa bir ortaq iş də
olmasını qərara alıblar. Bizim toyumuzu.
Ülviyyə bu dəfə əlləri
boşalıb yanına düşdüyü üçün Şəhriyardan aralandı. Gözləri dolmuşdu.
Şəhriyar isə nəyin şokunu yaşayacağını bilmədən gah Zülfiyyəyə gah da
Ülviyyəyə baxırdı. Birdən özünə gələrək Ülviyyənin əlindən tutub –
mənimlə gəl deyərək boka tərəf yönəldi. Zülfiyyə də onların arxasıcna
gələrək evə girmişdi. Şəhriyar Ülviyyənin əlindən tutub qonaq otağına
gəlincə tən ortada dayanıb. – ata , ana. Ülviyyəni tanıyırsınız. Onun
valideynlərinin razılığını almışam. Və biz evlənəcəyik. Istədim siz də
bilsəiniz.
Bu ani etiraf Ülviyyə də başda olmaqla hamını yerinə mismarlamışdı elə bil.
- Oğlum istəyirsən bunu sonra danışaq deyə pıçıltı ilə Şahnaz Şəhriyara yaxınlşasa da.
- Yox. Elə indi tam vaxtıdır. Zülfiyyənin atası ilə anası cəld ayağa
qalxaraq. – biz getsək yaxşıdır. Iş barəsində sonra yenə danışarıq Səlim
deyib qaşları çatılmış vəziyyətdə evdən çıxdılar. Ülviyyə Şəhriyara
qısılaraq qıpqırmız olmuşdu. Adam çox olsa da Səlim düz Ülviyyəyə
baxırdı. Ona baxanda vicdan əzabı çəkir, peşimanlıq duyurdu. Amma özünü
tez toparlayıb o da eyvana çıxdı. Qapıda dayanıb. – apar qızı evinə
sabah normal danışarıq deyərək çıxmışdı. Şahnaz isə mətbəxə keçib
hirsindən qab qacağı krandın altına elə yığırdı ki, sanki qırmaq
istəyirdi . Şəhriyar Ülviyyəni evinə gətirənə qədər yolda hər ikisi
susmuşdular. Amma evə çatana yaxın Şəhriyar əli ilə onun əlindən bərk
tutub. – qorxma. Belə daha yaxşıdır. Hamının nazı ilə oyanamayacağıq ki,
- Amma..
- Shh.... dedim axı belə yaxşıdır. Sən onun bunu burax da o nəydi?
- Nə?
- Bir anlıq elə bildim qızı öldürəcəksən.
- Mənsə bir anlıq elə bildim qız səni az qalsın yeyəcək gözləri ilə
- Belə de... qısqandın.
- Kim mən? Mən heç vaxt qısqanmıram. Əsl sənsən qısqanc olan.
- Hə mən qısqanıram. Həm də dəli kimi. Çünki sevirəm.
- Kimi?
- Kimi? Bilmirsən?
- Yox bilmirəm
- Hm... yaxşı bayaq gördüyün qızı, Zülfiyyəni
- Şəhriyar!
Ülviyyənin bu reaksiyasına qəh qəhə atan Şəhriyar onun belindən tutub
özünə tərəf çəkdi. Onu öpüncə Ülviyyənin hirsi keçib getdi. Şəhriyar
ondan ayrılıb alnının alnına diriyərək – indi getməsən özümə cavabdeh
olmayacağam. Salamtı düş get deyə pıçıltı ilə dediyi sözlər Ülviyyəni
büs bütün qızartmışdı. Dodaıı dişləyib sakitcə - sağol deyib maşından
düşüb utanaraq geriyə baxmadan qaçırdı. Şəhriyar onun bu halına
gülümsəyərək maşının pəncərəsini açıb – səni sevrəm deyə qışqırınca
Ülviyyə cəld geri dönüb əli ilə - sus işarəsini edib güldü. Və
dodaqlarını tərpədərək – mən də səni sevirəm deyərək Şəhriyara əli ilə
öpücük göndərdi. Evə girdiyində qapıda dayanan Nrəgizi gördü.
- Bismillah. Sən burada nə gəzirsən?
- -Evdə canım sıxıldı, xəstəxanaya getdim. Anan evə gəldiyini deyincə
sizə gəlmək istədim. Açarı da verdi ki, Ülviyyə yatacaq sakitcə aç
keç... ta demire qızı gecə vaxtı evə gəlir
- Şəhriyarla idim
- Orasını bilirəm. O nəydi elə əl qol işarəsi edirdin. Heç abır həya qalmayıbe.
- Sevgidir bu qızım
- Sevgiymiş. Guya biz sevmirik. Bax mənə heç elə şeylər eləyirəm.
- Aha yəni sevdiyini etiraf edirsən.
- Yox. Yəni hə. Yəni indi demədim. Hər halda mən də sevmişəm. Vaxti ilə yəni..eeeee söhbəti yayındırma.
- Nərgiz niyə inad edirsən. Eşşək kimi sevirsən.
- Eşşək özünsən. Səfeh.
- Nərgiz get də evinə.
- Hə indi evindən qovursan? Sağol Ülviyyə xanım. Sağol. Demək Şəhriyar həyatınıza in Nərgiz out hə?
- Az səfehləmə keç mətbəxə. Çay süz gəlirəm.
- Özüm ölüm sən bu üzlülüklə evdə qalardın. Allahdan Şəhriyar çıxdı.
- Sən öz dərdini çək. Sənin bu dəliliklərini Kənandan başqası dözən deyil. Ona da naz atırsan.
- Kənanmış. Onun da başına mən boyda daş düşsün elə. Sevirəm deyir..
daha doğrusu demir. Heç deməyibdə. Indi gedib mənim əyri ayaq əmimqızı
ilə evlənir.
- Nə? Kim?
Nərgiz özünü divana atıb ayaqlarını qarnına yığıb çiynini dartı.
- Bu gün bizə gəldi. Anamla danışdılar. Uzun uzadı söhbət oldu. Məni də
göndərdilər mətbəxə. Nə qədər elədim qulaq asmağa eşidə bilmədim. Sonra
ikisi də ca ciyər olmuş halda dəhlizə gəldilər. Anam onu əyri ayaq
Fidanla evləndirəcəyini dedi.
- Yaxşı da.
- Vallah.
- Ayda.. Fidan axı əyri ayaq deyil.
- Ülviyyə bu boyda söhbətdə sənə maraqlı gələn Fidanın ayaqları oldu.
- Dəli zarafat elədim.
- Eləmə zarafat eləmə. Onsuz da zarafat kimi həyat yaşayıram. Nərgiz
çiynilərini bükmüş halda dodaqlarını büzüb. – Ülviyyə ya doğrudan
evləndirərsə.
- Vallah Aynur xaladır bu. Sən ona bənzəmisən. Əgər eyni xarakterdəsinizssə demək dediyini eləyər.
- Məni də bu qorxudur. Ya gerçəkdən o əyri ayaqla evləndirərsə.
- Az qıza əyri ayaq demə. Gül kimi qzıdır.
- Ülviyyə! Tək təsəllim bu saat onun əyri ayaqlarıdır!
- Ok susdum.
- Yox susma. Denən ki, kənan onunla evlənməz. Onu bəyənməz.
- Vallah.. Kənan sənə sevdiyini deyib?
- Deməyib. Amma deməyə cəhd etmişdi.
- Deyib ya yox?
- Nə deməyə çalışırsan?
- Nə bilim vallah.. deməyibsə evlənmə ehtimalı var.
- Ülviyyəəə!!
- Mən sadəcə gerçəkləri deyirəm.
- Off offfffff deyərək Nərgiz ayağa qalxıb evdən çıxanda
- Nərgiz hara?
- Cəhənnəmə. Təsəlli üçün sağol.getdim mən.
- Ay qız dur. Dayan bir. Keç içəri. Səbrin olsun. Mən sadəcə ehtimal dedim.
- Demə, mənə ehtimal, pozitiv, optimist bir şeylər var demə. Neqativ
de! Denən o evlənməyəcək! Əyri ayaq Fidanı görüncə qaçıb gedəcək!
Peşiman olacaq! Nərgizin coşub danışdığını görüncə ondan doğruların
eşitməyin tam vaxtı olduğunu anlayan Ülviyyə bir az da səbr edərək lap
hirslənməsini gözlədi. Çünki Nərgiz hirsli olanda nə sual versən düzün
cavab verirdi. Artıq Nərgizin ağlamaq həddinə çatıdğını görəndə Ülviyyə
anidən ona
- Niyə deyə sual verdi.
- Çünki onu se...
- Hə de!
- Onu seçimində yalnış etməsini istəmirəm. Mən getməliyəm. Nərgiz
evdən çıxınca Ülviyyə gülərək telefonu götürüb zəng vurdu
- Alo.. sənin üzündən Nərgiz məni siləcək.... gülmə orada.. hə elədim.
Dediyin kimi dedim. Dəli oldu yazıq. Vallah sevir artıq nə istəyirsən
anlamadım.
- Yoxe Ülviyyə sən anlamırsan o tərs keçidirsə mən ondan
da tərsəm. Deyəcək. Dili ilə etiraf etməsə mənə də Kənan deməsinlər. Hə
çıxdı gördüm. Yaxşı sağol, bu dəlini tək qoymayım. Çox sağol. Söz
verirəm ilk övladımız oğlanda olsa qız da olsa sənin adını qoyacağam.
- Yox daha.
- Yaxşı Şəhriyarın adını qoyaram
- Onu da qoyma. Bəlkə mən özüm oğluma qoyacam
- Ayda Ülviyyə Nərgiz getidye... yaxşı ikinizin adı qaşırıq bir şey qoyaram sağolll...
Bunlar ikisi də dəlidir vallah deyərək Ülviyyə telefonu kənara atdı.
Kənan qurduğu yeni planını Ülviyyəyə əvvəlcədən xəbər verdiyi üçün
Ülviyyə nərgizi görəndə artıq hazırlıqlı idi. Əvvəlcə etiraz etmək
istəsə də bu planda Aynur xalanın da əli olduğunu öyrənincə
razılaşmışdı. Nərgizi hər tərəfli sıxışdırıb onu razı salacaqdılar. Xoş
üzlə razılığa gəlməz deyə Aynur xala da biçarə razılaşmışdı.
Kənan Nərgizi evlərinin qarşısında yaxaladı .
- Nərgiz.
- Kənan..gəlmisən
- Hə gəlmişəm. Sənə sözüm var idi.
Nərgizin gözləri işıldayaraq üzündə məsum bir təbəssümlə - eşidirəm
deyincə Kənan da eyni həssaslıqla ona yaxınlaşıb üz üzə dayandı.
Nəfəsini üzində hiss edən Nərgiz onun qarşısnda əriyib gedəcəkdi ki....
- Deyəcəkdim ki, Fidanın nömrəsini mənə ver də. Anandan utandım istəmədim. Sən əmisi qızısan. Sən də olar.
- Nə?
- Fidanın nömrəsi?
- Kənan.
- Hə.
- Cəhənnəm ol.
- Nömrəni ver sonra.
- Kənan yox ol. Zəhləm getmiş
Nərgiz arxasına baxmadan qaçınca Kənan gülüərək - əcəb oldu sənə. Bil nələr çəkirəm.