Təsadüf yoxsa alın yazısı (Möhtəşəm final günü)

Müəllif: Narın Yağış
Şərhlər: 5
Baxılıb: 3 350
Səs ver:
(səs: 1)
Möhtəşəm
toy günü çatmışdı. Ülviyyə bəmbəyaz gəlinlikdə saçlarında
çobanyastığından tac və uzun duvaqla Nərgiz və Gülnazı qarşısında
dayanmışdı. Gülnaz başını nərgizin çiyninə qoymuş ağlayırdı. Nərgiz də
ağzı açıq ona baxırdı.

- Möh –tə - şəm.. Mən həyatımda belə gözəl gəlin gördüyümü xatırlamıram.

- Nərgiz şişirtmə.

- Vallah şişirtmirəm. ən yaxın dostunam, amma mən belə qısqandım bu gözəlliyi.

- Nərgiz bəsdir. Ana sən də artıq ağlama, bax mən ağlasam dayana bilməyəcəyəm.

- Bu xoşbəxtlik göz yaşlarıdır. Nərgiz düz deyir mələk kimisən.
Gülnaz astaca yaxınlaşıb qızını qucaqlayıb daha da ağlayır.

- Ana bəsdir, ağlama. Pis oluram.

- Yaxşı yaxşı ağlamıram. Məni dinlə indi. Səndən üzr istəyirəm

- Ana..

- Dinlə.

- Mən.. mən yalnız özümü düşündüm, amma düşünməm gərəkən ilk əvvəl siz
olmalıydınız. Amma anlayacağını düşünürəm. Çünki sən də sevmisən.
Bilirsən bu hissin nə olduğunu. Insan qəlbindən yara alanda gözünə heç
nə görünümür. Heç nə... Nəyi hara qoysa da təsəlli olmur. Nifrətin artır
artıq. Düşünürsən ki, sevginə qıydın, amma sənə qıymadılar o sevgini.
Sənə qıydılar sadəcə. Mən.. Mən onu sevirdim hə... həm də çox. Amma
atan.. Atan hər şeyi dəyişdi. Həyatımı, düşüncəmi, fikrimi ən əsası
qəlbimi. Azad etmişdi onu nifrətdən. Əkdiyi sevgi toxumları cücərmişdi.
Qəlbim yazı yaşayırmış da mən pəncərədən boylanmağı unutmuşam. Qara
qışdır deyə bürünüb otağımda qalmışam sən demə. Çöldə isə günəş öz
parıltısı ilə isitdikcə isidir qəlb evimi. Ta ki, otağıma qaranlıq
çökənə qədər. Atan.. atan xəstə olanda qaranlığa düşdüm elə bil. Bütün
bu illər işığın mənbəyini görməmişəm. Onu itirəcəyəm deyə çox qorxdum.
O....o... dilimə belə gətirəm bilmirəm. Mən də yaşaya bilməzdim

- Ana..

- Kəsmə sözümü qulaq as.... Atan ayılanda bilmirəm necə, amma ona
dediklərimi eşitmişdi. Mənə dediyi söz o sənin sadəcə təsadüfün idi. Mən
isə sənin alın yazın. Düz deyirdi. Mənim alın yazım Kamaldı. Səninsə
Şəhriyar. Bax nələrdən keçdiniz. Mümkün olmayanı mümkün etdiniz. Indi
sənin növbəndir. Ailənə sahib çıx hər zaman. Nə olur olsun, sev
yoldaşını. Güvən ona. Inam və sevgi olsa siz ömür boyu xoşbəxt
olacaqsınız.

- Çox sağol ana.. Ülviyyə pıçıltı ilə bu sözləri
deyərkən artıq yanaqlarından axan göz yaşları çənəsindən anasının əlinə
tökülürdü. Nərgiz də Kənardan baxıb ağlayırdı. O da çox kövrəlmişdi, ana
balanı ağlaşan görüncə gözünü silib

- Gülnaz xala olar sizi qucaqlayım? Deyincə Ülviyyə və Gülnaz
gözüyaşlı gülümsəyib əllərini açıb Nərgizi aralarına aldılar.

- Gəl dəli qız gəl. Sənə də sözüm var. Üzmə artıq oğlanı.

- Hansı oğlanı?

- Kimdən danışdığımı bilirsən. Düşünmə ki, sevgi yalnız bir dəfə olur. Yox. Sən sevməyi bacar o özü səni tapacaq.

- O artıq əmimqızı ilə sözlüdür.

- Kim Fidanla? Ülviyyə sualını verdikdən sonra qəh qəhə atıb gülməyə başladı.

- Caann sənə deməyiblər? Günah məndədir, başım toya qarışdı maraqlana blmədim bu işin axırı necə oldu.

- Nəyi deməyiblər?

- Sənin doğrudan xəbərin yoxdur.

- Ayyy Ülviyyə içimi daraltdın nədən xəbərim olmalıdır.

- Fidan əslində... Ülviyyə sözünü tamamlaya bilmədi həyətdən gələn
siqnal və vağzalı səsinə qarışan evdəki qonaqların səsi artıq olan
evinin gəldiyindən xəbər verirdi. Hər kəs özü yerini alanda Kamal bəy
qapını açıb qızını görüncə üzü qəribə bir mimika aldı. Həm kədərli həm
xoşbəxt. Qarışıq duyğular idi. Yaxınlaşıb – Allah bəxtini də üzün kimi
etsin, xoşbəxt ol qızım.. Alınandan öpəndə Ülviyyə yenə də kövrəldi.
Gülnaz Nərgiz gözlərini qurulayarkən onların bu halını görəndə yenidən
ağladılar. Şəhriyar qapıya artıq yaxınlaşırdı. Yaxın dostları və kənan
da onun yanında idi. Kənan yaxınlaşıb sağ əlini çək başıma.

- Səndə ki, bu bəxt var mənim sağ əlim də köməyinə gəlməz.

- Ha ha ... onu görərik Şəhriyar bəy. Artıq sabah mən də subaylığın daşını atmaq üçün elçi gedirəm.

- Kimə?

- O nə sualdır.

- Ooo təbriklərNərgizdən razılıq aldın.

- Şey.. yox.. Amma razıdır.

- Necə yəni..

- Ülviyyə səni gözləyir sonra danışarıq. Gedək.

Vağzalı səsi ilə toy adətləri yerinə yetirilərək Ülviyyə ata evindən
çıxmışdı. Maşına oturana qədər Şəhriyar ağzı açıq halda Ülviyyəyə
baxırdı. Çəkilən toy şəkillərində də Ülviyyə gülərək obyektivə baxır
şəhriyar isə ona heyran baxışlarla. Maşına əyləşəndə artıq özünü tuta
bilməyib kiçik bir öpüş qondurdu Ülviyyinəni yanağına.

- Eyy görərlər ayıbdır. Hamı ətrafımıza yığışıb.

- Nəyi ayıbdır. Bu gündən mənimsən. Istədiyim vaxt, istədiyim yerdə
öpərəm deyib bu dəfə dodaqlarına kiçik bir öpüş qondurdu.

- Şəhriyar!! Bəsdir.

- Neynim bu qədər möhtəşəm gözəlliyə sahib olmazdın.

- Xoşuna gəldi?

- Xoşuma gəldi də sözdür. Məni indidən dərd götürüb?

- Nə dərdi?

- Səni evdən çıxmağa necə qoyacağam?

- Nə? Nə danışırsan sən?

- Bu gözəlliklə hamı dönüb sənə baxacaq. Mən hamını döyə bilməyəcəyimə görə tək çarə səni evə bağlamaq qalır.

- Ciddi deyirsən. Ülviyyənin aldığı sifətə Şəhriyar gülərək.

- Mənim deyilsən? necə istəyərəm elə də eləyərəm.

- Xatırladım ki, imzalar hələ atılmayıb Şəhriyar bəy. Bu dediklərinizdən sonra deyəsən düşünməli olacağam.

- Eyy döyərəm səni.. Nə düşünməsi?

- Nə bilim vallah.

Artıq toy məkanına çatmışdılar. Vağzalı sədaları altında qonaqlar
Şəhriyarla Ülviyyəni qarşıladılar. Nigah mərasimində Nərgiz Ülviyyənin
şahidi olmuşdu. Şəhriyar isə uşaqlıq dostunu öz şahidi etmişdi. Kənan
Nərgiz şahidlik imzansını atanda ona kənardan baxıb bic bic gülərək. –
çək çək imzanı Nərgiz xanım. Indidən vərdiş elə, öz toyunda da lazım
olacaq deyə mırıldandı. Ülviyyə ilə Şəhriyar yerinə əyləşmişdi. Nərgiz
heyranlıqla onlara baxanda Fidanı zala daxil olan gördü.

- Bunun burada nə işi var? Deyərək ona yaxınlaşdı.

- Fidan? Sən burda nenyirsən?

- Aynur xala məni də dəvət etdi.

- Qızım hər dəvət olunan yerə gələrlər?

- Neynim Aynur xala israr etdi. Yoxsa gözüm atmır səni görmək üçün.
Fidan Nərgizə göz süzdürəndə yanına cavan uzun boylu bir oğlan
yaxınlaşdı. – Fidan yer tapdım, gedək əyləşək. Tez gedəcəyik, bilirsən
işim var.

- Hə hə gəlirəm indi. Oğlan uzaqlaşan kimi Nərgiz
qaşlarını çatıb Fidanın qolundan yapışıb. – sən dəlisən? Bu kimdir?
Sözlü qızssan utanmırsan başqaları ilə oturub durmağa.

- Başın xarab olub? burax qolumu.

- Əsl sənin başın xarab olub. Kənan görsə mitlinizi sərər yerə

- Nə Kənan? Fəxridir o.

- Adını da deyiree utanmadan..

- Ay qız niyə utanım. Halalca sözlümdürdə.

- Nə?

- Eşitdiyin burax qolumu.

- Sən nə dedin.

- Offf qulaqdan karlığın var. Mən fəxri ilə sözlüyəm. Onunla evlənməyə
hazırlaşırıq. Sənin Kənanınla Aynur xalanın xahişi səbəbindən tanış
oldum.

Nərgiz heç nə anlamadan dayanıb Fidana baxırdı. Fidan isə
qolunu onun əlindən çıxarıb deyinə deyinə sözülüsünün yanına getdi.
Nərgiz boylanıb Kənan baxdı. Kənarda dayanmış Aynur xala ilə söhbət
edirdilər. Toyun sonuna yaxın Kənan gördü ki, Nərgiz elə hey ondan
qaçır. Onunla göz gözə gələndə nifrət dolu baxışlarla baxır, cəld üzünü
çevirirdi. Əslində qəribəlik görmürdü, amma nədənsə içində narahatlıq
yaranmışdı. Toy sona çatanda isə Ülviyyə ilə şəhriyarı yola salan qohum
əqrəbaları dağılışmağa balaşdılar. Hər kəs maşına əyləşib gedərkən
Nərgiz hiss etdi ki, kimsə onun qolundan bərk tutub qarşı tərəfdə
dayanan maşınlara tərəf sürükləyir. Dönəndə Kənanı görüb – sən neynirsən
burax qolumu. Hamı baxır.

- Baxsınlar. Anan icazə verdi,səni mən aparacağam evə.

- Atam görür burax.

- Onun da xəbəri var.

- Hə deməli oyununuza onu da qtmısınız Kənan bəy.

- Oyun? Oyy sən öyrəndin deyəsən.

- Deyəsən hə elə oldu.

- Otur maşına, hər şeyi yolda danışacağam.

- Istəməz sağol. Və gözümə görünmə. Kənan onun qolundan tutub rəsmən
maşına atdı. Nərgiz özünə gələnə kimi maşın artıq hərəkət edirdi.
Maşında didişə didişə yola düşmüşdülər.

- Sənin ağlın çaşıb deyəsən?

- Nərgiz niyə belə edirsən?

- Əsl sən niyə belə edirsən? Hələ anama baxe..

- Onu bura qatma, bütün bu planlar mənə aid idi. O sadəcə qızını tanığdı üçün mənə dəstək oldu.

- Noldu baş tutmadı planlarınız deyəsən. Fidan artıq sözlü qızdır.

- Hə ona elçi düşmələri işlərimi korladı.

- Kənan.. sən... sənn əsl öküzssən.

- Çox sağol. Indi sən qulaq as. Sabah sizə elçi gəlirik

- Nə?

- Sən də ağıllı balalar kimi çıxırsan çayımızı verirsən hə deyib
keçirsən otağına, sonra nişan edirik.. istəsən qapalı məkanda istəsəndə
açıq.. hara ürəyin istəsə

- Sən nə danışırsan, başın xarab olub deyəsən.

- Sonra da toy. Bal ayını hansı ölkədə istəsən keçirdərik.

- Kənan stop de. Nə nişan nə toy. Kim dedi ki, mən səni...

- Hə de.. semirsən? Denən ki, yox sevmirəm.

- Sevmirəm .

- Nə?

- Dedim ki sevmirəm.

- Elə yox denən ki, Kənan səni sevmirəm

- Yola bax.

- Denən ki, Kənan səni sevmirəm!!!

- Kənan məni qorxudursan yola bax. Sürətli sürürsən onsuz da.

- Nərgiz, denən ki, səni sevmirəm.

- Kənan maşın !!!



Şəhriyar və Ülviyyə xəsətxananın dəhlizində bəylik və gəlinlikdə
oturmuşdular. Nərgiz və Kənanın valideynləri də az sonra gəlmişdilər.
Onlar həyəcanla yaxınlaşıb Şəhriyardan vəziyyəti soruşsalar da Şəhriyar
da təzə gəldiklərini, hələ heç bir məlumat verilmədiyini dedi. Həkim
otaqdan çıxan kimi hər kəs qorxu içində ona baxırdı.

- Oğlum necədir, Nərgiz necədir?

- Nəsə olub hə, gizlətməyin.

- Yox narahat olmayın hər ikisi olduqca yaxşıdır. Evə də gedə bilərlər, amma Kənan bəy bir gecəlik qalsa yaxşıdır.

- Niyə? Ciddi bir şey var.

- Yox yanındakı xanımı qorumaq üçün ona tərəf əyildiyindən maşının
şüşələri başına arxadan batıb. Çıxardıq, amma hər ehtimala qarşı bu
gücəlik saxlayacağıq. Gözümüzdən nəsə yayınar birdən.

- Hər kəs
rahatlamışdı. Aynur xala və Ülviyyə Nərgizin palatasına daxil olanda
Nərgiz ayağa qalxıb, - Kənan, o necədir. Mən bilmədim necə oldu. Günah
məndədir. Tərslik etməsəydim. Mən elədim deyib anasını qucaqlayıb
ağlamağa başladı.

- Shhh sakit ol. Yaxşıdır.

- Başı qanayırdı bütün.

- Indi yaxşıdır narahat olma deyərək Ülviyyə onun əlini tutub sıxdı.

- Onu görmək istəyirəm.

- Indi yox. Biz indi evə gedək. Atan çöldə gözləyir.

- Yox indi.

- Nərgiz o da dincəlməlidir sən də. Sabah danışarsınız.

- Gizlədirsiniz. Ona nəsə olub. Ülviyyə yalan demə xahiş edirəm, ana.

- Qızım dedik axı yaxşıdır.

Nə qədər eləsələr də Nərgizi zəbt edə bilmədilər. Dirəşib palatadan
bayıra çıxdı. Dəhlizin o başında isə əlində sistem aparatı ilə Kənan ona
tərəf gəlirdi. Şəhriyarla Kamran bəy isə onu zorla aparmaq
istəyirdilər. Görünən o idi ki, eyni hay küyü kənan da salmışdı. Nərgiz
onu görəndə sevincindən ağladı. Ona tərəf qaçıb düz qarşısında dayandı.
Kamran bəy və Şəhriyar kənara çəkiləndə Kənan Nərgizin gözlərinə baxıb. –
Sənə bir şey olsaydı mən bilmirəm neyniyərdim.

- Əsl sənə bir şey olsaydı mən ölərdim.

- Səni sevirəm Nərgiz. Nərgiz göz yaşları içində gülərək – bilirəm dedi.

- Elə bu. Bilirəm? Vəssalam..

- Hə də bilirəm.

- Yaxşı eləyirsən. Get evə. Sənə istirahət lazımdır. Kənan kor peşiman
geri dönüb palataya gedəcəkdi ki, arxadan səs onu dayandırdı.

- Sözümün ardına qulaq asmayacaqsan?

- Dedin də. Bilirsənmiş.. gözüm aydın.

- Off Kənan.

- Get Nərgiz get evə. Kənan dönmədən cavab verirdi. Nərgiz isə "Kənan
bəy, mənimlə evlənərsiniz?” deməyinə xəstəxanann dəhlizində dayanan
onları tanıyan və tanımayan hər kəs yükəsk səslə fitləməyə və
alqışlamağa başladılar. Kənan gülərək onun yanına gəlib. – Deyəsən onu
mən deməliydim Nərgiz xanım. Və siz də hə deməliydiniz.

- Hə bilirəm. Amma neyniyək biz də hər şey tərsinə olur.

- Səni sevirəm demək bu qədər çətindir. Rəsmən evlilik təklif elədin oğlana. Bu tarixə yazılacaq.

- Çətin deyil. Amma inada mindirdin.

- Ehh.. buna da şükür.

- Deyinmə, cavab ver.

- Yox.

- Kənan!

- Nə? Yox. Nərgiz pərt olmuş vəziyyətdə ətrafa baxır başını aşağı salırdı.

- Mən sizinlə evlənmirəm. Sizinlə bir ömür boyu yaşamaq istəyirəm.
Kənanın bu sözü də gur alqış almışdı. Kənan Nərgizi bərk bərk
qucaqlayanda Nərgiz başın qaldırb – Mənə bax, gələcəkdə övladlarımıza
sənə mənim evlilik təklif etdiyimi demə, analarına gülərlər. Əsas da
qızımıza.

- Onun bu sözünə isə hamı ilə birlikdə gülən Ülviyyə Şəhriyara qısılaraq – ay çox şirindilər. Baxsan Şəhriyar

- Hə inanılmaz dərəcədə. O qədər şirindir ki, Kənanı bu saat dişlərimin arasında şirinquş kimi çeyniyərəm.

- Şəhriyar bəsdir.

- Nəyi bəsdir. Onlar övladlarını sayını belə planlaşdırdılar biz isə
toy gecəmizdə burdayıq. Kənan sağalsın onda görəcək gününü.

- Şəhriyar!!

- Yaxşı yaxşı susdum, bura gəl başımın bəlası...

- Başımın bəlası yox.. Alın yazım.

- Hə, mənim alın yazım.

Hər kəs beləcə öz evinə yollanmışdı. 5 ay sonra isə Kənanla Nərgizin
toyu oldu. əslində toyu bir ayın içində edəcəkdilər, amma küsüb
barışmaqdan hər dəfə müəyyən etdikləri tarixi təxirə sala sala 5 aya
çəkmişdi. Toy günü isə......

- Nərgiz.

- Hmm..

- Bəlkə barışaq?

- Yox.

- Nəzərinə çatdırım sən gəlinlikdəsən mənsə bəylik kostyumunda.. və hamı bu saat bizim qarşımızda oynayır.

- Nə olsun?

- Necə nə olsun. Bundan artıq? Toyumuzdure..

- Mənə nə. danışımıram.

- Nə vaxta qədər.

- Səni sevdiyimi dediyim günə qədər.

- Hansı sözü? Musiqidən eşitmədim.

- Səni sevirəm.

- Mən də səni canım. Demək barışdıq...Sənin sağlığına : deyib badəni qaldırdı.

Bu da son. ))

P.S Hər kəsə sevgi dolu həyat arzulayıram. İnsan ən çox sevərkən
insandır. Sizə də insan olmağınızı diləyirəm. Və heç vaxt inada mindirib
sevirəm sözünü deməkdən vaz keçməyin. Sevgi qürur, inad mümkünsüzlük
tanımır. Sevgi sadəcə bir insana məxsus da deyil. Sevgi sizin içinizdə
var. Onu daşımağı bacarın. O sizə onu paylaşacağınız insanı göstərəcək.
Yanılmış olsanız üzülməyin. Çünki bu sadəcə təsadüf olacaq. Alın
yazınızı tapmağınız diləyi ilə, yeni hekayələrdə görüşərik :128:
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 350
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri