Bir arzu tut (17-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 288
Səs ver:
(səs: 0)
- Sən nə danışırsan, Castin? Bu necə ola bilər axı!
- Dedim axı.. Məcbur qaldım..
- Əclaf! Həbsxanadan çıxması bəs deyilmiş kimi.. Başa düşmürəm bu xəstə zehniyyətli cəmiyyət virusları nə zaman təmizlənəcək axı! Qadına qarşı zorakılıq! ( O Castinin baxışını görüb gözlərini qaçırdı) Dostum, üzərinə alınma, mən ümumi danışıram. Sən isə! Etiraf məsələsini ağlından çıxar! Səni yaxşıca gizləyərik, ok? Bu məsələlər unudulana qədər də üzə çıxmazsan. Sonra isə birtəhər..
- Aleks! Sən məni dinləmirsən? Sənə deyirəm ki, həyatım bu etirafa bağlıdır, başa düşürsən? Yoxsa əbədi bu cəzaya məhkum qalacağam! Həm də bu zarafat deyil. Madam ki, bir iş görmüşəm arxasında durmalıyam. Bu ki, adi iş deyil, cinayətdir ( səsini alçaltdı) . Bir düşün, əgər onun yerində mən olsaydım, məni biri öldürsə və qaçmağa çalışsa ona da kömək edərdin?
- Axı bu məsələ fərqlidir..
- Yox! Nəticə eyni olduqdan sonra səbəblərin əhəmiyyəti yoxdur. Mən gedirəm. Sən evdə qal, əgər səni sorğu sual etsələr hər şeyi olduğu kimi danış.. yəni, Ceykob məsələsini deyirəm. Mən getdim..Özünü qoru, dostum ( sözünü bitirdikdən sonra Aleksi möhkəm qucaqladı)
Aleks nə qədər yolundan döndərməyə çalışsa da Castin qərarlı idi, bu yüklə yaşamaq istəmirdi. Qoy hər nə olacaqsa olsun, hər şeyin canı cəhənnəmə! Yol boyu nə qədər qərarlı gəlirsə gəlsin Demigilin evinə yaxınlaşdıqca ayaqlarındaki cəsarətin azaldığını hiss etsə də dayanmadı. Ev sakinləri uzaqlaşdırılmışdı. Ətrafda anca evin ətrafı boyu bağlanan sarı lentlər və polislər görünürdü. Castin lentin altından keçmək istəyərkən onu qolundan tutub saxlayan polis içəri girməyə icazə olmadığını deyərkən Castin özünün buraya baş verən məsələ ilə bağlı bəzi şeylər deməyə gəldiyini bildirəndə polis əvvəlcə onu süzsə də az sonra "mənimlə gəlin" deyərək öndən yeridi və onlar evin yan tərəfindəki mətbəx qapısından içəri daxil oldular. Castinin yanındaki polis digər polislərdən kimisə soruşdu aldığı cavabdan sonra isə Castinə doğru çönüb pilləkanı göstərərək "buyurun" dedi. Pilləkanla yuxarı qalxdıqca Castin yaşanan hər şeyi yenidən saniyəbə saniyə xatırladı. Ayaqları duruxsa da birtəhər davam etdi. Cinayətin baş verdiyi otağın qapısını döyərək içəri daxil olmaq üçün icazə istəyən polis qapını biraz da aralayaraq Castinə yol göstərdi. Castin öncə polisə baxdı sonra isə göstərişinə əməl etdi.
- Detektiv Qodvin? Xanımın cinayətlə bağlı deyəcəkləri var.
Castin gah icazə istəyərək otaqdan çıxan polisə, gah yerdə təbaşirlə çəkilmiş cəsəd izinə və yerdəki qurumuş qan ləkələrinə baxaraq əlindəki kiçik dəftərə nələrsə yazan detektivə gah da yanında dayandığı çarpayıya baxdı.

Müəllif: Məsudə Cabbar
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 288
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri