Krujeva dizaynerlər üçün nadir və universal materialdır. Belə hesab edirlər ki, onun vətəni Belçikadır. Məhz bu ölkədə krujevanın toxunması üçün bir çox texnika və üsullar düşünülüb. Əvvəllər əlbəttə ki,krujeva geyimləri bəzəyib, daha sonra vintaj geyimləri və evlərin interyerini.
Şəbəkə şəklində naxışların vurulmasının müxtəlif texnikaları mövcuddur. Elmi nailiyyətlər və yeni texnologiyalar sayəsində yaradılan unikal materiallar artıq yüngül parçalardan tutmuş əşyalara qədər krujeva vurmağa imkan verir. Ümid edirik ki, siz bu fotolara nəzər saldıqdan sonra mənzilniz üçün yeni ideyalar tapacaqsınız.