Yataq otağını bu rəngə boyasanız...

Müəllif: Qlamurr
Şərhlər: 8
Baxılıb: 10 770
Səs ver:
(səs: 2)
Hansı otaq hansı rəngdə olmalıdır?

Evinizdə üstünlük verdiyiniz rənglər əhvalınıza da təsir edir. Rənglərin psixologiyamız üzərindəki təsirlərini təqdim edirik. Evinizi boyayarkən bu detallara diqqət edin.

Sarı xoşbəxtliyin rəngidir. Əhvalınızı yüksəldər və enerji verər. Qonaq otağı, ya da mətbəx üçün olduqca uyğundur. Uşaq otaqları üçün heç məsləhət görülmür. Gözün görməsi çox çətin olan bir rəng olduğundan uşağınızın diqqətini dağıda bilər.

Yaşıl düşündüyünüzdən daha seksual bir rəngdir. Yataq otağınızda istifadə etsəniz, cinsi həyatınıza təsir etdiyini görəcəksiz. Hüzur da verir. İdman, ya da iş otağında məsləhət görülmür.

Mavi dinclik və hüzurun rəngidir. Sakitləşdirici təsiri var. Yataq otağı və hamamda istifadə edə bilərsiz. Ofisdə mavi rəng istifadəsi yanlışdır. Enerjinizi aşağı salıb işləmənizə mane olar.

Qırmızı uğur və məhsuldarlığın rəngidir. Xüsusən iş otaqlarında üstünlük verə bilərsiz. Yataq otağında isə istifadə etmək düzgün deyil, yuxunuzu qaçırar.

Bənövşəyi yaradıcılığın rəngidir. Oyun otağı, mətbəx, ya da əl işi gördüyünüz otaqda istifadə edə bilərsiz. Yataq otağına uyğun deyil, yuxu normasına mənfi təsir edər.

Narıncı enerji və həyəcanın rəngidir. Enerji səviyyəniz yüksəlir və sizi hərəkətə keçirən təsiri vardır. İdman etdiyiniz otaqda bu rəngdən istifadə edə bilərsiz. Dincəlmək üçün nəzərdə tutduğunuz otaqda, evin künclərində bu rəngdən istifadə etməyin.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 10 770
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri