Doğma diyar, sən necə də gözəlsən - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 5908
Səs ver:
(səs: 2)
Mənim doğma diyarım, sən necə də yaraşıqlı və gözəlsən! Azərbaycan - Xəzər dənizinin sahilində yerləşmiş, mənim ata-babamın doğma yurdudur. Burada - çoxsaylı çaylar, göllər, şəlalələr, meşələr, dağlar və müalicə suları vardır. Azərbaycanın ərazisində çoxlu sayda gözəl göllər var, lakin onların ikisi, dünyanın ən yaraşıqlı göllərindən sayılan, öz gözəlliyi ilə gözləri qamaşdıran, dağ gölləri - Göygöl və Maralgöldür. Bu qoruq diyarının heyrətamiz təbiəti necə də gözəldir! Saf və şəffaf sulu göl meşə ilə əhatələnmişdir. Ətraf çox sakit və əzəmətlidir. Onların sükutunu heç bir şey pozmur.

Bu ərazilərdə gözəl və ürkək marallar yaşayır, onlara yalnız uzaqdan seyr etməyə icazə verilir.

Doğma diyarımızın Xəzər sahilləri də dillər əzbəri olmuşdur. Bakıdan tutmuş Şollar düzənliyinin şərq hissəsinə qədər gedib çıxan qızıl qumlu Xəzər çimərlikiəri və sıx meşələr təkraredilməz gözəlliyi ilə ad çıxarmışdır. Gözəl hava və mənzərəli dəniz sahilləri çoxsaylı istirahət edənləri özünə cəlb edir.

Azərbaycanın çox zəngin və rəngarəng bitki aləmi vardır. Burada çoxlu sayda nadir ağac və bitki növləri bitməkdədir. Bu növlərin bəzilərinə yalnız Azərbaycanda rast gəlinir, məsələn, Eldar şamı, Talış zanbağı, Xəzər zəfəranı və s.

Azərbaycanın şəhərləri də çox gözəldir. Mənim ən sevimli və əziz şəhərim Bakıdır. Mənim doğulduğum, boya-başa çatdığım doğma şəhər! Onsuz mən həyatımı təsəvvür etmirəm. Bakı çox özünəməxsusdur və demək olar ki, dünyanın heç bir şəhərinə bənzəmir.

Azərbaycan - qədim tarix və mədəniyyətə malik bir diyardır. içərişəhər qalası və əsrarəngiz «Qız qalası», Şirvanşahlar sarayı və çoxsaylı, uca minarəli məscidlər buna sübutdur. Qədim mədəniyyət adibələri ölkəmizin digər şəhərlərində də mövcuddur. Şəkidə qədim Xan sarayı, Naxçıvanda, Gəncədə və Bərdədəki məqbərələr və mavzoleylər və s.

Azərbaycanın digər səfalı guşəsi, neçə illərdir düşmən tapdağı altında olan Şuşa şəhəridir. Onun saf və təmiz havası bu gün tüstü və yanıqla doludur.

Lakin biz əminliklə inanırıq ki, çox keçməz, işğal olunmuş torpaqlar düşməndən azad olar və doğma, gözəl diyarımızın hər bir guşəsində sülh və əmin-amanlıq bərqərar olar!
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 5908
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri