Sən düşmürsən bircə an da dilimdən
Adını hər yerdə anıram gülüm
Harda olsan nəfəslərin çindən
Seçib nəfəsini alırəm gülüm
Elə hey baxıram səndən doymuram
Gözüm səndə başqa qıza uymuram
Sənsizliyi yaxınıma qoymuram
Sənli xəyallara dalıram gülüm
Hər gecə salıram köz ürəyimə
Sonra da deyirəm döz ürəyimə
Əlimi qoyuram öz ürəyimə
Elə bil səninlə qalıram gülüm