Niyə unutmağa çalışırsınız keçmişi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 283
Səs ver:
(səs: 6)
..niyə unutmağa çalışırsınız keçmişi? o keçmişdəki axmağa yenidən dönmək üçün yoxsa indiki ağıllanmış şəxsiyyətinizi istəmədiyiniz üçün? niyə nifrət edirsiniz bu qədər, etdiyiniz səhvlərə? sizi bir az daha böyütdüyü üçün yoxsa gələcəkdə daha düzgün qərarlar verməyinizə kömək edəcəyi üçün? niyə silmək istəyirsiniz bütün xatirələri? mükəmməl biri olmaq üçün,yoxsa əlində heçnəyi olmayan,robotlaşmış bədən üçün? niyə bu qədər kölə olursunuz qürura,ya da ,nə bilim,adını hər nə zibil qoymusunuzsa o hissə? hamıdan fərqli olmaq üçün yoxsa illər sonra yola tamam tək və hər kəs tərəfindən unudulmuş biri kimi davam etmək üçün? səhv etməkdən qorxmayın,dostlar..qorxmayın..amma nəticə çıxarmağı da unutmayın..vərdiş halına gətirməyin axmaqlığı,amma arada dəlilik etməkdən də çəkinməyin..kimsə sizi qınayır? dərhal bu sözü

xatırlayın: hətta mələk olsaydınız belə qanadlarınız xışıldayır deyib sizi barmaqla göstərəcəkdilər..

Valideynlərimə baxarkən düşünürəm hərdən; görəsən onlar öz valideynlərinə ehtiyac duyduqları zaman nə edirlər? Necə gizlədirlər içlərindəki balaca uşağı..necə silirlər o uşağın göz yaşlarını? Biz onları incitdiyimiz zaman, sözlərini dinləmədiyimiz zaman nə edirlər? Gecə başlarını yastığa qoyduqları zaman "ana, ata mən indi nə etməliyəm?kaş yanımda olardınız” deyirlər yəqin..içimə elə bir peşmanlıq çökür ki ,tərifi yoxdu..anam da atam da öz valideynlərini itiriblər..indi hərdən onlardan birinin bir gün olmayacağını düşünəndə dəliyə dönürəm..amma onlar uzun zamandır belədilər..gözümün önündə iki yetim uşaq var sanki..və mən onların tutunduğu səbəbəm..mən onlara göndərilmiş payam..bəli mən önəmliyəm..sən də önəmlisən..çünki onlar üçün başqası yox sırf biz seçilmişik..

..sevgi bəzən bir "necəsən?” mesajıdır..qəribə gəlir bilirəm..amma olur hərdən..demək istədiyin bütün o uzun cümlələri bir "necəsən?” sualına sığışdırıb göndərirsən..eşq bəzən kiçik cümlələrdən ibarət olur.. "yaxşısan?”,”işlərin necədir?” "xəstə deyilsən?” ya da bunlara oxşayan ən mənasız minlərlə sual..hələ "əlim dəydi”,”səhv gəldi, bağışla” mesajları da var )) ən ürkək, ən saf sevgidir bunlar, əslində..içindən dua edirsən bəzən..”nə olar, bir az sual versin..biraz danışsın..” deyə..amma çox vaxt gələn cavab "eybi yox” dan ibarət olur.. bu qısa söhbətdən sonra sənə qalan özünü söymək və yerində uzanıb etdiyin bu yersiz hərəkəti fikirləşərək yuxusuz qalmaq olur.. uzun zaman keçir sonra..özünə verdiyin sözləri unudub yenidən yazırsan..”həyatında biri var?”..bu suala gələn "hə” cavabı yenidən məhv edir səni..gərək yazmadım..heç olmasa xəbərim olmazdı, deyirsən..daha asan olardı..bəlkə də səni həmin vaxt incidən şey onun həyatında birinin olması yox, sənin ona yazdığın cavab olur..
gözündən yaş axarkən yazdığın "sənin adına sevindim :) ” cümləsi
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 4 283
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri