Neməti verənin qulu olaq nemətin deyil!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 868
Səs ver:
(səs: 2)
Çox yaxın bir dostum danışır ki, qəribədə olsa dostumun dostu Əli 3-4 yaşlarındakı oğlunu götürüb xəstəxanaya gəlmişdi. Qəribə ona görə ki bizdə uşağların problemləri ilə sadəcə anaları məşğul olur atalari isə sadəcə maddi tərəfdən təmin etməkdə özlərini məsul bilirlər. Nə isə haşiyədən kənara çıxmayaq.... Atası oğlunun qızdırması olduğunu və qusmağa başladığıni deyir. Və oğluna duyduğu böyük sevgi onda böyük bir kədər, narahatlıq yaratmışdı. Qısa bir müayinədən sonra, yediyi bir şeyin səbəb ola biləcəyini düşünərək soruşanda atası:
- Soyuducudaki bir kiloya yaxın dondurmanın demək olarki hamısını yeyib.Bizdə sonradan bildik dedi.
Məsələ aydınlaşmışdı. Ancaq oğlunu hədsiz dərəcədə çox istəyən ataya onun incidəcək iynə-dəranları istifadə etməyə razı salmaq, onun xeyrinə belə olsa incitmək çox ağır gəlirdi. Buna görədə atası oğlu ilə danışmaq, onu nə qədər çox sevdiyni göstərməyə və eyni zamanda elədiyi işin təkraralanmaması üçün onu başa salmağa çalışdı:
-Oğlum atanı yoxsa dondurmanı daha çox sevirsən?
Uşağın cavabı:
-Dondurmanı olmuşdu.
Bəli, 3-4 yaşlarındakı bir uşaq idi o. Və o sevdiyi şeyə çox düşkünlüyündən sevdiyi şeyin ona zərəri olacağını və həmdə o dondurmanı ona alanın atası olmasını yəni əvvəlcə atasını sevməli olduğunu, ondan heçnəyini əsirgəməyənin, dondurma ilə müqayisə belə edilə bilmiyəcək bir varlıq olduğunu idrak edəcək bir şüura sahib deyildi. Sadəcə uşaqca bir hissini dilə gətirmişdi-dondurmanı seçmişdi.
Bax biz böyüklər, çox vaxt idraksız, şüursuz bapbalaca uşaq vəziyyətinə düşərək bizə sonsuz nemətləri HƏDİYYƏ edən Allah Təalaya şükr etməmiz, ən çox O"nu sevərək, O"na yönəlməmiz, yenə O"nun hədiyyəsi olan dünya nemətlərini daha çox sevmirikmi?
Dünya həyatına başımızı qatıb qulluq vəzifəmizi unutmuruqmu?

Həmdə bu fani dünya həyatının hədsiz düşkünlüyün bizə zərərli olduğünü bilə-bilə...
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 1 868
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri